Təki Netanyaxuy inciməsin

Müşfiq Heybətov

İranın küçə və prospektlərinə vurulan şəhid posterlərini, dünyanın dörd bir yanından 20 milyon insanın qatıldığı "Ərbəin" yolunda şəhidlərimizin adına qurulan ehsan çadırlarını yayımlayan bir telekanalımızı gördünüzmü?
Şəhid Albert Aqarunovun şəklini 1000 dəfə paylaşıb İsrail Azərbaycan qardaşlığını təlqin edən, yəhudi həmrəyliyindən dəm vuran (halbuki Albert bu vətən uğrunda şəhid olan yüzlərlə rus, talış, ləzgi, tat və s. Azərbaycan vətəndaşlarından biridir, öz yaşadığı ölkəsi üçün şəhid olub, bunun İsrail dövlətinə heç bir aidiyyatı yoxdur) saytların, sözdə müxalifəti təmsil edən səhifələrin bu barədə hər hansısa bir paylaşımına rast gəldinizmi? Dünyanın müxtəlif ölkələrindən milyonlarla insanın qatılacağı "Ərbəin" kimi mərasimdə şəhidlərimizin tanıdılmasından gözəl nə xəbər ola bilər? İrana bu qədər düşmənçiliyin səbəbi nədir? 
Səbəb bizə bəllidir, sizə də bəlli olsin: Birdən ağaları aldıqları qrantı kəsər, ataları Netanyaxuy inciyər.
Uzun illər boyu sionist İsrail rejiminin ağır blokadası şəraitində olan Qəzza bölgəsinə humanitar yardım aparan gəmi karvanına terror hücumu oldu. Gəmilərdə olan dünyanın 40-dan çox ölkəsindən gəlmiş hüquq müdafiəçiləri, jurnalistlər, teleoperatorlar, elm və incəsənət xadimləri, şəhər merləri, parlament deputatları və həmçinin heç bir xüsusi vəzifə daşımayan adi insanlar- yaşlılar, qadınlar, hətta körpə uşaqlar vəhşi yəhudi əsgərlərinin təcavüzünə tuş gəldi. Təqribən 700 nəfərə yaxın dinc insan sionist "qonaqpərvərliyinin və genişqəlbliliyinin" şahidi olmaq zorunda qaldılar. Bu "qonaqpərvərliyin" nəticəsi isə 20 nəfərə yaxın şəhid, 100 nəfərə yaxın yaralı oldu. Bütün dünya baş vermiş faciədən, onu həyata keçirənlərin soyuqqanlıqlarından dəhşətə gəldi. Hətta İsrailin havadarları və ən yaxın dostları belə bu sinizmin miqyasını gizlədə bilməyərək sionist təsisatını ciddi tənqid etməyə məcbur oldu.
Bəs bizim çoxdan sionizmin caynağına keçmiş Azərbaycanda nələr baş verdi? Əlbəttə, Azərbaycanda da bütün sivil dünyada olduğu kimi, baş vermiş faciəyə uygun münasibət sərgiləndi. Özü də ki sıravi insanlardan, qeyri-hökumət təşkilatlarından, siyasi partiyalardan başlamış hakimiyyətdə təmsil olunan vəzifəli şəxslər səviyyəsinə qədər, hətta dövlət səviyyəsində. Bəziləri çox kəskin, bəziləri bir qədər yumşaq, amma demək olar ki hamı baş vermiş dəhşətli olayı pislədi.
