Avropa bayrağı Macarıstan parlamentinin pəncərəsindən atıldı

Macarıstan parlamentində səhər iclası zamanı  konflikt yaranıb. Əcnəbilərin sərbəst torpaq alqı-satqısı barədə qalmaqallı məsələ müzakirə olunan zaman bu baş vermişdir. Yobbik partiyasından olan millət vəkili Tamaş Qaudi-Nad macar torpağının ticarəti haqqında qanunun qəbul olunmasının əleyhinə çıxıb. Bu torpaq məsələsi bu gün Macarıstanda həqiqətən də çox aktualdır. Ölkədə yaşamaq üçün əcnəbilərə Şengen zonasında vizasız torpaq satın alaraq ondan istifadə etməyə artıq icazə verilib. Amma macarların buna qarşı münasibəti başqadır. Ona görə də deputat Tamaş Qaudi öz nitqini bitirdikdən sonra cəsarətli hərəkət etmişdi. O, iclas zalından AB-nin hər iki bayrağını götürüb dəhlizə çıxararaq pencərədən tullayıb.

16-02-2014 22:41 Baxılıb: 7610    
Şərh bildir