Suriyada azərbaycanlı İŞİD-çilərin sensasion Mərdəkan əməliyyatı

Azərbaycanda İŞİD-ə xidmət edənlər barəsində sensasion məlumatlar yayılıb. Ulus.az-ın verdiyi məlumata görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciətdə ciddi faktlar açıqlanıb.
Mərdəkanın Şahin İskəndərov küçəsi ev 11-də yaşayan Dadaşova Lalə Vahid qızı şok informasiyalar veriib. Onun 365info.az saytında yayımlanmış məktubunda ərinin və şəbəkəyə qoşulan başqa azərbaycanlıların terrorçu fəaliyyətindən bəhs edilib. Onun sözlərinə görə, Dadaşov Araz Məcnun oğlu ilə nigaha girərək ailə həyatı qurub və həmin nigahdan 4 övladı var. “Araz Dadaşov Azərbaycanda anadan olmasına baxmayaraq 90-cı illərin ortalarında Rusiya Federasiyasının vətəndaşlığını qəbul edərək bir müddət orada yaşamaqla radikal islamçılara qoşulmuş, o cümlədən hazırda Rusiya hüquq-mühafizə orqanları tərəfindən terrorçuluğa görə ittiham olunan əslən dağıstanlı Abu Umar Sasitlinskinin həbsindən əvvəl onunla sıx əlaqədə olmuşdu. Abu Umarla bir yerdə Səudiyyə Ərəbistana səfərlər etmiş, bir sözlə vahhabiçilərin hərəkatına qoşularaq, Azərbaycana qayıdıb radikal islamçılara dəstək olmaq üçün, burada həmin hərəkatın fəal iştirakçısı və təşkilatçısı kimi təşviqat aparmaqla terror təşkilatı hesab olunan İraq Şam İslam Dövlətinin tərəfində iştirak etmək üçün Azərbaycan Respublikasının vətəndaşlarının cəlb edilməsində, onların Suriyaya göndərilməsində, göndərilmiş şəxslərin ailələrinin pul vəsaiti ilə təmin olunmasında mühüm rolu var”. 
Ulus.az-ın verdiyi məlumata görə, müraciətdə terrorçulara dəstək göstərilməsi məsələləri belə qeyd olunub: “Kənd Qala məscidində həmin məscidin bilavasitə axundu Xaqaninin məsləhəti ilə bu hərəkata başçılıq edən Araz Dadaşovun əlaltıları vahhabi Süleymanlı Çingiz Süleyman oğlu, Dadaşov Fərman Cəlalətddin oğlu və qeyrilərinin köməyi və iştirakı ilə həyata keçirilir. Lakin son vaxtlar terror təşkilatı olan İraq Şam İslam Dövlətinin mövqeyləri Suriyada zəiflədiyi üçün orada iştirak edən şəxslərin qayıtmaları gözlənilir və bu səbəbə görə də Araz Dadaşov öz dəstə üzvləri ilə yəni vahabi Fərman Dadaşov, Çingiz Süleymanlı və qeyriləri ilə qabaqlayıcı tədbirlər görməyə başlayıb. Belə ki, mənim şəxsi mülkiyyətimdə olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi 3/462 ünvanda yerləşən 0,075 ha, həmin qəsəbədə 5/17 saylı ünvanda yerləşən 0,06 ha, həmin qəsəbədə 3-7 saylı ünvanda yerləşən 0,12 ha və həmin qəsəbədə 3/409 saylı ünvanda yerləşən 0,12 torpaq sahələrini bir gündə yəni 09 avqust 2016-cı ildə həmin sahələrin (4 sahə) ölçülərinin biri-birindən fərqli olmasına baxmayaraq eyni qiymətə yəni 5000 (beş min) manata öz dəstə üzvü vahabi Fərman Dadaşovun adına 7 saylı notariat kontorunda formal alqı-satqı müqaviləsini tərtib etdirib”.
Ulus.Az-ın verdiyi məlumata görə, L.Dadaşova əlavə edib: “Qalan əmlakımı dələduzluqla ələ keçirilməsinin qarşısını almaq üçün səhəri günü yəni 10 avqust 2016-cı ildə ona verdiyim baş etibarnaməni ləğv etdirib elə həmin gün baş etibarnamənin ləğv olunması barədə «Elektron notariat» avtomatlaşdırılmış informasiya sistemindən qeydiyyatdan keçirməyimə baxmayaraq, Araz Dadaşov təkrarən 7 saylı notariat kontorunun notariusu Vədətov Nadir Əlimədəd oğlu ilə cinayət əlaqəsinə girərək Xəzər rayon Mərdəkan qəsəbəsi Q.İsmayılov küçəsi 7 nömrəli evin 47-ci mənzili notariat qaydasında təsdiq edilmiş razılıq ərizəm olmadan 10000 (on min) manata satmağı barədə vahhabi Fərman Dadaşovun adına formal alqı-satqı müqaviləsini tərtib etdirmiş, elə həmin gün yəni 11 avqust 2016-cı ildə elə həmin notariat kontorunda Fərman Dadaşovun və onun arvadı Zaqatala rayonu Aşağı Tala kəndində qeydiyyatda olan Babayeva Səkinə Vahid qızının adından yuxarıda göstərilən torpaq sahələrini və mənzili əlində saxlamaq üçün öz adına baş etibarnamə tərtib etdirib. Araz Dadaşov 2000-ci il təvəllüdlü övladımız Məhəmməd və 2002-ci il təvəllüdlü Əmirəlinin məktəbdə oxumaq yox, cihada hazır olmaqlarını bildirməklə öz təsiri altına saxlamaq üçün daimi təziqlər göstərirdi. Sonuncu dəfə onun bu qanunsuz fəaliyyəti ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyim barədə ona xəbərdarlıq edəndə, Araz məni ölümlə hədələyərək bildirmişdir ki, hələ 2004-cü ildə Rusiyada azərbaycanlı iş adamı “Zyablikovo bazarı”nın sahibi Hafiz Mahmudovu qətlə yetirib meşədə basdırdığı kimi, məni də qətlə yetirib izimi-tozumu itirəcəyini və heç kim ona bunu sübut edə bilməyəcəyini səsləndirərək qeyd etmişdir ki, 2004-cü ilin mart ayında Hafiz Mahmudovu qətilə yetirəndən sonra Rusiyada hüquq-mühafizə orqanlarının əməkdaşları ondan şübhələnsələr də ona bunu sübut edə bilməmişlər və bu günə kimi həmin qətl bağlı qalmışdır. Onun radikal islamçılarla əlaqələrinin olub-olmamasını müəyyən etmək üçün son 4 ildə Azərbaycan Respublikasından neçə dəfə Səudiyyə Ərəbistana, Türkiyəyə, Qazaxstana və Rusiyaya səfərlər etməsini yoxlamaq kifayət edər. Həmçinin Araz Dadaşovun cihada hazırlıqlı olmasını onun silahla fotoşəkilləri də təsdiq edir. 
 
ulus.az
05-06-2017 23:01 Baxılıb: 2290    
Şərh bildir