Valeri Pyakin: Müharibə bir az da uzansaydı, hər iki xalq üçün faciələrlə nəticələnəcəkdi

Tanınmış Rusiya geopolitiki, konseptual texnologiyalar mütəxəssisi Valeri Pyakin öz video-mühazirələrində Qarabağ müharibəsi, eləcə də Azərbaycan və Ermənistan haqqında maraqlı fikirlər səsləndirmişdir. Həmin fikirləri sizə təqdim edirik.

Necə olur ki, ingilislər Qafqaza gələ bilir, ruslar gələ bilmir? Konflikt zonasına Rus sülhməramlılarının gətirilməsi ilə ilk növbədə Azərbaycan və erməni xalqları uddular. Müharibənin uzanması hər iki xalq üçün faciə ilə nəticələnəcəkdi. Rusiya müharibəni bir az da gec saxlasaydı, ABŞ-da prezident seçkiləri başa çatacaqdı və ABŞ işə qarışacaqdı. Amerikanların regionda peyda olması hər iki xalqın axırını gətirəcəkdi. Əgər Rusiya müharibəni dayandırmasaydı, hər iki xalq uduzacaqdı. Bu müharibənin nəticələri hər iki xalq üçün katastrofik olacaqdı. Hətta Azərbaycan üçün ciddi fəsadlara yol açacaqdı. Çünki Qərb dünyası Azərbaycanı yox, Ermənistanı dəstəkləyirdi. Azərbaycan Qərbin nəzərdə tutduğu modellərin heç birinə- nə Böyük Ermənistan, nə də Böyük Turan modellərinin heç birinə uyğun gəlmir. Qərb ona görə Azərbaycan xalqını dəstəkləməyəcəkdi ki, erməni xalqı ilə müqayisədə Azərbaycan xalqı daha çox Rusiyameyllidir. Problemin konseptual həllində Azərbaycan xalqının erməni xalqından fərqli təcrübəsi var. Millətlərarası münaqişənin nizamlanmasında, çoxmillətli dövlətin qurulmasında Azərbaycan xalqının Qərbin bəyənmədiyi öz fərqli yanaşmaları var. Azərbaycanlılar Qərbin xoşuna gəlməyən fərqli mədəniyyətə və dəyərlərə sahibdirlər. Azərbaycanlılar Qərb meyarları üzərində deyil, fərqli konseptual əsaslarda yaşam qurmağı artıq bacarırlar. Qərb buna görə Azərbaycanı dəstəkləmirdi. Qərb dairələri ermənilərdən fərqli olaraq azərbaycanlıları regionda artıq, gəlmə xalq kimi görürlər. Ermənilərdən fərqli olaraq azərbaycanlılar Qərb dünyasına yaddırlar, maneədirlər. Qərbin bütün planlarında azərbaycanlıların üstündən xətt çəkilmişdir. Qərbin gizli proyektlərində azərbaycanlıların total məhvi nəzərdə tutulmuşdur. Məhz bu səbəbdən Qərb mətbuatı ermənilərdən fərqli olaraq azərbaycanlıları neqativ tərəfdən təqdim edir.
***
Azərbaycanın Qarabağ müharibəsində udmaq şansı çox az idi. Çünki bütün Qərb dünyası Ermənistana dəstək verirdi. Müasir qlobal idarəçiliyin bütün qüvvəsi Ermənistanın arxasında dayanmışdı. Ermənistana qlobal proyektdə mühüm yer ayrılıb. Qlobalçıların planlarında gələcəkdə Vatikanı Eçmiədzinə köçürmək durur. Onlar dünya xristianlığının mərkəzini Roma-katolik kilsəsindən Erməni apostol kilsəsinə keçirmək istəyirlər. Yəni gələcəkdə katolik dünyasını daha italyanlar yox, ermənilər idarə edəcəklər. Ermənistan dünya katolikliyinin mərkəzi kimi baxılır. Müsəlmanlar və pravoslavlar gələcəkdə katolik xristianlarla yox, erməni xristianlarla çarpışmalı olacaqlar. Odur ki, qlobalçılar müqəddəs ölkə kimi baxdıqları Ermənistana dəstək vermək əzmindəydilər. Vatikanın Eçmiədzinə köçürülməsi planı uzun müddətə hesablanmış qlobal plandır, minillik arakəsmələrlə yerinə yetiriləcək. Bu plan tez bir vaxtda aradan götürüləsi məsələ deyil, daim gündəmdə olacaq. Bu plan heç bir şeydən asılı olmayaraq daim davam etdiriləcək. Bu plan hansı ölçüdə realizasiya olunacaq- bax bu artıq Qlobal Prediktorun imkanlarından asılı olacaq.
