Medianın keyfiyyət səviyyəsi aşağıdır - Etibar BabayevMətbuatın cəmiyyət qarşısındakı əsas missiyasını yerinə yetirmək üçün hansı bazaya malik olduğu daim müzakirə obyektidir. Medianın nöqsanlarını aradan qaldırmaq üçün apardığı axtarışlar bütövlükdə dövlətin inkişafına yönəlir. “Həftə içi”nin qonağı olan "Azad Azərbaycan" Teleradio Şirkəti Bədii Şurasın sədri, Əməkdar jurnalist Etibar Babayevlə də mediamızın bu günü və sabahı ətrafında söhbətləşdik. - Etibar müəllim, Azərbaycanda müasir medianın mövcud durumunu necə dəyərləndirirsiniz, vəziyyət necədir? - Bu gün dövlət Azərbaycanda medianın inkişafı üçün hər cür şərait yaradıb. Bir vaxtlar tək dövlətin kütləvi informasiya vasitələri fəaliyyət göstərirdi. İndi isə çox sayda özəl televiziyalar, internet televiziyaları, radio və qəzet, jurnallar açılıb.
"JURNALİSTLƏRİN BİNASI" İŞİNDƏ ŞOK FAKTLARLəğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan, qanunsuz maliyyə və ev alan media rəhbərləri və jurnalistlərin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. "Xeber.de"nin hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Respublika Baş Prokurorluğunda aparılan istintaqa "Jurnalistlərin binası”ndan ev alan şəxslər də şahid qismində cəlb ediliblər. İndiyə kimi istintaqa cəlb edilən şəxlərin sayı 31-dir. Onların arasında baş redaktorlar da var. Vüqar Səfərlinin işi ilə bağlı dindirilənlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov da olub. O Respublika Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində 4 saat dindirilib. Aldığımız məlumatda bildirilir ki, Ə.Amaşov istintaqa şahid qismində cəlb olunan 3 jurnalistlə üzləşdirilib.
Şoyqu zəng etdi və döyüş dayandı… - QriqoryanErməni politoloqlar nəhayət ki, 5 ilə yaxın vaxt keçdikdən sonra Aprel savaşı ilə bağlı bəzi faktları boynuna alırlar. Erməni siyasi şərhçi Qalust Qriqoryan Aprel müharibəsi zamanı Ermənistanın agır itkilər verməsi və Bakının hərbi əməliyyatı dayandırması üçün İrəvanın Kremlə yalvarmasından danışıb. “O zaman Ermənistanın imdadına Sergey Şoyqu gəldi. Onun Bakıya zəngi döyüşləri dayandırdı. Azərbaycana vədlər verildi. Bu 44 günlük müharibədə isə Bakını artıq heç kim saxlaya bilməzdi. Açığı desək, heç Bakını saxlamaq istəyən də yox idi. Bir şey ki, Putin, Lavrov və Şoyqu bir ağızdan bu torpaqların Azərbaycanın tərkib hissəsi olduğunu dedilər. İndi isə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin sonuncu müsahibəsində erməni cəmiyyətinə “Kömək edə bilmirik, amma siz möhkəm olun”, deyir”.
“Ramiz Mehdiyev deyib ki, Baydenin 78 yaşında hakimiyyətə gəldiyini gördünüz, biz də gəlirik”“Ramiz Mehdiyevin fəallaşması onu deməyə əsas verir ki, suda batdığı üçün saman çöpündən yapışır. Ramiz Mehdiyev görür ki, xəyanətlərinin hamısı üzə çıxıb. Onun vaxtilə əlillik kağızı verdiyi Cəmil Həsənova müəyyən faktların ötürülməsi üzə çıxıb. O cümlədən özünü ana müxalifət adlandıranlarla əlaqəsi aşkarlanıb. Bu cinayətlərin hamısı ortadadır, ona görə də Mehdiyev çox isterik vəziyyətdədir”. Bu sözləri Ramiz Mehdiyevin ötən gecəki bəyanatına münasibət bildirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yenisabah.az-a açıqlamasında deyib. O Mehdiyevin xaricdə olan himayədarları vasitəsilə dövlət çevrilişi etmək istədiyini vurğulayıb: “Ramiz Mehdiyev istər hakimiyyətdən, istər daxildə Azərbaycan xalqına xəyanət edən digər qüvvələrdən özünə dəstək yığıb.
