Putin İsraildən Qüdsü Fələstinə qaytarmağı tələb etdi

Rusiya prezidenti Vladimir Putin Ərəb Dövlətləri Liqası təşkilatına üzv olan ölkə başçılarına təbriknamə ünvanlamışdır. Newsru.com saytı xəbər verir ki, həmin təbriknamədə Rusiya lideri İsraildə Yerusəlim kimi tanınan müqəddəs Qüds şəhərinin Fələstinə qaytarılmasını tələb etmişdir.
Misirin Şarm-əş-Şeyx şəhərində keçirilən Ərəb sammiti iştirakçılarına ünvanlanan həmin müraciətdə bildirilir ki, "Rusiya paytaxtı Şərqi Yerusəlim olan müstəqil Fələstinin yaradılmasına çalışacaq". Vladimir Putin bunu "Fələstin xalqının müstəqil dövlət  yaratmaq üçün qanuni hüququnun realizasiyası" adlandırmışdır.
Putinin fikirləri İsrail mətbuatında böyük hay-küyə səbəb olmuşdur. İsrail KİV-ləri Rusiyanın Fələstin döyüşçülərini silah-sursatla təmin etdiyini bildirmişlər.
Xatırladaq ki, 1967-ci ildə İsrail silah gücünə Şərqi Qüdsü işğal etmişdir. İşğal nəticəsində Qüdsün mərkəzi hissəsində fələstinlilərə aid evlər, mağazalar və digər daşınılmaz əmlak müsadirə və qəsb edilmiş, həmin əraziyə yəhudilər köçürülmüşdür. Qüdsün sionist rejim tərəfindən tutulması regiondakı digər müsəlman ölkələrin ərazilərinin işğalının başlanğıcı olmuşdur.
Fələstin Xarici İşlər naziri ölkənin müstəqil olacağına böyük ümidlər bəslədiyini bildirmişdir.
13-08-2016 21:31 Baxılıb: 16 4190    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив