"Bakının 12 rayonunun icra başçılarından 5-i Şərurdandır, 5-i (Qarakilsə) Sisyandan..."

"Ölkə əhalisinin 88 faizi aborigen, yəni köklü, yerli olsun, amma və vəzifəlilərin 88 faizi qeyri-aborigenlərdən olsun... Bu, dəhşətdir!"

Son illər, xüsusən son aylarda Azərbaycanda yüksək vəzifəlilərin, xüsusən icra başçıları və nazirlərin “təmizlənməsi” prosesi gedir. Təki hər şey ölkəmizin inkişafı naminə olsun... Fəqət, cəmiyyətdə, ölkəsini sevən hər bir vətəndaşda haqlı bir sual yaranır: nəyə görə, hansı səbəblərdən təhlükəsizlik və hüquq-mühafizə orqanlarına və sonda xalqa  dövlətin, hökumətin yüksək səviyyəli postlarını tutan şəxslərin korrupsiyaya qurşanması, dövlətə, xalqa, xəyanət etməsi həmin şəxslərin beş illərlə, hətta on illərlə işləməsindən sonra rəsmən bəlli olur?.. Məsələn, Eldar Mahmudov başda olmaqla ləğv olunmuş Milli Təhlükəsizlik nazirliyində törədilmiş dəhşətli əməllər yalnız 11 il sonra, Əbülfəz Qarayevin başçılıq etdiyi Mədəniyyət Nazirliyində baş verən korrupsiya faktları 26 il sonra, Elmar Məmmədyarovun nazirlik etdiyi və Qarabağın siyasi-diplomatik yollarla azad olunmasına xidmət etməli olan Xarici İşlər Nazirliyindəki neqativ olaylar 16 il sonra üzə çıxır? Eləcə də Ziya Məmmədov, Fazil Məmmədov və s. macəraları...
Bu günlərdə isə sanki kiminsə komandasıyla mediada Prezident Administrasiyasının rəhbəri kimi yüksək vəzifələrdə 27 il işləmiş (hələ Sovet dövründə Mərkəzi Komitədəki işlərini demirik) Ramiz Mehdiyev asta-asta “vurulmağa” başlayır...
Mövzu ilə bağlı suallarımızı cavablandıran politoloq Cümşüd Nuriyev moderator.az-a açıqlamasında məsələyə belə münasibət bildirib:
“Öncə təşəkkür edirəm ki, doğrudan da çox yaralı və ağrılı bir problemimizə toxunursunuz. Zənnimcə, burada əsas iki amil böyük rol oynayır. Birincisi, on illərlə idarəetmə sistemindəki naqisliklər, ikincisi isə həmin naqisliklər ucbatından ölkədə, cəmiyyətdə artıq, nə yazıqlar ki, əksəriyyətə sirayət etmiş mənəvi, əxlaqi keyfiyyətlərin həddindən artıq aşağı səviyyəsi...
İnsan, əsl vətəndaş gərək biri vəzifə başında olanda onun haqqında sözünü desin, onu obyektiv tənqid etsin. Hər hansı bir şəxs vəzifəsindən gedəndən sonra kimlərəsə xoş gəlmək üçün onu yeri-gəldi-gəlmədi, doğru-yalan atəşə tutması mənəviyatsızlıqdır. Elələri var ki, mən onlara “növbətçi adamlar” deyirəm, yarınmaq, yaltaqlanmaq və gedənin dalınca döşəməyi artıq peşəyə çeviriblər. Adamlar tanıyıram ki, vaxtilə Mütəllibovun qapısında aylarla növbəyə dururdular. Onlar əvvəl 9 nəfər idi, qırılıbalr, indi 3-ü qalıb. Mütəllibov hakimiyyətdən gedəndən sonra ertəsi gün gördüm ki, həmin adamlar İsa Qəmbərin qapısındadır, İsadan sonra keçdilər Elçibəyin qapısına.  Heydər Əliyev 1993-cü ilin iyununda Ali Sovetin sədri seçilən kimi düzüldülər onun kabinetinin qabağına. Bu binəvalar guya hamısı alimdir, professordur... Kül başımıza, bizim “ziyalı” adlananlarımıza bax...
İndi onlardan 3-ü qalıb, amma daha əldən düşüblər, “funksiyalarını” layiqincə yerinə yetirə bilmirlər. Hazırda Azərbaycanda onların əvəzinə 30 nəfər “gənc kadr” yetişib, Allah göstərməsin... Özləri həddən artıq cavan, amma əməlləri həddən artıq qoca. Qoca da var, qoca, kaftarlaşmış əməllərlə məşğuldurlar...
Bütün hallarda bizdə islahat  getdi, hər halda belə bir görüntü oldu. Məsələn, Prezident Administrasiyasında islahat getdi. Amma necə?.. Yenə də ərazi idarəetmə şöbəsi rəhbərliyi qaldı yerində, hüquq-mühafizə şöbəsi qaldı... Şikayət şöbəsi də həmçinin...  Nə olsun ki, digər şöbələrin rəhbərləri dəyişdirildi, əsas dəyişilməli olanlar dəyişilmədi... Və həmin sistem həmişəki kimi davam edir...
