Türkiyədəki S-400-lər bir dəfə olsun belə atəş açmasa da, gurultusu dünyanı silkəliyirMakron yeni bir bəyanat verib. Rusiya, Çin və Türkiyəyə qarşı Avropa İttifaqı özü, ABŞ-sız çıxış edib bu aqressorlarla mübarizə aparmalıdır... Türkiyənin NATO üzvü olmasi hamıya bəllidir. Və Avropa ölkələrinin əksəriyyətinin də bu hərbi-siyasi blokda mövcudluğu məlumdur. Bəs nədir bu “müttəfiqlər” arasındakı çəkişmələr? Bunun müəllifi, Beynəlxalq Avrasiya Hərəkatının ideoloqu, tanınmış geopolitoloq Aleksandr Duqindir. Ermənistanla müharibədə Türkiyəyə şans verildi, Fransa ilə gərgin münasibətdə olduğu nəzərə alınaraq, Ermənistanla Fransanın isti lobbiçilik münasibətləri düşünülərək bu ideya ortaya atıldı. Hesablanmış bir gedişdir ki, Türkiyəni NATO blokundan ayırıb Avrasiya Birliyinə cəlb etmək üçündür. Gec, ya tez bu baş tutacaq. Hətta Türkdilli dövlətlər birliyi qurulacağı zaman Rusiyanın da bu birliyə daxil ola biləcəyini qeyd etmişdi Putin hakimiyyəti.
Valeri Korovinə dostluq göndərdim, həmin saniyə qəbul etdi, amma Tofiq Zülfüqarova 6 aydır dostluq göndərmişəm, qəbul etmirƏn zəif yerim intellektdir. İntellektual adam düşmənim də olsa, ona bağlanıram... Amma bir iş də var ki, vaxtilə intellektual saydıqlarımın çoxusu sonradan gözümdən düşür... Çünki yaxından bələd olduqdan sonra ya düşündüyüm qədər olmadıqlarını görürəm, ya da şəxsiyyətlərinin qüsurlu olduğunu... Yazılarında, əsələrində bizə böyük görünən insanlar bəzən şəxsi təmaslarda özlərini doğrultmurlar. Ən çox hörmət etdiyim insan yaxşı cümlə quran, etikadan kənara çıxmayan və səmimi olandır. Bu üçünün bir-birini tamamlaması nadir haldır, amma olur... Mənim intellektual dəlilərdən xüsusilə xoşum gəlir, çünki onların təhqiri və söyüşü belə, istedadlı, duzlu, səmimi olur. Dəlilik ümumiyyətlə daha çox müsbət anlayışdır. Bizim ənənədə dəli ayaması verilənlərin hamısı müsbət qəhrəmanlardır: Dəli Domdul, Dəli Həsən və s.
Rusiyalı politoloq Azərbaycanın mövqeyini müdafiə edən məqalə dərc etdiRusiyalı politoloq Aleksandr Krasnoqorski Turan Ekspress teleqram kanalında (@turan_ekspressi) Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyini müdafiə edən məqalə yazıb. “Qarabağın müstəqilliyini tanımaq beynəlxalq güclərə niyə sərf edir?” adlı məqaləni sizin də nəzərinizə çatdırırıq. Qarabağ müharibəsi dövründə dünyanın müxtəlif yerlərində hay-küy qaldlrılmışdı ki, hökmən Dağlıq Qarabağın müstəqilliyini tanımaq lazımdır. Bunlar o ölkələr və ictimai cəmiyyətlər idi idi ki, orda erməni lobbisi güclüdür. Belə görünür ki, erməni lobbisi Ermənistanın özündən başqa çox yerdə güclüdür, çünki Qarabağın müstəqilliyinin tanınıb-tanınmaması Ermənistanın özünün heç vecinə də deyil. Gah burda, gah da orda Azərbaycanı və Türkiyəni günahlandırırlar ki, Qarabağ konfliktlinin həll olunması üçün öz hərbi səylərini ortalığa qoyublar. Məlumat verilir ki, bəs Fransa Senatında Arsaxın tanınması məsələsi qaldırılıb. Bu nədir- real istəkdir, yoxsa havaya qaz buraxılmasıdır?
