Siyasi arenanı həll etməmiş qələbə çala bilməzdik

Xəqani Abdulov

Qələbəni rəşadətli ordumuzun hesabına qazandıq, düzdür.
Və Putin müharibəni dayandırmasaydı da, regiona rus sülhməramlıları gəlməsəydilələr də, şübhəsiz üstünlük bizim tərəfimizdə idi və hökmən qələbə çalacaqdıq.
Kimsə əks fikir söyləyirsə, məncə məsələyə yanlış yanaşır.
Sadəcə danılmaz fakt budur ki, sona qədər özümüz getsəydik, daha çox oğullar itirəcəydik, daha çox analar ağlayacaqdı, daha çox balalar yetim qalacağdı.
Təbii ki, nəticə də biz deyən kimi olacaqdı, yəni Qarabağda bir dənə də olsun erməni qalmayacaqdı.
Bu bizim ən böyük uğurumuz olacaqdı.
Amma yenə də fakt budur ki, rus izn verməsəydi, haqqında qürrələnərək danışdığımız ordumuzun gücü nümayiş oluna bilməzdi.
Bunun bariz nümunəsi Aprel döyüşləridir. Filan qədər itki, filan qədər irəliləyiş və biz dayandıq. Niyə?
Çünki belə istənildi.
Məgər ordumuzda zəiflik var idi ki? Əlbəttə ki, yox.
Yaxın keçmişdən söhbət gedir. 4 ilin söhbətidi. Heç bir zəiflikdən söz belə gedə bilməz. Sadəcə olsun ki, siyasi arenada zəif idik deyə rusu qane edə bilmirdik.
Amma bu dəfə görünən o idi ki, siyasi arenanı da həll etmişdik, sona qədər getməkçün izn ala bilmişdik.
Məsələlərdə qarşı tərəfin də siyasi və döyüş zəifliyinin şərt olmasını danmaq doğru olmaz. O da bir şərt oldu ki, biz qalib olduq.
Yani mən belə düşünürəm ki, məsələdə əməyi keçənlərin əməyini heçə endirməklə nəyəsə nail olmaq olmaz.
Ağıllı adamlar həmişə tarixi düzgün analiz edib, haqqı ortaya çıxaracaqlar- biz nə qədər dansaq da.
İstər İran olsun, İstər Rusiya olsun, hətta mən Türkiyə də deyərdim (baxmayaraq ki, çoxları onların da əməyini danır)- amma bu qonşu dövlətlərin də bizim müharibədə töhfələri olmamış deyil, müxtəlif formalarda olsa belə.
Təbii ki, əsas işi öz şanlı ordumuz görüb, güc Azərbaycan əsgərinə düşüb. Bunun nəticəsidir ki, hal-hazırda beynəlxalq arenada speçnazımız barədə söz-söhbətlər bitib-tükənmək bilmir.
Var olsun Azərbaycan əsgəri!
Hər birinin (şəhidinin, qazilərinin və indi də orda olanların) qarşısında baş əyirəm!
Biz sizinlə qürur duyuruq!
шаблоны для dle 11.2
04-12-2020 01:21 Baxılıb: 1570    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}