Bombalanan, hərbi blokadaya alınan cırtdan dövlətBir çox ölkələr var ki, füsünkar tarixi abidələri, şəhərləri, ləziz mətbəxi, rəngarəng flora və faunası, ilə turistləri özünə cəlb edir. Cırtdan dövlətlərdə bu siyahıya daxildir. Turist ordusu bu ölkələri səyahətləri zamanı aldığı zövqdən başqa, düşünürlər ki, bu cırtdanlara heç bir böyük dövlətin gözü düşməz, heç bir güclü dövlət onun hər hansı şəhərləri boyda, hətta ondan da balaca olan ölkənin ərazisinə qoşun yeritməz. Amma sən saydığını say, gör fələk nə sayır. Bu fələk Apennin yarımadasında yerləşən cırtdan San-Marinonun başında qara dumanlara çevrilərək öldürücü ildırımlar çaxdı... "Demokrat", "liberal" ruhlu "tarixçilərin", "araşdırmaçıların" "yazarların" səyi nəticəsində III Reyxi Avropada insanlığa, tarixi-mədəni abidələrə qarşı vandalizm törətməklə bizlərə təbliğ ediblər, edirlər, edəcəklər də. Bəli, III Reyx Avropada, Asiyada, Afrikada, Sakit və Atlantik okeanlarda müharibələr aparıb. Amma bu müharibələri ABŞ, Böyük Britaniya, Fransa, Portuqaliya, İspaniya kimi "demokratik" və onun "mədəni" xalqları əsrlərlə qitələrdə müstəmləkə müharibələr apararaq, xalqları məhv etməmişdilərmi?! Əlbəttə etmişdilər, özü də xüsusi zövq almaqla, hal-hazırda da etməkdədirlər.
Feyk fabriki və onun əsl sahibləriSon vaxtlar "Bellingcat" informasiya agentliyi yenə gündəmdədir. KİV-də onun yaradıcısı kimi qələmə verilən Eliot Higgins kitab çıxarıb. Onun silahdaşı Xristo Qrozev və ya Moris Rakuşitski yeni ifşaedici xəbərlərin olacağını vəd edib. Bütün bunlar barədə ciddi danışmaq mümkün deyil, onlar sadəcə olaraq, jurnalist araşıdırması janrını gözdən salmaqla məşğuldurlar. Bellingcat-ın özünün ortaya çıxma hekayəsi isə daha maraqlıdır. Bəs bu feyk xəbərlər fabriki necə yaranıb? 2010-cu ilin əvvəllərində Əfqanıstandakı Amerika hərbi kəşfiyyatının rəhbəri Maykl Flinn "Kəşfiyyat işini necə dirçəltməli?" ("Fixing Intel") adlı maraqlı bir hesabat dərc etdirmişdi. Flinn hesabatın həmmüəllifləri ilə birlikdə həmkarlarına bildirirdi ki, informasiyanı onu verməyə hazır olan hər kəsdən almaq lazımdır – yerli sakinlərdən, jurnalistlərdən, QHT və qadın təşkilatlarının nümayəndələrindən, BMT-nin əməkdaşlarından, vətəndaş fəallarından və s. Özü də yalnız hərbi məlumatları deyil, ölkədə baş verən hər şey haqqında informasiya toplamağı və sonra onları NATO müttəfiqləri, jurnalistlər, QHT-lərlə paylaşmağı məsləhət görürdülər.
Rus ekspert: Bakıda hər “asqırıq” olan kimi İrəvan KTMT-nin üstünə qaçmalı deyil"İrəvan Bakıda “hər bir asqırıq” üçün KTMT-yə müraciət etməməli, üfüqi əlaqələr qurmaq və sərhəd məsələlərini ikitərəfli formatda həll etməyə çalışmalıdır"- Şərqşünas Stanislav Tarasov bu fikirdədir. Ermənistan Müdafiə Nazirliyi 12 may çərşənbə günü, “sərhədləri dəqiqləşdirmək” bəhanəsi ilə Qara Göl yaxınlığındakı Sünik bölgəsindəki (Dağlıq Qarabağla əlaqəli olmayan) hissələrdən birində Azərbaycan qoşunlarının sərhədə doğru irəliləmək cəhdini bəyan edib. Erməni hərbçilərinin bildirdiyinə görə, görülən tədbirlərdən sonra Azərbaycan qüvvələri hərəkəti dayandırıb. Vəziyyəti həll etmək üçün danışıqlar aparılır və Rusiya hərbçiləri yerindədir. 14 may cümə günü, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinin mayın 13-də yenidən Sisyan və Vardenis istiqamətində hərəkət etməyə çalışdıqlarını bildirdi. “Sputnik” informasiya agentliyi xəbər verir ki, Baş nazir Nikol Paşinyan KTMT çərçivəsində Sünik bölgəsindəki vəziyyətlə bağlı məsləhətləşmələrə başlamağı tapşırıb.
