Bu millət rus dilini bilməsə Rusiyada necə çörək qazanacaq?!

Rus məktəblərinin bağlanma planı böyük bir biznes plandır... Sadəcə bizim siyasiləşməmiş yarımçıq düşüncəli xalqımızın əksəriyyəti bunu anlamır.
Rus məktəblərini bağlayıb, o məktəbləri təzədən şəxsi məktəb kimi acıb, pullu edib milyonlar qazanmaq istəyənlər var...
Necə ki ölkədə olan pullu xarci dilli digər məktəblər kimi.
İndi mən sual verirəm. Ay rus məktəblərinin bağlanmasını istəyənlər, bu millətin pulsuz rus dili məktəbində oxumasından sizə nə ziyanı var? Bu xalqın düşmənisiniz?!
Belə vətənpərvər-millətçi-nasisinizsə, nə üçün ölkədə məhv olmuş təhsilin problemlərindən danışmırsınız?
Niyə Azərbaycan məktəblərində 21-ci əsrdə ləğv edilmiş Astronomya fənnindən danışıb onun ləğvinə etiraz etmirsiz?!
Və yaxud xəbəriniz var ki, Azərbaycan əhalisinin ən azı 25-30% qədəri bu gün Rusiyanın hesabına yaşayır?! Bu millət rus dilini bilməsə Rusiyada necə çörək qazanacaq?!
Bu 26 ildə nə üçün Azərbaycanda bir normal cəmiyyət yarada bilmədiniz? Alverdən, dükan bazardan başqa nə yaratmısız Azərbaycanda?
Xəbəriniz var ki, o neft qurtarsa Azərbaycan Əfqanıstanın tayı olacaq?!

Fernando Fere

12-12-2018 22:56 Baxılıb: 1200    
Şərh bildir