Əvvəli “Mama Roza” olmuş vahhabinin Azərbaycanda “şiə dini rəhbər” kimi təqdim edilməsində məqsəd nədir?!

Həmid Türki
 
Öz xalqına deyil, nəfsini doyurmağa xidmət edən hakimiyyətə necə bir vətəndaş sərf edir: ağlı başında olub haqqını tələb edən, yoxsa ağlı müxtəlif saxta ideologiyalara qarışıb, nəfsini ləzətlərə, əyləncələrə sərf edən vətəndaş?!
Əlbəttə, ikincisi. Çünki xalq həqiqəti başa düşsə, o halda haqqını tələb edib hakimiyyətdən aşağıdakıları soruşacaq:
– Məgər 9 milyonluq xalqın içərisində yalnız bir sülalə və onun qohum-əqrəbalarından savayı ölkəni idarə edə biləcək digər layiqli şəxslər yoxdur?!
– Məgər 100-200 minlik bir rayon əhalisi arasında öz həmyerlilərinə rəhbərlik edən bir şəxs yoxdur ki, hansısa bədən tərbiyəsi müəllimini, uşaq bağçası zavxozunu, Türkiyəyə sumka daşıyan alverçini və s. Naxçıvanın ucqar dağ kəndindən gətirib, ölkəyə minlərlə alim, ziyalı və savadlı mütəxəssislər bəxş edən rayonlarının İcra Hakimiyyətlərinə rəhbər təyin edirsiz?!
– Ölkə Konstitusiyasında – “gündəlik gəliri 80-100 manatdan yuxarı olan iş yerlərində və vəzifələrdə yalnız əslən Ermənistanlı olan azərbaycanlıların işləməsinə” dair bənd varmı?!
– Və s…
Təbii ki, öz xalqına deyil, nəfsinə xidmət edən və bu nəfsi hakmiyyətdə saxlamaqdan üçün özü kimi – nəfsini doyurmaqdan ötrü nəinki hər buyuruğu, hətta hər cinayəti belə yerinə yetirməyə hazır olan – məxluqlardan istifadə edən bir hakimiyət üçün bu cür suallar arzuedilməzdir. Bu səbəbdən də, diqqəti əsas hədəfdən yayındırmaqdan ötrü, hakimiyyət xalqın başını müxtəlıf əyləncələr, saxta ideologiyalar, nəzəriyyələr, hərəkatlar və dini təriqətlərə qatmalıdır ki, nəfsini doyuran hökmranlığını davam etdirə bilsin.
Azərbaycan müstəqillik əldə edəndən sonra bu respublikada müşahidə edilən:
– Yüz illərlə türk-tat-talış-ləzgi-kürd-avar və s. millətlərin dostluq və qardaşlıq şəraitində yaşadığı hazırki Azərbaycan Respublikası ərazilərində birdən-birə – “türkün, türkdən başqa dostu yoxdur” şüarına əsaslanan dağıdıcı saxta pantükizm ideologiyasının meydana gəlməsi;
– Yüz illərlə şiə təriqətində olmuş və bütün şərəfli tarixinin, tarixi şəxsiyyətlərinin, alim və şairlərinin şiə təriqətində olduğu Azərbaycan Respublikası ərazilərində birdən-birə vəhhabilik, nursilik, krişnalıq, ibrahimilik, Yehova şahidləri və s. kimi İblisə itaət edən sionizm tərəfidən yaradılmış digər saxta dinlərin və təriqətlərin peyda olması;
– Lap qədimdən hətta siqaret çəkilməsinin belə ədəbsizlik hesab olunduğu bir məmləkətdə birdən-birə narkomaniyanın vüsət alması, polisin gözü özündə narkotik vasitələrin satışının həyata keçirilməsi, amma dövlətin hüquq-mühafizə orqanlarının buna nəinki mane olmaması, hətta yayılmasına şərait yaratması (narkotik maddə alverçilərinin tam əksəriyyətinini polislə əlaqələri olan şəxslər olduğunu yəqin müşahidə edibsiz);
– Əzəldən bəri toylarda müğənnilik edən qadınlara pis baxıldığı, onların əxlaqsız hesab edildiyi və qadın müğənnilərlə heç kimin ailə həyatı qurmadığı Azərbaycan Respublikasında birdən-birə Aygün Kazımovalar, Röyalar, Rəqsanələrin və s. peyda olması və gənc qızların bu cür qadın müğənniləri öz ideallarına çevirməsi;
– Və s. kimi müşahidə etdiyimiz – mənəviyyat aşınmalar hakimiyyəti əlində saxlamağa çalışan qüvvələrin xalqı əsas hədəfdən yayındırmağa yönəlmiş xəyanətkar siyasətlərinin göstəricisidir.