“Səfər Mehdiyev istefa verməlidir” - EkspertDövlət Gömrük Komitəsinə əməlli başlı çaxnaşma düşüb. Komitənin məsul şəxsləri arasında həbslər başlayıb. Artıq 5 vəzifəli şəxs rüşvət alarkən saxlanılıb. Ekspertlərin fikrincə, həbslər müvafiq komitədə islahatların anonsundan xəbər verir. Hansı ki, islahatlar çərçivəsində komitənin ya hansısa nazirliklələrə bilrəşdirilməsi, ya da rəhbərlikdə istefaların olacağı gözlənilir. Son vaxtlar bu qurumla bağlı mətbuatda çoxsaylı şikayətlər və neqativ fikirlər yayılır. Şikayətlərdə komitə rəhbəri Səfər Mehdiyevin yarıtmaz fəaliyyəti tənqid olunur və istefası tələb edilir. Səfər Mehdiyev isə rəhbərlik etdiyi qurum daxilindəki həbslərlə bağlı hələlik susqunluq nümayiş etdirir. Halbuki bir müddət əvvəl o mətbuat vasitəsilə bəyan etmişdi ki, gömrükdə rüşvət və ya neqativ hallarla bağlı fakt olsa, özü istefa verəcək. Məsələ bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında Dövlət Gömrük Komitəsində bundan sonra da həbslərin olacağını bildirib: "Çünki gömrük orqanlarının yaranma və işləmə fəlsəfəsi Azərbaycanda düzgün ayarlanmayıb.
Ermənistan KİV: İran 160 erməni əsgərini hələ də təhvil verməyibSalamNews xəbər verir ki, "Qraparak" qəzetinin məlumatına görə, İran İslam Respublikasında təxminən 160 erməni əsgəri var. Qəzetdə dərc edilən məqaləyə görə, erməni əsgərləri müharibə vaxtı dövlət sərhədini keçərək İran ərazisinə daxil olub və o vaxtdan bəri geri qayıtmayıblar, amma dəqiq harada və hansı statusda saxlanıldıqları barədə məlumat yoxdur. "Bizə məlumat verilib ki, erməni əsgərlərinin geri qayıtması ilə əlaqədar olaraq, İran Ermənistan tərəfinə bəzi şərtlər irəli sürüb, deyəsən onlar da "əsir" saxladıqları əsgərlərdən istifadə etməyə çalışırlar. Müdafiə Nazirliyindən məlumatları rəsmi olaraq yoxlamağa çalışdıq, sual verdik, amma Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gevorg Altunyan bu mövzunu heç cür şərh edə bilməyəcəklərini bildirdi. Rəsmi izahat üçün Xarici İşlər Nazirliyinə yazılı müraciət də göndərdik. Cavabını alan kimi təqdim edəcəyik".
Azərbaycan Avrasiya Birliyinə daxil olurBu səfərin Avrasiya Birliyinə inteqrasiya sahəsində xeyli məhsuldar olması barədə artıq bu gün konkret söz danışmaq olar. Çünki Azərbaycanla Rusiya arasında 6 sənəd imzalanmışdır: -Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Rusiya Federasiyasının Rəqəmli İnkişaf, Rabitə və Kütləvi Kommunikasiyalar Nazirliyi arasında rabitə və informasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında Saziş; -Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Rusiya Federasiyasının Kənd Təsərrüfatı Nazirliyi arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş; -Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Federal Gömrük Xidməti (Rusiya Federasiyası) arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin elektron qaydada qarşılıqlı tanınması haqqında.
