Azərbaycanlı məşhur ateist görün nə dedi: Bu gün həyatımda ilk dəfə məhərrəmlik məclisində sinə vurdum

Sizinyol.com məlumat verir ki, Azərbaycanın savadlı ateistlərindən sayılan Ziya Balıyevin sosial şəbəkədə şiəlik, Kərbəla və sair oxşar mövzularda yazdıqları diqqətləri özünə çəkib.Həmin yazılardan bəzilərini təqdim edirik.
 
“Bu gün həyatımda ilk dəfə məhərrəmlik məclisində sinə vurdum. Bu kənardan sizə iyrənc, mənasız bir şey kimi görünə bilər, amma içəridə bundan möhtəşəm bir şey ola bilməz. Bucür bir ritualla heç bir dində qarşılaşa bilməzsiniz. Mən Krişna məbədində “Hare Krişna” da oynamışam, kilsədə mahnı da oxumuşam, amma heç biri bu effekti, heç bunun yüzdə birini vermir. Bu tamam başqa bir şeydir. Bu eşq dünyanın ən uca eşqidir həqiqətən. Yüzlərlə insanın eyni anda sinəsinə vurmasıyla sənin vurman qarışanda bütün ritmi sinəndə, qabırğalarının altında ürəyində hiss edirsən. Bu hissi başqa heç bir yerdə yaşaya bilməzsiniz. Mən əminliklə deyirəm, bu hiss kənardan görüb pisdir deyən insan içəridə bunu deyə bilməz. Rasional insanlara boş gələ bilər, normaldır, amma emosional insanlar üçün əvəzolunmazdır.
PS. Sinə vurmam məni şiə etmir, necə ki Krişna məbədində oynamağım, kilsədə oxumağım məni o dindən etməmişdi. Sadəcə mən hər inancı özləri kimi yaşamağı sevirəm”.
 
“Min ildən uzun zamandır təqib və zülm altında yaşamalarına baxmayaraq, şiələrin Məhərrəm ayındakı möhtəşəm ixtişaşı, əsrlərdir bu hadisəni daşıyıb gətirmələri və heç nəyi unutmadıqlarının, intiqam üçün günü gözlədiklərinin nümayişi heyrətamizdir. Tarix boyu heç bir toplumda bu qədər mübarizəkarlıq, bu qədər əzm, bu qədər iradə və bu qədər sönməzlik olmayıb. Ona görədir ki, bütün dünya məhz Şiəliyə hücum çəkməkdədir. İçlərində fərqli müctehidlərə təqlid edənləri, ziddi vilayətçiləri, yamaniçiləri olsa belə, hamısının vurduğu ortaq bir nöqtə var; Hüseyn. Onlar hamısı Hüseynin intiqamıyla yanıb tutuşan və günü gözləyən insanlardır. Bütün dünyaya qarşı gələn şiə, başın sağolsun demirəm, inqilabın mübarək!”.
 
“Əziz yoldaşlar, son zamanlarda mənim Kərbəlayla bağlı düşüncələrimi müzakirəyə çevirib, mənə “ikiüzlü”, “artist”, “aktyor”, “idiot”, “xiyar” kimi sözlər deyənlər var. Sən demə mənim etdiyim tamamilə Ateizmə zidd və ikiüzlülük imiş. Bu barədə bir neçə söz yazmaq istəyirəm. Sizi də qınaya bilmirəm, sizin bu reaksiyalarınız, radikallıq və cahillikdən irəli gəlir.
1. Ateizm də bütün inanclar kimi qollara bölünür, vahid deyil. Neqativ Ateizm, Pozitiv Ateizm, Nəzəri Ateizm, Praktiki Ateizm və.s. Bu bölgülərin ən məhşurlarından biri Karen Armstronq bölüsüdür. Armstronq Ateizmi iki əsas qola ayırır. Militan (Radikal, mübarizəkar) Ateizm və Friendly (Mülayim, dostyana) Ateizm. Militan Ateizm tanrıya inanmamaqla yanaşı dinləri pisləyən, onlarla mübarizə aparan qoldur, Friendly isə tanrıya inanmasına rəğmən dinlərə dost mövqeyində olan, onların varlığını faydalı sayan qoldur. Yəni bir insanın ümumilikdə Ateizmə zidd nəsə etdiyini iddia etmək üçün ancaq o insanın bir tanrıya inanmasını əsas götürmək olar, hər hansı din haqda müsbət və ya mənfi fikri isə Ateizmə deyil, Ateizmin hansısa qoluna zidd olar. Məsələn, bir insanın İslama zidd nəsə etdiyini iddia etmək üçün işi şeyi əsas götürmək olar; Allaha inanmaması və Hz.Məhəmmədi rəsul saymaması. Qalan hər şey məzhəbə zidd ola bilər. Ona görə də mənim Kərbəla haqqında müsbət fikirdə olmam, Ateizmə yox, Militan Ateizmə ziddir ki, mən də Militan Ateizmi İslamdakı İŞİD-lə bir tuturam və özümü orda görməyi arzulamaram da.
2. Əslində mənə ikiüzlü deyən insanlar özləri ikiüzlüdürlər. Səbəb ondadır ki, mənim Krişna məbədinə və ya Kilsəyə getməyimi xoş qarşıladıqlarına rəğmən, Məscidə getməyimi daşa tuturlar. Deməli bu insanların problemi din yox İslamdır, yəni bu insanlar ateist yox İslamafobdurlar. Deməli ateist pərdəsi altında islamafob siyasət aparanlar özləri ən böyük ikiüzlülərdir”.
 
http://sizinyol.com/2017/10/az%C9%99rbaycanli-m%C9%99shur-ateist-gorun-n%C9%99-dedi-bu-gun-h%C9%99yatimda-ilk-d%C9%99f%C9%99-m%C9%99h%C9%99rr%C9%99mlik-m%C9%99clisind%C9%99-sin%C9%99-vurdum-%C6%8Ftrafli/
10-10-2017 10:37 Baxılıb: 610    
Şərh bildir