Moskvadakı meyvə boykotu barədə

Rizvan Şıxızadə

Bildiyiniz kimi Moskvada azərbaycanlıların işlədiyi Fud Siti Bazarının rəhbərliyi tərəfindən erməni mallarının bazara girişi qadağan edilib. Soydaşlarımız bazara gətirilən erməni mallarını yerə töküb tapdalayırlar. Hər il Ermənistan kənd təsərrüfatı məhsulları göndərməklə bu bazardan milyonlarla gəlir əldə edirdi, indi bunun qarşısı alınıb.
Bu məsələnin müzakirəsi və yoluna qoyulması üçün bazara gəlmiş Ermənistanın Moskvadakı konsulu və erməni diaspora rəhbərləri bazarın iclas otağında gözləyərkən iclas otağına daxil olan rus mühafizəçilər onlardan bazarı tərk etmələrini tələb ediblər. Bazarı tərk etmək istəməyən erməni rəsmi şəxslərini bazardan iti qovan kimi qovublar.
Erməni mallarının boykotunun Rusiya hökumətinin razılığı ilə həyata keçirildiyi bildirilir.
Moskvada meyvə bazarlarında erməni mallarının baykot edilməsi böyük fəxrlə əslən azərbaycandan olan Yəhudi iş adamlarının adına yazılır. Sən demə onlar belə milləti sevirmiş. Ancaq əslində...
SSSR-i dağılandan sonra Rusiyada meyvə-tərəvəz satışı əsasən Azərbaycanlıların əlində olub. Moskvada müxtəlif bazarlar var idi. Sahibləri slavyanlar və başqa millətlər olsa idi bazara nəzarəti bizimkilər edirdi.
Təqribən 4-5 il bundan qabaq azərbaycnlı yəhudilər bu biznesə də əl qoydular. Moskvanın cənubunda çox nəhəng, bütün Rusiyanı meyvə-tərəvəz və ərzaqla təmin edən Fud-Siti bazarı tikildi.
Bazarı işə salmaq üçün böyük meyvə tacirlərini bazara gətirmək lazım idi. Bu işdə keçmiş "Pokrov" meyvə bazarının sahibi Şəmkirli Məhərrəm və o zamankı kriminal dünyanın lideri yardımçı oldu. Xoşluqla gələn gəldi, gəlməyəni də təzyiqlə saldılar bazara. Və Fud-Siti inkşaf eləməyə başladı.
Bazar sahibi olan yəhudilərin vəziyyəti yaxşılaşdıqca bazarda yer pulu, icarələr sürətlə bahalaşmağa başladı. Başqa bazarda 50 dollar verib 20 tonluq maşını bazara salanlar burada 500 dollar verməli oldular. Artıq ticarətçilərin başqa yolu yox idi.
İndi bəlkə icarə daha da bahalaşıb. Azərbaycanlıları o bazara salan Şəmkirli Məhərrəm və qanuni oğru sonralar peşman oldular. Biri müəmmalı şəkildə öldürüldü, biri isə həbs olundu.
Getdikcə bahalaşan icarə haqqını ödəyə bilməyən azərbaycanlılar tədricən rəqabətə tab gətirə bilməyib, yerlərini Orta Asiya xalqlarına verdilər.
İndi Fud-Sitidə 10-15 faiz azərbaycanlı varsa 50-60 faiz özbək-tacik var.
Ona görə də iki yeşik əriyi tapdalayıb videoya çəkməyi yəhudillərin "əməyi" hesab etməyin.
Minlərlə azərbaycanlı öz qazancından məhrum oldu məhz Qod Nissanov kimilərinin əlindən.
шаблоны для dle 11.2
17-07-2020 21:30 Baxılıb: 2 3990    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}