HİTLER PARTİYANI NECƏ ƏLƏ KEÇİRDİ?

İbrahim Sel
 
 Faşist partiyası Hitlerin öz partiyası deyildi, Hitler bu partiyaya soxulmaqla onu ələ keçirmiş və mahiyyətini dəyişdirmişdi. Doktor Paul Tafelin tövsiyyəsi ilə çilingər Anton Dreksler və jurnalist Karl Xarrer 5 yanvar 1919-cu ildə Alman Fəhlə Partiyası yaratmışdılar. Okkultist “Tule Cəmiyyəti”nin üzvü, “Pangerman İttifaqı” lideri, məşhur “MAN” avtomobil konserninin direktoru Paul Tafel Dreksler və Xarrerin müəllimi və yönləndiricisi idi. Yarandığı dövrdə partiya sıralarında Hitlerin izi-tozu da yox idi. Siyasi səhnəyə girməyə platforma axtaran Hitler partiyaya antisemit istiqamət gətirdi ki, bu partiya liderlərinin xoşuna gəlmirdi. Onlar açıq-aşkar bildirirdilər ki, antisemit diskurs partiyanı məhvə sürükləyəcək. Hitler partiyanın 555-ci üzvü idi, bu barədə ona üzvlük bileti verilmişdi, lakin hakimiyyətə gəldikdən sonra onun partiya bileti dəyişdirilərək 7-ci edildi ki, partiyanın yaradıcılarından biri kimi təqdim olunsun. Hitler özünün iudey genetikasına xas bir aqressivliklə əsas yaradıcıları kənara itələyərək partiyada rəhbər mövqe tutdu. O ilk əvvəl Karl Xarrerlə konfliktə girərək onu partiya rəhbərliyindən uzaqlaşdırmağa nail oldu. Xarrer 5 sentyabr 1926-ci ildə Münxendə ürək tutmasından öldü. Rəhbərlikdə tək qalan Anton Dreksler partiyanı Almaniyanın digər sağ partiyaları ilə birləşdirərək Hitlerdən yaxa qurtarmağa çalışdı. 25 iyul 1921-ci ilə Dreksler Hitlerin provokasion fəaliyyəti ilə bağlı polisə müraciət etdi. Lakin demoqogik və populist çıxışları ilə çoxluğun rəğbətini qazanmış Hitler onu kənara sıxışdırdı və partiyanın tək sahibinə çevrildi. Zəif xarakterli Anton Dreksler kimlərlə üzləşdiyinin fərqinə vardı və bundan sonra sakit qalmağa üstünlük verdi. O 24 fevral 1942-ci ildə Münxendə öldü. “Mayn kampf” kitabında Hitler onu “əsgərliyi bacarmayan”, “kifayət qədər həyat məktəbi keçməyən” biri kimi xarakterizə edir. Əsl liderləri sıradan çıxarıb tək liderə çevriləndən sonra Hitler partiyanın adını Avstriyanın Nasional Sosialist Partiyasına uyğun olaraq dəyişdirdi- partiya Nasional Sosialist Alman Fəhlə Partiyası (almanca qısaca NSDAP) adlanmağa başladı.
