Ermənistandakı populistlərdən Azərbaycanda da varİnsanların həyata baxışı iki cürdür. Birincilər gördüklərini olduğu kimi danışırlar. İkincilər isə görmək istədiklərin danışırlar. Politologiyada birincilərə realistlər, ikincilərə isə populistlər deyilir. Ermənistan cəmiyyətində populistlər ictimai fikrin əsas aparıcı qüvvələridir. Ona görə də ermənilər heç zaman istədiklərinə nail ola bilmirlər. Azərbaycanda da populistlər var. Və onlar sayca az olsa da, ictimai fikrə müəyyən təsir imkanlarına sahibdirlər. Bu adamların çox zaman müstəqil fikirləri olmur. Kimlərinsə təsiri altında hərəkət edirlər. Və çox zaman da özlərinin yox, təsiri altına düşdükləri qüvvələrin fikirlərini təşviq edirlər. Siyasi platformada olan bu adamların tam əksəriyyəti qərbyönümlü olanlardır. Və onlar öz fikirlərində Rusiyaya və İrana qarşı çox aqressivdirlər.
“PKK və FETÖ təbliğatı nəticəsində bizim gənclərin çoxu Azərbaycanı yox, Ermənistanı dəstəklədi...” - İRAQ KÜRD FƏALLARI BELƏ DEYİRAzərbaycanla Ermənistan arasında müharibə zamanı İraqın şimalında PKK və FETÖ terror təşkilatları birgə təbliğat apararaq yerli kürd gənclərini Azərbaycana qarşı vuruşmağa inandırıblar. Bu haqda İraq Kürdüstan bölgəsindən bu günlərdə Türkiyəyə səfər etmiş bir qrup gənc fəal haber7.com portalının yazarı Ahmet Ayla görüşündə deyiblər. “Geçən gün İraq Kürdüstan bölgəsindən gənc qonaqlarım vardı. Yazılarımızı oxuyan bu gənclər dərdlərini anlatmaq üçün onları başa düşəcək biri olaraq bəndənizi düşünüblər. Gəlib dərdləşdilər, İraq Kürdüstanı içərisində PKK və FETÖ terror təşkilatlarının apardığı təxribatları danışdılar”,- müəllif yazır. FETÖ İraqın şimalında Türkiyə və Azərbaycanın əleyhinə təbliğat aparır.
“Putin günlərlə telefonda danışıqlar aparırdı” - PESKOV QARABAĞ MÜNAQİŞƏSİNİN HƏLLİNDƏN DANIŞDIVirtualaz.org bildirir ki, bunu Rusiya liderinin sözçüsü Dmitri Peskov Prezident Vladimir Putinin Dağlıq Qarabağ probleminin həllinə dair vasitəçiliyindən danışarkən bildirib. "Bu vəziyyətdə Putinin məsuliyyətli mövqeyi, dayandırmaq üçün göstərdiyi səylər - əlbəttə ki, bunlar baha başa gəlir, onları qiymətləndirmək çox çətindir" - deyən Peskov bu məsələnin yalnız Bakı və Yerevanla qarşılıqlı hörmətə əsaslanan yaxşı və konstruktiv əlaqələrin qorunması sayəsində həll olunduğunu qeyd edib. "Prezident bu məsələ ilə şəxsən məşğul olurdu və günlərlə əlində telefon dəstəyi danışıqlar aparırdı". Peskov, həmçinin bildirib ki, münaqişə ilə bağlı Rusiya lideri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da telefon danışıqları aparıb.
“Torpaqları azad etməyə Rusiya imkan verdi” – Partiya sədrindən sensasion açıqlama“Mən hesab edirəm ki, Rusiya əleyhinə mövqe tutmaq yanlışdır. Azərbaycan üçün ən böyük təhlükə nədir? Bu gün ümumiyyətlə Azərbaycanın müttəfiqi kimdir? Azərbaycan problemi həll edə bildimi?” “Yeni Sabah” xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib. Qalmaqallı açıqlama ilə öz fikrini davam etdirən A. Səmədov deyib ki, indi statusdan hamı danışır: “Fransanın davranışı göz qabağındadır. ABŞ, Baydenin prezidentliyi dövründə nə ola bilər, çox narahatlıqla gözləyirik. NATO-nun Kosovoda törətdikləri gözümüzün qabağındadır və Kosovonu müstəqil dövlət kimi tanıtdılar. Və NATO-nun orada bazası var. Biz indi kimdən qorxmalıyıq? Biz kimi daha böyük təhlükə saymalıyıq? Fransanı, ABŞ-ı təhlükəmi saymalıyıq, yoxsa bizə müəyyən mənada o qədər torpaqları azad etməyə imkan verən Rusiyanımı? Şübhəniz olmasın ki, Rusiyanın razılığı olmadan...
