Heydər Əliyevin soykökü haqqında maraqlı komment

Sabina S:
Mənim ata və ana tərəfim ikisi də Ermənistanlıdır və onların bütün nəsli-kökü Ermənistanda anadan olmuşlar. Ata tərəfim Ermənistanın Sisiyan rayonunun Comərdli və Urud kəndlərindəndir. Ana tərəfim isə Ermənistanın Dərələyəz mahalının Yexeqnadzor rayonunun Qovuşuq kəndində doğulub boya-başa catmışdır. 1948-53-cü illərdə isə Ermənistandan deportasiya edilmişlər, yəni qovulmuşlar. Atamın anası Sona xanım Urud kəndində doğulub boya-başa çatmışdır. Atamın atası Bərxudar, yəni mənim babam Comərdlidə dogulmuşdur, atası da Camal bəy olmuşdur.
Onlar Comərdli kəndində yezidi-kürd Əlirza Əliyevlə qapıbir qonşu olmuşlar. Mənim atamın babası Camal bəy (yəni babam Bərxudarın atası) və anası Sevgili xanım Əlirzagillə həm qonşu, həm də bir evli kimi olmuşlar. Əlirza çoxarvadlı idi, həm də arvadbaz biri kişi idi. Onun qardaşı isə bolşevik idi və həm də Adigey respublikasının xalq komissarları sovetinin sədri işləyirdi.
Əlirza Əliyev həm də Comərdli stansiyasında dəmiryolunda strelok, yəni yoldəyişdirən işləyirdi. Heydərin anası Suzanna (Satanik) Stepan Georqieviç Şaumyanın doğma bacısıdır və 1895-ci ildə Tiflis quberniyasında erməni ailəsində doğulmuşdur. Ailədə 2 oglan, 2 qız olmuşlar. Qardaşının biri hələ kiçik yaşlarında ikən xəstəlikdən ölmüşdür. Heydərin anası Satanikin 11, ya da 12 yaşı olanda Qarik adlı erməni ilə sevişmişdir və sonra onu Tiflisdən qaçırıb Comərdliyə gətirmişdir.
Sonra Suzanna, yəni Satanik 1907-ci ildə 1-ci uşağını, yəni Həsəni Qarikdən doğmuşdur. Satanikin bacısı isə 1911-ci ildə Hüseyni doğmuşdur və bir müddət sonra ölmüşdür. Uşağın yiyəsiz qaldığını görən Stepan Şaumyan öz adamları ilə Hüseyni gətirib bacısı Satanikə verərək demişdir ki, bacın xəstəlikdən öldü, onun uşağına sahib dur və sonra çıxıb getmişdir. Uşaqların hamısına müsəlman adları qoyulmasını da məhz Stepan Şaumyan bacısına tapşırmışdır...
Satanik 1919-cu ildə Heydəri doğmuş və aradan təxminən 6-7 ay keçəndən sonra əri Qarik xəstəlikdən ölmüşdür. Stepanın başı çox qarışıq olduğu üçün bir muddət onlara maddi kömək edə bilməmişdir və 1920-ci ildə Qarik, yəni Heydərin atası yoluxucu xəstəlikdən ölmüşdür. Sonradan bundan xəbər tutan Əlirza Satanikin öz razılığı ilə onu öz evinə gətirmiş, özünə 3-cü arvad eləmiş, uşaqların 3-ünü də özünə övladlığa götürmüş və sənədlərdə Əlirza oğlu yazdırmışdır...
Atamın nənəsi Sevgili xanım deyirdi ki, Satanikə mən həmişə kömək edirdim, çünki 3 uşağı saxlamaq çətin idi. Həm də Heydərin atası... Qarik öləndə onun heç bir yaşı yox idi, təxminən 6-7 aylıq olardı. Mənim qoca nənəm Sevgili xanım Heydəri arxasında gəzdirərək düz 3 yaşına qədər öz uşağı kimi saxlamışdır.
Aradan bir müddət keçmiş, uşaqlar böyümüş və Satanik Əlirzadan 1-ci uşağını, yəni Aqili 1926-cı ildə, Cəlali isə 1928-ci ildə doğmuşdur. Nənəm deyirdi ki Sataniklə düz 9-10 il dostluq etdim və həmişə ona köməklik göstərdim.
