İŞİD əsirliyindən azad edilən susuz körpə

Qərbi Mosulda uzun müddət İŞİD əsirliyində olan qadın və uşaqlar terrorçulardan azad edilib
 
İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.
İnterAz İraq mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib. Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.
Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.
Sakinlərin sözlərinə əsasən, bu vaxta qədər İŞİD terrorçularının əsirliyində bir çox körpə aclıq və susuzluqdan həyatını itirib. Terrorçular hətta körpələrə rəhm etməyib və onlara yardım göstərməyiblər.
12-07-2017 13:06 Baxılıb: 1360    
Şərh bildir