“Təkcə Tuğda 600-ə yaxın erməni məhv etdik” - XTQ komandiri"Azərbaycan Bayrağı” ordeni ilə təltif olunan Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi polkovnik Səid Əhmədovun "Yeni Sabah”a müsahibəsi - Necə oldu ki, hərbçi olmağa qərar verdiniz? - Məndə hərbiyə maraq hələ orta məktəbdə oxuyanda yaranıb. 1992-ci ildə doğulduğum Füzuli rayonunun Merdinli kəndində Sərhəd qoşunlarının hərbçilərini mağazaya girəndə gördüm, həmin vaxt 5-6-cı sinifdə oxuyurdum, onların forması çox xoşuma gəldi, sonra atamın əsgərlik şəkillərinə baxdıqca həmin formanı mən də geyinmək istədim. Lakin bu haqda qəti qərarı kəndimiz işğal olunanda verdim. 1993-cü ilin avqustun 23-ü bizim kəndimiz işğal olundu, valideynlərim əmim qızlarını və bacımı götürüb avtomobillə, mən də əmim, dayım oğlanları ilə piyada kənddən çıxdım.
Azərbaycanda böyük supermarketlərin sahibləri kimlərdi?Ötən ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində 24,2 milyard manatlıq məhsul satılıb. yeniavaz.com ötən il dərc etdiyi və rəsmi məlumatlara istinadən apardığı hesablamanı təqdim edir. Araşdırmalar göstərir ki, istehlak məhsullarının dəyər ifadəsində 20,6%-i və ya 4,98 milyard manatı ticarət müəssisələri, 49,3%-i və ya 11,93 milyard manatı fərdi sahibkarlar tərəfindən, 30,1%-i və ya 7,26 milyard manatı isə bazar və yarmarkalarda satılıb. 2018-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 27,3%, fərdi sahibkarlar üzrə 0,1% artıb, bazar və yarmarkalarda isə 5,2% azalıb.
Partiya sədri: “Şuşanın icra başçısının nə iti azıb Bakıda?” — “Heç olmasa pul yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”“Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyir ki, hələ də Şuşaya gedə bilməyib. Ayıbdır! Nə vaxt gedəcəksən? Camaat az qala rüşvət verir, minalı yollarla Şuşaya gedir, torpağa ayaq basırlar. Bayram Səfərov əvvəlcə erməni var idi, gedə bilmirdi, sonra döyüşlər oldu, gedə bilmədi, indi də minalara görə gedə bilmir. Şuşa Bakıdadır? Şuşanın icra başçısının nə iti azıb Bakıda? Getsin Şuşaya, açılışlarda iştirak eləsin, yardım paylasın. Şuşanın icra başçısı, get xəritə çək, bil ki, haranı, neçəyə satacaqsan... Yemək üçün, şirkətini tenderə soxmaq üçün get!”. Bunu AĞ Partiyanın sədri Tural Abbaslı "Müsavat TV"-nin canlı yayımında deyib. T.Abbaslı Xankəndinin deputatı Tural Gəncəliyevi də tənqid edib: “Hələ də Bakıdadır. Get deputatı olduğun əraziyə, hər ailəyə bir ev al ver! Get otur orda, millət vəkilisən, buraxmayacaqlar?! Səsinizi çıxarın. İşğaldan azad edilən digər rayonların deputatları haradadırlar? Hamısı yaxasına bir nişan taxıb, Bakının küçələrində “Mercedes”də gəzirlər, postlardan da yoxlanışsız keçirlər.
Paşinyanı ifşa etdi: Hər ay aeroportdan təhdidlə 300 dollar alırdıErmənistan Mülki Aviasiya Baş İdarəsinin keçmiş əməkdaşı Hasmik Manukyan Facebook səhifəsində baş naziri Paşinyanın keçmişini açıb töküb: “Nikol Paşinyanın şərəfsiz keçmişindən bir hekayə paylaşmaq istərdim. Nikol Paşinyan şantaj yolu ilə Mülki Aviasiya Baş İdarəsindən pul istədi və qəzetlərinin alınıb təyyarələrə yerləşdirildiyinə nail oldu. Gəlin əvvəldən başlayım. 1999-2001-ci illərdə Mülki Aviasiya Baş İdarəsində çalışırdım. O illər çətin idi, hökumət sektoru tənzimləməyə çalışırdı, ancaq Departamenti hədəf alan və çirkli yalanlar dərc edərək, hətta əldə edilən yüksək keyfiyyətli təyyarələr haqqında pis və köhnəlmişdir deyərək pis şeylər yazan bir qəzet var idi. Bəzi oxşar məqalələri oxuduqdan sonra şöbə aydınlıq və təkzib üçün qəzetin redaksiyasına müraciət etdi, ancaq qəzetin sahibinin məşğul olduğu, əsl sahibinin Nikol olduğu bildirildi.
{sape_links}{sape_article}
|