 Otto və Qreqor Ştrasser qardaşları da partiyanın əsas yaradıcılarından və ilk üzvlərindən olduqları halda Hitler tərəfindən ortalıqdan çıxarıldılar və küncə sıxışdırıldılar. Solçu Ştrasser qardaşları partiyada yeni peyda olmuş Hitlerin rasist və antisemit radikallığına qarşı çıxırdılar. Bu qardaşlar aristokrat ailəsində doğulmuşdular. Birinci Dünya Müharibəsi başlayarkən Otto Ştrasser universiteti ataraq könüllü olaraq cəbhəyə yollanmışdı. Qreqor Ştrasser 1924-cü ildə öz aptekini sataraq “Berlin Fəhlə Qəzeti”ni açmışdı. Pariyanın əsas ideologiya və təbliğat işini bu iki qardaş qurmuşdu. Ştrasserlərin vaxtında partiya sol yönümlü idi. Ştrasserlərin əsas tezislərindən biri “kapitalizmin individual iqtisadi sistemindən sosializmin korporativ iqtisadi sisteminə keçid” idi. Otto Ştrasserin Sovet Rusiyasına böyük rəğbəti vardı və almanların bu cür dövlət qurmasını arzulayırdı. Ştrasser SSRİ ilə dostluq etməyə, Qərb ilə müharibə aparmağa, internasionalist həmrəyliyə, əzilən xalqların imperializmə qarşı mübarizədə birləşməsinə səsləyirdi. Onun əsas tezislərindən biri masonluqla mübarizə idi. Ştrasser ərsəyə gətirmək istədiyi quruluşu “xalq sosializmi” adlandırırdı. Qreqor Ştrasserin liderlik qabiliyyəti və sosialist lozunqları sayəsində 1925-ci ildə 27 min üzvü olan partiyanın sayı 1931-ci ildə 800 minə çatmışdı. Partiyanın ilk və nüfuzlu üzvlərindən biri kimi (9 nömrəli üzvlük biletinin sahibi idi) Qreqor Ştrasser Hitlerin partiya proqramına soxuşdurduğu rasist punktlara qarşı çıxırdı. Rasist siyasətlə bağlı Ştrasserin Hitlerlə tez-tez mübahisələri yaranırdı. Ştrasserin təşkil etdiyi partiya yığıncaqlarından birində hərəkatda rasizmin sosializmi kənara sıxışdırdığından söz açılmış və Hitleri “xırda burjua olduğuna görə partiyadan qovmaq” məsələsi qoyulmuşdu. Lakin Hitler artıq partiyanın idarə heyətində möhkəm oturmuşdu və müxtəlif vədlərlə bir çox üzvləri öz tərəfinə çəkə bilmişdi. 2 iyul 1930-cu ildə Berlində keçirilən partiya yığıncağında hitlerçilər solçu qrupu partiyadan qovdular və bununla da partiyanı sosialist istiqamətdən tam ayırıb millətçi istiqamətə yönəltdilər. Otto Ştrasser həmin yığıncağa buraxılmadı. O etiraz əlaməti olaraq partiya sıralarını tərk etdi və Hitlerə ultimatum teleqramı göndərdi. 4 iyul 1930-cu ildə Otto Ştrasser və NSDAP-ı tərk etmiş digər sosialistlər Hitler hegemonluğuna qarşı “Qara Cəbhə” təşkilatı yaratdılar. Lakin Hitlerin beynəlxalq maliyyə dairələri tərəfindən dəstəklənməsi öz rolunu oynadı və “Qara Cəbhə” ona qarşı effektiv mübarizə apara bilmədi. Hitlerin 1933-cü ildə hakimiyyətə gəlməsindən sonra Otto Ştrasser qorxusundan Çexoslovakiyaya qaçdı, orada mühacir hökuməti formalaşdırmağa çalışdı. Təsəvvür edin ki, Hitlerin partiyasının yaradıcı olan bu adam 1937-ci ildə “Hitler Faşizminə Qarşı Alman Cəbhəsi” yaratdı.
 1932-ci ildə nasistlər seçkilərdə qələbə çalanda Hitler partiya üzvlərinin gözlədiyi kimi parlament fraksiyanın rəhbəri vəzifəsinə Qreqor Ştrasseri yox, öz adamı German Gerinqi qoydu. Hitler hakimiyyətdə möhkəmlənəndən sonra NSDAP partiyasının ilk üzvlərinin hamısını məhv etdi, partiyanı və qəzetləri onların əlindən aldı. “Qara Cəbhə” hərəkatının üzvləri konslagerlərə atıldılar, yalnız bir hissəsi xaricə qaçmaqla canını qurtara bildi. 30 iyun 1934-cu ildə hitlerçilər tərəfindən təşkil olanan “Uzun Bıçaqlar Gecəsi”ndə NSDAP-ın bütün solçu üzvləri də öldürüldülər. Qreqor Ştrasser həbs olundu və həbsxanada güllələndi. Beləliklə faşist partiyasını ələ keçirmiş Hitlerin iudey qrupu əsl ari mənşəli liderləri məhv edərək partiyanın tam sahibinə çevrildi.
