Səudiyyə hökuməti ölkədəki şiələri genosid edir

Səudiyyə Ərəbistanı ordusu şiələrin yaşadığı Avamiyyə şəhərində hərbi əməliyyatlara başlayıb.
Avamiyyə- Səudiyyə Ərəbistanında şiələrin şıx yaşadığı şəhərdir. Şəhərdə 30 min əhali yaşayır. Şəhərə daxil olan Səudiyyə hərbçiləri şiələri zorla başqa ərazilərə köçürməyə çalışırlar. Tarixi Əl-Mosavara rayonunda ev və torpaq sahələrini zorla əhalinin əlindən alırlar. Yurd-yuvasından olmuş insanlara ölkənin Milli Antiterror Komandanlığının möhürü vurulmuş kağızlar verilir.
Şəhərin onlarla şiə aktivisti terrorçuluqda, 15 nəfər "İrana cəsus işləməkdə" günahlandırılaraq ölüm hökmünə məhkum edilmiş, 25 nəfər isə 6 aydan tutmuş 25 ilə kimi həbs cəzası almışlar. Yüzlərlə sakin qorxusundan şəhərdən qaçmalı olmuşdur.
Səudiyyə ordusu Avamiyyəni 78 gün blokadada saxladıqdan sonra 25 iyul 2017-ci ildə şəhərə ağır texnika və əsgər yeritmişdir. Yerli sakinlər orduya müqavimət göstərmiş, bir neçə saat davam edən qızğın döyüşlərdən sonra Səudiyyə əsgərləri İmam Əli küçəsini, eləcə də Rif məhəlləsini zəbt edərək burdakı evləri xaraba qoymuşlar.
Ordu xarici jurnalistləri məntəqəyə buraxmır. Sosial şəbəkələrdə yazılanlara görə, damların üstündəki snayperlər hərəkət edən insanlara atəş açırlar. Əhali qorxusundan küçələrdəki meyidlərə yaxın gedə bilmir. Küçələri zirehli maşınlar patrul edirlər.
10 mayda buldozerlər Əl-Mosavara rayonunda 500-ə yaxın tarixi binanı xaraba qoymuşdur. 20 min adam ev-eşiyini itirərək çöllərdə qalmışdır.
Avamiyyə məntəqəsi ölkənin ən neftlə zəngin əyaləti olsa da, yerli şiələr ölkənin ən kasıb sakinləridir. Səudiyyə hökuməti şiələri 2-ci növ vətəndaşlar sayır. Şiələrə təhsil verilmir, onları işlərə yaxın buraxmırlar və imtiyazlar onlara aid edilmir. Səudiyyə hökuməti tez-tez şiə məscidlərini və tarixi-mədəni binalarını sökür. Şiə şəhərləri ən xırda etiraza görə artilleriya atəşinə tutulur. Avamiyyə şəhərində küçələrdən keçən tanklar ev və mağazalara atəş açırlar. Səudiyyə əsgərləri telefonlara çəkərək internetə yerləşdirdikləri videolarda bütün şiələrin kökünü kəsəcəkləri ilə hədələyirlər.
Xatırladaq ki, 2016-cı ildə Səudiyyə hökuməti tərəfindən qətlə yetirilmiş ölkənin tanınmış şiə ruhanisi Nimr Əl-Nimri də Avamiyyədə yaşayırdı.
19-10-2017 21:37 Baxılıb: 3330    
Şərh bildir