Polkovnik Viktor Baranets: “Ermənistandan qoşunları çıxarmaq barədə düşünmək vaxtıdır...”Ermənistanın Niderlanddakı səfiri Tiqran Balayanın bu günlərdə həmin ölkədə nəşr olunan “Weekblad Elseveir” nəşrinə müsahibəsində müxalifət lideri Aleksey Navalnının zəhərlənməsinə görə Qərbin Moskvaya qarşı sanksiyalar tətbiq etməsinə müsbət yanaşması Rusiya hərbi ekspertlərini hiddətləndirib. “Komsomolskaya Pravda” qəzetinin hərbi icmalçısı, istefada olan polkovnik Viktor Baranets Ermənistan dairələrinin antiRusiya bəyanatlarının bu ölkəni indiki mürəkkəb situasiyada Rusiyanın dəstəyindən məhrum edə biləcəyini deyib. Baranets xatırladıb ki, bundan əvvəl Ermənistan rəsmən Rusiya silahlarının yararsız olduğu haqda danışıb və KTMT çərçivəsindəki öhdəliklərinə baxmayaraq Rusiya silahlarından imtina edə biləcəyini deyib. “Müttəfiqciyəzdir, deyilənə görə.
“Ramiz Mehdiyev açıq şəkildə islahatlara mane olur, tədbir görülməlidir”“Ramiz Mehdiyev açıq şəkildə islahatlara mane olur. Ölkənin Elm məbədini istədiyi kimi idarə edir. Elmdən başqa nə işlə desəniz, məşğuldur”. demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib. E.Əliyev bildirib ki, AMEA-nın saytı R.Mehdiyevin şəxsi ambisiyalarını ifadə edən məkana çevrilib: “Oradan siyasi bəyanatlar üyüdürlər. Elm cəmiyyətin hərəkətverci qüvvəsidir və siyasətdən ayrı olmalıdır. Elm durğunluq halına salındıqda onun xilası üçün çox böyük vaxt tələb olunur. Təhsil də belədir. Təhsili durğunluqdan xilas edə bilməməyimizin səbəbi ali məktəblərin bir neçəsinə savadsız və korrupsioner rektorların rəhbərlik etməsi olub. Onlar dövləti aldatmaqla uzun müddət vəzifələrində qalıblar. Bütün dünya elm və təhsilin vəhdətindən danışır. Biri durğunluq dövrünü yaşayırsa, digərini də bu vəziyyətə sürükləyir. Ramiz Mehdiyev elmi durğunluqdan bataqlığa itələyir.
Səfir Qüdsi Osmanov: Hamısını Ramiz Mehdiyev himayə edirdiSirr deyil Dağlıq Qarabağ münaqişəsindən dolayı Azərbaycan dövləti xarici siyasətdə xüsusilə həssas idi. Və yəqin elə bu üzdən idi ki, Azərbaycanın Vətən müharibəsinə qədər apardığı iç “siyasi darama” işindən xarici siyasət idarəsi və onun rəhbərliyi kənarda qalmadı. XİN həm də məhz Dağlıq Qarabağ münaqişəsindən dolayı böyük dövlət vəsaitlərinin sərf olunduğu sahədir. Əvvəl də, indi də. Düzdür indi “aydan arı sudan duru” elə sabiq və hələ də xidmətdə olan səfirlər, konsullar, xüsusi nümayəndələr var ki, fəaliyyətləri üz qarasıdır. Ancaq həm də baş ucaldan diplomatlar var. Böyük bir sahədə çalışan hər kəsə hikkəsi böyük, bacarığı xırda adamdan dolayı üz qarası demək ədalətsizlik olardı. Bu və digər məsələlər ətrafında Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovla söhbətləşmişik. Söhbətə niyə zərurət yaranıb deyən olsa, bəri başdan cavab verirəm.
