Çin: dünəndən bugünə

Ramil Həsənov

Qərb propaqandasının bombaladığı ən əsas düşmənlərdən biri Çindir. Siyasi sferada heç kimin üzünü yuyub mələk donu geydirmək, əlbəttə, mümkün deyildir. Ancaq mövcud reallıqları da düzgün və ədalətli qiymətləndirmək lazımdır.
Əvvəla, Çin həcm etibarıyla digər bir çoxları kimi heç zaman imperialist bir dövlət olmamışdır. Elə sadəcə belə bir fakt vardır ki, Çin tarixi boyu dünya ağalığında olmayan ən qədim sivilizasiyalardan biridir. Örnək də vermək olar ki, məsələn, erkən orta əsrlərdə Çinin hərbi-siyasi-mədəni intibahı zamanı belə işğalçı-imperialist ideologiya da həmin coğrafiyada formalaşmadı. Ən uzaq çərçivədən ətraf tayfalar və hunlarla torpaq alış-verişləri mövcud olmuşdur. Çinin hücum deyil, müdafiə xarakterliliyini göstərən əsas abidələrdən biri kimi Çin səddini də göstərmək olar.
Onsuzda Çinin dini-fəlsəfi bazası da (daosizm, buddizm, konfutsizm) digər bir çox qlobal ideologiyalar kimi dünyəvi hərbi-siyasi metodlarla bəşəriyyətin "xilaskarı" funksiyasına istiqamətlənməmişdir.
Bu mənada mütləqdir ki, siyasi təkamülün yansıması Çin xalqına da təzahür etmişdir.
Çin orta əsrlərdən bu yana işğalçılıq altında çox dövr keçirmişdir. Monqollarla başlamış çöküşləri yeni dövrdəki ingilis müstəmləkəçiliyi ilə can vermişdir. Britaniya imperiyasının Çində həyata keçirtdiyi bəşəri cinayətlərin də tayı-bərabəri olmamışdır. Buna kütləvi qətliamlar daxil olmaqla süni narkotik yeridilmələrini də əlavə edə bilərik. Çinə ən son yoluxan Yaponiya imperializmini də əlavə etmək olar.
Çinin bütün imperialistlərdən təmizlənməsi 2-ci dünya müharibəsindən sonrakı Mao Tszedunun inqilabi hərəkatıyla olmuşdur. Əlbəttə, bunun arxasında Stalin SSRİ-si dayanmışdı və bugün çox təəssüf ki, əksər tarixçilərin, ideoloqların da qeyd etmədiyi bir önəmli faktor da odur ki, Çin dövlətinin imperializmdən qurtuluşu və hazırkı dövlət mirası da Stalin faktoru səbəbindəndir.
Mao Çini yalnızca işğaldan azad etmədi, eyni zamanda min illərdir formalaşmış sinfi təbəəlik idrakından, iyrənc təbəqələşmədən də azad etdi. Bu təkcə siyasi deyil, həm də böyük ideoloji dəyişim idi və mütləq ki, müəyyən qurbanları da özü ilə gətirmişdi.
Destalinizasiyaya qədəm qoyan paranoik Xruşşovun elə ən böyük səhvlərindən biri də Çini itirmək olur. 1960-lardan sonra Çin demək olar ki, xarici kapitalist dünya ilə təkbaşına qalır.
1970-lərdən, ən əsas da SSRİ-nin dağılmasından sonrakı yeni dünya düzənində Çin tamamilə yeni bir modellə çıxış edir: Sosialist-kapitalist modeli.
Buna geydirmə model deyənlər şübhəsiz ki, siyasi realist dünyadan anlayışı olmayanlardır.
Çin modeli sosializm daxilində kapitalizm çalarları normadan çox əks etdirən sistemə malik olsa da, meqa səviyyədə hələ də möhkəm dövlət sosializminə malikdir. Meqa struktur hələ də dövlətin ümumi ictimai mülkiyyətindədir.
Onsuz da sosializm daxilində müəyyən kapitalist çalarları daşımağa məhkumdur. Bunu tam rədd edənlərin törətdiyi fəsadları Xruşşovun aqrar-sənaye lageri modelində görmək mümkündür.
Çin sistemi ilə qismən də olsa həm nəzəri, həm də praktik tanışam. Orta və xırda burjua + xarici investisiya Çində azad bazar şəraitində mövcud olsa da, meqa kanallar hamısı birbaşa və ya dolayısıyla dövlətin kontrolundadır. Bundan əlavə Çin ən böyük gücü və inkişaf tempini daxili sistemdəki güclü və intizamlı nəzarət mexanizmasından əldə etmişdir ki, Çində demək olar dövlətin təməl dirəklərini baltalayacaq korrupsiya halları yoxdur.
Başdan ayağa meqa monopolist, həm də müstəmləkə korrupsiyası ilə dolub-daşan Qərb liberal-demokratiyasının Çinin bu korrupsiyasız möhkəm strukturuna totalitar və anti-demokratik damğa vurması da ayrıca bir ironiyadır.
Çinin bugünkü partiya hakimliyinə totalitar damğası vurub üzərində güclü propaqanda aparırlar. Ancaq dərk edənlər bilir ki, bu partiya düzəni olmasa və Çinin birbaşa dövlət tənzimlənməsindən uzaqlaşmaq prosesi baş versə onun bir liberal müstəmləkəsi olmasına şərait yaradacaqdır.
Buna görə də ordakı möhkəm partiya sistemi buna qətiyyən imkan vermir.
Təxminən milyard yarım vətəndaşa sahib olmaq asan məsələ deyildir.
Sosializm-kapitalizm qarışığı model qurmaqla, zənnimcə Çin modeli hazırda 1,3 milyarddan artıq insanı həm normal yaşadıb təmin edirsə, üstəlik dünyaya belə ən böyük ixracat edirsə, hal-hazırda ən böyük iki qlobal gücdən biridirsə, bu o deməkdir ki, elə ən unikal modelə malikdir.
Həqiqətən də, qəribə bir tendensiya formalaşıb. Qlobal kapitalizmlə kommunist Çin partiyası ortaq sintez formalaşdırıb. Nə biri digəri üzərində ağır basır, nə də biri digəri üzərinə hücum çəkir. Hər ikisinə bu durum sərfəlidir.
Elə ABŞ daxili amerikançı kapitalistləri də cin atına mindirən budur.
шаблоны для dle 11.2
01-07-2020 06:45 Baxılıb: 2 1270    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}