Siz sionizmin köləsi, Amerikanın qulusuz!

Müşfiq Heybətov
 
Bu gün Azərbaycan müxalifətinin ən öndə gedənlərindən biri Gültəkin Hacıbəylidir. Fikir versəz necə savadsız, bəsirətsiz, dünyada gedən proseslərdən qafil birisi olduğunu görərsiniz.
Bir müxalifətin başbiləni necə belə cılız təfəkkürə sahib ola bilər, İlahi?
Niyə cılız təfəkkür? İndi izah edəcəm.
Deməli belə...
1. Yazır ki, Donald Trampın əmri ilə Suriya silah bazasına 59 hava zərbəsi endirilib- bu Bəşər Əsədin körpələri, qocaları dəhşətli kimyəvi qazla boğmasına cavab idi.
Bu dahi feyləsofa deyən lazımdır ki, ay xanım, əvvəla Əsədin əlində kimyəvi silah varsa, onu niyə düşmənləri olan İŞİD, Nusra, ASO, Suriyadakı Amerika əsgərlərinə qarşı tətbiq etmir, ancaq və ancaq körpələri qocaları qırır?! Elə hazır öz düşmənlərinə qarşı işlədər də kimyəvi silahı. Sonrası da ki, bəs kimyəvi silah bazasına bomba atılanda ordakı zəhərli qazlar ətrafa yayılmır?! Necə olur ki Əsəd qazı atanda körpələr qırılır, amma ABŞ o boyda anbarı bombalayanda bu körpələrə heç nə olmur? Yəni bu qədər savadsız və cahilsiniz?! Gülməlisiz vallah!
2. Sonra yazır ki, Obama bu addımı vaxtında atsaydı Suriyada 400 000 insan Əsəd tərəfindən qırılmazdı!
Adam gərək nə qədər həyasız ola ki, Amerikan bombardmanları nəticəsində ölən müki əhalini, İŞİD-in kəsdiyi başları, mülayim müxalifət adlandırılan zombilərin insanları sırf şiə olduqlarına görə kütləvi qətliam etməklərini, Qərb dövlətləri və Səudiyyə tərəfindən dəstəklənən onlarla terror qruplarının Şamda, Hələbdə, Kobanidə və Suriyanın digər iri şəhərlərində elədikləri bombalı hücumlarda qırılan mülki əhalini, İsrail təyyarələri tərəfindən bombalanan Suriya ordusu əsgərlərini, minlərlə Suriya əsgərinin şəhid olmasını görməzdən gələ və bu müharibə zamanı bütün ölənləri Əsədin ayağına yaza!
Ey xainlər, məgər Suriyanı içərdən zəiflədib Hizbullahı təkləmək, bölgədə İsrailin əmniyyətini qorumaqdan ötrü başladılan bu qatmaqarışıqlığa qədər Suriya ən inkişaf etmiş ərəb dövləti deyildimi?
Ey cılız təfəkkürlülər, məgər bütün Şərqi qan gölünə Amerika çevirməyibmi?
Yazılası o qədər məsələ var ki, adam bilmir hisslərini necə ifadə eləsin. Bircə onu bilirəm ki, siz və sizin kimilər sionizmin köləsi, Amerikanın qulusuz. Bu cür yazılar yazmaqda məqsəd də öz ənkələrivizdən yal güdməkdir, vəssalam.
 
P.S. Milli Məclisdə deputat olan zaman YAP-ın ən sadiq nökərlərindən biri olan, mitinqlərdə xalqı YAP-a səs verməyə cağıran və bunun müqabilində haram pullar qazanan birinin bu cür xain olması əslində başa düşüləndir. Yediyi haramların təsirindəndir yəqin. Nə vaxt ki deputatlıq dövrü başa çatdı və növbəti deputatlığa seçilmədi, bu xanım 180 faiz çöndü oldu müxalifətçi! Bunlar ya elə ya belə onsuz da ciblərini doldururlar, bunlara inanıb ortalıqda qalan isə yazıq xalqa olacaq.
Və sonda, ay nə bilim filan məmurun villasından niyə danışmırsan, bu hakimiyyətin oğurladığı milyonlardan niyə danışmırsan kimi şablon iradlar bildirənlərə cavabım budur ki, Allah əməvilərə də lənət eləsin Abbasilərə də (bilməyənlər bu cümlənin nə demək olduğunu bilənlərdən soruşsunlar).
10-04-2018 10:59 Baxılıb: 610    
Şərh bildir