Bir daha Qərb dermokratiyası haqda

Pünhan Musayev

Demokratiya nisbi anlayışdır. Avropada bu gün demokratiya deyilən terminə hörmət qoyulursa bu göydəndüşmə, yaxud da təsadüfi deyil. Çünki tarixən öz inqilabçılıqları ilə seçilən Avropa ölkələrində insanlar əsrlər boyu monarxiya idarə üsuluna qarşı etirazlar etmiş, çox çətinliklərlə müəyyən imtiyazlar əldə etmək hüququna malik ola bilmişlər.
Digər tərəfdən isə bir ideologiya kimi qərbdə demokratiyanın özü belə nisbi anlayış hesab edilə bilər. Məhz idarəedənlərin tez-tez dəyişib, mahiyyətin statik qaldığı bu ölkələrdə demokratiyaya, söz azadlığına inam bir qədər şübhələrə səbəb olur.
Etirazçıların böyük əksəriyyətinin pedofillər, homoseksuallar, “feministlər”, islam düşmənləri, pornoqraflar və s. radikal icma üzvlərinin təşkil etməsi sözsüz ki hər birimizdə müəyyən fikirayrılıqları yaradır.
Məsələn, Fightthenewdrug.org-un 2017-ci ilə olan açıqlamasına əsasən, dünyada pornoqrafik sənayenin 60%-inə ABŞ, 27%-inə Niderland, 7%-inə isə Britaniya sahiblik edir.
ABŞ-da bu sahədə 428 milyon fərdi internet səhifəsi mövcud olduğu halda, Niderlandda bu rəqəm 187 milyon, Britaniyada isə 52 milyona bərabərdir.
Həmçinin bu prosedurun qanunla tənzimləndiyi Almaniya və Danimarkada adıçəkilən sahədən əldə edilən gəlir və büdcə daxil olmaları da (vergilər) kifayət qədər yüksəkdir.
“Müxtəlifliyin cinsi pedaqogiyası” dərs vəsaitinin tədrisdə istifadə olunmasına icazə verən Almaniyadan “örnək” götürən Danimarka da bu sahədə “fəallığı” artırmaq niyyətindədir.
Bundan başqa, Danimarka ilə uzaq olmayan Norveçdə də vəziyyət bir o qədər fərqli deyil. Buna əsas səbəb isə uşaqların tərbiyə və qayğısı ilə məşğul olan “Barnervarn”-dır. Bir müddət sosial mediada partlayışa səbəb olan bu qurum qeyd-şərtsiz uşaqları valideynlərindən almaq və onları istədikləri kimi formalaşdırmaq hüququna malikdir. Orta statistik hər bir norveç ailəsinin uşağını mənimsəyən, hətta bir sıra ittihamlara əsasən uşaq pornoqrafiyası ilə məşğul olan “Barnervarn” haqqında Qərb mətbuatında geniş məlumat verilmişdir.
O cümlədən, Norveç rəsmi statistika orqanlarının hesabatlarında da ölkədə 37 461 zorakılıq, 8 386 cinsi istismar (846-sı 14 yaşdan aşağılara) qeydə alınması bu sahənin “inkişafın”ın bariz nümunəsidir.
Liberalların şəninə tərif yağdırdığı demokratiyanın bu fəaliyyəti nəticəsində Norveç dünyada ilk ölkə oldu ki, Oslo universitetində 7 yaşa qədər uşaqların intiharını tədqiq edən elmi tədqiqat institutu yaradıldı.
***
Müasir neoliberal düzəndə demokratiya və azadlıq heç də kütlələrin inanmaq istədiyi geniş və xoş finala aparan yollar arasından seçmək azadlığı deyil. Yəni əvvəlcədən bu seçim pislə lap pislər arasında seçmək azadlığı ilə məhdudlaşdırılıb.
шаблоны для dle 11.2
23-06-2020 20:11 Baxılıb: 3660    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}