Əgər bu adamlar vəzifələrə adam yerləşdirmək istedadlarını indi etdiklərinin əksinə, yəni  Azərbaycan naminə etsəydilər, bizim dövlətin tayı-bərabəri olmazdı dünyada... Həmin Prezident Administrasiyasının ərazi idarəetmə və hüquq şöbəsinin vəzifələrə adam təyinetmə prinsipi necədir? Birincisi, gərək məlum klanlardan ola... Yerlibazlıq artıq kölgədə qalıb... Artıq məsələyə tayfa psixologiyasıyla yanaşılır. Ya kiminsə oğlu, kürəkəni, nə bilim, bacısı oğlu, bacısı qızının əri... Yəni mütləq o tayfadan olmalıdır... İkincisi və ən dəhşətlisi odur ki, hər hansı babat vəzifəyə elə 10 namizəd seçirlər ki, onlarda heç bir müsbət xüsusiyyət olmamalıdır. Satqın, ikiüzlü, simasız, şərəfsiz, rüşvətxor, qeybətçil, evyıxan, torbatikən, başa corab hörən, mərdiməzar və nəhayət, ən başlıcası, təmiz türk olmamalıdır... Erməni qarışığı olsa, daha “yaxşı”... Erməniyə qarşı nəinki güllə atmaq, heç söz də deməməlidir, ermənilərə qarşı elmi-tədqiqat işi aparıbsa, dərhal “qara siyahı”ya salınır... Müharibədə erməniyə qarşı döyüşübsə, “ən pisi” də budur... Bir sözlə, milləti, xalqı inkişaf etdirə biləcək müsbət keyfiyyətlərin heç biri bu “layiqli kadrlar”da olmamalıdır... Mən bunu tam məsuliyyətimlə deyirəm... Ən sonda isə seçdikləri 10 namizəd arasından bu xalqa ən ağır, ağsasığmaz zərbələr vura bilən ən murdarını, ən şərəfsizini, ən yaramazını seçib Prezidentə təqdim edirlər ki, bu, ya icra başçısı, hakim, yaxud prokuror və ya polis rəisi olsun... Və bu gün də özləri də belə kadrların arasında dolaşıb əsir-yesir qalıblar...
Vallah, bu, xalq üçün, ölkə üçün böyük faciədir... Əhalisinin 88 faizi aborigen, yəni köklü, yerli olsun, amma və  vəzifəlilərin 88 faizi qeyri-aborigenlərdən olsun... Dünyada belə bir dövlət yoxdur, bu yalnız bizdədir...
Vəzifələrin regional bölgüsü də tamamilə bərbad vəziyyətdədir. Ali, yüksək vəzifələrə yalnız eyni məlum regionlardan olanlar getməlidir. Daha burada öncə dediyimiz kimi, peşəkarlıq, savadlılıq-filan nəzərə alınmır, sadaladığımız “müsbət” keyfiyyətlər keçərlidir... Özü də eyni nəsillər, tayfalar... Digər bölgələr yüksək vəzifələrdə demək olar ki təmsil olunmur, uzaqbaşı məlum bölgələrlə qohumluğu olan bir neçə nəfər... Belə yüksək vəzifə təyinatları üçün Şirvan bölgəsi yoxdur, Muğan itib, Mil itib, Qarabağ yaman gündədir, bir neçə adam qalmışdı, onları da atdılar bayıra... Gəncəbasar da onun kimi... Amma məlum regionların bir rayonundan, bir kəndindən 4-5 nazir, başçı, rəis “yetişir”... Bakının rayonlarının icra başçılarına baxaq; 12 rayondan 10-unun 5-i Şərurdandır, 5-i Sisyandan... Məgər Azərbaycanda başqa rayon, kənd yoxddur? Bu nə deməkdir? Bu, nə biabırçılıqdır? Bir sözlə idarəetmə sistemi çox pis gündərdir...
Dediyiniz məsələnin, yəni yüksək vəzifələrdəkilərin xəyanətini 15-25 ildən sonra müəyyən etməymizin də əsas səbəbi məhz bunlardır, belə kadr siyasətidir. Ona görə də ölkədə məddahlıq, yaltaqlıq, saxtakarlıq, ev yıxmaq və s. baş alıb gedir... Deputatlarımız da oxşar qaydalarla, prinsiplərlə “seçilir”.  Vaxtilə Liberiyada bir əcaib hadisə baş verib – ölkənin 15 min əhalisi olub, amma adam 232 min səslə seçilib... Bizim deputatların əkəsriyyəti də belə “seçilib”... Namizədə  200 adam səs verir, amma sonda baxırsan ki, 8-10 min səslə seçilib...
Bu gün ermənilər və daxildəki yüksək vəzifəli satqınlar Azərbaycana qarşı çox dəhşətli bir proses hazırlayırlar. Bu barədə, inşallah, gələn söhbətimizdə danışarıq...”

Sultan Laçın
шаблоны для dle 11.2
31-07-2020 22:11 Baxılıb: 2280    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}