1400 İŞİD-çi arvadı əsir düşdü

İŞİD mənsubu olan, indisə əsir düşmüş terrorçuların həyat yoldaşları İraqdakı həbsxanalardan kənarda olsalar da, durumları həddən artıq pisdir.
RT telekanalının hazırladığı reportajda bildirilir ki,  bu qadınların ərləri terrorçulardır, İŞİD üzvləridir və onları qanlı əməllərinə görə ağır cəzalar gözləyir. Həmin terrorçuların xanımları isə deyirlər ki, terrorçu deyillər, sadəcə, ərlərinin arxasınca Suriyaya və İraqa yollanıblar. “Biz buraya vuruşmağa yox, yaşamağa gəlmişdik. Biz qatil deyilik”,- İraq ordusunun səhradakı məxfi, qapalı həbsxanalarından birinin həyətində saxlanan qadınlar deyirlər.
İraqın Müdafiə Nazirliyinin verdiyi bəyanata görə, Mosul və Təlafar şəhərləri İŞİD-dən azad ediləndən sonra terrorçuların 1400 nəfər ailə üzvü ələ keçib. Qadınların əksəriyyəti Türkiyədəndir və Azərbaycandan olanlar da var.
Davamı    
 

Mənzilə yığışıb İŞİD-ə biət etdilər - Sumqayıtda

Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD terror təşkilatını dəstəkləməkdə ittiham olunan Sumqayıt şəhər sakinləri - 29 yaşlı Aydın Gülməmmədov və 25 yaşlı Əmrah İmanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesə hakim Səbuhi Hüseynov sədrlik edib.
İttihama görə, təqsirləndirilən şəxslər Fuad Rüstəmov və Ağamirzə Quliyevlə cinayət əlaqəsinə girərək İŞİD-ə dəstək nümayiş etdiriblər. Ötən il oktyabr ayının 26-da Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dini ləqəbi "Ömər" olan Ağamirzə Quliyevin sərnişini olduğu "Bakı-İstanbul" avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılıb. Avtobusda olan A.Quliyevə Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunub. Avtobusdan düşən A.Quliyev üzərindəki əl qumbarasını çıxararaq partlatmağa cəhd etdikdə xüsusi təyinatlılar tərəfindən zərərsizləşdirilib.
Davamı    
 

İŞİD-çilərin murdarlıqları üzə çıxır: "İntim-kölələrin alveri ilə məşğul idilər"

İŞİD əsarətindən xilas olmuş terrorçuların arvadları həyatları barədə danışıblar.
İŞİD terrorçuları Suriyadakı “paytaxtlarını”- Raqqa şəhərini müdafiə edərək özlərində saxlamağa çalışırlar. Son günlər isə adıçəkilən şəhər uğrunda şiddətli döyüşlər gedir. Terrorçular məhz burada öz qaydalarını yaradaraq “xilafətlərinin” yayılması üçün zəmin yaratmağa çalışırdılar. Son zamanlar mühasirə altında olan şəhərdən yüzlərlə insan xilas ola bilib. Onlar arasında məhv edilimiş və ya əsir düşmüş terrorçuların arvadları da var.
islamazeri.com xəbər verir ki,  “Russia Today” telekanalı həmin qadınlardan bir neçəsi ilə söhbət edə bilib. Qadınlar onlara qarşı zülm, təzyiq, əziyyət və zorakılığın olduğunu bildiriblər. Raqqa şəhərində terrorçular ilə SDQ arasında döyüşlər gedir. 
Davamı    
 

İŞİD əsirliyindən azad edilən susuz körpə

Qərbi Mosulda uzun müddət İŞİD əsirliyində olan qadın və uşaqlar terrorçulardan azad edilib
 
İraq ordusu və Haşdi Şabi döyüşçüləri Qərbi Mosulda növbəti əməliyyat aparıblar.
İnterAz İraq mətbuatına istinadən xəbər verir ki, əməliyyatlar nəticəsində uzun müddət İŞİD əsirliyində olan Mosul sakinləri azad edilib. Əksəriyyəti qadın və uşaqlardan ibarət sakinlər aclıq və susuzluqdan əziyyət çəkiblər. Onlara tibbi və digər yardımlar edilib.
Məlumata görə, azad edilənlər arasında bir körpə daha çox diqqəti çəkib. Aclıq və susuzluqdan son anlarını yaşayan körpə əsgərlərin müdaxiləsindən sonra həyata qayıdıb.
Davamı    
 

İŞİD - İslamın düşmənidir

Bilin və agah olun! İŞİD, Taliban, Əl-Nusra və digər terror qruplaşmaları İslam deyil.
Davamı    
 

İsrail İŞİD terrorçularını müalicəsinə​ 220 milyon dollar xərcləyib

Sionist İsrail rejiminin xəstəxanaları Suriyadakı münaqişələrdə yaralanan terrorçuların müalicəsi ilə məşğul olur. Xəstəxanalar terrorçuların müalicəsinə həddindən artıq vəsait xərclədiyindən ciddi maliyyə böhranı ilə üzləşib. "Haaretz" qəzeti mövzu ilə əlaqədar hazırladığı xəbərində, İsrail rejimi xəstəxanalarının gündəlik olaraq Suriyada yaralanan terrorçuları qəbul etdiyini və buna görə də ağır maliyyə problemilə qarşılaşdığını yazıb.
Qəzet İsrail rejiminin xəstəxanalarının Suriyadan xəstəxanaya gətirilən yaralılara görə, sanki müharibə xəstəxanalarına çevrildiyini qeyd edib. Xəbərdə 4-6 il ərzində 1600-dən artıq yaralı terrorçunun işğal altındakı ərazilərdəki İsrail xəstəxanalarına gətirildiyini və müalicə edildiklərini yazıb. Bir xəstəxananın rəsmisi İsrailİn xəstəxanalara müalicəyə görə, 220 milyon dollar borcunun olduğunu bildirib.
Davamı    
 

