Müasir dünyanın qaydaları

İbrahim Sel
 
ÇEŞİDLİ SİYASƏT
 
 Bizə yeridirlər ki, iki cür siyasət var: daxili siyasət və xarici siyasət. Daxili siyasət hökumətin öz ölkəsinə, xalqına münasibətdə həyata keçirdiyi siyasətdir. Xarici siyasət isə hökumətin qonşu ölkələr və xalqlarla əlaqələr qurması ilə bağlı münasibətdir. Amma qlobal siyasət də vardır- bu dövlətin insanlığa, bütün bəşəriyyətə münasibətdə həyata keçirdiyi siyasətdir. Hökumətin yeritdiyi qlobal siyasət onun Qlobal Prediktor- sionist ağalar ilə hansı məsafədə olduğunun göstəricisidir. Hökumət İraqda İsrailin protejeliyi ilə muxtariyyat quran kürd dövləti ilə hərtərəfli əlaqələr yaradır, amma tarixi vətənimiz Rusiya və ya qardaş şiə dövləti olan İrana qarşı düşmən siyasəti yeridir. Kələfin ucu da elə burda görünür.
 Bizə yeridirlər ki, 3 cür hakimiyyət var: qanunverici, icra və məhkəmə hakimiyyətləri. Amma əslində 5 hakimiyyət var: ideoloji və ondan daha yuxarı pillədə duran konseptial hakimiyyət. Sonuncu iki hakimiyyət barədə nədənsə danışmırlar. Çünki sionist ağalar ölkələri və xalqları məhz konseptual hakimiyyət vasitəsilə idarə edirlər.
 
BİR DAHA KRİPTLƏR BARƏDƏ
 
 Bolşevik yəhudilər Rusiya dövlətini ələ keçirəndən sonra 3 milyon pravoslav ziyalısını qətlə yetirmiş, 20 milyondan çox pravoslavı aclıqdan tələf etmişlər. Yəhudi Bella Kun (əsl adı Aaron Koqan) macar hökumətinin başına keçəndən sonra ilk işi vəzifədə işləyən 20 min xristianı öldürmək olmuşdu. Güman edilir ki, onun 133 günlük hakimiyyəti ərzində 700 min macar öldürülmüşdür. Almaniyada hazırlanan böyük inqilabın altında da sionist imzası vardır. Çünki bu ölkədə bütün yuxarı vəzifələr yəhudilərin əlində idi. Sionistlər təkcə inqilab yox, dünya müharibəsinə də hazırlaşırdılar. Külli miqdarda insan ölümünə səbəb olmuş 1-ci Dünya Müharibəsini onlar təşkil etmişlər. Ershersoq Ferdinand və arvadına qarşı təşkil olunan sui-qəsd bəhanə olsa da, əsas səbəb deyildi. Onsuz da onlar tezliklə unuduldular. Müharibənin əsas səbəbi sionistlərin iştahası idi. Müharibə planı çoxdan cızılmışdı, ancaq sionist yəhudilər axmaq adlandırdıqları xristianların zəif anını gözləyirdilər. İnsanlar öz əməllərinə görə məsuliyyət daşıyırlar. Bizim mədəniyyətimizdə səbəb nəticəyə görə dəyərləndirilir. Müharibənin nəticəsi Birləşmiş Millətlər Təşkilatının qurulması, bütün dünyada “Qızıl Standartlar”ın qəbulu və yəhudilər üçün Fələstin yolunun açılması oldu. Almaniya müharibədə qalib gəlsəydi belə, heç nə dəyişməyəcəkdi; o zaman sülh müqaviləsini Almaniyadakı yəhudi nazirlər yazacaqdı. 1-ci Dünya Müharibəsinin baş verməsi təsadüfi deyildi və çoxdan planlaşdırılmışdı. Hamısı yəhudilər arasında əsrlərlə davam edən yuxarı irq olma xülyalarının, təzyiqlərin, tələlərin, nifrətin nəticəsi idi. Müharibəni törədən sionistlər bütün Avropa ölkələrinin 1-ci Dünya Müharibəsi tələsinə düşəcəyini proqnozlaşdırırdılar. Hətta əmin idilər ki, Amerika da müharibəyə qoşulacaq. İuda məkri qalıb gəldi. Onlar üçün kimin zəfər çalacağı vacib deyildi. Bir şeyi dəqiq bilirdilər: sülh müqaviləsini onlar hazırlayacaqlar və bütün qənimətləri ələ keçirəcəklər. Almaniya 1-ci Dünya Müharibəsində həm də Rusiyanı müttəfiqlərindən ayırmağı planlaşdırmışdı və yəhudilərin sayəsində bunu bacardı. Almaniyanın yəhudi nazirləri Lenini və yoldaşlarını Moskvaya gedən qatar və vəsaitlə təmin etdilər. Yəhudi bankirləri inqilabı maliyyələşdirdilər. Bolşevik inqilabına pul buraxanlar arasında ABŞ Federal Rezerv banklarının müdiri Pol Varburq və Rotşildlərə məxsus “Kun, Loeb end Ko” firması da vardır. “Rahin Coulinin ittihamlarına cavab” kitabında hətta yəhudilərin Rusiyada Çarı devirməklə qane olmayıb, Çarı və ailəsini öldürməyi planlaşdırması da göstərilib. İnqilabın 25 liderindən yalnız Lenin yəhudi deyildi, ancaq onun da anası və arvadı yəhudi idi. Qoy xalqların genişmiqyaslı qətliamına isə gizli sionist Trotski rəhbərlik edirdi. Trotskinin əsl adı Leyba Davidoviç Bronşteyn idi. Yəhudilər ingilis adları götürüb amerikanları aldatdıqları kimi, rusları da rus adı qəbul edərək aldadırdılar. Həmin siyasət indi də uğurla davam etdirilir.
 Kriptoiudlar özlərini müsəlman, xristian kimi göstərərək əslində ana vətənləri İsrailin xeyrinə təxribatla məşğuldurlar. Əsas məsələ cəmiyyətdə onları tanımaqdır. Bu adamlar yaşadıqları ölkədə özlərinə yerli ad və soyad götürməklə ətrafdakı adamları aldatmağa çalışırlar. Min illər belə olub. Axı bir adamın adını və soyunu gizlədərək yerli xalqın talançısına çevrilməsinin başqa nə mahiyyəti ola bilər?
 
