Evində nə edirsən et, amma bunu cəmiyyətə yaymaq ixtiyarın yoxdur

Ziya Balıyev
 
Yenə başlayıblar ki, İranda qız rəqs edir deyə həbs ediblər, bu azadlığa ziddir, qadın hüquqları, nə bilim daha nələr nələr.
Əvvəla xəbərin doğru və ya yanlış olduğunu araşdırmadım, elə doğru olduğunu əsas götürərək analiz edək.
Bir ölkənin sosial, ictimai qanunlarını pozmaq cəza almağa dəlalət edir ya yox əvvəla ona baxaq. İstər Avropa olsun, istərsə də Şərq ölkələri - hamısında ictimai qaydaları pozan insan həbs edilir.
Məsələn, Azərbaycanda narkotikdən istifadə etmək qadağadır, o halda istifadə edən cəzalandırılmalıdır, ya yox? Uruqvayda bu leqaldırsa, ora vətəndaşları buna insa hüquqlarına zidd və ya azadlığı məhdudlaşdıran qayda kimi baxa bilərlərmi? Bu axmaqlıq olardı, çünki hər ölkənin öz qanunları var.
İrlandiya ölkəsi itlə gəlməyi qadağa edirsə, bu onun qanunudur və heç kim bunu insan və ya heyvan hüquqları adıyla tənqid edə bilməz.
Eləcə də, örtünmək İranda ictimai qaydadır və hamı qeyri-şərtsiz qəbul etməlidir. Evində nə edirsən et, amma bunu cəmiyyətə yaymaq ixtiyarın yoxdur.
Hər ölkənin vətəndaşı öz ölkə qanunlarına tabe olmalıdır və ictimai qanunlara görə heç kim bir ölkəni qınaya bilməz.
Qaldı hicabı qanun edib etməmək doğrudur ya yox, bu ayrı bəhsdir.
10-07-2018 15:05 Baxılıb: 1010    
Şərh bildir