Xamenei: ABŞ-ın rəhbərləri İŞİD-ın güclənməsinə köməklik göstərirlər

Suriyaya raket zərbəsi ABŞ-ın növbəti strateji səhvi oldu. report xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei ölkənin Silahlı Qüvvələri Komandanlığının nümayəndələri ilə görüşü zamanı deyib. “Amerikalıların etdikləri onların növbəti strateji səhvidir. Onlar bu səhvləri təkrarlamaqda davam edirlər. ABŞ-ın əvvəlki rəhbərləri İŞİD-i yaratdılar, indiki Amerika rəsmiləri də bu və bu kimi qruplaşmaların güclənməsinə köməklik göstərirlər”, – deyə o bildirib.
Ali dini liderin sözlərinə görə, yaxın gələcəkdə bu qruplaşmalar amerikalıların özlərinin yaxasından yapışacaqlar. “Bu gün Avropa ekstremizmin güclənməsinə gətirib çıxaran səhvlərinin əvəzini verir. İnsanlar artıq nə evdə, nə də küçədə özlərini təhlükəsiz hiss etmirlər.
Davamı    
 

Ən-Nusra terrorçuları 38 uşağı yandıraraq öldürdü - SURİYADA

Aprelin 15-də ən-Nusra terror təşkilatı Suriyanın Fua və Kəfraya qəsəbəsindən təhülkəsizlik üçün çıxarılan dinc insanları daşıyan avtobuslara Rəşidin bölgəsində hücum edib.
Partlayıcı maddə doldurulmuş avtomobil təxliyyə olunan insanların avtobusu yaxınlığında partladılıb. Terror nəticəsində yüzdən çox insan həlak olub.
VETENUGRUNDA.AZ-ın Suriya mətbuatına istinadən verdiyi xəbərə görə, ən-Nusra terror təşkilatının başçılıq etdiyi hüçum zamanı 100 nəfərdən çox insan öldürülüb. Həlak olan 100 nəfərin 38-i uşaqlar olub.
Qeyd edək ki, dekabr ayında bölgədəki dinc əhalini çıxarmaq üçün gedən avtobusları terrorçular yandırmışdı.
Davamı    
 

İŞİD kimləri və necə öz sıralarına cəlb edir?

Ötən həftə sonu Stokholmun mərkəzindəki terror aktına görə əsas şübhəli 39 yaşlı Özbəkistan sakini Rahmat Akilovdur. Onun 2014-cü ildə İsveç hökumətinə müraciət edərək sığınacaq istədiyi bəllidir. Ancaq 2016-cı ilin yayında müraciəti təmin edilməyib. Terror aktının törədildiyi günədək ölkədə qeyri-qanuni yaşayıb.
Stokholmda törədilmiş terror hücumundan iki sutka sonra Norveç polisi 17 yaşlı Rusiya vətəndaşını həbs edib. Onu partlayıcı qurğu düzəldərək Oslonun mərkəzində yerləşdirməkdə ittiham ediblər. Yerləşdirdiyi iddia olunan şübhəli əşya isə aprelin 9-na keçən gecə aşkarlanıb və xüsusi nəzarət altında partladılaraq məhv edilib.
Sankt-Peterburqda törədilmiş terror aktında isə 22 yaşlı Qırğızıstan əsilli Rusiya vətəndaşı Akbarjon Cəlilovu ittiham etdilər. Şübhəli şəxs 2015-ci ilin sonlarından 2017-ci ilin əvvəllərinə qədər Türkiyədə yaşayıb.
Davamı    
 

Bakıda vəhhabilərlə bağlı elanlar yayıldı: Ölən şəxsin qadınına təcavüz…


Bakı küçələrində vəhabilərlə bağlı xüsusi elanlar yapışdırılıb.

Davamı    
 

Kərbəlaya qadın paltarında girmək istəyən İŞİD-çi ələ keçdi

Davamı    
 

Abutalıbov MTN şefinin toruna necə düşüb? – Oğlu ilə bağlı faktlar

Vaxtı ilə radikalları tora salıb onlarla əlaqələr quran keçmiş Eldar Mahmudovun indi həmin qrupdan özünü həbsdən sığortalamaq üçün istifadə etdiyi iddia olunur.
Son 4 ayda Azərbaycanda 9 terrorçu məhv edilib. Daha dəqiqi, onlara qarşı əməliyyat keçirilərkən hüquq-mühafizə orqanları əməkdaşlarına müqavimət göstərdikləri üçün bu şəxslər yerindəcə zərərsizləşdirilib.
Dünyada yüksəlməkdə olan terror təhdidləri fonunda ölkəmizə qarşı da bu yöndə hədələr artmaqdadır. Bəzən internet üzərindən ölkəmizə yönəlik hədə dolu videomüraciətlər də yayılır. 2 ay ərzində bir neçə belə video paylaşılıb. Bu hədələrin məqsədi, arxasında hansı niyyətlərin dayanması haqda sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın fikirlərini təqdim etmişdik. Azərbaycan böyük mənada terrorçuların hədəfində deyil, amma beynəlxalq terror təşkilatları müsəlman ölkələrinin hamısını hədəfə götürürlər.
Davamı    
 

