Münafiqləri tanıyaq!

Müşfiq Heybətov
 
İnqilabdan sonra 20-25 nəfər əmmaməli ruhani İrana hicrət edir və İmam Xomeynini inqilabın qələbəsi münasibətilə təbrik edərək, deyirlər gəlmişik bizə vəzifə verəsən ki, İslam dövlətinə xidmət edək.
Söhbət əsnasında İmam onlardan əmmamələrini çıxartmalarını və sökmələrini istəyir.
Ruhanilər əmmamələrini başlarından çıxardıb sökürlər.
İmam buyurur indi isə əmmamələrinizi əvvəlki vəziyyətində yığın və qoyun başınıza.
25 nəfər ruhanidən yalnız 8-10 nəfəri əmmaməni əvvəlki kimi yığa bilir. Əmmaməsini yığa bilməyən ruhaniləri İmam Xomeyni vətənlərinə yola salır və sonra buyurur:
-Əmmamənin necə yığılmasını bilməkdən ötrü gərək hovzə görəsən, tələbə həyatı yaşayasan. Bunların başına əmmaməni ingilis qoymuşdu, onunçün də mən onları geri qaytardım.
Sözümün Mustafası odur ki, son zamanlarda "Şiələr kafirdir" deyən Əhli-Sünnə "alimləri" və "Sünnilər kafirdir" deyən Şiə "ruhaniləri" peyda olub.
Əgər "Sünni kafirdir", "Şiə kafirdir" deyən bir din adamı görsəniz bilin ki, o 100% ingilisin, sionistin islamın içinə saldığı münafiqlərdəndir.
13-03-2018 20:28 Baxılıb: 2600    
Şərh bildir