Leonid Savin: Şiələr ədalətə can atırlar və zülmə qarşı mübarizə aparırlar

Ərbəin yürüşündə iştirak etmiş rusiyalı politoloq nələr dedi?
 
Ərbəin yürüşü get-gedə bütün dünyada populyarlıq qazanmaqda, müxtəlif konfessiyalar arasında maraq yaratmaqda, xristianlar, xüsusən də pravoslavlar tərəfindən sevilməkdədir. Bu il Ərbəin yürüşünə qatılan Rusiya ictimai-siyasi xadimlərindən biri də tanınmış politoloq, beynəlxalq münasibətlər və konflikt nəzəriyyələri üzrə ekspert, Beynəlxalq Avrasiya Hərəkatı administrasiyasının rəhbəri Leonid Savin olmuşdur. Avrasiya.info olaraq Leonid Savin Ərbəin yürüşü haqqında fikirlərini sizə təqdim edirik.
 
İraqda müharibə və iqtisadiyyatla əlaqədar çoxsaylı problemlərə baxmayaraq hər il İmam Hüseyn müsibəti ilə bağlı ağlasığmaz tədbir keçirilir. Əməvi və Abbasilərin zülmünə üsyan etmiş İmam Hüseynin xatirəsini yad etmək üçün şiələr Ərbəin yürüşünə çıxırlar.
Kərbəla müsibəti xeyirlə şərin, haqq ilə batilin mübarizəsini əks etdirir. Kərbəla döyüşündə İmam Hüseyn və onun 72 tərəfdarı Yezidin təpədən dırnağa kimi silahlanmış qoşunu ilə döyüşdə şəhid olmuşlar. Düşmənlər onların başlarını kəsmiş və müqəddəs bədənlərini Kərbəla çölündə qoyub getmişlər. Həmin müsibəti yad etmək üçün hər il saysız-hesabsız şiə İmam Hüseynin atası İmam Əlinin dəfn olunduğu Nəcəf şəhərinə gəlir, oradan Kərbəlaya kimi olan 82 kilometr yolu piyada qət edirlər. Yol boyu onlar havayı ərzaq və yatacaq ilə təmin olunurlar. Yürüşdə dünyanın İraq, İran, Bəhreyn, Livan və Azərbaycan kimi şiələr yaşayan ölkələrindən gəlmiş insanlarla yanaşı, Rusiya, Gürcüstan, Almaniya, Cənub-Şərqi Asiya və Latın Amerikası ölkələrinin də bayraqlarına rast gəlinir.
Dünyanın əsas KİV-ləri, xüsusən Qərb mediası Ərbəin kimi möhtəşəm hadisəni görməməzliyə vurur. Qərbi Avropa üçün bu cür mənəvi tədbirlər yox, pivə festivalları və gey-paradlar daha vacibdir. Nə katoliklər, nə də protestantlar ruh və qüdrət sarıdan şiələr qədər güclü ola bilməzlər. Roma Papası heç vaxt öz moizəsi ilə milyonları toplaya bilməz. Şiələrin təşkilatlanmaq bacarığı və sosial mobilizasiyası fenomendir. Şiələr güclü metafizik və mədəni-tarixi kontekstə malikdirlər. Onlar ədalətə can atırlar, zülmə qarşı mübarizə aparırlar və bu yolda canlarını da fəda etməyə hazırdılar. Şiə ezoterikasının dərinliyi onunla bağlıdır ki, şiələr qeyb olmuş 12-ci İmam Mehdinin zühurunu gözləyirlər. Kərbəla ziyarətçilərinin sayının kəskin artması şiələrin İmam Mehdi bayrağı altında Dəccala qarşı mübarizəyə hazır olmasının göstəricisidir. Nə amerikanlar, nə israillilər, nə də səudlar bu işdə heç bir maneçilik törədə bilməzlər. Qlobal KİV-lərin susqunluğu və terrorçu proksilərin yaradılması- onların əllərindən gələn budur. Elə bu özü də şiələrə düz yolda olduqlarına inam yaradır. İnam şiələrə Qərbin liberalizm, ateizm, kapitalizm, qlobalizm, neoimperializm, deqredasiya kimi şər və ədalətsizlik təzühürlərinə qarşı mübarizədə stimul verir. 
Ərbəin başqa konfessiyaların nümayəndələri üçün də açıqdır və onlar sosial ədalət nöqteyi-nəzərindən bu marşa qoşulurlar. Şiələr inanırlar ki, Qiyamət günü Xristos və İmam Mehdi bir yerdə Dəccala və Şər qüvvələrə qarşı mübarizə aparacaqlar. Və hər bir pravoslav üçün Ərbəin müasir siyasi prosesləri götür-qoy etmək, özünün tarixi momentdəki rolunu müəyyənləşdirmək, Xrist və Antixrist arasında, əmək solidarizmi və sələmin ikiüzlü kapitalist sistemi arasında, çoxqütblü əkshegemonluq və neoliberalizmin təkqütblü hegemoniyası arasında dəqiq seçim etmək üçün vasitə olmalıdır.
 
Leonid Savinin Ərbəin yürüşündən çəkdiyi şəkillər:

 

 

 

 

 

 

 

 

 

 

 

 
 
Leonid Savinin Ərbəin yürüşündən çəkdiyi video:
15-11-2017 16:50 Baxılıb: 1550    
Şərh bildir