Səudiyyəlilərin ən seksual fətfası

Səudiyyə Ərəbistanı dünyada yeganə ölkədir ki, orada qadınlara avtomobil idarə etmək yasaq edilib. Bu barədə fətva verən ərəb şeyxləri əmindirlər ki, avtomobil idarə edən qadın sağlam uşaq doğa bilməz. Bunun heç bir tibbi sübutu olmasa da, şeyxlərin fətvası qüvvədədir. Bu səbəbdən ölkədə qadınlar üçün sürücülük məktəbi də yoxdur. Digər tərəfdən, qadına maşın sürmək yasaqdırsa, demək, onlara marketə, bazara alış-verişə getmələri üçün şəxsi sürücü tutmaq və ya taksi sifariş etmək lazımdır. Səudiyyə Ərəbistanında isə bu xidmətlər çox bahadır. Həm də bu zaman ortaya ikinci problem çıxır- taksi sürücüsü də, şəxsi sürücü də yad kişidir. Deməli, naməhrəmdir. Qadın isə naməhrəmlə maşında tək gedə bilməz.
Davamı    
 

Vahhabi saxtakarlığı

Namik Haşimzadə
 
Vahhabilər, İmamiyyə şiələrinin digər məzhəblərdən daha artıq elmi məsələlərə yer verdiyinə görə, onlarla mübarizə etməyi qarşılarına məqsəd qoymuşlar. Vahhabilərin, müxalifləri ilə mübarizə yollarından biri də əhli-sünnətin hədis, təfsir və tarix kitablarının öz mənafeləri yönümündə dәyişdirilməsidir. Onlar öz əqidələri ilə bir araya sığmayan hədis və sözləri dəyişdirir, daha sonra çapxanalara kitabın təhrif olunmuş formasını nəşr olunmasını sifariş edirlər. Elə bu səbəbdən bəzən görürük ki, bir müəllif qaynağını da qeyd etmək şərtilə hər hansı bir hədisə əsaslanır. Yeni çaplara müraciət etdikdə hədisdən heç bir əsər-əlamət gözə çarpmır. Lakin qədimi çaplara baxdıqda aydın olur ki, bu hədis sonrakı nəşrlərdə ixtisara salınmışdır.
Davamı    
 

İŞİD Türkiyə əsgərlərini diri-diri yandırdı

İŞİD terrorçuları Suriyanın Əlbab şəhərində yerləşdirilmiş Türkiyə hərbi qüvvələrinin iki əsgərini əsir alıb.
Davamı    
 

İŞİD – NATO-nun gizli müsəlman ordusudur

İŞİD Amerika Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Əl-Kaidə adlı köhnə rezerv bazası əsasında yaradılmışdır.
Davamı    
 

Şeyx Əli Kəyvəh: Vahhabilik nəcasət üzərində qurulmuşdur

Əl-Əzhər Universiteti Şeyxlərindən, eyni zamanda əl-Zeytuna Universiteti Siyasi Elmlər Fakultəsi müəllimi, Tunis əslli Şeyx Muhəmməd Əli Kəyvəh Sələfiliyin mənşəyi və islamla uyğunsuzluğu ilə bağlı çox ciddi açıqlamalar verib. Şeyx deyib:
 
“Mən vicdanım qarşısında bunu söyləyirəm və axirətdə Rəbbimin hüzurunda da belə cavab verəcəyəm: İslam İŞİD-dən uzaqdır. Bu kəslərin dini yoxdur. Bunlar müsəlman deyildirlər. Çünki müsəlman- xalqa dili və etdikləriylə zərər verməyən adamdır. Ancaq bu kəslər xalqa hücum etməkdə, baş kəsməkdə və xalqın namusunu halal görməkdədir. Bunların sahib olduğu nə növ bir İslamdır? Bəli, həqiqət budur ki onlar heç bir zaman bizim peyğəmbərimiz Hz. Məhəmmədə iman etmədilər. Hətta Məhəmməd bin Abdulvahhab Hz.Məhəmmədi təhqir edərək demişdir: “Bir taxta çubuq belə Məhəmməd bin Abdullahdan daha yaxşıdır.
Davamı    
 

İsrail İŞİD-in oğurladığı nefti necə alırdı?

İŞİD-in oğurladığı neftin Qərb bazarına çıxarılması marşrutunu araşdırarkən ekspertlər maraqlı nüanslarla üzləşmişlər.
İŞİD Suriya və İraq neftini Türkiyə ərazisindən keçirirək İsrailə satırdı, İsrail isə “qara qızıl”ı Qərb bazarına çıxarırdı. İŞİD-in göndərdiyi neft nəzarətində olan Suriyanın Deyr-əz-Zor və İraqın Mosul məntəqələrindən çıxarılırdı. Rusiya aviasiyasının hücumlarından qorxduqları üçün neftçıxarma işləri gündüz yox, günbatandan sübhə kimi gecə aparılırdı. Ərazilərdə çəkiliş aparmağa heç kəsin ixtiyarı yox idi.
Daşınma işlərini kürd sürücülər həyata keçirirdi və bir dəfəyə 70-dən 100-ə kimi benzovoz ard-arda düzülərək yola düşürdü.
Davamı    
 

"Türkiyə terrorizimin “Ana yolu”dur"

