Gülşən Əliyeva-Kəngərli: 1800 maaş alıram, bacım bir əməliyyatı 5 minə edir, anamın 50-70 minlik qrantları var

1 milyonu oğurlanan alimin professor qızından MARAQLI AÇIQLAMALAR
 
Evindən 1 milyonluq oğurluq edilmiş AMEA-nın professoru, Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyevanın (Kəngərli) qızı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Gülşən Əliyeva Ölkə.Az-a maraqlı açıqlamalar verib. G.Əliyeva bildirib ki, qarşı tərəf məsələni ictimailəşdirməklə onlara təzyiq göstərməyə çalışır: “Məlumat doğrudur. Bu adamlar bizim evimizdən 500 min pul aparıblar. Üç il əvvəl başımızı aldadıb ki, atam ölüb. Üç il ərzində bu adam evimizdən o pulları aparıb. Aybəniz xanım hazırda Fransada rəsmi ezamiyyətdədir. Mən bir professoram, ədəbiyyatçıyam, o Abduləli isə heç kimdir. Onunla bir tərəziyə düşmək istəmirəm. Onların evindən bizim əşyalarımız artıq tapılıb və onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. İndi o başa düşüb ki, saytlara məlumat verməklə bizə təsir edə və ərizəmizi geri götürtdürə bilər. O səbəbdən ora-bura yanlış məlumatlar verir. Yəqin sizə də belə deyib ki, “Albatros” dükanından filan şey alınıb. 47 yaşlı adamam, “Albatros” dükanından dayıma da, qardaşıma da, qonşuma da almışam. Kiməsə nəsə almaq istəyəndə dükanda qəbz yazdırırsan. Bu adi qaydadır. Mağazada qəbz yazdırıb adama hədiyyə etmişəm. Bunu sayta verməyin mənası nədir?”
Güləşn Əliyeva bildirib ki, alimin evində  bir milyon vəsaitin olmağı qeyri-adi sayıla bilməz: “Əgər siz həqiqətən jurnalistsinizsə, hüquq-mühafizə orqanlarına müraciət etməyə hüququnuz var. Nəsimi rayon prokurorluğuna rəsmi şəkildə sənədlərimizi təqdim etmişik. Bizim “Sovetski” adlanan ərazidə, Mirzə Fətəli küçəsində 2 mərtəbəli mülkümüz olub. Hökumət o evin əvəzində bizə 220 min pul verib. Bundan əlavə əlimizdə digər pulların da mənbələri var. Yəqin ki, orada soyadımızı oxudunuz. Biz məşhur Kəngərli nəlindənik, köklü ailəyik. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Kefli İsgəndərin prototipi mənim babamdır. Biz qələm əhliyik. Başa düşürəm, sizə də bir xəbər lazımdır. Əslində bir ziyalının tərəfini qoyub, oğrunun tərəfini saxlayırsınız. Bu adam 2015-ci ildən evimizdən bu şeyləri yavaş-yavaş aparıb. Sadəcə anam buna inanıb ki, yazıqdır, kasıbdır. Deyir, guya anam xəstə olub və anama baxdığı üçün bu şeyləri ona hədiyyə vermişəm. Mənim bacım məşhur həkimdir, skaleoz əməliyyatları həyata keçirir. Bacım anamı yox, yüzlərlə başqa adamı müalicə edir. Aybəniz xanım onkoloji xəstədir. Biz onu dizimizin üstündə Almaniyaya, digər şəhərlərə aparıb müalicə elətdirmişik. Aybəniz xanım 50 ildir bu sahədə işləyir, bir neçə 50-70 minlik qrantları var. Bunların hamısı sənədlidir. Bacım həkimdir, etdiyi əməliyyatların rəsmi qiyməti 5 min manatdır, mən özüm 1800-1900 manat məvacib alıram. Atam professor alim idi, ölkədə çox nadir bir elmlə- ilan zəhəriylə məşğul olurdu. Mən də Mədəniyyət və İncəsənət Universitetinin Prorektoruyam. Universitetin 2500 tələbəsi var, 20 ildir orada dərs deyirəm. Hər yerdə bizim tələbələrimiz işləyir. Onlardan məni soruşun. 500 nəfər sənə deyəcək ki, bu müəllimə heç kimə demədən mənim təhsil haqqımı ödəyib, Türkiyəyə gedə bilməmişəm yolpuluma, biletimə kömək edib. Yüzlərlə adama təmənnasız kömək etmişəm. Fikirləşmişəm ki, mənim də uşağım var və bu yaxşılıqlar nə vaxtsa qarşıma çıxacaq. Bir adam deyə bilməz ki, mən Aybəniz xanıma bir manat rüşbət vermişəm. Elə bir şey mümkün deyil”.
Qeyd edək ki, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyeva-Kəngərlinin Nəsimi rayonundakı mənzilində qulluqçu işləyən Xanım Zeynalova 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər külli məbləğdə pul və qızıl-zinət əşyaları oğurlayıb. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində mənzildən 29 ay müddətində oğurluq etmiş X.Zeynalova tutulub və onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarıyla 4 aylıq həbs qətimkan tədbiri seçilib.
 
qafqazxeber.az
05-09-2017 11:09 Baxılıb: 610    
Şərh bildir