Əhməd Obalını vəhşicəsinə döyən oğlu olubXəbər verdiyimiz kimi, ötən həftə ABŞ-da yaşayan “Günaz TV”nin sahibi Əhməd Obalının naməlum şəxslər tərəfindən vəhşicəsinə döyülməsi barədə məlumat yayıldı. ABŞ-ın “The New York Sun” nəşri hadisə ilə bağlı polisdəki mənbələrinə istinadən yeni məlumat açıqlayıb. Nəşrin yaydığı məlumatda bildirilir ki, “Günaz TV”nin sahibi Əhməd Obalı öz oğlu tərəfindən döyülüb. Əhməd Obalının ailəsi və yaxınları isə bu məlumatı təkzib ediblər. Onlar bu hücumun arxasında İran rejiminin olduğunu bildirirlər. “The New York Sun” yazır ki, hadisə Kaliforniyada “Santa Clara” Universitetinin hüquq fakültəsini bitirən Əhməd Obalının oğlu Dəniz Obalının məzun gecəsində baş verib. İşə cavabdeh olan müstəntiqlər iddia edirlər ki, hadisə siyasi səbəblərdən deyil, ailədaxili mübahisə nəticəsində baş verib. Qeyd olunur ki, polis Dəniz Obalını şübhəli şəxs kimi saxlayıb. /yeniavaz.com/
Oğlundan İsa Qəmbərə ağır zərbəCaspi1 internet resurslara istinadən xəbər verir ki, tarixçi alim, dosent Zaur Əliyev İsa Qəmbərin sonunu gətirəcək bir yazı paylaşıb. İddiaya görə İsa Qəmbərin Kanadada yaşayan oğlu, ötən gün qondarma “erməni soyqırımı” ilə bağlı “anım” paylaşan İlkin Qəmbər ermənilər haqqında film çəkib. Zaur Əliyev bildirib ki, “Ermənistan Krallığı: Roma ilə Parfiya arasında – Qədim tarix. Sənədli film” başlığı ilə yayılan filmin ssenari müəllifi İlkin Qəmbərdir, filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib. Zaur Əliyev iddia edir ki, İlkin Qəmbərin ssenari müəllifi olduğu filmdə İsa Qəmbərin oğlu sübut etməyə çalışır ki, “Ermənistan qədim torpaqdır”; Azərbaycanın və Türkiyənin torpaqlarını uydurma bir “dənizdən dənizə Ermənistan”ın ərazisinə qatır; Azərbaycanın adını çəkmir, eyni zamanda sübut etməyə çalışır ki, bu torpaqlar qədimdən ermənilərə məxsus olub, ermənilər buranın ilk sakinləridir… Zaur Əliyev yazısının sonunda Müsavat partiyasında üzv olan qarabağlılara səslənərək yazır: “Baxın, qarabağlılar, inandığınız İsa Qəmbərin oğlu sizin dədə-baba torpaqlarınızda “Böyük Ermənistan” yaradıb”. Hələ ki nə İsa Qəmbər, nə də Müsavat partiyası yazıya münasibət bildirməyiblər.
24-28 апреля состоится XIII Евразийский экономический форум молодёжи (ЕЭФМ)Он пройдет одновременно в семи странах СНГ: 🇦🇿 Азербайджан 🇧🇾 Белоруссия 🇰🇿 Казахстан 🇰🇬 Киргизия 🇷🇺 Россия 🇺🇿 Узбекистан 🇹🇯 Таджикистан 🔹В нем примут участие более 11 тыс. конкурсантов и гостей из 96 стран. Тема — "Многополярный мир в фокусе новой действительности". 🔹В программе более 40 конкурсов. Лучшие работы попадут в сборник, победители получат денежные призы и дополнительные баллы к ЕГЭ. 🔹В рамках ЕЭФМ состоятся турнир по шахматам, соревнования по самбо, конкурс для молодых художников.
"Əvəz Zeynallının pul alıb, karusel edəcəyini heç gözləməzdim" - Elçin SadıqovVəkil Elçin Sadıqov həbsdə olan jurnalist Əvəz Zeynallının məhkəmədə onun ünvanına səsləndirdiyi ittihamlara cavab verib. Faktmedia az xəbər verir ki, E.Sadıqov hər hansı cinayət əməli törətmədiyini bildirib. O Əvəz Zeynallının onu aldatdığını əlavə edib: “Bu müddət ərzində dinmədim, səbr etdim. Düşündüm ki, yoldaşı nə yazmasından, danışmasından asılı olmayaraq gözləyim, görüm Əvəz Zeynallı nə deyir. Məni tanıyanlar bilir bütün görüşlərimdə Ə.Zeynallının həbsinin siyasi olduğunu bildirmişəm. Amma bu gün Ə.Zeynallı məni özü ilə birlikdə görmək istədiyini bildirib. Əvəz Zeynallıdan R.Məmmədov və onun ailə üzləri barəsində yazmamağı xahiş edəndə Əvəz məndən nə qədər pul qazandığımı, dolanışığımın necə olduğunu soruşdu. Allaha şükr etdim və bunun məsələyə nə aidiyyətinin olduğunu soruşdum. O isə bildirdi ki, sən dolanırsan, mən də dolanmaq istəyirəm. R.Məmmədovun ailəsinə dedim ki, bu yaxşı adam deyil, 14 il pulsuz vəkillik etmişəm, indi bir şeyi xahiş edəndə pul istəyir, bununla ümumiyyətlə danışmayaq”.
