İŞİD Lynndie Englandı niyə öldürmür?

Arzu Abdulla
 
İraqda, Əfqanıstanda, Pakistanda müsəlman uşaqlarını nişangah seçib, mərcə girən amerikalı əsgərlər körpə, günahsız uşaqların gicgahından vurmaq üçün yarışırlar. Əfqanıstanda bir gündə 15 azyaşlını Amerika əsgərləri bax beləcə qanına qəltan etmişdilər. 
Dünyanın o başından bu başına hücum çəkib sanksiya tələb edən ABŞ təşkilatlarının deyəsən Lynndie Englandın xoşbəxt həyatı haqqında verdiyi müsahibələrdən xəbərləri yoxdur. Bu qadın yəqin ki, sizlərə də tanışdır. İraqda günahsız insanları itinə parçalatdıran Lynndie England adlı amerikalı qadın əsgər buna görə cəmi 3 il həbs cəzası aldı. Üstəlik etdiyi vəhşiliklərdən ibarət "Tortured" ("Əzaba düçar olmuşlar") adlı kitab buraxdı. Kitabının təqdimatında isə jurnalistlərin ona yönəltdiyi: “İnsanlara qarşı etdiyiniz dəhşətli əməllərdən peşimansınızmı?” sualına belə cavab verdi: “Peşiman deyiləm. Mən gedib ərəbləri İraqda qırmasaydım, onlar gəlib məni Amerikada öldürərdilər”.
Yüzlərlə insanı ağlasığmaz işgəncələrə vadar edən amerikalı əsgər qadın cəmi üç il həbs cəzası aldı. Çünki o, iraqlıları, müsəlmanları təhqir etmişdi. Lynndie England məhkəmədə də ona yönələn “Peşimansınızmı?” sualına “Qətiyyən, əməllərimdən çox xoşbəxtəm” deyə cavab vermişdi. 
Azyaşlı uşağın başını kəsən, əsirləri işgəncə ilə qrup halında seksə məcbur edən, əsirlərin başına it xaltası bağlayıb sürüyən, müsəlman qadını itinə zorlatdıran England hazırda ABŞ-ın Vircinia əyalətinin kiçik bir qəsəbəsi olan Keyserdə övladı ilə birgə yaşayır. Yenə də maraqlı sual doğur, nə əcəb Amerikada 11 sentyabrda guya qüllələri partladan, dünyaya meydan oxuyan müsəlman terror təşkilatları günahsız müsəlman bacı-qardaşlarının, körpələrinin qisasını almaq üçün ona toxunmurlar? Çünki belə “qisas” ABŞ-a sərf etmir və ya ortaya digər maraqlı sual çıxır, nə əcəb "islam təəsübkeşi" olan İŞİD liderləri indiyə qədər müsəlmanları ən çirkin şəkildə aşağılayan bu qadının ölümünə fətva verməyiblər? Aha, yəqin ki, bu barədə ağalarından- ABŞ-dan əmr almayıblar.
Sualdan sual doğur, hamısı da cavabsız. Ey, məmləkətimin qrantyeyən “demokratiya” carçıları, sizə bir məsləhətim var. Amerikalı ifritə Englandı belə səbirsizliklə gözləməyin! Ən azından it xaltasından ayıbdır. O gələsi olsa xalta ilə birgə gələcək! Biz ABŞ-dan, İsraildən, İngiltərədən və digərlərindən saədət gözləməməliyik. Biz səadətmizi haqqımız uğurunda döyüşərək qazanmalıyıq.
Yenidən təkrarlamaq istədiyim bir məqam var. ABŞ-ın qurub yaratdığı, bütün dünyada müsəlmanları, islamı gözdən salmağa və müsəlmanları bir-birinə qırdırmağa hesablanmış onlarla terror təşkilatının gözündən nədənsə ucqar bir kənddə yaşayan England yayındı. Ən azından elə İraqda yaradılmış İŞID üzvləri nə əcəb iraqlıları itə zorlatdıran Englandı öldürmək fikirinə düşmədiər? Axı niyə? Cavab isə çoxdan bəllidir. Birincisi England ABŞ-ın xarici siyasətini yerinə yetirirdi. İkincisi England müsəlman deyil.
Amerikalı qadın əsgərlərin hər yüzündən qırx biri əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalır. Bu açıqlamanı Kaliforniya senatoru Jane Harman Amerika ordusunda xidmət edən qadın əsgərlər haqqında danışarkən deyib: Amerika ordusunda xidmət edən qadınlar İraqda mərmilərə hədəf olmaqdan daha çox əsgər yoldaşlarının cinsi təcavüzünə məruz qalmaqdan qorxurlar. Amerikanın Müdafiə Nazirliyi təkcə 2007-ci ildə Amerika ordsunda əsgər yoldaşları tərəfindən zorlanan qadınların sayının 3 mini keçdiyini bildirb. Nazirlik İraq və Əfqanıstanda hərbi xidddmətdə olan qadın əsgərlərin təcavüz qorxusu altında yaşadıqlarını və bu həyatın onlara əsl cəhənəm əzabı olduğunu bidlirib.
