Onların populist təbliğatını yeməyin!

Millətdən xəbərsiz parlamentə oturan, millətdən xəbəri olmayan bir "millət vəkili" var - Gövhər Baxşəliyeva.
Bu gün parlamentdə böyük narahatçılığını bildirdi. Valideynlər uşaqlatını məktəbdə rus bölməsinə yazdırırlar... Zatı aliləri Baxşəliyeva kimi faşist qırıntıları 30 ildir mübarizə aparırlar, hər cür qebbelsvari təbliğat üsullarından istifadə edirlər - Azərbaycan xalqının övladlarını rus dilindən aralaya bilmirlər.
Ayə, ay zalım kapitalist ifritələri, bu xalqın ən azı yarısının çörəyi Rusiyadan gəlir. Nə istəyirsiz? İmkan verin camaat bir tikə çörəyini qazansın, yesin. Sizin qarnınız toxdur, sizin və övladlarınızın hər şeyi var, sizin Rusiyaya, rus dilinə ehtiyacınız yoxdur, sizin mülkünüz, bank hesablarınız Qərbdədir. Amma imkan verin camaat da yaşasın. Sadəcə mane olmayan. Bu xalqa bu 30 ildə heç nə vermədiz, vermək də fikriniz yoxdur, heç olmasa mane olmayın...
Parlamentdə bu xalqa qarşı hər cür qanun qəbul edilir... Elə təkcə təqaüd islahatı xalqa qarşı düşmənçilikdən başqa bir şey deyil. Və zatı aliləri Baxşəliyevanın heç vaxt vecinə olmayıb... İndi birdən bərk narahat olub ki, "uşaqların milli şüuru formalaşmır"...
Faşist qırıntıları belə danışar. Sanki milli şüurun məktəb dilindən asılacağı var. Azərbaycan dilində təhsil alanların milli şüuru olur? Bu xalqın evini, təhsilini elə yıxmısız ki, məktəb ümumiyyətlə şüur vermir, şüur alır. Olmayan şüurun nə millisi, nə qeyri-millisi...
Video bu günlərdə Bakının mərkəzində çəkilib. Guya ərəb rəqsidir. Budur bunların milli şüuru. Bu rəqsdə heç bir estetikə, mədəniyyət yoxdur. Barbar ərəb folkloru. Bunların bütün şüuru ərəblərdən pul qırxmaqdır. Azyaşlı qızlar şəhərdə özləri ərəb turistlərə yaxınlaşıb, özlərini təklif edirlər. Və bu "milli şüur" Baxşəliyeva kimi faşist qırıntıların narahat eləmir.
YAP-musavatçı milli-burjua bu xalqa da, övladlarına da çoxdan tüpürüb. Ritorikalarında millətçiliyin dozasını artıraraq gözdən pərdə asırlar, özlərini millət dərdi çəkən kimi qələmə vermək istəyirlər. Baxşəliyeva bu gün parlamentdə yersiz və dəxilsiz rusofob faşistlik edərək Azərbaycanın manqurt sürüsünə oynayırsa, bilin ki, nə isə oğurlayıb...
Azərbaycanın işçiləri, işçi sinifinin nümayəndələri, işsizləri Baxşəliyeva kimi populistlərin təbliğatını 30 ildir ki yeyir. Yeməyin! Onları ciblərindən başqa heç nə maraqlandırmır. Ağıllı olun, millətçi boşboğazların oyununa gəlməyin. Şüurlu olun, gəlin hamımız birləşək, bu kapitalizmi tarixin bir deşiyinə soxaq.
 
https://www.facebook.com/EcoSocialistsOfAzerbaijan/videos/2109281635776755/
05-12-2018 19:40 Baxılıb: 360    
Şərh bildir