Azərbaycanda İsrail mifi

Aftandil Babayev

1. İsrail dövləti Azərbaycan müstəqil olan kimi onun iqtisadiyyatini inkişaf etdirdi. (Pantürkist yalanı).
Tarixi həqiqət. İsrail respublikası 1991-ci il 25 dekabrda Azərbaycanın müstəqilliyini tanıdı. 1992-ci il 6 apreldə əlaqələr quruldu. Lakin 1991-93-cü illərdə İsrail dövləti Azərbaycana heç qəpik belə investisiya yatırmadı Bunu 1994-cü il 12 may Bişkekdə imzalanan atəşkəs müqaviləsindən sonra etdi. Yəni göründüyü kimi iqtisadiyyatımıza bizim dar günümüzdə İsrailin heç bir köməkliyi olmayıb.
2. Qarabağ müharibəsində yəhudilər bizim, ərəblər isə ermənilərin tərəfində vuruşub. (Pantürkist xurafati).
1991-ci ilə qədər Azərbaycanda 100 mindən cox yəhudi yaşayırdı. Lakin Qarabağ müharibəsi başlayan kimi yəhudilər ölkəni tərk etməyə başladılar. 1993-cü ilin avqust ayında İsraillə Azərbaycan arasında hava nəqliyyati yaranandan sonra bu proses daha da sürətləndi. Və 2 il ərzində 70 min yəhudi ölkəni tərk etdi. Etnik qrup kimi ölkəmizin cörəyini yeyən yəhduilər Qarabağı milli məsələ saymadılar və ölkədən qacdılar. Panturkistlər isə yalniz 4-5 yəhudi əsgəri başda Albert Aqanurov olmaqla əldə bayraq ediblər. Bir pis insan bütün milləti təmsil etmədiyi kimi bir yaxşı insan da bütün milləti təmsil edə bilməz. Bir nəfər o demək deyil ki, yəhudilər bizə dəstək çıxıblar. Siz heç Qarabag müharibəsində talış batalyonları kimi yəhudi batalyonu olmasını eşitmisiniz?
Ərəblərə gəldikdə isə İsrail-Ərəb müharibəsində ermənilərin Asala terror təşkilatı daim Fələstinin yanında vuruşub deyə, Fələstin-Livan təşkilatları da Qarabağ ermənilərinə dəstək veriblər.
3. İsrail Azərbaycana silah verir.
Şişirtmədir. İsrail bizə silahı pulsuz vermir ki. Dünya bazar qiymətlərinə uyğun verir. Təkcə son 10 ildə Azərbaycan İsrail büdcəsinə 15 milyard dollardan çox xeyir verib. Bu o demək deyil ki, İsrail bizim müttəfiqdir. Müttəfiqlik Ermənistan-Rusiya kimi olar. Güzəşlər əsasında ucuz və keyfiyyətli silahlar verirdi. İsrail Rusiyanın Ermənistana göstərdiyi müttəfiqliyin 1 faizini belə göstərməyib.

P.S.: Burda xətrini çox istədiyim bir neçə yəhudi əsilli tanış var və onlar bilsin ki, bu yazdıqlarım yəhudiləri pisləmək məqsədilə deyil,sadəcə təbliğat vasitəsi ilə gözləri tutulmuş insanlara reallığı çatdırmaq məqsədilədir.
шаблоны для dle 11.2
02-09-2020 17:05 Baxılıb: 4150    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}