“Şagird məktəbə “Lexus”da, müəllim cırıq şalvarda gəlir...” - Xalq artisi əsəbləşdi“Azyaşlı uşaqların narkomaniyaya qurşanması müəllim, məktəb məsələsini də gündəmə gətirir. Məktəb haqqında yeni qanun qəbul edilməlidir, təhsil naziri, məktəblər əməlli-başlı ələnməlidir. Müəllimlərə səlahiyyət verilməlidir. Bu gün məktəbdə müəllim şagirdə söz deyə bilmir. Belə şəraitdə hansı qayda-qanun, hörmət ola bilər? Müəllim toxunulmaz şəxs elan edilməlidir. Məktəbə, müəllimə müdaxilə edən vəzifəli adamlar da ifşa olunmalı, rüsvay edilməlidir. Dövlət səviyyəsində narkomaniyaya qarşı həm daxildə, həm xaricdə mübarizə aparmaq lazımdır. Müəllimlər məktəbdə söz sahibi olmalıdır”. Rejissorun sözlərinə görə məktəbli uşaqların narkomaniyaya qurşanmaması üçün hər kəs, xüsusilə valideynlər məsuliyyətli və diqqətli olmalıdırlar.
Rüşvətə görə tutulan gömrükçülərin şifrəli yazışmaları - “Litr”, “qırmızı alma”Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının rüşvət alarkən istifadə etdikləri şifrəli danışıqları üzə çıxıb. “Kriminalqafqaz”ın istintaq materiallarından əldə etdiyi məlumata görə, İdarənin maliyyə inspektoru Azər Baxşıyevin baş inspektor Elmar Mirzəyevlə yazışmalarında rüşvət qismində alınan pulların miqdarı “litr” ifadəsi ilə qeyd edilib. Azər Baxşıyev istintaqa verdiyi ifadəsində deyib ki, o, “Hyundai Auto Azərbaycan” şirkətinin adına gələn malların gömrükdən keçidini tezləşdirmək məqsədi ilə Elmar Mirzəyevə xahiş edib. E.Mirzəyev isə bunun müqabilində özündə olan bank kartına 50 manat pul köçürülməsini istəyib. O Elmar Mirzəyevlə həmin danışıqda 50 manat pul göndərməyi şifrəli olaraq “1 litr” kimi qeyd edib. Həmçinin o Elmarla olan həmin danışığında ona “yarım litr” də göndərildiyini qeyd edib. “Yarım litr” dedikdə 25 manat pulu nəzərdə tutduğunu deyib.
"Ramin Bayramlı həbs edilməlidir, ondan TƏBİB-ə rəhbər olmaz"“Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var”. Bu fikirləri TƏBİB-in rəhbəri Ramin Bayramlıya ünvanlanan sərt ittihamlara münasibət bildirən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Yenicag.az-a açıqlamasında deyib. MMP sədrinin sözlərinə görə, Ramin Bayramlı öz yarıtmaz fəaliyyəti ilə Azərbaycan xalqını dövlətin üzərinə qaldırır: “Ramin Bayramlı Azərbaycanda bir nömrəli dələduzdur. Biləsiz ki, Ramin Bayramlı dövlət büdcəsindən 60 milyon manat yeyib. Onun Badamdarda tikdirdiyi villa tək deyil ki, bir neçə başqa villası da var. Düşünürəm ki, Ramin Bayramlı təcili həbs edilməlidir. Hələlik çağırıb pulunu alıb buraxırlar. Amma axıra qədər belə getməyəcək. O, Azərbaycan xalqını xəstəliyə düçar edən adamdır, dövlətin sərvətlərini yeyənlərdən biridir. Bayramlı bu dövlətin baş qaxıncıdır, Azərbaycan xalqını dövlətin üzərinə qaldıranlardan biri də odur.
