İŞİD-ə qoşulan Fransalı qadın ölkəsinə qayıtmaq üçün fəryad edir

Suriyanın Raqqa şəhərində İŞİD terrorçularına qoşulan və 4 İŞİD üzvləri ilə ailə quran Fransalı qadın ölkəsinə qayıtmaq istəyir.
interaztv.com xarici KİV-nə istinadən xəbər verir ki, Raqqa şəhəri İŞİD-dən azad olunduqdan sonra, öldürülən İŞİD üzvlərinin ailələri ölkələrinə qayıtmağa çalışırlar. Suriya Demokratik Qüvvələri tərəfindən ələ keçirilən qadınlardan biri, üç uşaq anası 27 yaşlı Fransalı Morqedir. O, Fransalı müxbirə müsahibə verərək ölkəsinə qayıtmaq istədiyini, qayıtdıqdan sonra həbsxanada cəzasını çəkməyə razı olduğunu bildirib: “Mən 4 ildir ki, Raqqada həbsxana həyatı yaşayıram. İlk həyat yoldaşımla bura gəlmişik. O, döyüşdə öldürüldü. Daha sonra 3 İŞİD üzvləri ilə evləndim. Onlar da döyüşlərdə öldürülüblər. Mən bura aldanıb gəlmişəm. Mənə demişdilər bura təhlükəsiz yerdir. Mən bunları müsəlman hesab edirdim. Çox istəyirdim müsəlman ölkəsində yaşayam, ancaq bunlar müsəlman deyillər. Buradan qaçmağa çalışsam da bacarmamışam. Buradan qaçmağa çalışan çox sayda qadınlar İŞİD tərəfindən edam edilib. Hal-hazırda Fransaya, öz ölkəmə qayıtmaq istəyirəm, cəzam nədirsə çəkməyə hazıram, təki uşaqlarım amanda olsunlar”.
Qeyd edək ki, 20-dən çox Fransalı ailə ölkəsinə qayıtmaq üçün Fransa rəsmilərinə müraciət ediblər.
04-11-2017 11:13 Baxılıb: 530    
Şərh bildir