***
Təsadüfi deyil ki, Roma Papası Eçmiədzinə səfər etdi. Təsəvvür edin ki, Roma Papası özü gəlib erməni katolikosundan xeyir-dua aldı! ABŞ Konqresinin açılışını erməni apostolu etdi. Konqresin iclası onun xeyir-duası ilə başlandı və elan edildi ki, Konqresin gələn iclasının açılışını Kilikiya arxiyepiskopu edəcək. Ta qədimlərdən qlobal layihəçilər tərəfindən ermənilər ikinci yəhudilər kimi nəzərdə tutulmuşdur. Xanaanda yəhudilərə qarşı üsyan edən xalq məhv edildiyi kimi, azərbaycanlılar da bu müharibədə məhv edilməliydilər. Amma nəzərə alınmalıdır ki, bu sxem nə Azərbaycan, nə də erməni xalqlarının maraqlarına cavab vermir, bu qlobalçıların ssenarisidir, qlobalçıların oyunudur. Azərbaycan əhalisi Ermənistan əhalisindən üç dəfə çox olmasına baxmayaraq, uduş olmayacaqdı. Bu yaxınlarda gördüz ki, Azərbaycan diplomatiyası ölkənin maraqlarını satmaqla məşğuldur və ölkə rəhbəri buna görə xarici işlər nazirini işdən qovdu. Təkcə diplomatiya faktoru Azərbaycanın qələbəsini sual altına qoyurdu. ABŞ dünyada Almaniyadan sonra ən böyük səfirliyini Ermənistanda açmışdır. Müharibənin başlanmasında bu səfirliyin mühüm rolu olmuşdur. Səfirlik öz potensialını büsbütün ona yönəltmişdi ki, Rusiyanı da Azərbaycan-Ermənistan konfliktinə cəlb etsin. Həm Azərbaycanda, həm də Ermənistanda sinxron şəkildə bir-birləri ilə əlaqədə olan qruplar var ki, bir-birlərinə pas ötürməklə oynayırlar, vəziyyəti gərginləşdirməyə çalışırlar. Onlar Azərbaycan, ya erməni xalqlarının maraqları yolunda çalışmırlar, onlara ABŞ səfirliyindən əmrlər gəlir və bu istiqamətdə də işləyirlər. Amerikanyönümlü lobbi həm Azərbaycan, həm də Ermənistan ordusunda var. Bu sahədə hər iki ölkə ordusunda çox problemli bir vəziyyət yaranıb. Məhz belə problemli vəziyyət Ermənistana üstünlük yaradır və müharibənin yenidən başlanmasına yol açır.
***
Azərbaycanın bəxti onda gətirdi ki, ölkənin belə bir çətin vaxtında ona İlham Əliyev kimi təcrübəli siyasətçi rəhbərlik etdi. İlham Əliyev heç bir suverenliyi olmayan dövlətə rəhbər gətirilmişdi. O çox böyük çətinliklər çəkdi, əlləşdi ki, öz dövlətinin, öz xalqının qlobal güclər tərəfindən məhv edilməsinə imkan verməsin. Ona seçim yolu saxlamamışdılar, tələb edirdilər ki, Qarabağ problemi müharibə yolu ilə həll edilməlidir. Müharibə yolu ilə həll isə Azərbaycanın sonu, məhv edilməsi demək idi. Çünki qlobal güclər müharibənin gedişində müdaxilə edib, özlərinin Böyük Ermənistan, Qlobal Vatikan planlarını həyata keçirəcəkdilər. Onlar bu müharibədə qələbəni yeni yəhudilər- iki nömrəli yəhudilər hesab etdikləri ermənilərə qazandıracaqdılar. Ancaq o ermənilərə yox ki, Ermənistanda yaşayırlar- o ermənilərə ki, onlar Qərb mədəniyyətinə oturuşmuşlar. Hansılar ki öz erməni mədəniyyətlərini nisbi olaraq saxlamışlar, əslində isə onlara Qərb mədəniyyəti hopmuşdur. Azərbaycanın yerli əhalidən boşaldılmış rayonlarına Qərb məhz həmin erməniləri yerləşdirmək niyyətindəydi.