Lakin demək olar ki hamı... Bəs niyə demək olar ki? Əcəba bəlkə dinc, silahsız, mülki insanlara vəhşicəsinə hücum edərək onları qətlə yetirməyə, yaralamağa, əsir etməyə dəstək verə bilənlər də oldumu? Bəli! Əfsuslar olsun! Min-min əfsuslar ki, belələri də tapıldı. Əlbəttə, bu dəstəyi bir qədər pərdələnmiş şəkildə, zorla qaraya ağ deyə-deyə verdilər. Qəzetlərdən birində jurnalistin "«Humanitar aksiya» faciə ilə sona çatdı; söhbət təsadüfi insidentdən, yoxsa hesablanmış təxribatdan gedir?" başlıqlı məqaləsi verilib. Əvvəla qeyd edək ki, məqalədə humanitar adı ilə, hüquq müdafiəçiləri adı ilə əlaqəli bütün ifadələr (humanitar aksiya, humanitar konvoy, hüquq müdafiəçiləri və s.) dırnaqarası verilib ki, bu da avtomatik olaraq bu nəcib hərəkətin humanitar tərkibli olmağını şübhə altına alır. Daha sonra müəllif bir qədər tarixə vararaq, Qəzza bölgəsi haqqında məlumat verməyə çalışır. Bu zaman o Avropa tərəfindən qanuniliyi tanınan “Həmas” təşkilatının Qəzzada hakimiyyəti ələ keçirdiyini və bu səbəbdən də məzlum İsrailin Misir hakimiyyəti ilə (devrilmiş İsrail nökəri Hüsnü Mübarək ilə!) birlikdə bu bölgəni blokadaya almağa məcbur olduğunu bildirir. Müəllif yazır: “...Hər həftə Qəzzaya 15 min ton humanitar yük daxil olur. Qadağa isə yalnız silaha, ikili təyinatlı mallara və zinət əşyalara aiddir. Amma fələstinlilər yenə də siqaret, mobil telefon və s. bu kimi malları qaçaqmalçılıqla Misirdən gətirməyə müvəffəq olurlar. Buna baxmayaraq, yenə də ara-sıra müxtəlif insan haqları təşkilatları blokadanı yarmağa çalışırlar”. Bəh-bəh! Belə genişqəlblilikdən adamın ürəyi lap riqqətə gəlir. Sən demə, məsələn, su krantının ağzını bağlayıb istədiyin vaxt istədiyin həcmdə su buraxmaq ixtiyarını özündə saxlamaq- böyük lütfkarlıq demək imiş. Hələ siqaretin, telefonların şübhəli şeylər olmasını demirik. Daha sonra məqalə müəllifi əsas mətləbə keçərək neytral sularda baş vermiş hadisəni təsvir etmək istəyir. O yazır: "İsrailin dövlət radiostansiyası olan "Kol İsrail"in müxbirinin bildirdiyinə görə, israilli hərbçilərin mədəni şəkildə dayanmaq əmrinə Türkiyəyə məxsus olan "Mavi Mərmərə" gəmisinin kapitanı kobud söyüşlərlə cavab verdi. Hadisələrin sonrakı inkişafını isə tərəflərin hər biri öz bildiyi kimi danışır. "Hüquq müdafiəçiləri" bildirirlər ki, İsrailin dəniz piyadaları gəmiyə qalxan kimi atəş açmağa başladılar. İsraillilər isə deyirlər ki, "hüquq müdafiəçiləri" birinci olaraq onlara hücum etmiş və bu zaman yumruqla, daşla (görəsən gəmidə daş nə gəzir?), armatur parçaları ilə, bəziləri bıçaqla və hətta əsgərlərin əlindən aldıqları avtomat silahlarla (görəsən bu nə qəribə xüsusi təyinatlı əsgərlərdir belə?) təzyiq göstərmişlər. Əsgərlərin də həyatı təhlükə altında olduğu üçün onlar atəş açmağa məcbur qalmışlar. Altı nəfər də əsgər müxtəlif dərəcəli yaralar almışlar". Yazıqlar! Bir məqamı da xatırlatmaq yerinə düşər ki, müəllif öz məqaləsində gətirdiyi bütün "faktları" İsrail rejiminin mətbuatına istinadən verməyə üstünlük verib. Müəllif məqalənin sonunda ritorik hesab etdiyi bir sual da verir: "Görəsən hüquq müdafiəçiləri gözlədikləri effekti ala bildilərmi?". Belə! Nə az, nə çox! Necə deyərlər, şərhə ehtiyac yoxdur!
