Söküb kubiklərini belə satıb yedilər

İlqar Məmmədov
 
Bəli, kimsə işin siyasət tərəfindən baxa bilər, ay nə bilim Sovet vaxtı beləydik-eləydik deyə bilər, amma... Heç olmasa etiraf etmək lazımdır ki, Sovet vaxtı adam yerinə qoyulurduq. Həm ölkədə, həm beynəlxalq səviyyədə.
Adam kimi də yaşayırdı hamı.
Mənə ən qəribə gələni isə odur ki, hələ biz orta yaş nəsli bir yana, Soveti tam görmüş yaşlı nəsil də Sovetin əksinə danışır.)))
Mən şəxsən kasıb sayıla biləcək orta ailənin uşağı olaraq, məktəbdə yaxşı oxuduğuma görə hökümət hesabına Hacıkəndə də göndərilmişəm, Artekə də.
Valideynlərim bir qəpik də kiməsə pul verməyib buna görə.
Hələ evdə narazı idilər ki, uşağın nə işi var orda?! Təsəvvür edin hələ narazı da idilər...)))
Məktəbdə kitab-dəftər, geyim və s. hamısı havayı idi. Xəstəxanalar havayı idi.
İnstitut bitirən böyük qardaşım və əmim növbəyə durub havayı ev almışdılar. Təsəvvür edin k, "Memar Əcəmi"də 4 otaqlı ev indi neçəyədir? Bax o evi əmimə havayı vermişdilər!
Bizim kənddə iki klub var idi: üstü açıq yay klubu və üstü bağlı qış klubu. Hamı ailəsiylə-uşaqlarıyla gedib kinoya baxırdı. Heç kimin ailəsinə söz atan zad yox idi ki, adə, arvadını götürüb kinoya gəlmisən zad...
Musiqi məktəbi də var idi, istəyən uşağını aparıb qoyurdu ora, dərsdən sonra qarmon, tar və s. çalmağı öyrənirdi uşaqlar...
Daha da çox şeylər var idi, sadalamaqla qurtaran deyil. Kiçik bir kənddə 4 dənə zavod işləyirdi, hamının işi-gücü var idi...
İndi o saydıqlarımın hamısı xaraba qalıb, söküb kubiklərini belə satıb yeyiblər.
28-07-2018 13:51 Baxılıb: 510    
Şərh bildir