Ayətullah Xamenei: Onlar planı cırarsa, biz onu tikə-tikə doğrayacayıq

Ali Rəhbər Ayətullah Xamenei minlərlə yüksək elmi intellekt və istedadı olan gənclərlə görüşüb.
Görüşdə Ayətullah Xamenei çıxış edərək asılılığın səfalətə səbəb olduğunu bildirib. “Bəziləri 100 il öncədən deyirdi ki, əgər inkişaf etmək istəyirsizsə, gərək Qərbin diqtəsi altına girəsiniz. Bu gün də onların tör-töküntüləri həmin sözləri deyir. 50 il Pəhləvi rejimi dövründə Qərbin himayəsi altında idik, hansı inkişafı əldə etdik?”
Ayətullah Xamenei bildirib ki, İslam İnqilabının bərəkəti ilə idi ki, siyasi asılılıq bitdi, amma digər asılılıqların məhv edilməsi çətindir: “Asılılıq səfalətə səbəb olur. Asılılıqdan qurtulmağın əsas ünsürlərindən biri elmi inkişafdır”.
Ayətullah Xamenei əlavə edib ki, ölkə sənayesi montaj probleminə düçar olub və bu sənət və universitetinin bir-biri ilə əlaqəsinin olmamasına görədir: “10 illik bir zaman kəsiyində ölkənin sənayesi montaj işlərindən innovasiyaya doğru yönəldirilməlidir”.
Çıxışının davamında Ayətullah Xamenei deyib ki, biz Amerikanın hakimiyyəti altından çıxıb, Qərbin bizə qarşı düşmən mövqeyinə baxmayaraq güclü inkişaf edə bilmişik: “Bütün bu inkişaf və uğurlarımız sanksiyalar dövründə baş verib. İstəmirəm vaxtı ABŞ prezidentinin boşboğazlıq və cəfəngiyatına cavab verməklə itirim. Ona cavab vermək vaxt itkisidir. ABŞ beynəlxalq sionizmin brokeri, İŞİD və təkfirçi cərəyanların yaradıcısıdır. Siz gözləyirsiniz ki, Amerika İŞİD-in qarşısında dayanan qüvvənin əlindən əsəbləşməsin? Əsəbləşiblər, çünki İslam Respublikası bu gün onların Livanda, Suriyada, İraqda və başqa yerlərdəki planlarını pozub. Hamı əmin olsun ki, bu dəfə də Amerikanın ağzına möhkəm yumruq dəyəcək. İran xalqı qarşısında məğlub olacaq. ABŞ prezidenti axmaqlıq edir, lakin bu bizi onların hiyləsindən yayındırmasın”.
Çıxışının davamında Ayətullah Xamenei bildirib ki, Avropa dövlətləri Hərtərəfli Birgə Fəaliyyət Planının (HBFP) icrasının zəruriliyini vurğuladı. O ABŞ prezidentinin bu barədə sözlərini pisləyib: “Biz bunu alqışlayırıq, amma yalnız “HBFP-ni cırmasın” demələri kifayət etmir. HBFP-nin icrası onların xeyrindədir. Qarşı tərəf bu planı pozmasa, biz də onu pozmayacağıq. Amma əgər onlar planı cırarsa, biz onu tikə-tikə doğrayacayıq”.
Ayətullah Xamenei deyib ki, Avropa əvvəl onların əməli addımlarının qarşısında durmalıdır. İkincisi bizim müdafiə məsələlərimizə müdaxilə etməməlidir: “Gəlib desinlər ki, İran nə üçün regiondakı proseslərə qarışır? Yaxşı edir. Və ya desinlər ki, İran nə üçün raketə sahibdir? Yaxşı, bəs siz niyə raketə sahibsiniz? Sizin niyə atom bombanız var?”
 
maide.az
31-10-2017 21:37 Baxılıb: 210    
Şərh bildir