***
Müharibənin uzanması hər iki xalqın qırılmasına səbəb olacaqdı, heç bir tərəfə qələbə çalmağa imkan verməyəcəkdilər. Lakin Rusiya qlobalçıların məkrli planlarını alt-üst etdi. İŞİD-i regiona niyə gətirmək istəyirdilər? Təkcə erməniləri qırmaqçünmü? Xeyr, İŞİD erməniləri qırandan sonra silahı azərbaycanlılara qarşı çevirəcəkdi, Suriyadakı kimi burda da baş kəsəcəkdi. Bu ərazilər dediyim iki nömrəli yəhudilərin, yəni Qərb ermənilərinin yerləşdirilməsi üçün yerli xalqlardan boşaldılmalı idi. İlham Əliyev bacarıqlı siyasətçi kimi çətin manevrlər edərək bu təhlükələrin qarşısını ala bildi. Sübut etdi ki, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun layiqli məzunudur. Bəli, o güclü diplomatdır, güclü dövlət xadimidir. O heç bir manevr şansı olmadığı şəraitlərdə də manevr edə bildi. Azərbaycanın imkanlarını qəsdən qabaqcadan hazır ssenariyə calamışdılar ki, müharibə başlayacağı təqdirdə Azərbaycan qaniçən kimi göstərilsin və qlobal güclər öz niyyətlərini asanlıqla həyata keçirsinlər. Bəli, Azərbaycan Ermənistanı əzə bilərdi, amma belə olan halda beynəlxalq ictimaiyyət hay-küy qaldıracaqdı ki, Türkiyə kimi Azərbaycan da ermənilərə qarşı genosid həyata keçirdi. Qərb dünyası Azərbaycanın üstünə düşəcəkdi və Azərbaycanın bir dövlət kimi varlığına son qoyulacaqdı. Qlobalçıların məkrli planı belə idi.
***
Hər iki tərəf qələbə çalacaqlarına güvənməsinlər, çünki nə qədər böyük potensiala malik olsalar da, bu potensial tez bir zamanda məhv ediləcək. Erməni xalqı başa düşməlidir ki, Azərbaycan məhv olarsa, ardınca Ermənistan da məhv olacaq. Bu müharibədə heç bir uduş yoxdur. Dünyada konfliklərin həll olunmasının iki yolu vardır. Biri Bibliya yoludur ki, iki döyüşən tərəf üz-üzə gəlir, biri qalib olur, o biri yoxa çıxır. İkinci həll yolu isə Rus üsuludur ki, bütün xalqlar bir dövlətə yığışır və sülh yolu ilə inkişafa doğru gedirlər. Əgər xalqlar dövlət sərhədləri ilə bölünürsə, bu daha ciddi konfliktlərə yol açır. Qərb hər yerdə konfliktlər yaradıb və bu konfliktlərdən məharətlə istifadə edir. Xalqlar bundan canlarını qurtara bilməyəcəklər. Baxın hər yerdə konfliktlər var. Çıxış yolu birdir: unitar dövlət ideyasına qayıtmaq. Stalinin SSRİ-ni bu yola çıxarmağa ömrü çatmadı. Ondan sonra hakimiyyətə gələn trotskistlər isə bütün milli konfliktləri yenidən gərginləşdirməyə çalışdılar, gələcək konfliktlər üçün özül yaratdılar. Qəsdən respublikalarda özünü başqalarından üstün görən millətçi elitalar formalaşdırıldı. Bu trotskistlərin köhnə məkrli planı idi ki, yenidənqurma vaxtı faciələrə gətirib çıxardı. Unitar dövlətdə ayrı-ayrı respublikalar yox, milli-mədəni avtonomiyalar olur ki, hər bir xalqa tarixən öz yaşadığı ərazidə yaşamaq imkanı verir və başqa xalqın torpağına göz dikməyə qoymur. Unitar dövlət bütün xalqlarla sülh və razılıq içində birgə yaşamağa, eyni