 Partiyanın ilk üzvlərindən və yaradıcılarından olan Qotfrid Federi Hitler aldadaraq öz tərəfinə çəkmişdi. Feder mühəndisliyi bitirmişdi, maliyyə və iqtisadiyyatla maraqlanırdı. Bolqarıstandakı dövlət binalarının bir çoxu Federin tikinti şirkəti tərəfindən tikilmişdi. Partiya yığıncaqlarında Feder bank sələminə qarşı çıxır, bankların milliləşdirilməsi tələbini qoyurdu. O NSDAP-ın kalitalist qanadına qarşı mübarizə aparırdı. Feder Hitlerə partiyanı ələ keçirməkdə əsaslı dəstək vermişdi. Feder partiyada iqtisadiyyat üzrə əsas mütəxəssis sayılırdı, Hitlerin hakimiyyətə gəlməsindən sonra onun iqtisadiyyat naziri təyin ediləcəyi gözlənilirdi. Lakin Hitler hakimiyyətə oturandan sonra antikapitalist ideyalardan imtina etdi. O iqtisadiyyat naziri postuna Federi yox, bankir Yalmar Şaxtı qoydu. Federə isə istisadiyyat nazirliyində stats-sekretar postu verildi, yəni o Şaxtın müavini sayılırdı. Bir neçə ay sonra Şaxt Federi iqtisadiyyatdan heç bir anlayışı olmayan axmaq adlandırdı və onu bu vəzifədən qovdu. Feder Berlin Ali Texniki Məktəbində müəllim işləməklə kifayətlənməli oldu. O 24 sentyabr 1941-ci ildə Bavariyada vəfat etdi. Feder həyatının sonuna kimi Üçüncü Reyxin yaradılmasını inqilaba xəyanət kimi səciyyələndirdi.
 NSDAP-ın əsas yaradıcılarından biri də varlı aristokrat ailəsindən çıxmış Ditrix Ekkart idi. Məhz Ekkartın sayəsində Hitler Almaniyanın elit təbəqəsinə çıxdı və ölkənin əsas aparıcı simaları ilə tanış oldu ki, bu onun hakimiyyətə yiyələnməsində mühüm rol oynadı. 1920-1923-cü illərdə Ekkart Hitlerin imici üzərində əzmlə işləyərək onun siyasi səhnəyə atılmasına köməklik göstərdi. Professional jurnalist və dramaturq olan Ekkart Hitlerə həm də natiqlik qabiliyyəti öyrədir, kütlə ilə ünsiyyət qaydaları aşılayırdı. Tarixçilər onu “nasional-sosializmin mənəvi atası” adlandırırlar. Ekkart 9 noyabr 1923-cü ildə Hitletin uğursuz Pivə Qiyamında iştirak etdiyinə görə həbs olundu. Türmədə ağır xəstələndi, azadlığa buraxıldı və 26 dekabr 1923-cü ildə Berxtesqaden şəhərində ürək tutmasından öldü.
 Döyüşkən faşist strukturunun yaradıcısı Hitler yox, Ernst Rem olmuşdur. Hitler Remin hücumçu dəstələrinin sayəsində hakimiyyətə gəldi, amma hakimiyyətə oturuşandan sonra onların hamısını qırıb çatdı. Müharibə veteranı Rem ovçu şurasının üzvü Qeorq Eşerix ilə birgə Bavariya Xalq Qoşunu adlı hərbi qruplaşma yaratmışdı və bu qruplaşmanı silah-sursatla təmin etmişdi. Hitlerlə birgə partiyada çalışarkən Rem öz hərbi qruplaşmasını onun ixtiyarına verdi və partiya liderlərinin mühafizəsi üçün çalışdı. Bundan sonra Remin hərbi qruplaşması SA (Sturmabteilung - hücumçu dəstələr) adlanmağa başladı. Məhz Remin avtoriteti nəticəsində 2 min üzvü olan SA silahlılarının sayı Pivə Qiyamı ərəfəsində 30 minə qalxdı, hətta tanınmış general, müharibə qəhrəmanı Erix Lüdendorf bu təşkilatın rəhbərliyində yer aldı. Remin əzmi sayəsində 1933-cü ildə SA-çıların sayı 600 minə, axırında isə 3 milyona çatdı.