6-CI KOLON
 
 1953-cü ildə SSRİ-də ikiqat çevriliş oldu; əvvəl Stalin zəhərləndi, sonra Beriya güllələndi. Onları öldürənlər xaricdən göndərilmiş ağqvardiyaçılar və ya həbsxanalardan çıxan trotskiçilər deyildi; elə öz süfrələrində çörək kəsdikləri adamlar onları məhv etdilər. İraqda sərt diktatura rejimi hakim idi və heç bir müxalifət yox idi. Amma buna baxmayaraq ənşər-mənşər ayağında üzə çıxdı ki, Səddam Hüseynin güvəndiyi adamların bir çoxu satın alınmışdır. Onlar İraqı təslim etdilər və hətta Səddamın özünü ələ verdilər. Yəni müxalifət rolunda küçə və meydanlarda yaxa yırtan marginallar yox, diktaturanın dayaqları, Səddamın öz sadiq qoruyucuları çıxış etdilər. Son ana kimi elə görünürdü ki, Liviyada hakimiyyətə qarşı heç bir müxalif əhval-ruhiyyə mövcud deyildir. Zatən ölkə lideri Müəmmar Qəddafi neft satışından gələn pulları öz xalqına sərf etməklə məşğul idi. Liviya xalqının yaşayış səviyyəsi hətta inkişaf etmiş ölkələrlə müqayisədə həddən artıq yüksək idi. Liviyaya çörək qazanmağa nəinki Üçüncü dünya ölkələrindən qastarbayterlər gəlirdilər, Avropa ölkələrindən mütəxəssislər də burada iş axtarırdılar. Siyasi səhnə isə müxalifətin ən xırda işartılarından belə təmizlənmişdi. Ancaq “X” saatı çatanda sanki yerin altından çıxırmış kimi çoxlu sayda aktiv və narazı rejim əleyhdarları ortaya çıxdı. Yuqoslaviya sosialist ölkələri arasında həyat səviyyəsinə görə birinci yer tuturdu. Orda sosialist quruluşuna xas olmayan azadlıqlar da vardı. Din qadağan olunmamışdı, əhali rahatca kilsələrdə ibadətini edirdi. Yuqoslavlar maneəsiz Qərbi Almaniyaya gedib gəlirdilər. Mili zəmində düşmənçilik üçün səbəb yox idi- hər bir çoxsaylı millətin öz respublikası, azsaylı millətlərin isə avtonomiyası vardı. Amma özünü dünyanın sahibləri sayan ağalar Yuqoslaviyaya əl gəzdirmək istəyəndə ölkə bir-birinə qarışdı və qır qazanına çevrildi. SSRİ-nin hətta ən axırıncı, ucqar respublikasında yaşayış səviyyəsi tərifli kapitalist ölkələrindən qat-qat yaxşı idi. Azərbaycanlılar və gürcülər rusun özündən də varlı və dəbdəbəli həyat tərzi sürürdülər. Amma 1990-cı illərdə birdən birə elə Azərbaycan və Gürcüstanda ən güclü antisovet əhval-ruhiyyə müşahidə olundu.
 Sionistlər bir ölkəni ələ keçirmək istəyəndə həmin ölkənin daxili vəziyyətini, milli mentalitetini, hakimiyyətin qabiliyyətini yaxından öyrənirlər. Tədricən ölkədəki hakimiyyəti yıxmaq üçün zəmin- şərait hazırlayırlar. Sionistlər hədəf götürdükləri ölkəni birbaşa hücum və üzbəüz döyüş ilə yox, məhz daxildən dağıtmaq prinsipi ilə işləyirlər. Məsələyə ustalıqla yanaşanda, milli mentalitetin bütün nüansları nəzərə alınanda, “qarşılıqlı əlaqələr” əsaslı şəkildə qurulanda istənilən ölkəni, istənilən cəmiyyəti parçalayıb dağıtmaq mümkündür. Və bu məsələdə yaşayış səviyyəsi və leqal müxalifətin olub-olmaması heç bir fərq eləmir. Sovet hökumətini dağıdan Qorbaçov, Yeltsin, Yakovlev, Qaydar, Yavlinski və Şevardnadze kimi şəxslər müxalifətin içindən yox, hakim Kommunist Partiyasından çıxmışdılar. Xalq elə onda da müxalifətçilərə kloun kimi baxır, özünü dissident kimi sırıyanları lağlağıya götürürdü. Sovet hökumətini dağıdanlar kasib təbəqə deyildilər; onlar elita sayılırdılar və yağ-bal içində yaşayırdılar. Onlar elə məhz Sovet hökumətinin hesabına adam olmuşdular. Ölkənin ucqar kənd-kəssəklərindən çıxan həmin şəxslərin çoxu heç rus dilində düzgün və ləhcəsiz danışmağı ömürlərinin axırlarına kimi də öyrənmədilər. Sovet hökuməti olmasaydı, bu cür yüksək mənsəblərə sahiblənə də bilməyəcəkdilər- ömürlərinin sonunadək cəmiyyətin aşağı təbəqəsində başlarını girləyəcəkdilər. Sovet hökuməti belələrini qaldırıb başına bəla etdi. Sovet İttifaqında onlardan qat-qat kasıb və hüquqları pozulmuş insanlar da vardı, amma hətta onlar belələrinin hökuməti necə canfəşanlıqla dağıtmasına dəhşət içində baxırdılar. Şikayət etdikləri şəxslərin bütün bədliklərin başında durduğunu anladıqca insanların sabahkı günə inamı itirdi.
