Azərbaycan xalqının ən böyük düşməni İran yox, xalqı axmaq yerinə qoyan səhifə adminləridir

Türkiyənin bu çətin anında ona yardım edən cəmi 4 ölkə var: Rusiya, Ukrayna, İran və Azərbaycan.
İndi bizim səhifə adminləri İranın bu yardımını gözdən salmağa çalışır.
Təsəvvür edin bu səhifənin 74 min üzvü var. Xalqı cahil vəziyyətinə salan bu cür qərəzli adamlardır.
İranın bizə etdiyi yardımları da bu formada gözdən saldılar.
İndi deyirlər İran düşməndir.
İnsanda bir az abır-həya olar. İrandan gələn yanğınsöndürənlər öz həyatlarını təhlükəyə atırlar. Bu adamlar Türkiyədəki müsəlmanların canına, malına bir şey olmasın deyə özlərini ölümə atırlar. Bizim sionist manipulyatorlar da bu böyük fədakarlığa mız qoyur.
Bu adamları tanıyın və bilin ki, Azərbaycan xalqının ən böyük düşməni İran yox, xalqı axmaq yerinə qoyan bu səhifə adminləridir.
Videodakı yerin də heç Türkiyə olduğu və təyyarənin İrana məxsus olduğu məlum deyil. Lap elə olsa belə, burda problemli nəsə yoxdur. İran təyyarələri 30 ton su daşıyır və bu ağırlıqla aşağı enmək çox təhlükəlidir. Ona görə də bu təyyarələr suyu yüksəkdən tökürlər və meşəni isladaraq yanğının böyüməsinin qarşısını alırlar.
Bu adamlara nə etsən, xeyri yoxdur, bəyənməyəcəklər. Belə adamlar üçün bizim dildə yaxşı bir ifadə var: "Çörəyi dizinin üstündə olan".
Allah Türkiyəyə yardım etsin bu mübarizədə və müsəlmanlar üçün hər zaman çalışan İranı daha da izzətli etsin dünyada.

"Onlara De" facebook səhifəsi
01-08-2021 22:37 Baxılıb: 3230    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Кликните на изображение чтобы обновить код, если он неразборчив