Kərim Siddiqi: Səudiyyə Ərəbistanı tarixi İslama xəyanətdən ibarətdir

Dr. Kərim Siddiqi
 
26 dekabrda ər-Riyaddakı birinci mətbuat brifinqində çıxış edən general Dan Sterlinq ABŞ silahlı qüvvələrinin krallığa gəlməsini və orada yerləşdirilməsini asanlaşdırdığı üçün Səudiyyəni təriflədi. O, bu nöqtədə bir az da insaflı ola bilərdi. Çünki hərbi bazalarına görə 1965-ci ildən bəri Səudiyyə Yenidənqurma Proqramına baxan Amerika Ordusu Mühəndislər Nümayəndə Heyətinə (USAK) borcludurlar. Ancaq doğruluq nə ABŞ-ın, nə də onların Səudiyyə kuklalarının xüsusiyyəti deyil. Bu gün Ərəb yarımadasının hamısı küfr qüvvələrinin işğalı altındadır. Bu, müsəlmanların şərəfinə və Həzrət Peyğəmbərin (s) sünnəsinə qarşı açıq-aşkar təhqirdir. Bu qalmaqal özünü "Hərəmlərin xadimi" sayan Səudiyyə xanədanı ilə müsəlmanları qarşı-qarşıya qoydu. Əvvəlkiləri nəzərə almasaq belə, ən azından 1965-ci ildən bəri Səudiyyə sadəcə rol oynadılar, "Xadimul Amerika" - Amerikaya xidmət etdilər. ABŞ Ordusu Mühəndislər Heyəti 20 milyard dollarlıq hərbi investisiya proqramının Həfr əl-Baten hərbi şəhərində reallaşdırması ilə işə başladı. İraq sərhədi yaxınlığında yerləşən bu hərbi şəhər Səudiyyə hərbi qüvvələrinin sayından çox qüvvə qəbul edə bilər. 1970-ci illərin əvvəllərindən başlayaraq Səudiyyənin müdafiə büdcəsi illik 20 milyard dollara yüksəlib. Bu isə ümumi milli gəlirin 15 faizi deməkdir. 1980-cı illərin ortalarından etibarən neft qiymətlərinin düşməsinə baxmayaraq, bu rəqəm dəyişmədi. Maraqlısı budur ki, 15 ilə kimi müddətdə müdafiəyə 300 milyard dollar xərclənməsinə baxmayaraq, indiki kritik vəziyyətdə Səudiyyə Amerikadan onu qorumasını istəmək məcburiyyətində qaldılar və ya istəmələri əmr edildi. Bu illər ərzində əldə edilən hərbi gücə nə olmuşdu? Hərbi şəhərlər zolağı, xüsusən də Dahran, Damman, kral Xalid hərbi şəhəri çox böyük yollar şəbəkəsi və liman qurğuları yalnız bir məqsəd üçün inşa edilmişdi: Bir təhlükə olarsa, ABŞ qüvvələri tərəfindən istifadə edilmək üçün. Tarix göstərir ki, Səudiyyə xanədanı "Xadimul Hərəmeyn" adı altında gizlənərək anti-islam siyasəti yürütməkdədir. Hazırda davam edən qarşıdurmalar və müharibələr onların bu riyakarlığını tamamilə ortaya qoyub. Səudiyyəlilər İraqa qarşı keçirilən hava hücumlarının ən azı 20 faizinin öz hava qüvvələri tərəfindən təşkil olunduğunu öyünərək elan ediblər. Heç şübhəsiz bu hava bombardmanının qurbanları günahsız İraqlı müsəlmanlardır. Bununla yanaşı, Səudiyyənin bu siyasətinə təəccüblənməmək lazımdır. Nəcddən Səudiyyə qəbiləsi ortaya çıxandan bəri onların tarixi müsəlmanlara xəyanətlə dolu olub. 1802-ci ildə Taif şəhərinə təşkil etdikləri hücumda məscidlərdə olan bütün kişiləri qətlə yetirdilər. Əllərinə keçirdikləri Quran və təfsir nüsxələrini yandırdılar. Eyni şeyləri Məkkə və Mədinədə də etdilər- bir çox İslam əsərlərini məhv etdilər. Onların qəzəbləri xüsusilə səhabə və Əhli-Beytin məzarları (Mədinədə Baqi qəbiristanlığı və İslamın qəbiristanlığı) üzərində toplanmışdı. Ərəb yarımadasının bu qaranlıq dövrünə səudiyyəliləri 1819-cu ildə Dariyyədə məğlubiyyətə uğradan Misirdəki Osmanlı valisi Məhəmməd Əli Paşanın oğlu İbrahim Paşa son verdi. Altı il əvvəl bu köçəri tayfalar Məkkə və Mədinədən kənara çəkilmişdilər. Onların ikinci dəfə baş qaldırmalarının qarşısını almaq elə də asan olmadı. Çünki İngiltərə müstəmləkəçilərinin dəstəyini almışdılar. Hazırki Səudiyyə Ərəbistanı dövlətinin banisi Əbdüləziz İbn Səud ingilis agenti idi.1922-ci ildə mart ayının 22-də İcmalar Palatasında Uinston Çörçill Əbdüləziz bin Səudun İngiltərə müstəmləkəçiliyinə xidmətinə görə, 20.000 funt-sterlinq nağd ödəməyə əlavə olaraq hər ay 5.000 funt-sterlinq ödəndiyini təsdiq etmişdi. (Səudiyyə Ərəbistanı Tarixinin sənədləri, Cild 1, İbrahim əl-Raşid) Bu satılmış ingilis agenti təkcə Osmanlı xilafətinin parçalanmasına kömək etməmiş, həmçinin onun silahlı qüvvələri də Hicazdakı digər islami əsərləri məhv etməyə başlamışdı. İkinci Dünya Müharibəsindən sonra bir supergüc kimi ABŞ-ın ortaya çıxmasından bəri, Səudiyyə Ərəbistanı İslamın zərərinə olan Sionist-ABŞ maraqlarını yüksəkdə tutmaq üçün əlindən gələni etdi. Müqəddəs yerlərin dağıdılmasından və dəyişdirilməsindən, Məkkədə hacıların terror edilməsinə (1987-ci il, avuqst ayı) qədər. Səudiyyəlilər İslamın müqəddəs məkanlarının müqəddəsliyini pozmaq üçün əllərindən gələni etdilər. Səudiyyə hazırda da ümmətin bölünməsinə liderlik edir.   
 
"Crescent International", 15 fevral 1991-ci il                           eastnews.org
24-12-2017 05:56 Baxılıb: 3680    
Şərh bildir