 Sion despotizminin daha qatı versiyası ölkəmizi ələ keçirmək üçün dişini qıcamışdır. Sionist Kaqal bu planını nə AXCP, nə də Musavat funksionerlərinin əli ilə həyata keçirməyəcəkdir- bu oyuncaq partiyalar yalnız diqqəti yayındırmaq üçün meydandadırlar. Sionist Kaqal ölkəmizi hakimiyyətdəki 6-cı kolon vasitəsilə ələ keçirmək fikrindədir. Ənənəvi müxalifət- 5-ci kolon hakimiyyətdəki müxalifətin- 6-cı kolonun fəaliyyətini gizlətmək üçün meydandadır. 5-ci kolonun fəaliyyəti yalnız 6-cı kolonun fəaliyyətini pərdələmək üçündür. 5-ci kolon ABŞ-ın yaratdığı ələbaxan müxalifətdirsə, 6-cı kolon hakimiyyətdəki real və hazırlıqlı NATO agenturasıdır. 5-ci kolon- cəmiyyətin içində, 6-cı kolon isə hökumətin içində Qərbin diversiya qrupudur. Bu gün “NATO agenturası” və “Gülənçi şəbəkə”- bir-birinin sinonimidir. Musavat qərargahına yığışan əzgin, gmo yeməkdən heyi olmayan, rusa və farsa virtual kəllə atan psevdoaktivistlər əslində mulyajdan başqa bir şey deyildir- əsl müxalifət hakimiyyət koridorlarında ağ balıq yeməkdən enerjisi aşıb-daşan gülənçi sektantlardır. Mən bir dəniz qurduyum deyən tenqri-menqiçilər, bayrağa bürünüb gəzən türkoğlular sadəcə şirmadırlar. Onlar bizim başımızı Uyğurıstana bayraq sancmaqla qatırlar, diqqəti əsas məsələdən yayındırırlar- NATO-nun Türkiyə vasitəsilə hazırladığı agentləri isə artıq bütün sahələrə bayraq sancıblar. Əgər ölkəmizdə narıncı inqilab baş verəcəksə, bu inqilabı AXCP, ya da Musavat etməyəcəkdir- onlar heç bir ciddi rol oynamırlar və quru maketdirlər. Qərbyönümlü inqilab Prezident Aparatında və Nazirlər Kabinetində oturuşmuş Gülənçi şəbəkə tərəfindən ediləcəkdir. Ukrayna təkcə maydana yığışmış radikal müxalifətçilərin yox, həm də Yanukoviç administrasiyası və hakim partiyadakı ABŞ agentlərinin qurbanı oldu. Nurçuluq virusu Azərbaycan dövlətçiliyinə dərindən soxularaq diqqətlə pusmaqdadır. Siyasi quruluşların demontajı və hakimiyyətlərin yıxılması həmişə məhz belə əfi ilanın susqun mövcudluğu nəticəsində baş vermişdir. ABŞ kəşfiyyatı da öz növbəsində muzdurlarını ağlagələn iflasa uğramaqdan qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə etməyə çalışır. Çevriliş baş verməsi üçün dövlət aparatında hamının ABŞ-ın adamı olmasına ehtiyac yoxdur- tarix göstərdi ki, vacib postları tutmuş xırda bir qrup və onların sadiq əlaltıları bəs edir. Bundan başqa, hesablanıb ki, rüşvətə öyrəşmiş, büdcəni talayan, pul hərisi olan məmurlar, eləcə də yerlərdə çıxılmaz vəziyyətə düşən bir çox idarəçilər onlara kömək etməyə çalışacaqlar ki, belələrinin fəaliyyəti istənilən xarici agentin fəaliyyətindən daha təhlükəli fəsadlar törədir. Əslində belələrinin hakimiyyəti dəstəkləməsi adi xalq üçün onların hakimiyyətə qarşı çıxmasından daha böyük fəsadlar yaradır.
 Azərbaycanda dövlətçiliyə zidd olan küçə müxalifətindən başqa gizli müxalifət də mövcuddur. Gülənçi oliqarx, siyasətçi, məmur, analitik, ekspert, ictimai xadim, KİV sahiblərindən ibarət gizli müxalifət açıq müxalifətdən daha qorxuludur. Gülənçi şəbəkə hakimiyyət strukturlarında ustalıqla maskalanaraq gizlənmişdir. O Qərbin hazırladığı plana uyğun hərəkət edir və əlverişli məqam gözləyir. Onlar dövlətin istənilən sağlam inisiativini blok edirlər. Onlar açıq-aşkar dövlətin Avrasiya yönümlü siyasətinə qarşı çıxmasalar da, onu tormozlandırırlar. Geopolitik nöqteyi-nəzərdən hakimiyyətdəki 6-cı kolon milli maraqlar üçün çalışmır, xaricdən idarə olunan instrument kimi fəaliyyət göstərir. 6-cı kolon bizə düşmən olan sivilizasiyanın maraqları zəminində çıxış edir. Belə implisit müxalifət Azərbaycanı qlobalizasiyanın xeyrinə kosmopolitik sistemə otuzdurmaq əzmindədir və bu yolda daha geniş imkanlara, rıçaqlara və sosial bazaya malikdir. Pensilvaniyadan verilən əmrləri yerinə yetirməklə bərabər onlar həyata keçirilən layihələrdən özləri üçün maksimum gəlir və imtiyazlar da əldə etməyə çalışırlar. Gülənçi şəbəkə bir çox vacib məmurların və oliqarxların atalarını, əmilərini nurçu ideyalarına otuzduraraq onların simasında özünə avtoritetli himayədarlar da qazana bilmişdir. Məhz belə dəstəyin sayəsində gülənçi şəbəkə geniş şaxələnmiş və dövlət tərəfindən dərin immunitetlə təmin olunmuşdur.