ABŞ Ermənistana Rusiya bazalarını bağlayıb yerinə NATO bazalarını yerləşdirmək üçün 14 milyard dollar verəcəkdiQarabağ müharibəsində qələbə - Azərbaycan Prezidentinin apardığı balanslaşmış siyasətin nəticəsidir ki, Azərbaycan bu müharibədə qalib gəldi. Ən əsası Rusiyaya Ermənistanın vuracağı həqiqi geosiyasi zərbələri göstərdi. İnkar olunmaz faktdır ki, Prezident İ.Əliyev çoxşaxəli siyasət apardı və müharibənin qələbə fundamentini qoydu. Rusiya tərəfinə Ermənistan iqtidarının Qərbə yuvarlandığını göstərən də elə Azərbaycan tərəfi oldu. Bundan əlavə, Ermənistan Azərbaycana qarşı müharibə mövqeyində dururdu. Rusiyanın Qarabağla bütün təkliflərini qulaq ardına alırdı və yaxud rədd edirdi. Beləliklə ermənilər regionu müharibəyə yuvarlatdırırdılar. Yeni müharibədə Ermənistan udsaydı, Qərb Ermənistanı Rusiyanın əlindən qoparırdı və İrana qarşı platsdarma çevirirdi.
Güzəran və dolanışıq naminə müstəqillikdən imtina ediləcəkDeyin görək Avropada Latviya elektronikası və Macarıstan avtobusları kimin nəyinə lazımdır? Hələ Bolqar bibərini və yaşıl noxudunu demirik. Avropaya inteqrasiya yalnız ölkələrin yuxarı vəzifəli fırıldaqçılarına lazımdır. Suverenitetdən inkişaf və rifah naminə imtina etmək lazım gələcək. Bu barədə Peterburqda keçirilən İqtisadi Forumda disskussiya aparılmışdır. Diskussiyanı Rusiya prezidentinin köməkçisi, Hərbi-Tarixi Cəmiyyətin sədri Vladimir Medinski aparmışdır. İlk əvvəl gəlin yaxın keçmişə müraciət edək. Avropa İttifaqı bir-birinin ardınca Şərq Bloku ölkələrini və keçmiş Sovet respublikalarını həzm-rabedən keçirməyə başladı. Aydındır ki, istənilən ittifaqa, dövlətüstü birliyə girməklə ölkə öz müstəqilliyinin müəyyən hissəsini güzəştə gedir.
CənnətüzlümBir baxımsız zəmi tənhalığı var qəlbimdə, Yolçusuz bir gəmi tənhalığı var qəlbimdə. Yanğılandıqca kədər, mum kimi qəlbim əriyir, Başıma göylər uçur, üstümə dağlar yeriyir. Gizlənib köksümün içrə elə bir tutqun ürək, Yuvasız quş təki darğın, sonasız göl kimi tək. Bəxtimin kükrəsə əflakə tərəf köhlən atı, Nal sədasıyla göyün çınlasa gər yeddi qatı. Yığılıb dövrəmə ulduzlar əgər çəksə halay, Hayıma versələr aylarca alaylarca haray.