 İranın son hərbi sınaqlarından sonra İsrail öz sərt reaksiyasını açıqlamağa macal tapdı. Öz varlığını Fələstin torpaqlarının işğalı üzərində qurmuş və 60 ildir təcavüzkarlıq siyasətini həyata keçirən İsrailin xarici işlər nazirinin müavini maraqlı bəyanatla çıxış etdi: "Son raket sınaqları da daxil olmaqla, İranın hərbi təlimləri dünya ictimaiyyətinə meydan oxumaqdır. Bütün bunlar uranın zənginləşdirilməsi üzrə yeni müəssisənin fəaliyyətə başlaması xəbərlərindən sonra baş verdi. Şübhəsiz, hazırda Tehran dünya təhlükəsizliyinə ən ciddi təhdiddir və hərəkətləri ilə digər dövlətləri anti-İran cəbhəsi yaratmağa vadar edir". Maraqlı fikirdir, deyilmi? Sən demə “dünya təhlükəsizliyinə ən ciddi təhdid” onilliklərdən bəri milyonlarla insanı öz ev-eşiyindən, yurdundan-yuvasından didərgin salan, on minlərlə günahsız insanı, o cümlədən uşaqları, qadınları, qocaları, xəstələri öz vətənlərində amansızcasına qətlə yetirən, təcavüzkarlığı öz dövlət siyasətinin atributuna çevirən və qeyri-qanuni olaraq nüvə silahına malik olan İsrail deyil, heç bir dövlətin ərazisinə göz dikməyən, kütləvi qırğın silahlarını əqidəsinə zidd elan edən və təcavüzkarlığı "insanlığın faciəsi" adlandıran İrandır. Rəsmi Tehran yorulmadan, ardıcıl qaydada bəyan edir ki, nüvə texnologiyası sahəsində apardığı bütün fəaliyyətlər yalnız dinc xarakter daşıyır və bu ölkənin nüvə silahı istehsal etmək niyyəti yoxdur. İranın dini lideri isə bəyan edib ki, kütləvi qırğın silahları İranın etiqad bəslədiyi İslam prinsiplərinə ziddir və bu növ silahların istehsalı haramdır. O həmçinin bildirib ki, ölkəsi heç zaman kütləvi qırğın silahı istehsal etməyəcək və əksinə, dünyada bu növ silahlardan imtina edilməsinə çalışacaq. Bütün bunlara rəğmən, Qərbin kütləvi informasiya vasitələri dünyanı təcavüzkarlıq cənginə almış dövlətlərə qarşı deyil, İrana qarşı təbliğat aparır, bu dövləti "təhlükə mənbəyi" kimi qələmə verməyə çalışır. Onların Azərbaycandakı nökərləri də bu sahədə xeyli iş görür, xalqın başını piyləyirlər. Nə üçün? İran hansı ölkənin ərazisinə hücum edib, işğala məruz qoyub? Birinci və İkinci Dünya Müharibələrini bəşəriyyət tarixinə "töhfə" edib, on milyonlarla günahsız insanı məhv edən İrandırmı? Xirosima və Naqasakiyə atom bombası atıb, dinc insanları kütləvi soyqırıma məruz qoyan İrandırmı? Latın Amerikası ölkələrinin suveren hüquqlarını pozub, bu müstəqil dövlətləri istədiyi zaman hərbi təcavüzə məruz qoyan İrandırmı? Fələstin torpaqlarını zəbt edib, öz vətənində yaşayan on minlərlə günahsız insanı qətlə yetirən, 7 milyon fələstinlini qaçqınlıq taleyi ilə üz-üzə buraxan İrandırmı? İraq və Əfqanıstanı işğal edib, yeraltı və yerüstü sərvətlərini talan edən İrandırmı? Bu ölkələrdə yüz minlərlə günahsız insanın qətlini törədən İrandırmı? Həftə səkkiz mən doqquz kütləvi qırğın silahları da daxil, ən müasir silahları özgə dövlətlərin ərazisində, beynəlxalq sularda, yerdə-göydə sınaqdan keçirən, bəşəriyyəti "gözümçıxdıya" salıb istisnasız bütün dünya ölkələrinin daxili işlərinə müdaxilə edən, çevrilişlər törədən, dövlətlərlə əmr, diktə dilində danışan İrandırmı? Azərbaycan xalqının təbii sərvətlərini əlindən alıb, bu xalqı ac saxlayan İrandırmı?.. Bəs nə üçün, hansı səbəbdən, hansı məntiqdən "dünya təhlükəsizliyinə ən ciddi təhdid" qismində bütün bu cinayətləri törədənlər deyil, İranın adı hallanır? Bəlkə elə onlarla BMT qətnaməsini tapdaq altına atıb, işğalçılıq siyasətindən əl çəkməyən, qeyri-qanuni yolla kütləvi qırğın silahı əldə edən və Yaxın Şərqı 60 ildir qan içində batıran İsrail öz hərəkətləri ilə anti-İsrail cəbhəsi yaratmağa vadar edir? Axı həqiqətən də regionu baş alıb gedən bu qətliamlar, cinayətlər fonunda kimdir təhlükə mənbəyi: İran, yoxsa İsrail?
 İsrail kəşfiyyatının əlində olan ATV kanalı 10 xəbər verdi, onun 9-u İrana aid idi: İranlılar Səudiyyə səfirliyini terror etdilər, İran Suriyada məzhəb müharibəsi aparır, İran beynəlxalq səviyyədə peşman olduğunu bildirdi, İran Ermənistana qaz verdi və s. Bir xəbər isə Rusiyaya aid idi: Rusiya Ukraynaya terrorçular göndərir. Sinedrion yatmır. Sinedrion işləyir. Xalqımıza qarşı beyin təcavüzü günü-gündən çoxşaxəli şəkildə aparılır.