Bakı və Abşeron TƏBİB-dən alındıPaytaxt Bakı və Abşeronda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) səlahiyyətləri sonlandırılıb. Yenicag.az xəbər verir ki, TƏBİB-in əlindən alınan ərazi bölmələri səhiyyə nazirliyinin tabeliyinə verilib. TƏBİB-in “40-ı çıxmamış” səhiyyə nazirliyi Bakı şəhəri və Abşeron rayonu üzrə təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarına təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim vəzifələrinə vakansiya da elan edib. Yaradıldığı ilk gündən etibarən nazirliklə TƏBİB arasında gedən “səlahiyyət savaşı” zaman-zaman mətbuata yansımış, xəstəxana baş həkiminin bir gündə iki dəfə dəyişdirilməsi halları yaşanmışdı. Vəzifəsi vətəndaşların sağlamlığını qorumaq, tibbi xidmətdən yararlanmağı asanlaşdırmaq olan bu iki qurum ilkin məqsədlərindən uzaqlaşdırılaraq mənafe savaşının meydanına çevrilib. Səlahiyyət məsələsindəki qeyri-müəyyənlikdən zərərli çıxanlar isə təbii ki vətəndaşlar olur.
Evli qadınlarla görüşüb ərlərindən şantajla pul tələb etdiAzərbaycanda evli və varlı qadınlarla tanış olduqdan sonra onları hədələyərək külli miqdarda pul tələb etdiyinə görə həbs edilən Elçin Pirişovun cinayət əməlləri ilə bağlı detallar məlum olub. Gununsesi.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, məhkəmə materiallarının məlumatına görə, Elçin Pirişov 2011-2018-ci illərdə bir çox evli qadınla tanış olaraq əvvəlcə onların etibarını qazanıb, cinsi əlaqədə olub, daha sonra intim görüntülərini əldə edib. Bundan sonra isə əlindəki məlumatları və görüntüləri yaymaqla, övladlarını öldürəcəyi ilə hədələməklə qadınlardan külli miqdarda pul alıb. İttihama görə, Elçinin ilk belə fəaliyyəti 2011-ci ildə odnoklassniki.ru saytında Xırdalanda yaşayan qadınla tanış olması ilə başlayıb. Onunla münasibətləri dərinləşdikdən sonra fotoşəkillərlə və yazışmalarla hədələyib.
Valeri Korovin: Azərbaycan Avrasiya sivilizasiyasına aiddirRusiya Xarici İşlər naziri Sergey Lavrov özünün Azərbaycandan olan həmkarı Ceyhun Bayramov ilə danışıqlar apardıqdan sonra bəyan edib ki, Moskva və Bakı Rusiya-Azərbaycan-İran enerji körpüsünü yaratmaq niyyətindədirlər. Bu layihə Amerikanın İrana tətbiq etdiyi birtərəfli sanksiyalara baxmayaraq baş tutacaq. Rusiya, Azərbaycan və İranın enerji sisteminin birləşdirilməsi layihəsi çoxdankı danışıqlar mövzusudur və bununla bağlı 2018-ci ilin aprelində üçtərəfli işçi qrupu yaradılmışdır. media.az saytı Rusiya-Azərbaycan-İran əlaqələrinin dərinləşməsini şərh etmək üçün İzbor klubunun üzvü, Geopolitik Ekspertizalar Mərkəzinin direktoru Valeri Korovindən müsahibə almışdır. Valeri Korovin jurnalistin üç ölkə arasında strateji oxun əmələ gəlməsi barədə sualına bunun "sırf geopolitik bir layihə" olduğunu bildirmişdir. Onun fikrinə görə sözü gedən layihədə hədəflər dəqiq müəyyən edilib. Burda Moskva “Qərb və ABŞ üçün qıcıq yaradan ölkə rolundadır”.
Fazil Məmmədov borc içində batır - Vergi borcunu ödəməkdən niyə yayınır?İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər İdarəsi “Synergy Group” MMC-ni məhkəməyə verib. Musavat.com-un məlumatına görə, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Zaur Pirverdiyevin icraatındadır. MMC 48 min manat vergi borcunu ödəməkdən yayınır. “Synergy Group” MMC 50 milyon manatlıq nizamnamə kapitalı ilə 25 yanvar 2010-cu il tarixdə yaradılıb. Şirkətin qanuni təmsilçisi Elnur Xaləddin oğlu İsgəndərovdur. Elnur İsgəndərov Binəqədi Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Xaləddin İsgəndərovun oğludur. “Synergy Group” MMC-nin əsl sahibi isə keçmiş vergilər naziri Fazil Məmmədovdur. Yeri gəlmişkən, Xaləddin İsgəndərov Fazil Məmmədovun bacısının əridir. Fazil Məmmədov nazir olduğu dönəmdə “Synergy Group” MMC Azərbaycanın ən iri holdinqlərindən biri kimi tanınıb. O şirkətə iri yatırımlar edib.
