Həşd Şabi Kərkükdə kürd bayraqlarını endirdi

Ötən gün bölgədə yaranan gərginlik səbəbilə “Həşd Şabi” komandirlərindən Əbu Mehdi əl-Mühəndisi Kərkük şəhərinə səfər etmişdi. O, yerli türkmanların silahlı bölmələrinin komandiri Əbu Rza Nəccar və digər şəxslərlə görüşüb. "Həşd Şabi" müqavimət qüvvələrinin Kətrkükə daxil olduğu zaman Kərkük küçələrində asılan Kürdüstan bayraqları aşağı endirilib. Şəhərdə olan bütün bayraqlar yığışdırılıb. Xatırladaq ki, sentyabrın 25-də İraq Kürdüstanında keçirilməsi planlaşdırılan müstəqillik referendumu ərəfəsində kürdlər türkmanların sıx yaşadığı Kərkük şəhərində təxribatlara başlayıb. Belə ki, ötən gecə polis və ordu qüvvələrinə hücumlar edərək, şəhərin bir neçə məntəqəsində partlayış törədiblər. /eastnews.org/

24-09-2017 19:39 Baxılıb: 620    
Şərh bildir