 Elə ki İranda kimsə edam edilir, izrailtoslar bundan istifadə edib qonşu ölkələrin şüuruna uyğun antiİran təbliğatına başlayırlar. Məsələn, Hüseyn Xizri adlı bir şəxs asılmışdı, onun şəkli həmin vaxt liberal mətbuatdan, sosial şəbəkələrdə izrailtosların idarə etdiyi səhifə və qruplardan düşmürdü. Onu xalqa müxtəlif formada təqdim edirdilər və İrana nifrət aşılmağa çalışırdılar. Xizrinin əsl edam səbəbini gizlədir və aşağıdakı variantlarla qonşu xalqları İrandan iyrəndirirdilər:
1.Bu azəri türküdür, İranda türk dilində məktəb tələb etdiyi üçün farslar onu asır. Beləcə Azərbaycanda bu üslubda antifars siyasəti aparırdılar. 
2.Bu asılan şəxs məzlum farsın biridir, haqq tələb etdiyi üçün, Xameneyini istəmədiyi üçün hakimiyyət onu asır. Beləcə xaricdə İranı qanunların işləmədiyi, sivilizasiyadan uzaq bir məmləkət kimi tanıdırdılar.
3.Bu asılan şəxs məzlum sünnidir, İran mollaları sünniliyə nifrət etdiyi üçün onu qətlə yetirirlər, çünki sünnilər İranı fəth edən Ömər ibn Xəttabı sevir. Beləcə Türkiyə və Azərbaycan sünnilərində İranla bərabər şiəliyə də nifrət yaratmağa çalışırdılar.
 Sonradan məlum oldu ki, bu asılan Hüseyn Xizri əslində kürd terrorçusu imiş. Amma Xizrinin şəkli uzun illər dövriyyədə oldu, nəticədə sionist kaqal antiİran təbliğatı ilə beyinləri kifayət qədər yuya bildi.
 Türkiyədə İranı qaralamaq üçün yayılan xəbərlərin bir hissəsi İranda sünnilərin sıxışdılması ilə bağlıdır. "Tehranda tək sünni məscidini də sökdülər"- bu tip xəbəri Türkiyə mətbuatı izrailtosların əli ilə ara-sıra iri ştrixlərlə dərc edir. Həqiqət isə ondan ibarətdir ki, İranda şiələrə aid 60 min, sünnilərə aid 10 min məscid var. Sünnilər də şiələr kimi eyni hüquqa malikdirlər. Parlamentdə onlarla sünni millət vəkili vardır.
 Tanınmış ingilis jurnalisti Patrik Kokbern bir məqalə yazıb. Bildirir ki, Mosul və Hələbdə baş verənlərin Qərb və dünya mətbuatında belə işıqlandırılması mənə “Ərəb baharı” başlayanda İranda da etirazlar başlayıb tipli xəbərləri xatırlatdı. O vaxt mətbuatda İranda da etirazların başladığı və milyonlarla insanın küçəyə axışdığı deyilirdi. Mən də yaxından baş verənləri izləmək üçün İrana səfər etdim. Amma Tehranda heç bir yerdə mitinq filan görmədim. Fikirləşdim ki, yəqin mitinqlər səngiyib. Amma internetə daxil olduqda gördüm ki, yox, mitinqlər davam edir və hətta başqa şəhərlərə də sıçrayıb. Amma mən nə qədər maraqlandım, heç bir şey görmədim. Tanış jurnalistlərlə görüşdüm, bu haqda soruşdum. Gülərək mənə cavab verdilər ki, bunlar hamısı dünya mətbuatının uydurmalarıdır. Daha sonra onlar mənə etiraz aksiyalarını əks etdirən videolarda bəzi qanunauyğunsuzluqları göstərdilər. Məsələn, fevral mitinqində ağacların yamyaşıl yarpaqlarla dolu olması və s.
 Bir dəfə saytlar İranda partlayış olması haqqında xəbər yaydılar. Xəbərdə deyilirdi ki, "Tehran və İsfahanda 5 partlayış baş verib, partlayış nəticəsində 295 adam ölüb". Lakin qonşu və qardaş dövlətdə, İranda yaşayan soydaşlarımız və dostlarımız bu xəbərin yalan olduğunu bildirdilər. Araşdırma zamanı bəlli oldu ki, bu yalanı İsrailin qeyri-ciddi saytı sayılan "Debka" yayıb. Daha sonra Türkiyənin "adamsevər", "sülhsevər", "imanlı" saytları bu xəbəri şişirdib efirə buraxıblar. Azərbaycanda isə həmin xəbəri vahhabilərlə əlaqədə şübhəli bilinən, antirus və antifars ritorikası ilə ara-sıra gündəmi qatan sayt dərc etmişdi. Bütün hallarda partlayış, terror zamanı günahsız dinc insanlar ölür və yaralanır. Günahsız insanın qanının axıdılmasından həzz alanlara və bunu arzu edənlərə isə insan deməyə adamın dili gəlmir.
İnsanlarımız dostu ilə düşmənini ayırmalı, ayıq başla düşünməlidirlər.

23-10-2018 13:13 Baxılıb: 820    
Şərh bildir