Dünya əhalisini azaltma planı: Azərbaycanlıların sayı nə qədər olacaq?Politoloq Cümşüd Nuriyev koronavirus pandemiyasının qlobal əhalini azaltma planı olduğunu iddia edərək yekunda bu nəticəni açıqlayıb: “Dünyada 2 milyard insan qalmalıdır”. Bu iddiadan da məntiqi sual doğur: hazırda sayı 10 milyon nəfər olan Azərbaycan əhalisi yaxın dövrdə nə qədər azalacaq? Cümşüd Nuriyev yenisabah.az-a danışaraq bu məsələyə də aydınlıq gətirib: “Yer üzündə 2 milyard insanın qalmalı olduğu fikri, yeni dünya qurmaq istəyənlərin layihəsidir. Müəyyən şəxslər yeni dünya düzəni yaratmağa çalışırlar. Bu layihə xüsusilə pandemiya dövründə qüvvəyə minib. Azərbaycan bu layihədə yer tutmur. Hazırda 10 milyon əhalimiz var. Lakin Azərbaycanın resurslarına görə 40-50 milyon əhali saxlamaq mümkün olacaq. Bizim üçün faciə gözlənilmir. Azərbaycan dünya nizamında yeri olacaq qədər böyük dövlət deyil ki, bu azalma Azərbaycan üçün də nəzərdə tutulsun. O siyahıda daha çox iri dövlətlər yer alıb. Əhalinin azalması əsasən Şərqi Asiya ölkələrinə aid ediləcək.
Rövşən Əkbərov Nazim İbrahimova: "Kişiliyi, qeyrəti olan adam..." - Məhkəmədə qalmaqalQəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində tanınan Məzahir Şıxəliyevin qardaşı Rafiq Şıxəliyev və şahidlər ifadə verib. Məhkəmədə ifadə verən Rafiq Şıxəliyev təqsirləndirilən şəxsi hadisədən əvvəl tanımadığını deyib. R. Şıxəliyev 2001-ci il iyunun 1-də hadisənin baş verməsi barədə qohumlarının zəng edərək məlumat verdiyini deyib: "İyunun 1-də gecə evə zəng edib dedilər ki, qardaşım vurulub, onunla birlikdə olan Elçin isə qətlə yetirilib. Hadisə barədə məlumat alan kimi, Elçin Əliyevin ailəsinin evinə getdik. Orda öyrəndik ki, Məzahir polis əməkdaşları tərəfindən saxlanılıb. Hadisədən bir gün sonra bildik ki, Elçini Rövşən Əkbərov qətlə yetirib. Məzahir mənə zəng edib Rövşən Əkbərovun şəklini tapıb göndərməyimi istədi. Rövşən Əkbərovun şəkli olan qəzeti göndərdikdən sonra Elçin Əliyevi onun qətlə yetirdiyini dedi. Amma hadisə barədə geniş danışmadı.
[media=//www.youtube.com/watch?v=JiERiGNYHiU] “Vahabzadə Jirinovskiyə cavab vermir, pas ötürür” – Deputatdan sensasion ittiham"Vahabzadənin Jirinovskiyə cavabı nə diplomat cavabıydı, nə dövlət maraqlarından, nə də milli təəssübkeşlikdən irəli gəlirdi". Bunu deputat Sahib Alıyev deyib. Deputat bildirib: "Bəzilərindən fərqli olaraq "bu, bazar adamının cavabıydı" da demək istəmirəm. Çünki bazarlarda ruscası səlis olanlar, Jirinovski kimiləri yerində oturtmaq lazım gələndə bunu ustalıqla edənlər az deyil. Həm də onlar içlərində həqiqətən də milli təəssübkeşlik hissləri gəzdirirlər. İsfəndiyar Vahabzadədə isə bu yoxdur. Hakimiyyətdən narazılıq, qəzəb, öz yerini və həddini bilməmək var. Keçmiş səfirin "dillər dastanı" çıxışında da hədəf Jirinovski, yaxud da rus xalqı deyildi. Hədəf davamlı və ardıcıl şəkildə yol verdiyi nöqsanlara görə onu artıq təmsilçisi gözündə görmək istəməyən, zorən diplomatlığına son qoyan Azərbaycan hakimiyyəti, Azərbaycan dövləti idi. Vahabzadə Jirinovskiyə cavab vermirdi, pas ötürürdü, bir sözlə, jirinovskiləyirdi... Məni təəccübləndirən bu zorən diplomatı az qala qəhrəman edib göylərə qaldıran Nemət Pənahlının, Rəhim Qazıyevin və digərlərinin ötən əsrin axırlarındakı "dərs"lərindən hələ də nəticə çıxarmayanlardır.
|