 Beləliklə, Azərbaycan müxalifət cəbhəsi iki hissəyə bölünür: küçə və meydanlardakı aşkar müxalifət qismində radikal atlantistlər və hakimiyyət koridorlarındakı gülənçilər qismində mülayim atlantistlər. Geopolitik nöqteyi nəzərdən, həm ənənəvi müxalifət, həm də hakimiyyətdəki gülənçi şəbəkə ikisi də ABŞ, NATO, Qərb və Türkiyənin maraqları üçün çarpışırlar. Hər iki kolon bazar iqtisadiyyatı, liberalizm, individualizm və qlobalizm tərəfdarıdır. Hər iki kolon şiəliyə, pravoslavlığa, Rusiyaya, İrana, Suriyaya, Bəşər Əsədə qənim kəsilmişdir. Azərbaycanın Avrasiya yönümlü dəst-xətt tutmasına ənənəvi müxalifət açıq etiraz bildirirsə də, gülənçi müxalifət gizli hiddət keçirir, hər cür ciddi-cəhdlə ölkəni Avroatlantik istiqamətə itələməyə çalışır, Rusiya və İranla əlaqələrin möhkəmlənməsinə yönəlmiş islahat və addımlara qarşı sabotaj həyata keçirir. Hər iki müxalifət Pensilvaniyadan pultla idarə olunur. Oxşar paralel: Qorbaçev və Yeltsin guya siyasi rəqib idilər, amma hər ikisi bir mənbədən- ABŞ-ın keçmiş müdafiə naziri Henri Kissincerin rəhbərlik etdiyi Hüqo Hemfri Fondundan pul alırdılar. Daxili siyasət nöqteyi nəzərindən əks düşərgələrdə olsalar da, geopolitik nöqteyi nəzərdən ənənəvi müxalifət və hakimiyyətdəki gülənçi şəbəkə- eyni qrupdurlar. Findamental mövqelər, prioritet və dəyərlər baxımından hər iki kolon eyni ideallara malikdirlər və eyni ağa üçün işləyirlər. Qibləgah Pensilvaniyadır. İdeologiya və layihələr okeanın o tayından ixrac olunur. ABŞ, Qərb, Türkiyə, NATO, Avroatlantik sivilizasiya, Avropa dəyərləri, yerlilər üçün Turanist (əslində Sionist) həvəsləndirmə, liberalizm, qlobalizm, bank sələmi, beynəlxalq maliyyə oliqarxiyası- oriyentirlər eynidir. Hər iki kolonun fəaliyyət sferası sivil satqınlıq və sabotaj yoludur. Həm ənənəvi müxalifət funksionerləri, həm də Gülən kommandosları Qoy sivilizasiyamızın içinə Atlantika agentura şəbəkəsi kimi soxulublar. Xarakterikdir ki, hər iki kolonun aparıcı simaları (kripto)kürdlərdir. Tarixi nöqteyi nəzərdən bu adamlar konkret olaraq qoy xalqların, aborigenlərin, şiələrin qan düşmənidirlər. Gülənçi şəbəkə- Azərbaycan xalqının ekzistensial yağısıdır. Sistemin içindəki liberallar, effektiv dövlət menecerləri, loyal görsənən oliqarxlar, icraedici bürokratlar, işbaz məmurlar, şouçu jurnalistlər və müxalifət nazirləri- bu qrup şiə və pravoslav sivilizasiyalarını Yer üzündən silməyə çalışan satanizmin əzmkar muzdurlarıdır.
 Maraqlı bir mənzərə yaranıb. Nurçuluq Azərbaycana Türkiyədən ixrac olunub. Amma Türkiyədə gülənçilik tam məhv edilsə də, Azərbaycanda gülənçilik ayaqdadır. Nurçuluğun vətəni, ocağı artıq Türkiyə deyil, Azərbaycandır. Nurçuluq Azərbaycana köçüb; Türkiyədə ölsə də, burda gen-bol yaşayır. Azərbaycan nurçuluğun alınmaz qalasına çevrilib. Bu gün xalqımız üçün, dövlətimiz üçün ən böyük təhlükə də məhz onlardır. Gülənçilər təkqütblü atlantik əməliyyat sisteminə proqramlaşıblar. Respublikanın iqtisadi strukturu, təhsil və mədəniyyət institutları, ictimai-siyasi həyatının üslubu 6-cı kolonun zövqünə uyğun format olunmuşdur. Hal-hazırda biz xarici texniki idarəçilik mahiyyətindən daha dərin mənada Qərbin hakimiyyəti altındayıq. Siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə, təhsildə, dəyərlərdə, dəbdə, informasiya məkanındakı gülənçilik- tədricən sovetizmi sıradan çıxarır, şiəçiliyi əzib aparır. Sovet dövründə formalaşmış 70 illik mədəniyyətimizin üstündən xətt çəkməklə yanaşı, gülənçilik ümumdünya siyasi arenasında irəliləyişimizi ləngidir, sosial islahatları eybəcər formaya salır, bir vaxtlar dünyada ön sıralarda yer alan təhsilimizi Türkiyə təhsili səviyyəsinə endirir. Cəmiyyətimiz reqressə uğrayır. Gülənçi şəbəkə iqtisadi inkişaf əvəzinə onun simulyakrını yaradır- əhalinin maddi vəziyyətinin get-gedə pisləşməsinin əsas səbəbi də məhz budur.
 