Rusiyadan gələn iki polkovnikin iştirakı ilə Yerevanda yeni ittifaq yarandıErmənistanın ikinci Qarabağ müharibəsində kapitulyasiyasının ardınca baş nazir Nikol Paşinyanı devirmək üçün yaradılan müxalifət itttifaqının- “Vətənin xilası naminə hərəkat”ın bəzi üzvləri yeni hərəkat yaradıblar və ona yeni ad veriblər: “Rusiya ilə birlikdə güclü Ermənistan: yeni ittifaq uğrunda”. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bu hərəkata da keçmiş hakimiyyətin nümayəndələri başçılıq edirlər. Məsələn, Serj Sərkisyanın Respublika partiyasından keçmiş deputat Ayk Babuxanyan, bir əvvəl “Çiçəklənən Ermənistan” (indi bu söz birləşməsi Ermənistanda heç yerinə düşmür) partiyasından istefa vermiş “müstəqil” deputat Tiqran Urixanyan və digərləri. Yeni hərəkatın da gündəmi fərqli deyil: Paşinyanın istefasını tələb etmək. Amma onlar həm də Rusiya ilə “yeni ittifaq” tələb edirlər.
Vüqar Səfərli “Jurnalistlər binası”nın sakinlərinə necə tələ qurub... - Keçmiş mətbuat katibi maraqlı fakt AÇIQLADIBakı şəhər Baş Polis İdarəsinin eks-mətbuat katibi, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, “Jurnalistlər binası”nın hazırkı sakini Qalib Arif Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin ictimaiyyətə məlum olmayan bəzi əməlləri barədə danışıb. modern.az-ın məlumatına görə, Qalib Arif bildirib ki, Azərbaycan Mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib... “Düşünürəm ki, banklardan çıxan 5 milyon manat bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var...”. Qalib Arif deyib ki, Vüqar Səfərli zamanında “Jurnalistlər binası”nın sakinlərinin başına oyun açıb.
Əli Həsənova aylıq 100 min manat ödəyənlər var idi - Ramiz Mehdiyev isə...Son bir ayda Respublika Prezidenti İlham Əliyev bir neçə dəfə yerli telekanallara müsahibə verib. İlk baxışdan adi görünür, deyilmi?! Amma digər sahələrin adamları üçün bu adi görünsə də, mətbuat cameəsi üçün bu, əlamətdar hadisədir. Çünki son 15 ilin statistikasına baxanda ölkə başçısının çox nadir hallarda yerli mətbuat orqanlarına müsahibə verdiyini görərik. Lakin son bir ildə bu, adi hala çevrilib. Bu isə onu göstərir ki, cənab Prezident ölkə mətbuatına inanır, güvənir və jurnalistlərlə işləmək istəyir. Bu isə böyük hadisədir. Çünki mətbuat cəmiyyətin güzgüsüdür. Yalnız mətbuat cəmiyyətin nöqsanlarına, hakimiyyətin səhvlərinə aydın güzgü tuta bilər. Bəs son 15 ildə mətbuat öz missiyasından niyə yayınmışdı? Daha doğrusu, nəyə görə sapdırılmışdı? Mən məhz bu barədə danışmaq istəyirəm.
Yoldaşı Paşinyana zəng edərək deyib ki: “Sən necə kişisən ki, hansısa küçük sənin yoldaşını alçaldır?!” – Erməni bunkerində qalmaqalQarabağdakı hərbi əməliyyatların gedişində Ermənistan tərəfinin ordu sıralarında yaşanan özbaşınalıqlarla əlaqədar yeni faktlar üzə çıxıb. Bu barədə rusiyalı jurnalist, “İzvestiya” qəzetininidarə heyətinin sədri Aram Qabrelyanov “Telegram” kanalında yazıb. Məlumata görə, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan oğlu ilə birlikdə Qarabağda bunkerdə olarkən onunla ordu generalları arasında mübahisə yaranıb. “29 yaşlı Arqişti Karamyan 30 MTX zabiti ilə Qarabağa gəldi. Paşinyanın Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin rəhbəri qarşısında qoyduğu əsas vəzifə baş nazirin həyat yoldaşı və oğlunun təhlükəsizliyini təmin etmək idi. Qalmaqal general Akopyanın Paşinyanın yoldaşından bunkeri tərk etməsini tələb edəndə baş verdi.