USAİD-in rəhbəri xalqımızı və dövlətimizi təhqir edir və burda iş aparır?Bu həmin Samanta Pouerdir ki, Sorosun dəstəyi ilə yüksək mövqelərə qalxıb, indi də qurumun Azərbaycan üzrə əməliyyatlarına rəhbərlik edir, həddini aşır! Birbaşa Corc Sorosun nəzarətində olan, eləcə də ABŞ-ın maraqlarını ifadə edən USAİD-in yeni rəhbəri Samanta Pouerin bütövlükdə Türk dünyasına aşkar nifrəti barədə kifayət qədər məlumatlar vermişik. SİA olaraq bu dəfə hiddət doğuracaq daha bir faktı araşdırraraq təqdim edirik. Onu da xatırlatmaq yerinə düşərdi ki, Samanta Pouer ictimai-siyasi fəaliyyətdə olduğu bütün dövrlərdə Soros tərəfindən maliyyələşib, hətta jurnalistikadakı işi zamanı, yəni hazırkı mövqeyinə qədərki vaxtlardan onun amerikalı milyarderin sevimlisi olması kimsəyə sirr deyil. Eyni zamanda, Pouer daima sorosçuların rəsmi fəaliyyətini əks etdirən ABŞ demokratlarının aparıcı fərdi olaraq onların iqtidarlarının administrasiyalarında çoxsaylı istiqamətlərdə fəaliyyət göstərib və göstərir.
Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsi elan edibMedianın İnkişafı Agentliyi çap mediasına dəstək layihəsi ilə birlikdə onlayn mediaya dəstək layihəsi də elan edib. Agentlikdən realliq.tv-yə verilən məlumata görə, müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilər. Bundan başqa, – onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdikləri yer (ofis sahəsi) olmalıdır; – öz əmək funksiyasını səmərəli və faydalı yerinə yetirməsi üçün onlayn media subyektinin (veb-saytın) işçilərinin əmək şəraiti minimum tələblərə (kompüter, ofis ləvazimatları və s.) cavab verməlidir.
Bu gün saytların baş redaktorun 600 manat qazanmaq imkanı yoxdursa…Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsini elan edib. Agentlikdən apress.az-a verilən məlumata görə, müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilərlər. Bununla yanaşı maliyyə vəsaitinin ayrılması üçün saytların qarşısına agentlik tərəfindən müəyyən tələb və şərtlər də qoyulub. Bəs görəsən media kapitanları agentliyin bu qərarını necə qiymətləndirirlər? apress.az məsələni media mənsublarının özləri ilə müzakirə edib. “Qaynarinfo” portalının baş redaktoru Zahir Əzəmət bildirib edir ki, ilkin olaraq qoyulan tələblər normaldır.
Leonid Kalaşnikov: Fransa və ABŞ Qarabağdakı sülhü “partlatmağa” çalışırRusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmyerlilərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov sərhədin delimitasiyası və demarkasiyası ilə bağlı Azərbaycan və Ermənistan arasında yeni mümkün razılaşma barədə Moskva-Bakı portalına müsahibəsində maraqlı məqamlara toxunub. Müsahibəni təqdim edirik. - Bu yaxınlarda Baş nazir Nikol Paşinyan İrəvanla Bakı arasında Moskvanın vasitəçiliyi ilə Ermənistan və Azərbaycan arasındakı sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı yeni bir sənəd hazırlandığını söylədi. Bilirsiniz ki, bundan əvvəl erməni tərəfi Azərbaycan hərbçilərinin Ermənistanın dövlət sərhədini keçdiyini və Sünik (Zəngəzur-red) bölgəsindəki ölkənin içərisinə 3,5 kilometr irəlilədiyini elan etdi.
Sabiq nazir müavini 1 milyon 800 min manat rüşvət alıbBakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. report.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxs ümumilikdə 1 milyon 800 min manat rüşvət alıb. Daha sonra R.Bayramov elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilib. Qeyd edək ki, rəsmi məlumata görə, Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Sultanov Zakir İmran oğlunun vəzifə səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə, vətəndaşların hüquqlarına mühüm zərər vurub.