İLYA ABUSHABAR: AMERİKA İLƏ ƏMƏKDAŞLIQ UZATDIĞINIZ ƏLİ DİBDƏN QOPARACAQ
 
 Ücüncü dünya ölkələri, xüsusilə müsəlman ölkələri ictimai-siyasi fəalları, gəncləri bir şeyi anlamalıdırlar. Əl uzatdıqları Amerika təpədən dırnağa bir cəsusluq şəbəkəsidir. O ölkənin torpağı da, daşı da bir amala xidmət edir: Amerikan hegemonluğu üçün cəsusluq. Bəzi yoldaşlar ki var, deyirlər yox biz Dövlət Departamenti ilə, insan hüquqları təşkilatları ilə, demokratik təsisatlarla, QHT-lərlə işləyirik. İnciməyin, dostlar, sizin həmkarııq etdiyiniz Departamentin nəzdində olan informasiya bürosu (Bureau of Intellegence and search) Amerika Kəşfiyyat Camiəsinin (US Intelligence Community) rəsmi üzvüdür. Bu Camiəyə 16 rəsmi kəşfiyyat idarəsi daxildir ki, onlardan yalniz biri Mərkəzi Kəşfiyyat İdarəsidir (CIA). Maliyyə Nazirliyinin tərkibində bir idarə (TFI), Müdafiə Nazirliyinin tərkibində 8 müstəqil xidmət (DIA, NSA, AI, AFISRA, NGA, NRO, MCIA, ONI), Energetika Nazirliyinin tərkibində bir idarə (OICI), Daxili Təhlukəsizlik Nazirliyinin tərkibində iki idarə (I&A, CGI), Ədliyyə Nazirliyinin tərkibində iki idarə (FBI, DEA)- hamısı Intelligence Community-ə daxil olan kəşfiyyat xidmətləridir. Həmçinin şübhə yoxdur ki, bütün nüfuzlu QHT-lər, insan haqları demokratik təsisatlar (Freedom House, NED, Amnesty Int, Human Rights Watch, NDI, OSF-Soros, Ifex, CPJ, Heritage Foundation, Reporters SF, Solidarity Center, CIPE və sair) hər biri məzmununa görə bu təşkilatların birinə bağlıdır. Universitetlər, təhsil kursları bilavasitə həmin kəşfiyyat xidmətlərinin istifadə etdiyi mərkəzlərdir. Həmçinin bütün nəhəng biznes korporasiyaları onların ixtiyarındadır.
 ABŞ kəşfiyyatı USAID, “Sülh Korpusu” və IREX kimi təşkilatların əli ilə xarici ölkələrdəki amerikanyönümlü şəxsləri əməkdaşlığa cəlb edir. “Sülh Korpusu”nun əsas məqsədi maraq göstərən ölkələrə amerikalı könüllüləri göndərməklə “dünyada sülh və dostluğun yayılmasına kömək etmək”dən ibarətdir. USAID-ın məqsədi ölkə əhalisində amerikanyönümlü əhval-ruhiyyənin formalaşdırılması və dəstəklənməsidir. IREX-in məqsədi isə müxtəlif regionlara innovasiya proqramları sahəsində “praktiki xeyir” verməkdir. Bu təşkilatlar xaricdə tendensioz informasiya toplanması, KİV-lərlə iş və etiraz əhval-ruhiyyəsinin formalaşdırılması ilə məşğul olurlar. USAID avroatlantik kursa riayət edən QHT-lərə və KİV-lərə sponsorluq edərək qrant paylayır. Telekanalların işçiləri ABŞ-a “təcrübə keçməyə və püxtələşməyə” göndərilir. KİV-lərin, xüsusən də onların xəbərlər kontentinin “amerikan normalarına” uyğunlaşdırılması ilə ABŞ Dövlət Departamenti ilə əlaqəli olan IREX təşkilatı məşğul olur. Agentura şəbəkəsi formalaşdırdığına görə “Sülh Korpusu” Rusiya və Qazaxıstanda qadağan olunmuşdur. ABŞ səfirlikləri xarici ölkələrin daxili işlərinə aktiv şəkildə qarışaraq lazımi qanunvericiliklərin parlamentdən keçirilməsinə, siyasətçilərin “avroatlantik kurs” istiqamətinə yönəldilməsinə çalışırlar. Diplomatların çoxu ABŞ kəşfiyyatının marağında olan informasiyanın toplanması və analizində iştirak edirlər.
 Təpədən dırnağa kimi cəsus şəbəkəsi- uzatdığınız əli qoldan qoparacaq mütləq şər Amerika budur.
 
BANKLARA ATIN
 
 Banklara atın və krediti ödəməyin. Götürdüyünüz pula görə banklara qara qəpik də verməyin. Bank borcuna görə həbs yalnız borcun üzrsüz səbəbdən ödənilməməsinə görə ola bilər. Yəni borclunun pulu var, amma ödəmir. Bu faktı da icra məmuru sübut etməlidir. Təqsiri olmayan şəxsin cəzalandırılması qanuna ziddir. Bu barədə Konstitusiya Məhkəməsinin qərarı var. Borclu işsizdirsə, borcu necə ödəsin? Oğurluq etsin? Qarət etsin? Adam öldürsün? Vergi ödəmirsə, deməli imkanı da yoxdur. Qanun belədir. Bu qədər yüksək bank faizi dünyanın heç bir ölkəsində yoxdur- bu özü elə ən böyük qanunsuzluq və cinayətdir. Həmin pullar onların ata-babalarının pulları deyil, Azərbaycan xalqının neftinin pullarıdır, xalqa paylamaq əvəzinə sələmə buraxırlar. Sizə təcavüz edən banklar və ədliyyə sistemi ilə bağlı şikayətlərinizi Rusiya dövlət orqanlarına göndərin. İnşallah Rus ordusu gələndə bu bankirlər xalqın başına açdıqları oyunlara görə cavab verəcəklər. Maqadan ağlayır bunlarçün!
 