1928-ci illərdə Ermənistanda yaşayan müsəlmanlara qarşı qırğınlar başladı. 1929-cu ildə isə bizim yaşadığımız Comərdli kəndinə, Sona nənəm doğulan Urud kəndinə, eləcə də başqa kəndlərə ermənilər gəlib evbəev yoxlayır və kim azərbaycanca danışırdı, onu yerindəcə güllələyirdilər. Növbə bizim evlərə çatanda bizlərə vaxt qoydular ki kəndi tərk etməlisiniz. Əlirzanın qardaşı öz adamlarını göndərmişdi ki, ona kömək etsinlər və onları Naxçıvana köçürsünlər. Əlirza və Satanik Camal babama və Sevgili nənəmə deyirlər ki, gəlin siz də Naxçıvana gedək. Lakin babam və nənəm deyir ki, bizim qohumların yarıdan çoxu Füzuli rayonuna getmişdir və biz də oraya gedirik. Sonra Əlirzagil 1929-cu ildə Naxçıvana köçürlər; orada başlayıb hamamçı işləyir, sonradan da bütün sənədləri saxtalaşdırırlar ki, guya bütün bunlar hamısı Naxçıvanda doğulmuşlar. Əlirza burada Satanikin adını dəyişdirib İzzət yazdırmışdir.
Sonra Satanik Əlirzadan 3 qız doğmuşdur; 1930-cu ildə Şəfiqə, 1932-ci ildə Rəfiqə, 1934-cü ildə isə Sura doğulmuşdur. Deməli, Heydər Əliyevin 2 qardaşı Aqil və Cəlal onların 3 bacısı Şəfiqə, Rəfiqə və Suradan ana bir, ata ayrıdırlar.
Heydərin anası Satanik Qariklə 1906-cı ildən 1920-ci ilə qədər bir yerdə yaşamışlar- ondan 2 uşağı, yəni Həsəni 1907-ci ildə, Heydəri isə 1919-cu ildə doğmuşdur.
İndi Heydərin ölümü barədə sizlərə düzgün məlumat verirəm. 2003-cü ilin iyul ayında Heydəri Türkiyənin Gülxanə hərbi hospitalına müalicə etmək üçün gətirirlər. İyul ayının haradasa 30-unda Heydərin vəziyyəti pisləşdiyinə görə onu komaya qoşurlar. 4 avqustda xəbər tuturlar ki, Heydər ölmüşdür. 4 avqust 2003-cü ildə Türkiyənin bütün informasiya agentlikləri və Gürcüstan televiziyası Heydərin öldüyünü xəbər verirlər. Sonradan bundan xəbər tutan İlham və onun tərəfdarları tez hakimiyyəti ələ keçirmək üçün saxta sənədlər tərtib edirlər, orada Heydərin imzası yerinə başqa bir nəfərin Heydərin qoluna oxşar imzasını qoyurlar, həmin şəxsə buna görə 20 000 dollar pul verirlər. 4 avqustda Bakıda gizlicə yığıncaq edib İlhamı saxta sənədlə baş nazir təyin edirlər və prezident səlahiyyətlərini də ona həvalə edirlər...
Bütün bunları mən Bərxudar Qarabağlı atamın nənəsi və babası dediklərini olduğu kimi yazıb sizlərə çatdırıram. Atamın babası 1968-ci ildə Füzuli rayonunda vəfat etmişdir. Atamın nənəsi Sevgili xanımın isə 1969-cu ildə, yəni Heydər hakimiyyəti saxtakarlıqla zəbt edən dövrlərdə gözləri qəfildən tutuldu və görmədi. Atamın nənəsi Heydər hakimiyyətə gələndə deyirdi ki, ay Əli, qoy gözlərim açılsın Heydərin yanına gedəcəm, səni də aparacam. Sonra iki il keçmədi atamın nənəsi Sevgili xanım da vəfat etdi...

https://www.youtube.com/watch?v=JSTW3kQkPug

https://www.youtube.com/channel/UCEOq3eOlvgppID3beJn-MRA

27-11-2018 20:35 Baxılıb: 1010    
Şərh bildir