Əxlaqi dəyərləri üstün tutan cəmiyyət mümkün olan bütün vasitələrlə buna etiraz etməlidirHər nə qədər "gənclərin istirahət və əyləncə mərkəzi" kimi təqdim edilsə də, barlar, diskotekalar həmişə bir çox cinayətlər üçün, xüsusən də, fuhuş və narkotik üçün zəmin yaradıb. Bu, belə demək mümkünsə, qaçılmazdır. Müasir quldarlar (kapitalistlər) bunu çox gözəl bildikləri üçün müxtəlif adlar altında mütəmadi şəkildə bunun təbliğatını aparırlar. İstəkləri budur ki, bütün cəmiyyətlərdə barlar, diskotekalar fəaliyyət göstərsin. Göstərsin ki, gəncləri istirahət, əyləncə adı altında fuhuşa, narkotikə cəlb edə bilsinlər, mənəviyyatsız cəmiyyət formalaşdıra bilsinlər. Beləcə insanları özlərindən asılı vəziyyətə salsınlar. Barların, diskotekaların fəaliyyətinə münasibət müxtəlif cəmiyyətlərdə müxtəlif cürdür. Bu cəmiyyətləri ümumiləşdirib əsasən 3 yerə bölmək olar: 1. Buna normal və hərtərəfli yanaşan cəmiyyət. Bu anormal cəmiyyətdir.
SSRİ hələ də günahkardırTəkcə aborigen siyasətçilər deyil, əcnəbi qurumların neft qoxusuna buralara təşif buyuran başbilənləri də məsuliyyət hissini tam itirərək tez-tez son onilliklərin biabırçılıqlarını şərh edəndə bir sakramental cümlə işlədirlər: “Bunların hamısı totalitar Sovet rejiminin qüsurlu praktikasının təkrarıdır”. De-yure 21 ildir SSRİ yoxdur, ancaq yenə də günahkardır. Nəsil yenilənib - hələ də bugünkü bədnam dünya düzəninin baiskarları insanları SSRİ ilə qorxudurlar. SSRİ-siz yaşanan bu illərdə mənə bircə sahə göstərin ki, sosializmin qürubu ilə irəliləyiş edib. Ədəbiyyatından mədəniyyətinə, siyasətindən iqtisadiyyatına, demoqrafiyasından qanunvericiliyinə qədər hamısı mənfidədir. Baiskar isə yenə də SSRİ-dir. Şərqi Avropa və eks-SSRİ-nin yerində peyda olmuş, neoliberal reseptlərlə idarə olunan dövlətlərin hamısında vəhşi kapitalizm və insanların hüquqsuzluğudur..
Rusu söyməyə nə var ki? Məsələyə bir az insafla yanaşın.Oğlum danışır ki, Türkiyədə təhsil alanda tələbə yoldaşımın anasına zəng elədim, dedim, bir şey söyləyəcəm, qeyd aparın, oğlunuz gələndə çatdırarsınız. Qadın qayıtdı ki, mən yazmağı bacarmıram. Deyir fikirləşdim ki, mənim nənəm müəllimədir, anamın bibiləri, dayıları, əmiləri hamısı oxumuş adamlardır. Bəs bunların hamısı haradan gəlir? Rus imperiyasının tərkibində olmağımızdan, onların təhsilə verdikləri önəmdən... Məsələyə bir az insafla yanaşın. Rusu söyməyə nə var ki? Rusları söymək asandır. Müqayisə edin, biz haradan qopmuşuq? İran dövlətinin bir parçasıyıq, o vaxt müharibədə uduzublar, biz bu tərəfə gəlmişik. Böyük ictimai-ədəbi xadimlərimiz Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə rus dilində təhsil alsalar da, gedib Osmanlının içində türkçülüyün əsasını yaratdılar. Sovet dövründə ədəbi dilimiz formalaşdı.