Rəsmi Vaşinqton Türkiyəni terrorizimin “Ana yolu” adlandırmışdır
 
ABŞ hökuməti “Ölkələrin terrorizm hesabatı”nı mətbuata açıqlayarkən məlum olmuşdur ki, İŞİD terrorçularına 90 ölkənin vətəndaşı qoşulmuşdur. Hesabatda Türkiyənin əcnəbi döyüşçülər üçün “ana yol” olduğu göstərilmişdir. O cümlədən, Ankaranın xarici terrorçuların yuvası halına gətirilən Liviya kimi ölkələrə viza sitemi tətbiq etməməsinin belə problemlərə yol acdığı vurğulanmışdır.
Vaşinqtonun hazırladığı 388 səhifəlik bu hesabatda İŞİD-in fəaliyyəti məhz Türkiyəyə aid məsələ kimi göstərilmişdir.
Davamı    
 

“İŞİD-çilər gündüz Suriyada döyüşüb axşam Türkiyədə istirahət edirdi”

Türkiyənin keçmiş prezidenti Abdullah Gülün müşaviri işləmiş Yusuf Müftüoğlu “The Huffington Post”da dərc olunmuş məqaləsində maraqlı notlara toxunmuşdur. “İllər boyu Türkiyə sələfi fraksiyalarını dəstəkləyib, onların tərkibi, məqsədləriylə elə də maraqlanmayıb. Ona görə dəstəkləyib ki, onlar Suriya prezidenti Bəşər Əsədə qarşı vuruşublar. Onlar Türkiyənin gözündə yaxşı oğlanlar idilər. Onların müharibə taktikasının qəddarlığı uzun müddət gözardı edilib”- məqalədə deyilir. 
“Səudiyyə Ərəbistanı və Qətərlə birlikdə uzun müddət bu qrupların arxasında duran Türkiyədən dəstəyin böyük hissəsi açıq sərhəd siyasəti vasitəsilə göstərilib.

Davamı    
 

Yeddi yaşlı qızını kamikadze kimi ölümə göndərən terrorçu məhv edildi

Bir müddət öncə "Nusra cəbhəsi" terror qruplaşmasının üzvlərindən birinin 7 yaşlı qızına bomba bağlayaraq terror aktında istifadə etməsini əks etdirən video yayılmışdı. İslamazeri.az xəbər verirki, bu şəxslə bağlı təfərrüatlar məlum olub. Bir həftə öncə Şamın Midan məhəlləsində polis idarəsində qızının üzərindəki partlayıcı işə salmaqla 3 nəfərin yaralanmasına səbəb olan şəxs Əbu Nimr ləqəbli Əbdürrəhman Şəddaddır. O Şamın Ruknəddin məhəlləsində dünyaya gəlib və vəhhabiliyi qəbul edib. Sednaya həbsxanasında vəhhabi "Cunduş Şam" qruplaşmasına üzv olma ittihamı ilə bir neçə il həbsdə olub. Həbsdən çıxan Əbdürrəhman islah olmaq əvəzinə terror qruplaşmaları ilə sıx əlaqəyə keçir. Bundan sonra o "Əl Qaidə"yə bağlı qruplaşmalarda  terror aktları və terror əməliyyatlarında iştirak edir.
Davamı    
 

Bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı çox az yer qalıb

Müqəddəs yerlərin qorunması məqsədilə yaradılmış İslami İrs Fondunun sədri Irfan Ahmed al-Alawi bildirir ki, Səudiyyə Ərəbistanının vahhabiləri Peyğəmbərlə əlaqəsi olan bütün tikililəri söküb-dağıdırlar. Peyğəmbərin anası Amina bint Wahb-ın 1998-ci ildə aşkar edilmiş məzarının başına gətirilənlər bariz nümunədir: “Əbvada olan bu məzarı buldozer yerlə yeksan etdi. Sonra isə məzarın olduğu yerə benzin töküldü. Bütün müsəlman dünyası boyunca göndərilən minlərlə petisiya bu aksiyaya mane ola bilmədi”. Jurnalist Jerome Taylor bildirir ki, bu gün Məkkədə Peyğəmbərin adı ilə bağlı çox az yer qalıb. Peyğəmbərin silahdaşı Əbu Bəkrin evinin yerində indi Hilton oteli ucalır, onun nəvəsi Əli Oreydin evi və Əbu Qubays məsçidinin yerini Kral Sarayı tutub. “Zəvvarlar Kəbənin ətrafında dövrə vurarkən başlarını qaldıranda buludsuz səmanı yox, Kral Saat Bürcünü görürlər”.
Davamı    
 

Səudiyyə vahhabiləri Məkkə və Mədinədə 400-500 tarixi abidəni yer üzündən siliblər

İslami İrs Tədqiqatları Fondu məlumat vermişdir ki, Səudiyyə vahhabiləri Məkkə və Mədinədə 400-500 tarixi abidəni yer üzündən siliblər. Fond bildirir ki, Beytül-Mövlud kimi tanınan yer əvvəlcə mal-qara bazarına çevrilib, məkkəlilərin etirazlarından sonra isə orada kitabxana qurulub. Belə bir narahatlıq var ki, Böyük Məsçidin genişləndirilməsi əsnasında bu abidə tamamilə dağıdıla bilər. Tanınmış vahhabilərdən İbn Jabhan deyirmiş: “Peyğəmbərin qəbri üzərindəki o məqbərə bizim prinsiplərimizə ziddir və dağıdılmalıdır”. Rəsmi hakimiyyət nümayəndələrinin də bəzi bəyanatları bu kimi ritorika ilə səsləşir. 2007-ci ildə Səudiyyənin İslam İşləri Nazirliyinin Mədinədə Peyğəmbərin, Əbu Bəkr və Ömərin məzarları üzərində ucalan və 15-ci əsrə aid yaşıl gümbəz barədə yaydığı və Əbdül Əziz əl-Şeyx tərəfindən xeyir-dualanmış bəyanatında bildirib ki, gümbəz dağıdılacaq.
Davamı    
 

Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar

Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar. Hicazlı memar Sami Angavi bəyan edir ki, Məkkə və Mədinənin son günlərinə çox qalmayıb. Peyğəmbərin arvadının da dəfn olunduğu Əl-Baqi qəbristanlığı dağıdılanlar sırasındadır. İslami İrs Fondu bildirir ki, Səudiyyənin “könüllü polis” dəstəsi bir müddət idi ki, bu yeri gecə-gündüz qoruyur və adamların buraya gül-çiçək dəstələri qoymasının qarşısını alırdı. “Jannat al-Baqi” kimi də tanınan bu qəbristanlıqda Məhəmməd peyğəmbərin qohumları və silahdaşları dəfn olunubmuş. Buraya ilk basdırılan onun dostu Uthman b. Madhoon olub, buradakı ağaclığın bir hissəsi Peyğəmbərin əmri ilə qırılıb ki, məzar üçün yer açılsın. Sonrakı illərdə Peyğəmbər, ölümünə hönkür-hönkür ağladığı azyaşlı oğlu İbrahimi burada dəfn edib. Bundan sonra çox sayda mədinəli ölənlərini burada basdırırmışlar.
Davamı    
 

Müsəlmanlar Məkkə və Mədinənin sökülməsinə niyə etiraz etmirlər?

Müsəlmanlar Məkkə və Mədinənin amansız söküntüsünə etiraz səslərini niyə ucaltmırlar? “The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor öz məqaləsinə belə bir sual-sərlövhə qoyub. O yazır ki, Səudiyyə Ərəbistanı vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdır, yerində göydələnlər və ticarət mərkəzləri tikirlər. Müəllif qeyd edir ki, müsəlman icması ümumən götürəndə, etiraz etmirlər: “Çoxluğun sükutu və təmkini, hay-küyçü azlığa İslama necə sitayiş edilməsi və İslamın dünya tərəfindən necə qavranmasına dair qeyri-mütənasib diqtə imkanı yaradır”. “Neft pulları və barışmaz vahhabilər tərəfindən qızışdırdırılan Səudiyyə hakimiyyəti ağlasığmaz bir miqyasda mədəni vandalizm siyasəti yürüdür”- müəllif yazır. Jerome Taylor sual edir: “Görəsən müsəlmanları Məkkə və Mədinədə baş verənlər niyə tərpətmir?
Davamı    
 

Jerome Taylor: Məkkə Las-Veqasa çevrilir

“The İndependent” qəzetinin dini məsələlər üzrə müxbiri Jerome Taylor yazır ki, İslamın iki ən müqəddəs şəhərində- Məkkə və Mədinədə buldozerlər sistematik olaraq, bərq vuran göydələnlərə, lüks otellərə və ticarət mərkəzlərinə meydan açmaqda davam edirlər. Jerome Taylor bildirir ki, get-gedə genişlənən tikintilər aparmaqla Səudiyyə vahhabiləri Peyğəmbərlə əlaqəsi olan tikililəri söküb-dağıdırlar. “Məkkə Las-Veqasa çevrilir”- jurnalist yazır. Müəllifin fikrincə, ən dəhşətlisi budur ki, Peyğəmbərin özünə aid yerlər də daxil olmaqla, erkən İslamla bağlı onlarca abidə yer üzündən silinib: “Vəziyyət o qədər acınacaqlıdır ki, Vaşinqtonda mənzillənmiş Körfəz İnstitutu minillik yaşı olan qədim binaların son 20 ildə 95 faizinin dağıldığını təxmin edir”. Jerome Taylor göstərir ki, “mədəni vandalizmin” əsas hissəsi Səudiyyə krallığının rəsmi dini olan və İslamı ən sərt şəkildə təfsir edən vahhabilik təriqəti tərəfindən ilhamlandırılır. Vahhabilər bütlərə sitayişə dözümsüzdürlər və inanırlar ki, qəbirlərin, ocaqların və Peyğəmbərlə bağlı yerlərin yad edilməsi şirkdir. “The İndependent” qəzetinin yazdıqlarına rəğmən, dünya müsəlmanları bu məsələyə biganə deyillər və onu internet forumlarında qızğın müzakirə edirlər.
Davamı    
 

Şeyx Əli Kəyvəh: Vahhabilik nəcasət üzərində qurulmuşdur

Əl-Əzhər Universiteti Şeyxlərindən, eyni zamanda əl-Zeytuna Universiteti Siyasi Elmlər Fakultəsi müəllimi, Tunis əslli Şeyx Muhəmməd Əli Kəyvəh Sələfiliyin mənşəyi və islamla uyğunsuzluğu ilə bağlı çox ciddi açıqlamalar verib.
 