RUR ORDUSU QARABAĞDA
 
 Təkcə 1990-cı il ərzində Rus ordusu erməni silahlı qruplaşmalarına qarşı 160 əməliyyat keçirmiş, yüzlərlə terrorçu məhv və ya tərksilah edilmiş, baza və müdafiə istehkamları dağıdılmışdı. Ayaz Mütəllibovun “Koltso” əməliyyatı zamanı Rus hərbçiləri Gəncə ətrafındakı 30 kəndi ermənilərdən boşaltmışdılar ki, bu da Gəncənin gələcəkdə itirilməsinin qarşısını almışdı. Rusiya Silahlı Qüvvələrinin 23-cü diviziyası Xanlar və Goranboyun kəndlərində oturuşmuş erməni terrorçularını buradan qovub çıxarmışdı. “Koltso” əməliyyatı zamanı AXCP mətbuat konfransı keçirib beynəlxalq jurnalistlərə bildirdi ki, Mütəllibov Rus ordusunun əli ilə erməniləri qırır! “Demokratik” AXCP dünya ictimaiyyətinə müraciət ünvanlayıb Qarabağ ermənilərini Mütəllibov təcavüzündən qorumağa çağırdı. “Koltso” əməliyyatı yalnız Moskvada QKÇP çevrilişi yatırılandan sonra dayandırıldı. Buna baxmayaraq, “Koltso” əməliyyatı nəticəsində 24 kənd ermənilərdən büsbütün boşaldıldı: Xanlar rayonunda 2 kənd, Goranboy rayonunda 3 kənd, Şuşa rayonunda 5 kənd, Hadrut rayonunda 14 kənd. 1991-ci il noyabrın 20-də Qarakənd yaxınlığında vurulan vertolyotda azərbaycanlı generallar- İsmət Qayıbov və Məhəmməd Əsədovla yanaşı 2 rusiyalı general- Mixail Lukaşov, Nikolay Jinkin və qazaxıstanlı general Sanlal Serikov da vardı. Rus desantçıları 1992-ci ildə Mardakerti büsbütün ermənilərdən təmizləyib Azərbaycan ordusuna təhvil vermişdi. Cəbhəçilərin söydüyü Rus əsgərlərinin sayəsində DQMV-nin 52 faizi Azərbaycan ordusunun nəzarətinə keçmişdi. O vaxt Bayram Bayramov deyəndə ki, hələ Qarabağ indiki kimi bizim olmayıb, naxçıvanlı cəbhəçilər onu xalq düşməni elan etdilər. Rusiya müdafiə naziri Pavel Qraçov orduya əmr vermişdi ki, bu münaqişədə ermənilərə yox, azərbaycanlılara kömək edilsin (Bu həm də onunla əlaqədar idi ki, Ermənistanın o vaxtkı rəhbərliyi Qərbyönümlü siyasət yürüdürdü). Keçmiş müdafiə naziri Rəhim Qazıyevin də etiraf etdiyi kimi, Sovet qoşunlarının əmlakı bölünərkən Rusiya Müdafiə Nazirliyi Azərbaycana nəzərdə tutulduğundan da qat-qat artıq silah-sursat və hərbi texnika vermişdi. Həmin dəstəyin sayəsində erməni daşnakları minlərlə itki vermişdilər. Məşhur Ağdərə döyüşündə ermənilərin 6 tank, 4 BMP və 1 BTR-inin qabağına məhz rusların köməyi sayəsində Azərbaycan tərəfi içində 80 tank olmaqla 160 zirehli texnika çıxara bilmişdi və döyüş ermənilərin süqutu ilə nəticələnmişdi. Erməni veteranları indi də şikayətlənirlər ki, Rus ordusu bizə heç nə vermədiyi halda azərbaycanlıları təpədən dırnağadək silahlandırmağa çalışırdı. Sırxavəndə hücumların intensivliyini erməni tərəfi Rusiya ordusunun azərbaycanlılara 100 tank verməsi ilə izah etmişdi. “Kommersant” qəzeti yazmışdı ki, Sırxavənd döyüşlərində həlak olmuş 200 Azərbaycan döyüşçüsünün əksəriyyəti slavyan görünüşlüdür. 1992-ci ildə Azərbaycan ordusuna səfərbər olunmuş ilk 2700 könüllüyə Gəncədəki Rusiya Silahlı Qüvvələrinin 104-cü hava-desant diviziyasının 37 zabiti təlim keçmişdi. Qarabağda erməni terrorçularının qorxduğu yeganə qüvvə Rus speçnazı idi. Ermənilərin müdafiə xətlərini o vaxt general Vladimir Şamanovun rəhbərlik etdiyi 328-ci paraşüt-desant polkunun əsgərləri yarırdılar. Mardakertin alınması əməliyyatlarına şəxsən Şamanov özü rəhbərlik etmişdi. Məhz Şamanovun Gəncədə yerləşən polku ermənilərin DQR ordusunun Şaumyandakı əsas bazasını darmadağın etmişdi. Qarabağ müharibəsində göstərdikləri şücaətlərə görə general Şamanov və 104-cü hava-desant diviziyasının bir çox zabitləri Azərbaycanın müxtəlif orden və medalları ilə təltif olunmuşlar. Rusiya Silahlı Qüvvələrinin 4-cü ordusu Şaumyan və Mardakert rayonlarını tutaraq burada Azərbaycan bayrağı dalğalandırmışdır. Xankəndinə ilk dəfə Azərbaycan bayrağını cəbhəçilərin xalq düşməni elan etdiyi Polyaniçko sancmışdır. Azərbaycan Ordusunun yaranmasının ilk aylarından çoxlu sayda Sovet və Rus kontraktnikləri ermənilərə qarşı vuruşmuşlar.
 Qarabağın süqutu hakimiyyəti diversiya və təxribat yolu ilə zəbt etmiş cəbhəçilər tərəfindən Rus ordusunun Azərbaycandan qovulmasından sonra başlanmışdır.
 