Əziz oxucum, əgər Amerika orusunda xidmət edən qadınların cəhənnəmə çevrilən həyatı ilə tanış olmaq istəsənizsə, Nyu-Yorkdakı Kolumbiya Universitetinin qəzetçilik bölümünün professoru Helen Benediktin müharibə ərazilərində Amerika ordusunda xidmət edən və əsgər yoldaşları tərəfindən təcavüzə məruz qalan 40 əsgər qadının dəhşətli tarixçəsi olan kitabı dünyada ən çox satılan kitablardandır. Kitab “Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” adlanır. Kitabla tanış olarkən qadın əsgərlərin hətta tualetə də tək getmədikləri, özlərini qorumaqdan ötrü üzərində daim soyuq silah gəzdirdikləri bəlli olur.
“Tək əsgər: İraqda xidmət edən qadınların özəl savaşı” kitabında yazılır ki, ABŞ Müdafiə Nazirliyi İraq və Əfqanıstanda xidmət edən hər on əsgərindən birinin qadın olduğuu açıqlayıb. Kitab İkinci Cahan Savaşından bu yana ən çox qadın əsgərin Amerika ordusunda İraqda vuruşduğunu və öldüyünü qeyd edir. Bu kitabı oxumaq yetər ki Amerikanın işğalçı xarici siyasətinin milyonlarla insanın həyatını məhv etdiyinin şahidi olasan. Deməli, ABŞ öz vətəndaşının da həyatını cəhənnəmə çevirməyə hazırdır. Təki dünyadakı bütün torpaqların altından axan qara neft ABŞ-ın olsun.
Rus tədqiqatçı alimi Oleq Platonovun "Amerika niyə məhv olacaq?" kitabı dünyaya demokratiya dərsi keçən Amerikanın iç üzünü açır. İllərlə Amerikada tədqiqat aparan müəllif tutarlı dəlillərə söykənməklə çox uzaqlara gedir. Əgər siz də Amerika "demokratiyasını" izləmək istəyirsinizsə, o zaman kitabla yaxından tanış olun: "Başqa ölkələri istismar etmək hüququnu təsdiqləmək və qoruyub saxlamaq üçün Amerika vaxtaşırı olaraq zorakılığın ən ifrat formalarına, ilk növbədə hərbi zorakılığa əl atır. İkinci dünya müharibəsindən sonrakı onilliklər ərzində ABŞ bəşəriyyətə qarşı o qədər cinayət törədib ki, bunlara görə Amerika sistemi Nürnberq prosesinə, onun administrasiyası isə hitlerçi canilərin taleyinə layiqdir.
1948-1953-cü illər ‒ Filippində hərbi əməliyyatlar. Filippin xalqına qarşı cəza əməllərində həlledici iştirak. Minlərlə filippinlinin qətli.
1951-1953-cü illər ‒ 1 milyona yaxın Amerika əsgərinin Koreyaya silahlı müdaxiləsi. 100 minlərlə koreyalının həlak olması.
1964-1973-cü illər ‒ Vyetanama qarşı hərbi təcavüz. Yarım milyondan artıq vyetnamlının məhv edilməsi. Hitlerin nümunəsilə bütöv kəndlər məhv edilir, sakinləri ilə birlikdə rayonlar napalmla külə döndərilir. Qadınların və uşaqların kütləvi qırğını.
1964-cü il ‒ Panama kanalı bölgəsində Panamanın hüquqlarının bərpasını tələb edən milli qüvvələrin qanına qəltan edilməsi.
1964-1973-cü illər ‒ 50000 ABŞ əsgərinin Laos respublikasına qarşı cəza əməliyyatlarında iştrakı. Yenə minlərlə qurban.
1982-1983-cü il ‒ 800 ABŞ dəniz piyadasının Livanda hərbi təcavüzü. Yenə çoxsaylı qurbanlar.
1986-cı il ‒ Liviyaya xaincəsinə basqın. Tripoli və Benqazinin bombardman edilməsi. Çoxsaylı qurbanlar.
1989-cu il ‒ Panamaya silahlı basqın. Minlərlə panamalı həlak oldu.
1991-ci il ‒ İraqa qarşı genişmiqyaslı hərbi əməliyyat. 450000 hərbi qulluqçu və minlərlə müxtəlif müasir hərbi texnikadan istifadə. 150 minədək dinc sakinin öldürülməsi. İraq əhalisini qorxutmaq məqsədilə dinc obyektlərin bilərəkdən bombardman edilməsi.
1992-1993-cü illər ‒ Somalinin silahlı işğalı. Dinc əhali üzərində silahlı zorakılıq, mülki şəxslərin qətli".
 
vetenugrunda.az
09-12-2016 15:59 Baxılıb: 6040    
Şərh bildir