İnsan təbiətən təmizliyə meyilli canlıdır. Bəşəriyyətin bu gün əldə etdiyi rihafın kökündə insanın təmizliyə meyli durur. Allah Təala insanın mənəviyyatını bu cür yaradıb: ətrafda mənəvi pozğunluq çoxaldıqca, insanların içərisindəki vicdanlı şəxslər bu iyrəncliklərdən cana doyub mənəviyyat axtarışına çıxırlar. Təbii ki bu zaman ilk olaraq insanın dadına yetən Allahın dinidir. Sözsüz hakimiyyəti zəbt edən hər vəclə əlində saxlamağa çalışan qüvvələr bunu da yaxşı başa düşürlər və din barəsində də “tədbirlər” görmək məcburiyyətində qalırlar. Bəs bu tədbirlər nədən ibarətdir? Yazımızın mahiyyəti məhz bunu xalqa çatdırmaqdan ibarətdir.
SSRİ sərhədləri xarici aləmə qapalı olduğu üçün bu dövlətə xaricdən din və ya təriqət ixrac etmək şansı demək olar sıfıra bərabər idi. Amma Azərbaycan Respubliaksının sərhədləri açıqdır. Bundan əlavə SSRİ zamanından fərqli olaraq hazırda internet əsridir. Yəni sərhədləri qapalı saxlamağın da xeyri yoxdur, internet kompüter vasitəsilə hər bir şəxsin evinə və hətta smartfonlar vasitəsilə cibinə qədər nüfuz edə bilir. Deməli Azərbaycan Respubliakasının hakimiyyəti xalqı öz həqiqi dinindən uzaqlaşdırmaq üçün əlavə üsullardan istifadə etməli idi və etdi də: İblisə itaət edən qüvvələrin yaratdığı dini təriqətlər və sektaları Azərbaycanda çoxaldıb həqiqi dini kölgədə saxlamaq.
Bu məqsədlə 1992-ci ildən başlayaraq ilk olaraq nursilik təriqəti Azərbaycana gətirildi: ölkənin müxtəlif şəhərlərində “Fətullah Gülən məktəbləri” kimi tanınan türk liseyləri açılaraq, ABŞ-da əyləşib İslamı “Amerika İslamı” halına salmaqla məşğul olan Fətullah Gülən ideologiyasının təbliğinə başlanıldı.
Amma xalqı öz həqiqi dinindən, yəni şiə təriqətindən uzaqlaşdırmaq üçün bu yetərli deyildi. Hakimiyyət daha qətiyyətli addım atmalı idi ki, 500 il ərzində xalqın ruhunda kök salmış şiə təriqətini tamamilə aradan apara bilsin. Bu məqsəddən ötrü isə şiələrin bir nömrəli düşmənləri – şiələrin malı, canı və namusunu özlərinə halal bilən qeyrətsiz və şərəfsiz VAHHABİYYƏTİ Azərbaycana gətirmək qərarına gəldi. Ölkədə vahhabi bumu başladı. Küveyt və Səudiyyə Ərəbistanı kimi əhalisinin tam əksəriyyətinin Azərbaycan adlı ölkənin harada yerləşdiyindən xəbərsiz olan dövlətlər xain Azərbaycan rəhbərliyi tərəfindən ölkəyə dəvət edildi. Təsəvvür edin, Azərbaycan Respublikasınnı rəsmi təriqəti ŞİƏLİK olduğu halda, şiə İrana Azərbaycanda məcsid tikməyə qadağa qoyulmuşdu. İran yalnız İran səfirliyinin Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət görsədən bir Hüseyniyyə tikməyə müvəffəq oldu. Əvəzində isə vahhabi Küveyt  həmin dövrdə Azərbaycanda 73 məscid tikdi!!! Bundan əlavə vahhabi Səudiyyə qəbiləsi də 3 məscid tikərək ümumilikdə 76 məscidlə vahhabiliyin təbliğatına başladılar. Çox-çox üzr istəyirik, əgər kimsə tualet əvəzinə öz evinin ortasında bayıra çıxarsa, nə qədər ehtiyyatla gəzsə də, günlərin birində ortalığı doldurduğu nəcasəti əzərək ayağını murdarlayacağı mütləqdir! Azərbaycan dövləti rəhbərliyi də bu misaldakı vəziyyətə düşdü: Dövlətin onlar üçün yaratdığı “şəraitdən” faydalanaraq Azərbaycanda “kor atı minib köndələn çapan” şərəfsiz vahhabilər o qədər azgınlaşdılar ki, onlarla Azərbaycanın xüsusi xidmət orqanlarının, polis idarələrinin zabitlərini qətlə yetirdilər, hətta səngərdə erməni ilə üz-üzə dayanan Azərbaycan balasını belə arxadan başından vuraraq şəhid etdilər!
