İŞİD-in köləsinə çevrilmiş 18 yaşlı azərbaycanlı Dilbər Məmmədovadan dəhşətli açıqlamalar

İŞİD terror qruplaşmasının “paytaxt” elan etdiyi Raqqanın azad edilməsindən sonra terrorçuların yüzlərlə ailə üzvləri ölkənin şimalındakı Əyn İsa düşərgəsinə sığınıb. Yeni həyata addım atan qadınlardan biri də 18 yaşlı azərbaycanlı Dilbər Məmmədovadır.
Dilbər Məmmədova başına gələnlərdən danışıb. O bildirib ki, atası tərəfindən zorla Suriyaya aparılıb: "Türkiyədən təcili tibbi yardım maşını ilə Suriyaya keçdik. Atam İŞİD üzvü idi. Sərhədi keçərkən nə sərhəd xətti, nə əsgər gördük. Atam İŞİD tərəfindən naməlum səbəblərdən edam olundu".
Terror təşkilatının əsarətində olarkən yetkinlik yaşına çatmamasına baxamayaraq, İŞİD-çilərdən biri ilə zorla evləndirilən Dilbər Məmmədova bu barədə belə deyir: "Həmin terrorçu döyüşlərdən birində öldürüləndən sonra bu dəfə məni başqa İŞİD-çiyə zorla ərə verdilər. İlk yoldaşım antepli bir türk idi. Ondan oğlum oldu. İŞİD üzvü olan ərim daha sonra Tabkada öldürüldü. Raqqada saxlanıldığım evdə tez-tez zorakılığa məruz qalırdım. Bir neçə dəfə evdən qaçmağa çalışdım. Amma buna imkan vermədilər. Raqqa İŞİD-dən azad ediləndə kürd döyüşçülərinə sığındım. İŞİD bizdən hər şeyimizi; sevincimizi, uşaqlıq illərimizi aldı".
D.Məmmədova sonda bildirib ki, atam da daxil olmaqla bütün İŞİD üzvlərindən bunun hesabını soruşmaq istəyirəm: "Bacı-qardaşımla birlikdə Azərbaycana qayıdıb bizə yaşadılan qaranlıq günləri unutmaq istəyirəm".
 
alevi.net              eastnews.org
26-11-2017 21:24 Baxılıb: 370    
Şərh bildir