Şeyx deyib:
“Biz bu gün uzun bir döyüşlə qarşı-qarşıyayıq. Bu döyüşdə müxtəlif silahlar istifadə edilməkdədir. Silahların ən mühümü düşmənlərin İslam ümmətinə qarşı istifadə etdiyi saxta hücumlardır. Biz bu cür silahlarla müxtəlif zaman və məkanlarda qarşılaşdıq. Bunun son nümunəsi Husilərin Məkkəni mərmilərlə hədəf aldıqları iddiasıdır. Məqsəd Səudiyyə rejiminin Məkkəni bombalaması, günahı isə Husilərin üzərinə atmaqdır. Ancaq dünyada Məkkəni bombalayacaq və ya bunu düşünə biləcək heç bir mömin ola bilməz.
Davamı    
 

Mahmudovun adamları İŞİD-çidən halallıq istəyiblər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan daha iki Azərbaycan vətəndaşı- Rufan Ağcabəyov və Vladimir Marfinin cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Prosesdə təqsirləndirilən şəxs qismində dindirilən Rufan Ağcabəyov ifadəsində Suriyaya döyüşmək məqsədilə deyil, oraya yaşamaq niyyətilə ilə getdiyini göstərib: “Tanıdığım uşaqlardan Suriyada olanları çox idi. Eşitmişdim ki, oraya gedənlər üçün humanitar yardımlar verilir. Hətta ailəli olanlar 350-400 dollar civarında pul alırdılar.

Davamı    
 

İstanbulu qana bulayan terrorçu - "Tək qol" Əhməd

Xəbər verdiyimiz kimi, iyunun 28-də İstanbulda Atatürk Hava limanında üç terrorçu kamikadze tərəfindən dəhşətli partlayış törədilib. Terror hadisəsi nəticəsində 43 nəfər həlak olub, 237 nəfər yaralıb. Türkiyəni qana bulayan terror aktını törədən üç şəxsdən ikisinin kimliyi rəsmən açıqlanıb. Terrorçuların adı Rakim Bulqaqov və Vadim Osmanovdur. Onların üzərindən Rusiyanın şəxsiyyət vəsiqəsi tapılıb.
Rusiya vətəndaşlarının kirayə tutduqları ev də məlum olub. Terrorçular evdən çıxdıqdan sonra məlumtları silmək üçün "hard disk"i əvvəl kəsici alətlə deşərək zibilə atıblar.

Davamı    
 

SOS: İŞİD evlərinizə həkim kimi gəlir və... PAYLAŞAQ, YAYAQ!


DİQQƏT! DİQQƏT!

Davamı    
 

Seks-cihad: İŞİD 9 yaşlı qızlarla seksə icazə verdi!

The Daily Mail xəbər agentliyinin məlumatına əsasən İŞİD terror qruplaşması "müsəlmanlar üçün vacib olan yeni qaydalar"ı açıqlamışdır. Sənəddə 9 yaşlı qızlarla icdivaca girməyə və uşaq yaşlı qullardan istifadə etməyə icazə verilir.
The Daily Mail xəbər agentliyi bildirir ki, İŞİD-in nəzarətində olan Rakka şəhərinin divarlarında maraqlı plakatlar peyda olmuşdur. Həmin plakatlarda terrorçular şəhər sakinlərindən tələb edirlər ki, himayələrində olan körpə qız uşaqlarını İŞİD əsgərlərinin xidmətinə versinlər. Terrorçular öz tələblərini "seks-cihada uyğun olaraq öhdəliklərin yerinə yetirilməsi" ilə əsaslandırmışlar.
Davamı    
 

İŞİD-in canlı bombası Bakıda

Azərbaycanda tanınmış dini radikllardan olan Üzeyir Simirov döyüşmək üçün Suriyaya getsə də arzusuna çatmayıb.
Bu barədə Moderator.az-ın elektron ünvanına göndərilən məktubda bildirilir.
Məktubda qeyd edilir ki, Üzeyir Simirov Türkiyənin Qaziantep şəhərində saxlanılaraq, Azərbaycana deportasiya edilib.
Məktubda o da bildirilir ki, hazırda Üzeyir Simirov Bakının Qala kəndi, "Ləzgi" məscidi, Dərnəgül və sairə yerlərdə İŞİD ideologiyasını yaymaq və gəncləri cəlb etmək üçün hücrə evləri təşkil etmək cəhdləri göstərir: "Simirov Üzeyir Türkiyədə saxlanılmamışdan əvvəl radikal cihadçıların lideri Abu Hanzala camaatı ilə əlaqədə olub.

Davamı    
 

"Təxrib" adlı vəhhabi qruplaşmasını Mossad və Eldar Mahmudov yaradıb

Fəaliyyəti dondurulmuş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovla bağlı ara-sıra mediada müxtəlif iddialar və yazılar dərc olunur. Bu dəfə "middleeastpress" adlı xəbər agentliyi adını qeyd etmədiyi mənbəyə istinadla maraqlı və böyük səs-küyə səbəb olacaq bir iddiaya yer verib.
İslamazeri.az-ın adı qeyd olunan portalın fars bölməsində yayımlanan xəbərə istinadən xəbər verir ki, Eldar Mahmudov Mossadın əmri ilə ifratçı vəhhabiləri dəstəkləyib. Sabiq nazir  qruplaşmalardan şiələrə qarşı və eləcə də öz fəaliyyətlərinin inkişafı üçün dəstəklədiyi bildirilir.
Eldar Mahmudovun "Təxrib" (Sökmə) adlı vəhhabi qruplaşmasının formalaşmasında şəxsən iştirak etdiyini qeyd edir.

Davamı    
 

Əlixan Musayev gəncləri belə İŞİD-çi edir

Davamı    
 

MTN-dəki “təmizələmələr”dən sonra Bakıda vəhhabi ovu təsadüfidir?

Redaksiyamıza daxil olan məlumatlarda hazırda istintaqa cəlb olunan MTN-çilər arasında pul qarşılığında radikal islamçılara, İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına simpatiyasını gizlətməyən şəxslərə himayədarlıq edənlərin olduğu da deyilir.
Bildirilir ki, bəzi MTN-çilər vəhhabilərdən pul almaqla uzun illər onların Bakı və rayonlarda şəbəkələşməsinə göz yumub, dini radikalizmi təbliğ edən dini ədəbiyyatların yayılmasının qarşısını almayıblar. Maraqlıdır ki, MTN-də baş verən "təmizləmələr”dən sonra Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.

