Suriyanın Colanı bizim Qarabağa bənzəyir

Samid Paşa

Colan Yüksəklikləri və Dağlıq Qarabağın hər ikisinin işğal edilməsilə bağlı BMT qətnamələri var, lakin malik ölkələr onu geri qaytara bilmirdi.
Rəsmi Bakı 30 ilə yaxındır işğal edilmiş Qarabağa digər ölkə rəsmiləri və şirkətlərinin girişini qadağan və bu addımı atanlara sanksiya tətbiq edirdi.
Ötən gün ABŞ dövlət katibi Mayk Pompeonun işğal edilən Colan Yüksəkliklərinə ayaq basması, bu bölgənin bir daha İsrailinki olduğunu deməsi, dünya ictimaiyyətini “gerçəklikləri” və “reallıqları” qəbul etməyə məcbur olduğunu dilə gətirməsi əslində bizə bilirsiz nəyi xatırladır?
Pompeonun bu addımı bizə Fransa Senatının Qarabağın müstəqilliyini tanımaqla bağlı özbaşına və həyasız addımını xatırladır.
Suriya bu işğala 54 ildir ki məruz qalır, bizsə artıq ərazilərimizi işğaldan azad etmək üçün özümüz hərəkətə keçmişik.
Əgər biz də oturmağa davam etsəydik, Pompeo, Makron və Jırinovski kimiləri Qarabağla bağlı oxşar həyasızlıq edərdilər.
Artıq Azərbaycan ictimaiyyəti və ölkə rəhbərliyi Qərbin və Avropanın bölgədə apardığı ikili standartlı siyasətini həm görüb, həm də yaşayıb.
Ölkə prezidentinin Ağdamla bağlı çıxışında Avropa Birliyinə, Avropa Parlamentinə, ATƏT və sairlərinə kəskin həmləsi də ölkə xalqının bu siyasi birliklərdən gördüyü zülmə və həyasızlığa bir əlamətdir.
Prezidentin ötən günkü çıxışı həm də qarşıdan gələn illərdə ölkə daxilində siyasi rəqabət və müvazinətin hansı formada olacağından, xüsusilədə Qərb və Avropa siyasi institutlarının dəstəklədiyi partiya və QHT-lərinin hansı vəziyyətdə fəaliyyət göstərəcəyindən xəbər verir.
Ölkə rəhbərliyinin Avropa Birliyinə tənqidləri, Qarabağda atəşkəs və münaqişənin yekun nizamlanmasından ABŞ və Fransanın kənarda saxlanılması həm də bundan xəbər verir ki, Azərbaycan gələn illərdə region və dünya siyasətində onların sözünü rahatlıqla qulaq ardına vura bilər.
шаблоны для dle 11.2
20-11-2020 22:19 Baxılıb: 490    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}