Oliqarx-məmur tayfası və onlarla eyni qabdan yeyən qondarma müxalifət barədə

Aftandil Babayev

Xaricdən Azərbaycana hər il təqribən 500 milyon dollara yaxın pul göndərilir. Bunun böyuk hissəsi Rusiyada işləyib Azərbaycandakı ailəsini saxlayan həmyerlilərimiz tərəfindən göndərilən pullardı.
Həmçinin Azərbaycanda hər il milyardlarla pul oliqarx-məmurlar tərəfindən oğurlanıb xaricə daşınır. Bu pullar Qərb banklarına, ofşorlara, Londondakı və Türkiyədəki mülklərə yatırılır. Məsələn, Əli Həsənov hal-hazırda ölkədən oğurladığı pullarla Antalyadakı villasında istirahət edir.
Qərbə gedən pullarımızın kiçik bir hissəsi yenidən QHT-lər vasitəsilə Azərbaycandakı muxalifəti, mətbuat agentliklərinin rəhbərliklərini, sosial şəbəkələrdə camaatın beynini yeyən "ziyalıların" ələ alınması üçun ölkəyə daxil olur (özləri də bunu gizlətmir, bütün günü ABŞ səfirliyindəki görüşlərin şəkillərini fəxrlə paylaşirlar).
Bu vəziyyətdə həm iqtidar, həm də müxalifət Qərbdən asılı vəziyyətə düşmüş olur və hər iki tərəfə ölkədə Qərbin maraqlarının qorunması, rusofobiyanın yayılması daha çox sərf edir.
Beləliklə ölkə artıq çoxdan iki təbəqəyə bölünüb.
1. Xalqın sərvətini talayan oliqarx-məmur tayfası və onlarla eyni qabdan yeyən, mahiyyətcə çox da fərqlənməyən, sadəcə öz aralarında hakimiyyət davası etdikləri müxalifət. Bunların hər ikisinə qulluq edən "ziyalılardan" ibarət sinif.
2. Sıravi, adi azərbaycanlılar, xalq.
İndi bilirəm, kimlərsə gəlib illərlə birincilərin onların beyninə yeritdikləri 20 Yanvar, Xocalı və s. haqqında nağılları danışacaq, məni Rusiyapərəstlikdə günahlandıracaq.
Əgər ikincilərin mənafeyindən danışmaq Rusiyapərəstlik və rus agenti olmaqdirsa mənim də adımı o siyahıya yazın!
шаблоны для dle 11.2
19-09-2020 04:31 Baxılıb: 1530    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}