Davamı    
 

Noam Xomski: Radikal cihad ideologiyası ABŞ tərəfindən yaradılmışdır

Tanınmış amerikalı dilçi alim, filosof, elm xadimi və siyasi şərhçi Noam Xomski Yaxın Şərqdə təkfirçilik ideologiyasının səbəbləri barədə danışıb.
Siyasi şərhçi və yazıçı Noam Xomski sonuncu müsahibəsində radikal “cihad” ideologiyasının ABŞ tərəfindən yaradıldığını bəyan edib.
İnterAz-ın “PressTV” telekanalına istinadən məlumatına görə, bu barədə tanınmış filosof “Truthout” qəzetinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, “İŞİD”in və ümumiyyətlə radikal “cihad” təfəkkürünün formalaşdırılması ABŞ-ın Yaxın Şərqdəki fəaliyyətlərilə əlaqədardır: “Hazırki durum ABŞ üçün faciəli olsa da bu onun işğalçılıq siyasətinin təbii nəticəsidir. Məqsəd məzhəb zəminində münaqişələrin alovlandırılması idi.
Davamı    
 

İŞİD Elmlər Akademiyasına AYAQ AÇDI

Vətəninfo.az-ın elektron ünvanına daxil olan məlumatda qeyd edilir ki, Azərbaycanda İŞİD-də qatılmağə gizli tövsiyə edən, gizlində dindar gəncləri hakimyyət əleyhinə səsləyən, Azərbaycanda radikal islamçıların lideri kimi tanınmış Əlixan Musayev son günlər Azərbaycan Milli Elmlər Akademiyasına ayaq açıb. Məlumata görə, Əlixan Musayev AMEA-da kitab paylayır. Ona yardım edən isə özü kimi radikaldır və illərlə radikal olduğunu gizlədə bilib.
Məlumatda qeyd edilir ki, Qamət Süleymanovun sabiq müavini Türkiyə Respublikasında "QURABA” Vəqfinin drektoru, Suriyada "Əhrar Şam” və "Əl-Qaidə”nin qolu "Əl-Nüsra”  cəbhəsi ilə əlaqəli və "Əhrar-Şam” "Əl-Nusra” cəbhəsinə yardım edən Abdullah Yolçu adlı radikalın maliyyələşdirməsi ilə çap edilən kitablar Əlixan Musayev vasitəsilə AMEA-da paylanır.

Davamı    
 

Vahhabi anasını dindənçıxmış adlandırıb başını kəsdi

Suriyanın Rakka şəhərində İŞİD döyüşçülərindən biri anasını "dindənçıxmış" adlandıraraq ictimaiyyətin gözü qarşısında qətlə yetirmişdir. Bu barədə CNN kanalı yerli hüquq müdafiəsi təşkilatlarına istinadən xəbər vermişdir.
Xəbərdə bildirilir ki, Leen al-Kasem adlı qadın İŞİD cərgələrinə qoşulmuş 20 yaşlı oğlu Ali Sakrı bu yoldan çəkindirməyə çalışmışdır. O, təkidlə oğlundan İŞİD cərgələrini tərk etməsini, ona qoşularaq Rakkadan getməsini tələb etmişdir. Lakin Ali Sakr anasını "dindənçıxmış" adlandırmış, onu İŞİD-in şəriət məhkəməsinə təhvil vermişdir. Məhkəmənin qərarı ilə qadına ölüm hökmü kəsilmişdir.
Məhkəmənin hökmü qadının oğlu tərəfindən yerinə yetirilmişdir.

Davamı    
 

Evindən külli miqdarda silah-sursat çıxan vəhhabini kim himayə edib?

Ötən il noyabrın 13-də Daxili İşlər Nazirliyi rəsmi şəkildə belə bir məlumat yaymışdı ki, əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb.

Davamı    
 

MTN-dən xüsusi əməliyyat - 42 nəfər vahhabi saxlanıldı

Saxlanılanlar arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
İnterAz APA-ya istinadən xəbər verir ki, Bakıda radikal dini qruplaşma üzvlərinə qarşı əməliyyat keçirilib.
Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, “Farklı Lahmacun” kafesində həyata keçirilən əməliyyat zamanı “vəhabi” təriqətinin üzvü olduğu ehtimal olunan 40-a yaxın şəxs saxlanılıb.
Saxlanılanların arasında “Əbu Bəkr” məscidinin imamı Qamət Süleymanovun müavini Adil Rəcəbov da var.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, hadisə ilə bağlı nazirlik rəsmi açıqlama yayacaq.
Qeyd edək ki, hadisə ilə bağlı ilk məlumatı “haqqın.az” saytı yayıb.

Davamı    
 

SURİYA MÜXALİFƏTİ NƏ GÜNDƏDİR?


Bəzən hər hansısa bir məkanda birdən artıq zalımın olması oradakı möminlər üçün rəhmət olur. Quran buyurur ki, sən birləşmiş kafirləri birlik içərisində görərsən, lakin onların qəlbləri dağınıqdır və bir-birlərinə həsədlə doludur.