 Remin SA-çıları hesabına Hitlerin partiyası ölkənin ən qüdrətli siyasi hərəkatına çevrildi. Rem və onun SA-çıları özlərini “nasional-sosialist inqilabının” avanqardı hesab edirdilər. Nasional-sosialistlərin dirçəlməsində SA-çılar mühüm rol oynamışdılar. Onlar bir növ ölkənin ikinci polisi idilər. SA-çılar küçə toqquşmalarında Hitlerin opponentləri ilə vuruşaraq onun sındırılaraq siyasi meydandan çıxarılmasına imkan vermədilər. Hitler hakimiyyətə SA-çıların çiyinlərində gəldi. Hitleri hakimiyyətə otuzduran və möhkəmləndirən hərbi gücü Rem formalaşdırmışdı. Rem olmasaydı, Hitler siyasi pyedestala qalxa bilməyəcəkdi. Amma Hitler hakimiyyətə gələndən sonra onun ilk qurbanlarından biri elə Rem oldu. Hitler SA-nın bütün rəhbərliyini qırdı və təşkilatı sıradan çıxardı.
 SA-çılar Hitlerin gəlişi ilə Almaniyanın ictimai-siyasi həyatında kardinal dəyişikliklər olacağını və xidmətlərinə görə onlara imtiyazlar veriləcəyini gözləyirdilər. Onların ağıllarına da gəlmirdi ki, daha Hitlerə lazım olmayacaqlar; fürer onların məhvi üçün planlar cızırdı. Hitler SA-nın təsir imkanlarını azaltmaq və hakimiyyət rıçaqlarından uzaqlaşdırmaq üçün bir sıra addımlar atdı. İlk əvvəl SA-nın tərkibindən ayıraraq özünə sadiq dəstələr yaratdı ki, yaxın silahdaşı Himmlerin tabeliyinə verdiyi bu dəstələr SS (Schutzstaffel - mühafizə dəstələri) adını aldı. Hər 100 SA-çının içindən 10-15 nəfər seçilərək Hitler və ətrafını qoruyacaq SS qrupları, bir növ partiyanın cangüdənlər xidməti yaradıldı. Beləliklə, Hitler arilərin öz içindən yığaraq partiyanın iudey rəhbərliyini qoruyacaq sanballı ordu yaratdı. Bu ordunun funksiyası əslində partiyanın kriptoiud rəhbərliyini əsl faşistlərdən qorumaq idi, odur ki SS ordusuna Şabesqoylar ordusu da demək olar. Reyskansler təyin olunandan sonra Hitler həmin SS-çilərin içindən seçərək silahlı “Leibstandarte-SS” hərbi qruplaşması yaratdı. Bu qruplaşmanın üzvlərinə dövlət pul verməsə də, Hitler xaricdən aldığı maliyyə hesabına onlara maaş verir və hərtərəfli təmin edirdi. Özünə tam sadiq olan bu adamları Hitler sonradan aparıcı dövlət vəzifələrinə təyin etməyə başladı və ölkədə idarəetməni tam ələ keçirdi. SS maşını dövlət institutlarının nəzarətçisinə çevrildi.
 Rem bütün sağ partiyaların hərbi birləşmələrini SA-nın tərkibinə cəlb etmişdi. SA hər il 250 min əsgər hazırlayıb alman ordusuna verirdi. SA ölkənin ictimai-siyasi həyatında əsas gücə çevrilmişdi. Lakin SS yaranandan sonra SA ikinci plana keçdi. Hitlerdən fərqli olaraq Rem kommunistlərə düşmən münasibət bəsləmirdi və onları müttəfiq sayırdı. 4,5 milyon üzvü olan nəhəng SA qruplaşmasına rəhbərlik edən Rem istəyirdi ki, alman ordusu onun milis prinsipi əsasında təşkil olunsun, lakin Hitlerə SSRİ-nin üzərinə hücum etmək üçün yetkin ordu lazım idi. Hitler SA-nı “partiya tapşırıqlarının yerinə yetirilməsində” əsas alət kimi görmək istəyirdi, amma Rem buna imkan vermirdi və SA-nı rezevr ordusu kimi görürdü. Yeni yaradılan SS isə Hitlerin azğın tapşırıqlarını canla-başla yerinə yetirdi, terrora start verdi, insanların irqi fərqlərə, siyasi baxışlara və dövlət mənsubluğuna görə məhv edilməsinin əsas təşkilatçısına çevrildi. SA-nın onun planlarına mane olan rəhbər təbəqəsini də Hitler elə onun öz içindən yaratdığı həmin SS ordusunun köməyi ilə məhv etdi. Maraqlıdır ki, Nürnberq tribunalı SS-si insanlığa qarşı hərbi cinayətlər həyata keçirmiş terror təşkilatı kimi qəbul etsə də, SA-nı cinayətkar təşkilat kimi tanımadı.