zamanda öz mədəniyyətini inkişaf etdirməyə şərait yaradır. Azərbaycan şəhəri olan Yerevanda nəyə görə Azərbaycan mərkəzləri olmamalıdır? Nə qədər ki Ermənistan dövlət formasında hökm sürür, orda nəinki belə mərkəzlər olmayacaq, əksinə islam mədəniyyətinin bütün izlərini silməyə çalışacaqlar. Əks təqdirdə ermənilərin tarixən burda yaşamasını yeritmək mümkün olmaz. Axı ermənilərin Ararat dağı da heç indiki Ermənistanda yerləşmir, Türkiyə ərazisində yerləşir. Unitar dövlətdə respublikalar yox, miili-mədəni avtonomiyalar olsaydı, belə hallar meydana çıxmazdı. Ermənilərin də Qarabağda yaşadıqları rayonlarda öz milli-mədəni mərkəzləri olardı. Xalqlar arasında sülh, fərqli münasibətlər səviyyəsi yaranardı, hamının eyni vahid çiçəklənən dövləti olardı. 
***
Nə qədər ki, Rusiya var, Rusiya yaşayır, Azərbaycan və erməni xalqları da yaşacaq. Rusiya olmasa, Rusiya məhv olsa bu iki xalq da məhv olacaq- Qlobal Prediktor onları bir-birləri ilə döyüşdürərək Yer üzündən siləcək, ərazilərində Böyük Vatikan formalaşdıracaq. Nə qədər ki Böyük Rusiya olacaq, bu torpaqlarda sülh və əmin-amanlıq olacaq. Ermənilərlə azərbaycanlılar arasında nə qədər böyük qanlar axsa da, bir-birlərinə nə qədər ağır yaralar vursalar da, onlar öz aralarında sülh yaratmalıdırlar. Çünki buna məcburdurlar, axı gələcəkdə sağ qalmaları bundan asılı olacaqdır. Onlar öz talelərini Rus dünyasına bağlamalıdırlar və Qərbdən qorunmalıdırlar. Diqqət yetirsəz görərsiz ki, istər Bakı, istər Sumqayıt, istərsə də Xocalı qırğınlarının törədilməsində xarici qüvvələrin əli açıq-aydın görünməkdədir. Nəticədə iki xalq arasında qan düşdü və müharibə başlandı.
***
Azərbaycan və erməni xalqları başa düşməlidirlər ki, onlar yalnız Rus dünyasına sığınsalar sağ qalacaqlar. Əks təqdirdə Qərb onları məhv edəcəkdir. Amerikan elitası yatmayıb, daim pusquda oturub sizi izləyəcək. Qlobalçıların sizinlə bağlı öz planları var. Əbəs yerə Rus sülhməramlıları Qarabağa girəndə ABŞ müdafiə və kəşfiyyat nazirləri işdən qovulmadılar. Rusiya regionda olmasa yeni müharibə törədəcəklər. Bu müharibələrin qısa fasilələrlə ardı-arası kəsilməyəcək, Azərbaycan və Ermənistan torpaqları yerli əhalidən təmizlənənədək davam edəcək. Azərbaycan və erməni xalqları öz aralarında sülh yaratmalıdırlar. Kim deyirsə bu qədər olub keçənlərdən sonra sülh mümkün deyil, səhv edir və Rusiya tarixinə baxsın. Rus dünyasının mahiyyəti elə bundadır ki, aralarında nifaq və qan olan xalqları dəfələrlə qardaşlaşdırıb. Aralarında müharibələr olmuş nə qədər xalqlar var ki, hal-hazırda Rusiyada mehriban yaşayırlar. Qərb dünyasının yanaşmarından fərqli olan Rus dünyasının yanaşmaları regionda sülh yaratmağa köklənib. Azərbaycan və erməni xalqları talelərini Rus dünyasından ayırıb diasporalara bağlamağa çalışmamalıdırlar, çünki diaspora – Qərb qloballaşmasının oyuncağıdır.