Azərbaycan hakimiyyətinin bu siyasəti xalqı həqiqi dinə üz tutmağa vadar etdi: xalq öz ŞİƏ təriqətinin qədrini bilib daha möhkəm şəkildə ondan yapışağa başladı. Yəni Azərbaycan hakimiyyətinin xalqın həqiqi dininə – şiəliyə qarşı fəaliyyəti Allahın iradəsi ilə əks nəticə verdi: şiəlik daha da geniş və sürətli şəkildə vüsət aldı.
Bunu görən hakimiyyət anladı ki, zor gücü ilə şiəliyi aradan aparmaq mümkün deyil. Odur ki, Azərbaycan rəhbərliyinin siyasətini tənzimləyən və ona göstərişlər verən beynəlxalq sionizm hökumətə  yeni üsuldan istifadə etməyi məsləhət gördü: SAXTA ŞİƏLƏR istehsal edib şiələrin arasına qatmaq, bununla da haqla batili bir-birinə qarışdırıb haqqı aradan aparmaq! Qeyd edək ki, sionizm bu işdə böyük təcrübəyə malikdir. Yəhudilər xristianların müqəddəs kitabı olan İncili bu üsulla aradan apardılar: çoxlu sayda İncil yazaraq dövriyəyə buraxdılar, əsl İncil aradan getdi. Bundan sonra Tövratı da “Əhdi Ətiq” adı altında İncilə qarışdırıb xristianlara sırıdılar.
Hazırda Azərbaycanda da eyni ssenari həyata keçirilir: “ZİDDOŞ” adlı münafiqlər dəstəsini  yaradıb buraxıblar Azərbaycana və onları “şiə” adı ilə xalqa sırımaq istəyirlər. Ziddoş – həqiqi şiəliyin mənbəyi və daşıyıcısı olan İrana və onun sionizmin qarşısında keçilməz sipər rolunu oynayan Vilayəti-Fəqih üsul idarəsinə qarşı mübarizə aparan, yəni həqiqi şiəliyin ziddinə gedən şəxslərə deyilır. Ziddoş deyilən münafiqlər qrupunun üzvləri eynilə vəhhabilərdə olan 2 əsas sifətlərə malikdirlər:
1) İsraillə işləri yoxdur;
2) Bütün fəaliyyətləri İrana qarşı yönəlib.
Bu 2 sifətə malik hər kəsi görsəniz, arxayın olun ki İsrailin köləsidir və Azərbacan dövlətinin müsəlman xalqa zidd siyasətlərini tənzimləyən sionizmə xidmət edir.
Azərbaycanda şiəliyə qarşı fəaliyyətlər qəsdən elə iyrənc formada həyata keçirir ki, xalq əbədi olaraq dindən iyrənsin. Məsələn, saxta hədislər hazırlayıb dövriyyəyə buraxılır, KİV-də və sosial şəbəkələrdə həqiqi şiələrin dini rəhbərləri barədə yalan və böhtanlardan ibarət əxlaqsız məlumatlar yayılır, həqiqəti deyən şiə ruhaniləri şərlənərək  “dövlət əleyhnə fəaliyətdə” ittiham edilib zindanlara salınır, dindarları şantaj etməkdən ötü onların qadın qohumları zorla polis şöbələrinə aparılır və s. Eyni zamanda yalançı, yaltaq, oğru, vicdansız, əliəyri şəxslərdən “ruhani” düzəldib xalqa “dini rəhbər”, “lider” adı ilə sırımağa çalışırlar. Ən dəhşətlisi isə odur ki, xalq arasında “Mama Roza” ləqəbi alan sutenyorlardan belə “şiə rəhbərlər” düzəldilir…
Yəqin ki, oxucilar internetdə, sosial şəbəkələrdə  Əli Qəmbərov  (Али Гамбаров) adlı şəxsin  “dini təbliğatlar” adı altında sünnü qardaşlara və onların hörmət etdiyi tarixi şəxsiyyətlərə qarşı hazırladığı təxribatçı videolarla və yaxud facebook sosial şəbəkəsində paylaşdığı statuslarla rastlaşıblar. Bu şəxs təkcə sünnü qardaşlarımıza qarşı deyil, eləcə də İrana, onun din rəhbərlərinə və alimlərinə qarşı fəaliyyəti ilə də tanınır.