“Pənah Hüseyn kimilər Ayaz Mütəllibovun demokratiyaya sadiqliyindən sui-istifadə etdi...”Xəbər verildiyi kimi, Azərbaycan Xalq Partiyasının sədri, Elçibəy hakimiyyəti dövründə baş nazir vəzifəsini tutmuş Pənah Hüseynin 14 may 1992-ci il hadisələri ilə bağlı yazdığı silsilə məqalələrdən birində Azərbaycanın 1-ci prezidenti Ayaz Mütəllibova ittihamlar səsləndirib. Keçmiş dövlət başçısının o günlər yenidən iqtidara qayıdış cəhdləri haqda danışan sabiq baş nazir guya eks-prezidentin AXC rəhbərliyindəki bir neçə müxalifətçi məşhur simanı aradan götürməyə təlimat verdiyini bildirib: “1992-ci ilin 12 mayı axşam saat 11 radələrində Əbülfəz Elçibəy AXC rəhbərliyinin fövqəladə toplantısında məlumat verib ki, dəqiqliyi şübhə doğurmayan informasiyaya görə, mayın 14-də Ali Sovetin sessiyası çağırılacaq: “Sessiyada Xocalı Komissiyasının məlumatı məsələsi qoyulacaq, Ayaz Mütəllibovun günahsızlığı elan olunaraq, 6 mart 1992-ci il sessiyasının qərarları ləğv ediləcək; Ayaz Mütəllibovun prezidentliyi bərpa olunacaq; elə sessiyanın gedişində daha fəal şəkildə etiraz etmələri ehtimal olunan Demblok deputatlarından Arif Hacıyev, Etibar Məmmədov və ya Tofiq Qasımovdan biri öldürüləcək.
5-ci kolonun rəhbəri Ramiz Mehdiyevin dəhşət saçan əməlləriAzərbaycan cəmiyyəti Ramiz Mehdiyevi “persona non qrata” elan edib. Baxmayaraq ki, Ramiz Ənvəroviç (ona bu cür xitab olunmasını xoşlayır) məşhur Kərəmov demiş hələ ölməyib, ayaqdadır. Və lazım gələndə də müəyyən müqavimət göstərir. Amma bütün hallarda Ramiz Mehdiyev erası başa çatıb. Çünki o həm siyasi, həm də mənəvi-fizioloji cəhətdən tükənib. Və bunu görənlərin çoxu son vaxtlar başlayıblar onu tənqid, bəziləri isə təhqir etməyə. Ramiz müəllimi tənqid edənlər o qədər çoxdur ki, onları saymaqla qurtarmaq olmaz. Ona görə də Ramiz Ənvəroviç haqqında söhbət açmazdan əvvəl həmin tənqidçi ordusunu təsnifatlaşdırmaq istəyirəm. Birincilər, Ramiz Mehdiyevdən umacaqlı olanlar və bunu ala bilməyənlərdir. Bu adamlar dolayısı ilə indiki hakimiyyətdən də narazıdırlar. Onlar elə düşünürlər ki, onların xalq və dövlət qarşısında “xidmətləri” lazımınca qiymətləndirilməyib.