 Artıq “milli inqilabdan” (Hitlerin 30 yanvar 1933-cü ildə reyxskansler təyin olunmasını hitlerçilər belə adlandırırdılar) bir neçə ay sonra SA sıralarında narazılıq baş qaldırmışdı. Hitlerin beynəlxalq yəhudi dairələri tərəfindən maliyyəşdiyini öyrənən Rem onu öz yaxın ətrafında satqın adlandırırdı. SA-çılar “millətçi inqilab” yox, “əsl sosialist inqilabı” istəyirdilər. 30 iyun 1934-cü ildə Hitler “Uzun Bıçaqlar Gecəsi” təşkil edərək onun məkrli planlarına mane olmaq istəyən SA rəhbərliyini qırdırdı. Rem və ətrafı həbs olundu və təcili surətdə güllələndi. “Uzun Bıçaqlar Gecəsində” təkcə SA-çılar yox, Hitlerin digər siyasi opponentləri də öldürüldü. Bu aksiyada hitlerçilər ümumilikdə 7 min nəfər əksəriyyəti NSDAP üzvü olan şəxsi qırdılar ki, onlar Hitlerin Almaniyanı müharibəyə qatmaq, xalqı məhvə sürükləmək planlarına mane olurdular. “Uzun Bıçaqlar Gecəsində” Hitlerdən əvvəlki alman reyxskansleri, sol yonümlü, sahibkarların həqarətlə “aqrar bolşevik” adlandırdığı Kurt fon Şleyxer də öldürüldü (həyat yoldaşı ilə birgə evində güllələndi). Bundan sonra faşistlərin ideologiyasında sosialist tərəf arxa plana keçdi, millətçi tərəf üstünlük təşkil etməyə başladı.
 27 fevral 1933-cü ildə hitlerçilər Reyxstaqı yandırdılar və bunu kommunistlərin üzərinə yıxdılar. Bundan istifadə edən hitlerçilər ölkənin tamhüquqlu sahibinə çevrilmək üçün radikal addımlar atdılar. Onlara müxalifətdə olan kommunist və demokrat partiyaların 4,5 min üzvü, eləcə də Reyxstaqın deputatları həbs edildi. Bir çox konstitusion hüquqlar- mətbuat və yığıncaq azadlığı, əmlak, şəxsiyyət və yazışma toxunulmazlığı ləğv olundu. 1 mart 1933-cü ildə qəbul edilmiş dekretə əsasən “dövlətə qarşı silahlı mübarizəyə təhrik etmə” və “kütləvi tətilə təhrik etmə” cinayət sayıldı. Hitlerçilər 24 mart 1933-cü ildə Reyxstaqdan yeni qanun keçirməyə nail oldular ki, bu qanun yeni hökumətə imperiya qanunları, o cümlədən konstitusiyaya zidd olan qanunlar qəbul etmək hüququ verirdi. 14 iyul 1933-cü ildə verilən qanunla isə NSDAP ölkənin tək partiyası elan olundu, bütün digər partiyalar qadağan edildi, ölkədə partiya yaratmaq və digər partiyaları dəstəkləmək cəhdinə görə cəza müəyyənləşdirildi. Beləliklə, hitlerçilər ölkəni SSRİ ilə müharibəyə tam hazırladılar ki, onlara bu işdə heç kəs mane olmasın.
 
“Avrasiya tarixi” kitabından
02-10-2018 19:43 Baxılıb: 1280    
Şərh bildir