Tezliklə SSRİ yenidən qurulacaq

Cəmil Şirvanov

SSRİ haqqında ümumi sözlərlə onu deyə bilərik ki, tarixin ən yaxşı və ən böyük dövləti olub.
Ümumiyyətlə hər hansı bir dövlətə qiymət verərkən onun əhalinin çoxunun maraqlarını təmin etməsini əsas meyar kimi götürmək lazımdır. SSRİ çoxluğun azlıq üzərində, zəhmətkeşlərin mülkədar və burjua üzərində diktaturası idi. Ulu babalarımız onu qurdu, möhkəmlətdi. Babalarımız onların yolunu davam etdilər. Bəşəriyyətin ən böyük bəlasından həm vətənimizi, həm də bütün dünyanı xilas etdilər.
Atalarımız isə hazıra nazir olduqları üçün bu dövləti qoruya bilmədilər.
Amma biz bərpa edə bilərik.
Bərpa dedikdə söhbət eynilə SSRİ-nin surətini yaratmaqdan deyil, daha mütərəqqi dövlətdən gedir.
Yeni sosialist dövlətləri birliyi yenidən Rusiyanın “başına yığışmaqdan” yaranacaq. Çünki bu zərurətdir.
Zərurət ondan doğur ki, RF və onun ətrafında olan keçmiş ittifaq dövlətləri artıq 200 il və daha çox müddətdi iqtisadi, siyasi, mədəni cəhətdən bir-birlərinə çox sıx bağlıdırlar- demək olar müştərək sivilizasiya yaratmışlar.
20-ci əsrin əvvəlində Rusiya İmperiyasının tərkibində olan ərazilərin çoxu onun süqutu zamanı məlum səbəblərdən özbaşına qalıb müstəqil dövlət olduqlarını bəyan etsələr də, bu uzun sürmədi. Az sonra həmin dövlətlər RSFSR ətrafında birləşməyə məcbur qaldılar.
Bu birləşmənin zərurətə çevirən iqtisadi-mədəni sifarişin rolu heç də hərbi-siyasi rakursdan az deyildi. Hətta SSRİ süqutu etdikdən sonra da indiyə qədər bu zərurət gözümüzün önündə özünü göstərməkdədir. Sadəcə bunu görməyənlər və görmək istəməyənlər var.
MDB, KTMT, Gömrük ittifaqı Avrasiya ittifaqı və s. təşkilatlar bax həmin zərurətdən doğur. Belə təşkilatların təkamül edərək yekdil bir ittifaqa çevrilməsi şəxsən məndə şübhə doğurmur. Bütün proseslər buna doğru aparır.
Əminəm ki, biz SSRİ kimi bir ittifaq yenidən qurulacaq. Əgər bu işlə Rusiya məşğuldursa- hökmən qurulacaq.
Bunun nə vaxt baş verəcəyini dəqiq demək olmaz. Amma o günün çox da uzaqda olmadığına inam böyükdür.
Bu prosesin lokomotivi Rusiya olduğu üçün ən böyük yük onun üzərinə düşür.
Düşünürəm ki, Rusiyada bunu həyata keçirə biləcək siyasi elita hələ tam mükəmməlləşməyib. Amma Putin və komandası bu istiqamətdə əzmlə işləyirlər.
Çoxları Putini kapitalist, liberal və s. adlandırsalar da o dövrümüzün ən böyük  Rusu, ən böyük Rusiya vətənpərvəridir.
Onu hal-hazırda qayğılandıran məsələ Rusiyanın varlığı, yaşaması və inkişafıdır.
Yeni yaranacaq Rusiya kapitalist Rusiyası, ya sosialist Rusiyası olacaq? Məncə bu sualın cavabı hal-hazırda Rusiyanın tərkibinə düşmək istəyən xalqlar üçün o qədər də əhəmiyyətli deyil. Amma gələcəkdə Rusiyanın sosialistləşdirilməsi qaçılmazdır.
Düşünürəm ki, Rusiyanın sosialistləşdirilməsi özü də bir zərurətdir və bu Böyük İttifaq yaranandan sonra tez bir zamanda baş verəcək.
Putin SSRİ-nin süqutunu faciə adlandırırsa, onun yeni formatda bərpasına çalışmamış deyil. Amma ilk növbədə Rusiyanın daxili düşmənləri və problemləri ilə məşğuldur. Siyasi oliqarxatın çoxunun liberal satqınlardan ibarət olduğunu nəzərə alsaq, ilk növbədə Rusiyanın özünün konstitusion quruluşunu dəyişmək vacibdir.
Putin və həmfikirləri yaxşı bilirlər ki, Rusiya üçün yaşamaq və inkişaf etmək belə bir ittifaq olmadan həddən artıq çətin olar. Yenidən ətrafında ittifaq dövlətlərini toplamaq da asan məsələ deyil. Həmin dövlətlərə gərək elə bir şey təklif edəsən ki, onlar da o şeyin xatirinə suverenliklərinin bir hissəsindən könüllü imtina etsinlər.
Bunun üçün kompleks iş getməlidir.
İlk növbədə Rusiyanın özündə köklü dəyişikliklər olmalıdır. Ondan sonra sivilizasiyanın digər hissələri də bu dəyişikliyə məruz qalacaq və yeni harmonik sistemi təşkil edəcəklər.
Rusiyanın və onun dəyərlər sisteminin yaşaması üçün birləşən Putin strateqləri Rus sivilizasiyasını yenidən format edəcəklər. Proses bir az yubana bilər, amma bu hökmən baş verəcək.
Hazırda Putin bu sistem dəyişikliyinin bünövrəsini qazmaq və betonlamaqla məşğuldur.
Rusiyanın format edilməsi və daha mütərəqqi forma alması ölkəmiz üçün də əhəmiyyətli olduğu üçün (çünki biz də 200 ildir Rus sivilizasiyanın bir hissəsiyik) mənim bir azərbaycanlı kimi Putinə uğur arzulamaqdan başqa bir düşüncəm yoxdur.
Rusiya siyasi elitasında gündən-günə Rusiyanın sosialistləşdirilməsi tərəfdarı olanlar artmaqdadır- axı elitanın çox hissəsi əsl rus vətənpərvərləridir. Bacardıqlarını edəcəklər.
Mən də bir Azərbaycan vətənpərvəri kimi öz ölkəmizin firavan gələcəyini, onun əhalisinin xoşbəxtliyini, o cümlədən maddi rifahını düşündüyüm üçün ikinci SSRİ-nin yaranmasının sevinirəm. O günün çox da uzaqda olmadığına inanıram. Öz xalqımın xoşbəxt gələcəyini həmin ittifaqda görürəm. 
Buna görə də Putin və komandasına uğur arzulayıram.
Son illərin siyasi təlatəmləri və get-gedə ağırlaşan maddi vəziyyət insanlarımızda SSRİ-nin yenidən yaranmasına böyük maraq və ümid yaradıb. Bu proses Rusiyada nə qədər sürətlə getsə, bizdə bir o qədər sevindirici olacaq.
шаблоны для dle 11.2
14-05-2020 01:35 Baxılıb: 2 8520    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}