Şamil Tağıyev: Saytlara belə mövzunu Fazil Mustafa kimi savadsızlar verir

Ümumrusiya Azərbaqycan Konqresinin (ÜAK) Moskva nümayəndəliyinin icraçı direktoru Şamil Tağıyev millət vəkili Fazil Mustafanın Azərbaycan diasporu ilə bağlı səsləndirdiyi fikirlərə  özunun rəsmi facebook səhifəsində sərt şəkildə münasibət bildirib.
diaspor.az əməkdaşı Şamil Tağıyevlə əlaqə saxlayaraq mövzuya münasibətini öyrənib. Diaspor sədri bildirib ki, son vaxtlar ağlımdan Azərbaycan mətbuatını oxumaqdan imtina etmək gəlir: "Bəzi saytlar guya ideoloji təbliğatla məşğul olurlar. Saytlara belə mövzunu Azərbaycan xalqı üçün anlaşılmaz personajlardan olan Milli Məclisin deputatı Fazil Mustafa kimi savadsızlar verir. Azərbaycan bayrağının rənglərini belə düz bilməyən millət vəkili hər kəsdə günah axtarır. ÜAK-ın bağlandıqdan sonra kim istəsə bəzi sabun saytların redaksiyasına zəng edir və və diaspor nümayəndələri haqqında şərhlər verib, ittiham edib təhqir edirlər. Belə şəxslərdən biri də özunu məlumatlı siyasətçi kimi tanıdan Fazil Mustafadır. Hərşeyşunas millət vəkili bu dəfə də Azərbaycan diasporunu məhrum Zəhra faciəsində fəaliyyətsizlikdə günahlandırıb. Fazil Mustafa məni facebook-da qara siyahıya saldığı ücün ona yaza bilmirəm, biriləri ona başa salsın ki, Azərbaycan diasporu bacardığı qədər fəal olmağa çalışır. Fazil Mustafa artıq iş bacarırsa, buyursun eləsin. Son olaraq Fazil Mustafaya bildirmək istərdim ki, diaspor sözünün mənasını, anlamını öyrənsin.
 
diaspor.az
13-07-2017 14:44 Baxılıb: 1620    
Şərh bildir