ŞİƏLİK – YENİLMƏZ QALAMIZ
 
 Vətənpərvərlik dini kökə söykənmədən heç nədir. Ateist xalq tarixin səhnəsində qala bilməz, silinib gedər. Dinsiz xalq xalq deyil, nişangahdır. Yalnız öz dininə bağlı olan xalqların tarixdə qalmaq şansı var. Xalqın var olması üçün xeyir və şəri anladan, hədəf və maneələri göstərən, dost və düşməni ortalığa çıxaran, fəlakətli dönəmlərdə nikbinlik yaradan və mücadilələrə ruhlandıran instrument olmalıdır. Biz xalq kimi məhz babamız qızılbaşların dini dövlət səviyyəsinə qaldırdığı dönəmlərdə formalaşmışıq. Tarixə xalq kimi şiəliklə birgə qədəm qoymuşuq. Babalarımız din uğrunda can qoymuşlar, müqəddəs İmam Hüseyn bayrağını bizə əmanət saxlamışlar. Satanistlərin təəssüfünə rəğmən, biz azərilər indi də şiəliyin sadiq əsgəri kimi meydandayıq. Hizbullahın “Ya Zəhra!” sədasına biz daim mənən səs vermişik. Əhli-Beyt sevgisini yalnız bizi Yer üzündən silməklə qəlbimizdən çıxarmaq olar. Tarixi imperativdən yox olmamaq üçün biz bu gün dinimizdən daha möhkəm yapışmalıyıq. Şiəlik bizi düşmənə qarşı yumruq kimi birləşdirən yeganə ideologiyadır. Satanaya qarşı duruş gətirə biləcəyimiz yeganə sığınacaqdır. Şiəlik pravoslavlıqla birgə Qlobal Prediktorun ala bilmədiyi sonuncu qaladır. Ruhani struktur bizi səfərbər edir və təhlükələrə qarşı ayıq saxlayır. Şiəlik həm də sağlamlığımızın qarantıdır. “Və o silah müqəddəsdir ki, əzilənlərin ondan başqa ümid yeri olmasın”. (Makiavelli).
 
OSMANLILARLA 300 İL VURUŞMUŞUQ
 
 Biz osmanlılarla tarix boyu düz 300 il vuruşmuşuq. Yer üzündə bundan uzun müharibə olmayıb. 300 il ərzində aramızda üzücü döyüşlər gedib, qan su yerinə axıb. Onun 50 ilini “qılınc qınına girmədən”, yəni fasilə və sülh sazişi bilmədən birdəfəyə vuruşmuşuq. Babalarımız gecə-güngüz yatmadan kəndlərin qırağında keşik çəkiblər ki, yırtıcı xislətlilər hücum edib camaatı qıracaqlar. Körpəyə, qocaya, hamilə qadına rəhm etmədən ucdantutma başımızı üzüblər. Tək günahımız şiə olduğumuza görə doğrayıb töküblər, ellərimizi qanına qəltan ediblər. Biz şiələrə rafizi adını vahhabilər yox, osmanlılar qoyub. Bir hücumda 100 min, digər hücumda 40 min insanımızın başını kəsiblər. 10 minlərlə şiə alimimizi -təkrar edirəm, dindarımızı yox, alimimizi!- öldürüblər! Ərazilərimizin bir hissəsini işğal ediblər, hələ də onların əlindədir. İndi Bakıya doluşub bizə qardaş olublar! Həmin genosid indi də gizli və permanent şəkildə davam edir. Zərbə endirmək üçün məqam gözləyirlər. Bakıya doluşan ac osmanlılar cip-lərdə gəzirlər, ofislərdə otururlar, ağalıq edirlər, amma aborigenlər ac-yalavacdır, yeməyə çörək tapmır. Gedənlər bilir, 90-cı illərdə Türkiyənin hətta nazirləri belə yamaqlı pencəkdə, cırıq ayaqqabıda gəzirdilər. Azərbaycanla sərhəd açılana kimi türklər aclarından ölürdülər, yeməyə çörək tapmırdılar. Bələdiyyə və dövlət idarələri at tövləsinə oxşayırdı. Azərbaycanın sərvəti hesabına varlandılar. Bu yaxınlarda Türkiyə ərazisində hazırlanan İŞİD ordusu İraqda 30 min türkmən şiəsini tək günahı şiə olduğuna görə qırdı. Hətta Vikileks yazdı ki, həmin terrorçular elə İŞİD ordusunun paltarını geyinmiş Türkiyə- NATO ordusunun zabitləridir. Bu barədə bizdə bircə kəlmə də danışılmadı, mahiyyət gizlədildi. O vaxt Osmanlı bizə rafizi- dindən çıxmış, yolunu azmış deyirdi, indi də İŞİD bizə o yarlıkı yapışdırıb. Mahiyyət eynidir. Bakıda hansı bara girirsən türklərdir, hərəsinin də qoltuğunda iki azəri qız! Artıq fahişədən beziblər, deyirlər bizə çelka qız lazımdır! Rusu söyürsünüz, məgər rus Bakıda çelka qız axtarırdı? Niyə ölkənin şərəf və ləyaqətini osmanlının ayaqları altına atırsınız? Niyə babalarımızın ruhunu təhqir edirsiniz? Siz türk bayrağını çiyinlərinizə alanda, ofislərinizdən asanda Şah İsmayıl qəbirdə qıvrılır! Niyə düşünmürsünüz?
 Türkiyə Qızılbaşlar ilə müharibələr dövründə avropalıların köməyilə indiki Azərbaycandan da böyük bir ərazimizi işğal etmişdir. Türkiyənin Adana, Maraş, Malatya, Ərzincan, Gümüşxana, Rizədən üzü bəri hamısı bizim tarixi torpaqlarımızdır. Başlanğıcda Osmaniyyənin ərazisi indiki Türkiyə ərazilərindən iki dəfə kiçik idi, bizim torpaqlarımız hesabına qarnını bir belə dombaltdı. İndiki Türkiyənin demək olar yarısı bizim torpaqlarımızdır. Şərqi Anadolu kürdlərin olmadığı kimi, türkiyəlilərin də deyildir, bizimdir. Məsələn, Diyarbəkir ağqoyunlu Uzun Həsənin doğulduğu yerdir. Bizim Rizə, Artvin, Ərdahan, hətta Trabzon üzərindən Qara dənizə birbaşa çıxışımız vardı, Osmaniyyə əlimizdən aldı. Həmin torpaqları əzəli düşməndən geri almaq vaxtı gəlib çatıb. Çaldıran davam edir.
 