"DEDİ Kİ, RAMİZ MEHDİYEV QİYMƏTİ 4 MİLYON DEYƏCƏK" - AMEA prezidenti və Eldar Mahmudovun adı adı keçən məhkəməBakıda milyonlar mənimsəməkdə ittiham edilən şəxsin məhkəməsi keçirilib. İşdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və onun adamlarının adı keçir. Həbs edilən şəxs özünün zərərçəkmiş olduğunu, MTN-nin onu oğurlayaraq döydüyünü deyir. Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Həbs edilən şəxs 1982-ci il təvəllüdlü Şeydayev Cavad Məzahir oğludur. Şeydayev Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) 178.3.2-ci (Dələdulzuq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Təqsirləndirilən Cavad Şeydayev iş görmək adı ilə bir neçə nəfərdən külli miqdarda pul almaqda və onların etibarından sui-istifadə edərək aldatmaqda və Əziz Quliyev adlı şəxsə hədə-qorxu gəlməkdə suçlanır. Elə iş üzrə əsas zərərçəkmişlərdən biri 1975-ci il təvəllüdlü Quliyev Əziz Göyüş oğludur.
«В Шуши по-настоящему стала испытываться во мне христианская любовь к врагам»Судьба удерживаемых лиц остается одной из главных тем нагорно-карабахского конфликта. Во-первых, в плену у Азербайджана по-прежнему находятся свыше 60 армянских солдат, задержанных под Гадрутом уже после подписания мирного соглашения. Во-вторых, оказаться задержанным можно по случайности, неосторожно перейдя линию соприкосновения — например, во время выпаса скота. Корреспондент “Ъ” Кирилл Кривошеев встретился с одним из уникальных пленников — гражданином РФ Артуром Газаряном, который был в числе последних мирных жителей Шуши, остававшихся в городе на момент штурма азербайджанскими войсками. В заключении он успел пожить в подвале со связанными ногами.
«Их просто изнасиловали»: Прилепин прошелся по Армении и УкраинеРоссия не теряла Грузию, Украину, Армению, Казахстан, Молдавию, Белоруссию и Азербайджан, это они потеряли Россию. Об этом писатель Захар Прилепин заявил в своем телеграме. «Изо дня в день слышу: "Россия потеряла Армению, Молдавию, Украину, Грузию, Белоруссию, Азербайджан, Казахстан и т.д. ". Хорош, заколебали!» — призвал он. Прилепин назвался империалистом и сторонником воссоединения СССР и Российской империи и напомнил, что Россия потеряла упомянутые страны еще в 1990-х годах. Также он задался вопросом, почему никто не кричит, что Армения, Молдавия, Украина, Грузия, Белоруссия, Азербайджан и Казахстан потеряли Россию, «Россия что — бомж, а они все — золотые».
Tehran Mənsimov Şuşa əməliyyatından danışdı: Cəmi 4 qumbaraatanımız qalmışdı"Şuşaya gedən yol var. Həmin yol açılmadığına görə, orada mürəkkəb, qızğın döyüşlər gedirdi. Düşmən bütün gücünü həmin əraziyə cəlb etmişdi. Minalanmış sahələrdə canlı qüvvə və zaman itkisinə yol verməmək üçün bizə yeni tapşırıq gəldi. Əlavə olaraq, 3 briqada mənim tabeliyimə verildi. Xüsusi təyinatlılara şərait yaratmaq üçün Daşaltı bölgəsini nəzarətə almalı, oradakı düşmən qüvvələrini məhv etməli idik. O vaxta kimi xüsusi təyinatlılar Şuşaya girəcəkdilər. Onlar meşədən keçib Şuşaya girənə qədər döyüşüb düşməni öz üzərimizə çəkməli idik". Bunları Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, “İgidliyə görə”, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən polkovnik Tehran Mənsimov "Şərq qapısı" qəzetinə müsahibəsində deyib.
Prezident Kəmaləddin Heydərovla Elçin Quliyevi sərt tənqid etdi: "Səbrim tükənib""Fövqəladə Hallar Nazirliyi, mənə nazir müraciət edib, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi indi Azərbaycan xalqı da güləcək. Mənə zəng edib deyir xidmətin rəisi ki, icazə verin biz sərhəd xidmətini Şuşa zastavasında yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? De də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs nə zastava yaradırsan? O boyda indi bizim sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına.
{sape_links}{sape_article}
|