Müdafiə nazirinin nurçularla əlaqəsi ortaya çıxdı

Fətullah Gülən: “İrandakıların təsirini azaltmaq üçün Azərbaycandakıların yanında olmalıyıq”

Fətullah Gülənin Azərbaycanla bağlı şok səs yazısı yayıldı. Müdafiyə naziri Zakir Həsənovla bağlı iddialar səsləndirilib. Aidiyyatı qurumların bu məsələyə münasibət göstərməsi vacibdir artıq... Səs yazsının stenoqramı:

Fətullah Gülənə zəng edən şəxs:
-Əfəndim, bir iki mövzu var idi, sizə ərz edə bilərəmmi? 
Fətullah Gülən: 
-Buyurun.
Fətullah Gülənə zəng edən şəxs:
-Bu Azərbaycanda bizim gedib gəldiyimiz, maraqlandığımız jandarmanın başında bir dostumuz var idi- azəri. O, Qərargah rəisi və müdafiə naziri olub. Çox dost bir yoldaşdı. Ona yaxın günlərdə, “xeyirli olsun” ziyarətinə gedə bilərikmi? 
Fətullah Gülən: 
-Çox gözəl olmuş. Zatən qazandıqdan sonra ona mənim adımdan məktub apardılar.
Fətullah Gülənə zəng edən şəxs:
-AK partidən ona təbrikə getdilər, o “hoca əfəndinin məktubu gəldi, çox məmnun oldum” dediyilə bağlı əlimizdə görüntülər var.
Fətullah Gülən: 
-Bunun davam etdirilməsi lazımdır...
Diqqət çəkən məqam isə Fətullah Gülənin: “İrandakıların təsirini azaltmaq üçün Azərbaycandakıların yanında olmalıyıq” əmrini verməsidir.

19-02-2014 15:10 Baxılıb: 9020    
Şərh bildir