Kim hansı ölkəyə qardaş deyirsə, o ölkədə biznesi var, əlaqəsi var, yaxşı pul gəlir

Zöhrə İsmayılova

Dostluğumda politologiya oxuyan, yenə deyirəm sadəcə politologiya oxuyan gənclər var.
Bir ara yazdılar ki, xalq siyasətə qarışmamalıdır, bir ara yazdılar ki, xalqın ixtiyarı yoxdur kimisə hansısa vəzifədə görmək kimi arzusunu dilə gətirsin.
Bilirsiniz necə böyük dərddir?
Deyirsiniz ki, gənclər gəlsə, yaxşı olacaq. Amma mən bu fikirli gəncləri görəndə, ümumiyyətlə, ümidim tamamilə ölüb və məhv olub.
Siyasətin elə məqamı var ki, ona sadə xalq qarışmamalıdır. O sahələr ki, orda aparıcı insanın kim olmasının xalqa birbaşa təsiri yoxdur. Məsələn, xarici siyasət. Dolayısıyla təsiri olacaq, lakin birbaşa deyil. Amma daxili siyasətdə xalq da iştirak edib öz fikrini söyləsə yaxşı olar.
Bəzi məsələlər sadə xalqa və ictimaiyyətə daim açıq olmalıdır. Məsələn, xalq 5 il sonra harda hansı vakansiya olacağını bilməlidir. Bu onun haqqıdır. Ona birbaşa təsir edir. Lakin xarici siyasət, strateji tərəfdaşlıq, mütəffiq ölkələrin seçilməsi hələ bizim dərrakəmizə və təhlil qabiliyyətimizə uyğun gəlmir ki, müəyyən edə bilək. Çünki biz kiminsə dediyini təkrar edirik, görünənləri (görsətdiklərini) müzakirə edirik, görünməyənləri və 10 il sonranı görə bilmirik. Bu gün nə olur olsun, vəssalam.
Sabahı düşünmürük. Çünki düşünə bilmirik. Məsələn, biz bilmirik ki, kim hansı ölkəyə qardaş deyirsə, o ölkədə biznesi var, əlaqəsi var, yaxşı pul gəlir. Onlarla əlaqə korlansa, bunlara pis olacaq. Guya bunlar xalqı düşünən olur. Çox ağıllı adamlardır. Ağıllı taktikalar işlədirlər.
Necə? Problemli sahələri dilə gətirib statusda yazırlar, like yığırlar, baxış və paylaşım artırırlar, olurlar xalqın qəhrəmanı. Çox təəsüf hissi ilə deyə bilərəm ki, bizim kimi özünün şəxsi təhlil qabiliyyəti olmayan xalqın qəhrəmanı olmaq çox asan imiş. Onların narazı olduğu məqamları söylə, ol qəhrəman.
İndi keçib məhz həmin adamların təmsil etdiyi ölkələrin, və həmin adamın çalışdığı müəssisələrin problemini qabartsaq, özünü doğrayacaq ki, yox elə deyil, sübut etsən də mümkün deyil. Çünki onun pulu ordan gəlir.
Dərdi xalq dərdi deyil, dərdi həmin ölkədən gələn pullarıdır.
İnanın səmimiyyətimə, onlara elə gəlir ki, guya heç kim bilmir. Bilən çox yaxşı bilir. Bilməyənlər isə çox təəsüf ki, əks arqumentləri oxumaq istəmir. Tutduğunu buraxmaq istəmir.
Sözsüz bir müddət sonra buraxacaqlar o mənasız fikirlərini də. Lakin ortada yana bilərlər. Necə? Pulu gələn, biznesi olan adamlar hərəsi qaçacaq təmsil etdiyi ölkələrə. Kim hansı ölkə haqqında danışırsa, o ölkəyə qaçacaq. Burda qalan kasıb, sadə xalq olacaq.
Çoxu da həmin adamların alətinə çevrilib danışır, həmin adamlar istifadə etdiyi bu şəxslərə kömək etməyəcək, heç bir qram da. Gedib oturacaq xaricdə. Sonra ordan başlayacaqlar boşboğazlığa davam etməyə. Sadə insanlar isə yenə tökülüşüb onun statusuna like qoyub, rəy yazacaq. Digərləri də görəcək ki, bu yaxşı like yiğir, izləmə və paylaşım artacaq. O hər like-a görə pulunu alıb cibinə qoyacaq, burda yanan sadə insanlar olacaq.
Sizdən xahiş edirəm, özünüzün təhlil qabiliyyətiniz olsun.
Hər adama inanmayın.
Onlar xalqın qəhrəmanı obrazı yaradıb öz pulunu qazanır.
шаблоны для dle 11.2
17-07-2020 21:15 Baxılıb: 5970    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}