Davamı    
 

Putin Suriyada əsir göturülən terrorçuları Sibirə sürgun edəcək

Liviyanın “La Voix de la Libye” nəşri Livanın “Hizbullah” təşkilatındakı mənbəyə istinadən Moskva və Dəməşq arasındakı şok bir razılaşma barədə yazıb.
Publika.az xəbər verir ki, Moskva və Dəməşq Səudiyyə Ərəbistanı, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vətəndaşı olan istənilən hərbi əsirin rusiyalılara verilməsi barədə razılaşıb.
İddiaya görə, sözügedən hərbi əsirlərin “AN-124” yük təyyarələri ilə Rusiyaya nəqli nəzərdə tutulur. Məqalənin müəllifi bildirir ki, hərbi əsirlər daha sonra şərqi Sibirdəki böyük Vankor neft-qaz  yatağının olduğu əraziyə göndəriləcək. Bu yataqda kəşf edilmiş qaz ehtiyatı 95 milyard kubmetrdən çox, neft ehtiyatı isə 520 milyon tondir. Rusiya burada hasilatı iki dəfə artırmağı planlaşdırır. Yataqdan əldə olunan neft və qazın əsas müştərisi isə Çin olmalıdır.

Davamı    
 

Sələfilərdə (Vəhhabilərdə) anal cihad !

Davamı    
 

İŞİD terrorçusu Azərbaycanı küfr diyarı adlandırdı

Vətəninfo.az-a daxil olan məlumatda deyilir ki, hazırda Səudiyyə Ərəbistanında yaşayan Gürcüstün vətəndaşı Veysəl Orucov Azərbaycanda radikal cihadçı Əl-Qaidəçi və İŞİD-çi dindarların mənəvi lideridir və onlara davamlı fətvalar verməklə yanaşı gizli görüşlər belə təşkil edir. 
Daxil olan məlumatda o da vurğulanır ki, Veysəl Orucov azərbaycanlı radikal cihadçı və İŞİD-çi ünsürlərlə Türkiyədə və bəzi vaxtlar isə Səudiyyədə görüşlər təşkil edir. Cənubi Qafqazda, Türkiyədə gənclərin Suriyada cihada dəvətlərin başında da məhz Veysəl Orucov durur. 
Məlumatda vurğulanır ki, Veysəl Orucov ən çox azərbaycanlı dindarları Əl-Qaidənin qolu sayılan "Əhrar-əl Şam" qruplaşmasına qoşulmağa çağırır və bu istəyinə nail olmaq üçün Türkiyəyə və Səudiyyəyə dəvət edilən gəncləri ikna etmək üçün görüşlər belə təşkil edir.

Davamı    
 

Vahhabilər məsciddə görün nə edir?

Davamı    
 

Vahhabi-sələfi biabırçılığı

Davamı    
 

Əkrəm Hacızadə - Vəhhabi təhlükəsi

Azərbaycanda vəhhabi təhlükəsi var. Özü də ciddi şəkildə. Adiyyati orqanlar, "fitva" ilə nələr olacağını səndən və məndən daha yaxşı bilir. Hərçən ki, bunu gizlədirlər. Əslində elə də olmalıdır... Amma müəyyən həddə və mən elə düşünürəm ki, bacardıqları qədər əllərindən gələni etməyə çalışırlar. Ara-sıra terrorçu qruplaşmalar əleyhinə əməliyyatlar, qadağa olunmuş şiə ədəbiyyatlarının yayılmasına icazə vermək və.s işlər də bu qəbildəndir. Təbii ki, istəsələr bir gecədə böyük zərbələr vura bilərlər. Amma etmirlər. Daha doğrusu edə bilmirlər. "Niyəsi"ni xarici qüvvələrdir. Azərbaycanda bu terrorçuların axrasında duran və maliyyələrşidən sionizmə bağlı qüvvələr var. Bu gün şirkətlərdə, dövlət obyektlərində və bazarlarda kifayət qədər vəhhabi var.

Davamı    
 

Vahhabilər müsəlmanları belə qırırlar

Davamı    
 

Övladlarımızı vəhhabi terrorçularına qoşulmaqdan necə qoruyaq?

Son zamanlar yenidən vəhhabi terrorçularına cavanların yönəldiyi barədə mediada xəbərlər dolaşmaqdadır. Düzdür, bu barədə xəbərlər Azərbaycana aid deyil, amma ölkəmizdə də vəhhabilərin aktivliyi müşahidə edilir. Bu günlərdə məhkəməsi başa çatan azərbaycanlı İŞİD terrorçularının açıqladığı faktlar vəziyyətin nə dərəcədə ciddi olduğunu göstərir.
Davamı    
 

İraq türkmənləri Azərbaycandan kömək istəyir: İŞİD qadınlarımızı zorlayır!

İraq türkmən fəalları İŞİD terror qruplaşmasının əlində əsir olan yüzlərlə türkmən qadın və uşaq üçün Azərbaycandan kömək istəyir.Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İraqın Türkməneli İnsan Haqları Dərnəyi hazırda İŞİD-in Mosulda əksəriyyəti qadın və uşaqlardan ibarət olan 470 türkməni əsir saxladığını bildirib.
İŞİD-in ideologiyasına görə şiələr “kafirdir” və bu səbəbdən əsir alınan türkmənlərlə amansız rəftar edilir. Əsir alınan kişilərin başları kəsilərək öldürülüb, qadınlar isə seks köləsi kimi istifadə edilir. Azyaşlı türkmən uşaqlarına isə Mosulda saxlanıldıqları yetimxanada hərbi təlim keçirlər.
Əsasən türkmənlərin yaşadığı Telafer bölgəsi bu ilin yazında İŞİD tərəfindən tutulub.

Davamı