***
Rus dünyası daim kolonializmi qarşısına məqsəd qoymuş Qərb dünyasına qarşı olmuşdur. Rusiya həmişə bir yerə gələndə yerli xalqı öz imperiyasının tərkibinə ruslarla tam bərabərhüquqlu xalq kimi götürmüşdür; hamı karyera yüksəlişində bərabər imkanlar qazanmışdır. Bəs Qərb? Qərb bir yerə gələndə nə etmişdir? İngiltərənin Hindistanı necə idarə etməsini yada salın. Yeri gəlmişkən cırtdan İngiltərə özündən qat-qat böyük olan nəhəng Hindistanı necə idarə edirdi? Xatırladım ki, Hindistanın əhalisi İngiltərədən on dəfə çox idi! Axı İngiltərənin başqa çoxsaylı koloniyaları da vardı. Bax balaca İngiltərənin bu boyda ölkələri necə ələ keçirib idarə etməsi başa düşüləndə Rus dünyasının dəyəri də başa düşüləcəkdir. Onda başa düşəcəksiniz ki, heç də siz fikirləşdiyiniz kimi bütün dövlətlər öz aralarında bərabərhüquqlu deyillər. Reallıqla hesablaşmaq lazımdır. Rusiya Qərbdən fərqli olaraq heç bir xalqı Yer üzündən silməyib. Rusiya İmperiyası tərkibinə girən heç bir xalq məhv olmayıb, əksinə firavanlıq əldə edib. Hamıya bərabər hüquqlar verilirdi, hamı bir-biri ilə sülh və razılıqda yaşayırdı. Bunu başa düşmək lazımdır. Və başa düşmək lazımdır ki, xalqları bir-biri ilə satqın elitalar nifaq salıb savaşdırırlar. Bu elitalar öz xalqlarına deyil, xarici maraqlara xidmət edirlər. Baxın, Azərbaycanda kim Əliyevə qarşıdır? Türkiyəyə və müvafiq olaraq İngiltərəyə orientasiya olunanlar. Bəs Paşinyanın arxasında kim durur? İngiltərəyə orientasiya olunanlar. Azərbaycan və erməni xalqları özlərini ilk növbədə Qərbdən qorumalıdırlar.
***
İranın rolu düzgün qiymətləndirilmir. Gələcəkdə dünyanın idarəetmə konsentrasiyası mərkəzi İran olacaq. Böyük Turan proyekti də məhz bu formatda normal işləyəcək, bufer rolu oynayacaq. Böyük Turan İmperiyası- çoxlarının fikirləşdiyi kimi Türkiyə altında yox, İran altında yaradılacaqdır. Bu idarəetmə Vahid Rusiya çərçivəsində olacaq, İranın idarəetmə sferasına çıxış imkanı yaradacaq. Dünyanın idarəetmə konsentrasiyası məhz belə formalaşdırılacaq. Avropa çökəcək, İranın rəhbərliyi altında bu qitədə yeni sivilizasiya qurulacaq və şiəlik Avropaya yayılacaqdır. Dünyanın bölünməsi sənədi Qumda imzalanacaq və Türkiyənin taleyi də bu sənəddə həll olunacaqdır. İran Avropa ərazisinə daxil olacaq, burda nizam-intizam yaradacaq, nəticədə düzgün islam imperiyası- şiəlik əsasında dünya xilafəti bərqərar olacaqdır. Budur gələcəkdə həyata keçiriləcək real Turanın mahiyyəti!
***
Gələcəkdə Türkiyə Rusiyanın tərkibinə girəcəkdir. Türkiyədə ümumi dövlətçilik krizisi hökm sürür, bu isə onun ərazilərinin könüllü şəkildə Rusiyanın tərkibinə girməsinə gətirib çıxaracaq. Türkiyə öz tarixi finalına yaxınlaşıb. Tam yaxınlaşıb və artıq onu saxlayan nə subyekt yoxdur, nə də resurs bazası qalmamışdır.
шаблоны для dle 11.2
10-12-2020 09:47 Baxılıb: 1 2760    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}