BİZ KÜRD DÖVLƏTİYİK, İRAN İSƏ TÜRK DÖVLƏTİ
 
 İran apardığı düzgün siyasət nəticəsində cəmi 2 il ərzində PKK-nın İran üçün hazırlanmış qolu olan PJAK-ın kökünü kəsdi. İran bu mənfur təşkilatdan tutduğu terrorçuları əhf etmədi, müddətli həbsxanalara salmadı, sürgün etmədi, sadəcə onların qazandıqları kəndiri boğazlarına keçirib asdı. İran ordusunun sərt hərbi əməliyyatları nəticəsində PJAK ağ bayraq qaldırdı. İran dövləti bu məlunları məclislərinə nəinki qatmadı, onlara haqq qazandıranları və havadarlarını da sərtliklə yerində oturtdu. Beləliklə, artıq İranın terror qrupları problemi yoxdur. İran kürdləri bizdəki kimi dövlət vəzifələrinə doldurmadı, çapqın xasiyyətli kürd məmurlarının dövlət işlərində fəaliyyətinə qadağa qoydu. İran parlamentinin 80 faizi Azərbaycan türkləridir. İranda varlı sahibkarların 80 faizi Ərdəbil və Təbriz türkləridir. Azərbaycanda isə parlamentin 80 faizini kürdlər və kriptokürdlər təşkil edir. Varlı sahibkarların da 80 faizi kürd bölgəsindən olanlardır. İranla bizim fərqimiz də bundadır. Faktiki olaraq biz kürd dövlətiyik, İran isə türk dövləti.
 
RUSA, FARSA VİRTUAL KƏLLƏ ATANLARA
 
 Desəm ki niyə bütün vəzifələri kürdlər tutmalıdır, gəlin mühüm dövlət postlarından birinə də türkün oturmasını tələb edək, aksiya keçirək, hamınız qaçıb gizlənəcəksiniz, cıqqırınız da çıxmayacaq! Sizin türkçülüyünüz bura qədərdir. Sizin türkçülüyünüz kürdün gömrük postuna kimidir. Elə ki İran, ya Tatarısan türkünün hüququnu müdafiə etmək lazım gəldi, özünüzü yırtıb dağıdırsınız, yaxanızı şırğalayırsınız. Elə ki Azərbaycanın özündə, Bakının mərkəzində kürd türkün hüquqlarını əlindən aldı, başından basdı- siz zəlil olursunuz, özünüzü görməməzliyə vurursunuz, yavaş-yavaş sürüşüb aranı cırırsınız. Vətənimizin ortasında kürdə bir söz deməyə zadınız çatmır, amma sərhədin o üzündəki rusa, farsa virtual kəllə atırsınız.
 “Mən mübarək bir gecənin səssizliyində sizi çağırdım ki, on dörd gecəlik ayın gözəlliyinə, ulduzların dolğunluğuna baxasınız. Siz isə xof içində yatağınızdan sıçrayıb, hay-harayla qılınc qapdınız: “Hanı duşmən? Gedək onu yerlə-yeksan edək”. Ancaq... haçan ki düşmən qoşun çəkib başımızın üstünü kəsdirdi,- mən sizi harayladım, siz isə ayılmadınız, böyrü üstə çevrilib yuxuya daldınız!” 1931-ci ildə qürbətdə (ABŞ-da) gözlərini əbədi yuman livanlı Cəbran Xəlil Cəbranın dediyi bu sözlər təkcə oz vətən qardaşlarına deyil, elə bizim indiki zəlil vətən övladlarımıza da ünvanlanıb.
 
MÜASİR DÜNYANIN QAYDASI
 
 Qərbdən ölü paltarları Azərbaycana gətirilir və qaçqınlara, kimsəsiz ailələrə “yardım” adı ilə paylanılır. Halbuki bu paltarlar ABŞ, Fransa, Almaniya, İngiltərədə 90-cı ilədək peçlərdə yandırılırdı. Bu paltarlardan SPİD, xərçəng, vərəm, yatalaq xəstəlikləri yaranır. Həmin təşkilatların əsas peşəsi xəstəxanalardan ölü paltarlarının yığılmasıdır. Müharibədən sonra ABŞ tərəfindən Vyetnama aparılan humantar yardımların nəticəsində bir neçə kənd, nəsil, qadın və uşaqlar məhv oldu. Nəticədə ölən qadın və uşaqlar yandırıldı. Ət konservaları nəticəsində qadınlarda döş xərçəngi artıb, süd vəziləri inkişafdan dayanıb və uşaqlar şikəst doğulurlar. Məsələn, üzərində “E-322” və b. rəqəmlər olan maddələrdə insan ölümünə səbəb olan viruslar var. Azərbaycanda ucuz qiymətlə qablaşdırılmış pişik və it yemləri satılıb, bununla da ölkədə 4 yeni xəstəliyin virusu aşkar edilib. Ehtiyatlı olun, bunlar “müstəqilliyin” ölkəmizə verdiyi nemətlərdir. Rus təhlükəsizlik çətiri olmayan yerlərdə gərək suyu üfürə-üfürə içəsən- müasir dünyanın qaydası belədir.
 
DİQQƏTLƏ VƏ AXIRADƏK OXUMALI
 
 Oxuduğunuz adi mətn yox, bir növ sağ qalanlar və hal-hazırda yaşayanlar üçün təlimatnamədir. Onu da deyim ki, bu yazı təkcə mənim mətnim yox, saysız-hesabsız insanların fikirlərindən toplanmış məcmudur. Çalışdıq ki, nə qədər ömür vəfa edir, sizlərə çatdıraq. Bir az da keçsə, məsələlər elə dolaşacaq ki, anlamaq çətin olacaq. Axıra kimi oxuyun: zira həyatınızı xilas edəcək informasiyadan qiymətli heç nə yoxdur.
15-12-2017 17:39 Baxılıb: 1320    
Şərh bildir