Putin və Bayden dünyanı belə böləcək – Jirinovskidən sensasiya“Putinlə Baydenin görüşü tet-a-tet formatında keçirilməlidir, çünki orada iki lider dünyanı bölüşdürəcək. Tərcüməçilər istisna olmaqla, hər kəsin otaqdan çıxarılması gərəkəcək. Danışıqlar bitəndən və nüfuz zonalarının bölüşdürülməsindən sonra tərcüməçilər güllələnməlidir ki, heç kəs iki liderin nədən danışdığını bilməsin”. Bu barədə “Rossiya-1” telekanalında “Vladimir Solovyovla axşam” verilişinin efirində Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib. Onun sözlərinə görə, görüş zamanı liderlər dünyanı təsir zonalarına bölməli olacaqlar: “Yaxın və Uzaq Şərqdə hər şey aydındır. Amma Moldovanın bir hissəsinin Rusiya, digərinin isə Rumıniyanın təsiri altına keçəcəyi ilə bağlı mübahisə aparmaq lazım gələcək. Həm də Ukraynanın 6 qərb bölgəsini vermək məcburiyyətində qalacağıq. Burada Lvov paytaxt olacaq. Ukraynanın bütün qalan hissəsi isə Rusiyaya keçəcək. Belarus tam olaraq Rusiyanın nəzarətində olacaq. Bu sözsüzdür. Baltikyani ölkələrdə sərhədlər dəqiqləşdiriləcək. Tallinə köhnə adını – “Revel”i qaytaracağıq, Tartu isə onsuz da Rusiya şəhəri kimi tanınırdı.
Neftimizi-qazımızı ingilisə, türkə, ərəbə darmavoy veririk ki, bizi dünyada yaxşı tanısınlarSovetlər qanımızı içirdi deyə dünyada heç kim bizi tanımırdı. Hə, yadımdan çıxmışdı, bircə Hitler tanıyırdı, onu da vurub aşırtdılar. Artıq 30 ildir neftimizi-qazımızı darmavoy veririk ki, dünyada yaxşı tanısınlar. Azlıq elədi, şəhərin yaxşı yerlərini ingilisə, türkə, ərəbə azad zona (+18) peşkəş elədilər ki, gəlib yaxşı-yaxşı gəzib, keyf eləsinlər, gedəndən sonra da dünyada bizi yaxşı tanıtdırsınlar. Elton Conun iki mahnısına verilən pula o vaxtki qiymətlərlə 100-lərlə ailənin ev problemini həll etmək olardı. Amma boşşşeydi, əsas məsələ Eltonun gedəndən sonra bizləri dünyada yaxşı tanıtmağı idi. "Bakı 2015"-də Avropanın iudey idmançılarını bura yığıb əyin-baş, yemək-içmək, təyyarə-otel havayı verdilər - əsas odur ki gedəndən sonra dünyada bizi tanıtsınlar. Ledi Qaqa kimi qəhrəmanlıqda ad çıxarmış sənətkarı da gətirib oxutdurub, 3-4 milyon da ona verdilər.
O Şəhidlər Xiyabanında yatanların ahı bir gün hamınızı hökmən tutacaqDeputat Zahid Oruc deyib ki, Şəhidlər Xiyabanı üzərindən keçib, Ermənistanın yer aldığı bir hərbi ittifaqda təmsilçiliyimiz adekvat qarşılanmaz... Zahid Oruc çoxlu başqa şeylər də söyləyib və Rusiyanın Azərbaycanı KTMT-yə dəvətinə bir növ "rəsmi" cavab verib. NATO-dan zaddan dəm vurub, "qoşulmamağa" üstünlük verməyin düzgünlüyünü vurğulayıb... Zahid Orucun heç vaxt öz sözü olmayıb və həmişə sifariş yerinə yetirib. Savadına və qabiliyyətinə rəğmən, hörmətsiz adam olması da bununla bağlıdır... Bir şeyi qeyd etməsəm, bağrım çatlayar. Bunlar həmişə öz merkantil, məhdud, cılız maraqları üçün Şəhidlər Xiyabanından istifadə ediblər. Şəhidlər Xiyabanı bunların geostrateji layihəsidir - təşkil ediblər və hər çətinə düşəndə əllərində dəstəvuz edir, o günahsızların goruna yalandan and içirlər.
|