Hazırda “Maksimus” adlı çay evi  işlədib hər gün onlarla cavanı ora dəvət edərək Azərbaycan dini ictimaiyyətini parçalamağa xidmət edən təbliğatlar aparmaqla məşğul olan bu şəxsin əvvəllər VAHHABİ olduğunu çoxları bilir. Bəs hazırda çay evi “Maksimus”un əvvəllər sauna adı altında fəaliyət göstərən ƏXLAQSIZLIQ YUVASI oluğuu neçə nəfər bilir?! Əli Qəmbərovun “Maksimus” saunasında  Azərbaycan qızlarını fahişə kmi istismar edib “çörək qazandığını” bilidinizmi? Azərbaycanda fəaliyyət göstərən “saunaların” dövlətin hüquq-mühafizə orqanları ilə əlaqədə olduğuna kiminsə şübhəsi varmı?! Hansısa sauna müdiri hökumətin hüquq-mühafizə orqanları ilə əlqədə olmadan oranı fahişəxana kimi işlədə bilərmi? Bu faktın özü Əli Qəmbərovun hökumətin hüquq-mühafizə orqanları ilə əlaqəli olduğunu sübut etməyə kifayət etmirmi?!..
Məşhur şəklində geyindiyi köynəyin üstündəki emblem isə Amerikanın şeytanpərəst ROK qrupu olan “Guns N’ Roses” qrupunun plakatıdır. Əli Qəmbərovun bu qrupun müsiqilərinin şeytanpərəst musiqi olduğunu və embleminin də şeytanpərəstlərə aid olmasını bilmədiyini iddia etmək sadəlöhvlük olardı. Şiələrin əleyhinə məlumatlar hazırlamaq məqsədi ilə bütün günü “ipək yorğanda bit axtarırımış” kimi kitabları və saytları eşələməklə məşğul olan Qəmbərovun “Guns N’ Roses” qrupunun musiqilərinin şeytanpərəst olduğundan xəbərsiz olması və bu köynəyi təsadüfən  “kolluqda olan royal kimi” yol kənarından tapıb geyinməsini iddia etməkdən ötrü, gərək onun auditoriyası kimi – yüz illər bundan qabaq yəhudilər tərəfindən yazılan hədislərlə yaşayan vahhabi və ya ziddoş əqidəsində olasan!
Biz təsadüfən “onun auditoriyası” ifadəsini işlətmədik. Çünki bu məlunun 16 yaşlı cavan oğlandan tutmuş 60 yaşlı qadına qədər şəxslərin daxil olduğu xüsusi öyrədilmiş adamlardan ibarət dəstəsi var ki, bütün günü məscidlər və hüseyniyyədə sülənərək dinə təzə gələn cavanları “Maksimus” çay evinə dəvət etməklə məşğuldurlar. Özünüz fikirləşin, cavanları məscid və hüseyniyələrdən ayırıb əvvəllər fahişəxana olmuş çay evinə aparmaqda məqsəs dini ictimaiyyəti parçalamaq deyimi? Bu cavanlar əvvələr Mama Roza olmuş Əli Qəmbərovun təxribatçı və təfriqə yaradan söhbərlərini dinləyərək beyinlərinin yuyulmasından otrü o məkana aparılmırlarmı?
Sionizm “Azərbaycanda SAXTA ŞİƏLƏR istehsal edib şiələrin arasına qatmaq və bununla da haqla batili bir-birinə qarışdırıb və haqqı aradan aparmaq” planını işə salıb. Sionizmin Azərbaycan xalqı üçün düzəltdiyi və xalqa sırıdığı şiəlik – məhz Əli Qəmbərov “şiəliyi”dir. Sionizmin arzuladığı şiələr isə – Qəmbərov kimi “şiə dini rəhbərin” nəzarətində olan “şiələr”dir. Eynilə vahhabiyyət kimi.
Sionizm İŞİD-i Hizbullaha alternativ olaraq yaratdı. Əli Qəmbərov kimi  məl`unlar isə – Mövsüm Səmədov, Abgül Süleymanov, Taleh Bağırov və s. kimi şiə dini fəalların “alternativi” olaraq yaradılır.  Amma əbəs yerə! Nə vaxt nəuzubillah şeytan Allaha qalib gəlsə, o halda İŞİD Hizbullaha, Əli Qəmbərov kimi əvvəli sutenyor olan vahhabilər də şiəyə alternativ ola bilər. /az.truthngo.org/
02-08-2018 08:23 Baxılıb: 610    
Şərh bildir