Hər iki tərəfdən millətçi demokratlar prosesi pozmağa çalışır, Rusiyaya qarşı təxribat aparırlarTez-tez yazırlar ki, Qarabağ probleminin yaradıcısı, qızışdırıcısı, ermənilərə silah verən Rusiyadır. Guya Rusiyaya ermənilərlə bizim aramızda konflikt olması sərfəlidir. Guya Rusiya "parçala, hökm sür" siyasəti aparır... Bəri başdan deyim ki, bunlar hamısı yalan və həqiqətin bilərəkdən təhrif olunmuş variantlarıdır. İndisə qısaca izah edirəm. Qarabağ münaqişəsi necə başladı? 1987-ci ildə satqın, Qərb agenti Qorbaçovun erməni müşaviri Aqanbekyan Parisdə erməni lobbisi qarşısında Qarabağın ermənilərə aid olduğu haqda çıxış edəndən və bu çıxış "Humünite" qəzetində dərc olunandan sonra... Bəli, ölkəni satqınların əliylə dağıdırdılar. Ermənilər də xaricdəki lobbilərinə arxalanaraq bu işdə fəal iştirak edirdilər. Qarabağ ermənilər üçün torpaq davası idisə, Qərb imperializmi üçün böyük bir ölkəni parçalayıb dağıtmaq, sərvətlərinə sahib çıxmaq, özünü məhv etmək vasitəsi idi. Həmin proses bu gün də davam edir. SSRİ-ni dağıdıblar, amma böyük və zəngin Rusiya qalıb. Həm də SSRİ xalqları ayılıblar, demokratiyanın tələ olduğunu anlayıblar.
Ya birdəfəlik tolerant olun, ya da belə gülünc mövqe nümayiş etdirməyinCüzi istisnalarla Əfəndinin "əfəndicəsinə-zadəgancasına" Avroviziyada soyunub bizi təmsil etməsini təqdir edənlərin əksəriyyəti İsrail-Fələstin qarşıdurmasında İsrailə dəstək verənlərdir. Bu məsələdə də ziddiyyətli, tragikomik mövqe nümayiş etdirirlər. İsrail bir din dövləti olmaqla bütün təcavüzkar addımlarını sionizm və milli zəmində diskriminasiyaya əsasən atır - bizimkilərin anladığına görə isə İsrail sekulyarlığı, müasirliyi müdafiə edir. Qərbli anlayışına görə avropalı üçün qızının evinə oğlan- "boyfriend"i gətirməsi, onunla gecələməsi, oğlu ilə qızının gecə klubunda birlikdə əylənməsi çox normal, adi bir şeydir. Hətta bəzi hallarda səfərə, istirahətə gedən arvadının orada "flirt" eləməsinə belə anlayışla yanaşırlar. Bizdəkilər Əfəndinin soyunmasını bəyənsə, təqdir etsələr də eyni addımı öz ailə üzvləri, övladları üçün rəva bilmirlər. Bu qəbildən uğur qazananlara münasibətdə imkanlıları böyük məbləğdə xərc çəkərək "dünən gecə Miss Azərbaycanı gətizdirmişdim" deməsi ilə forslanır, kasıbları isə virtualda video, fotolarına baxaraq bundan seksual həzz mənbəyi kimi "fayda"lanırlar.
SSRİ niyə dağıldı?Şəkildə: Moskva, 1991-ci il. Nadir kadr. Şeytanla sövdələşmə. Vətənin satılması. Satan: Mixail Qorbaçov. Alan: Devid Rokfeller. Satılan obyekt: SSRİ. Stalinin ölümündən sonra barəsində cürbəcür yalanlar uydurub tirajlamaqla sosializmi gözdən salmağı hədəfləyənlər SSRİ dağıldıqdan (dağıdıldıqdan) sonra da sosialist itisadiyyatın guya rəqabət qabiliyyətli olmamasını, səmərəsizliyini və ümumiyyətlə yararsız olduğunu insanların beyninə yeritmək üçün SSRİ-nin dağılmasını iqtisadi amillərlə əlaqələndirməyə cəhd edirlər. Nəzərə alanda ki, SSRİ öz iqtisadiyystının demək olar ən güclü, ən inkişaf etmiş vaxtında "dağıldı", bu iddianın nə qədər boş, çürük olduğunu görmək elə də çətin deyil. Ən çox tirajlanan və "tutuquşuların" tez-tez təkrarlamağı xoşladıqlarl isə guya neftin qiymətinin dünya bazarında kəskin düşməsiylə SSRİ iqtisadiyyatının çökməsi iddiasıdır. Əslində isə neft amili nəhəng Sovet iqtisadiyyatında cüzi çəkiyə malik idi, üstəlik hasilatın çox hissəsi daxili bazarda istifadəyə yönəldilirdi. Bundan da əlavə neftlə xarici ticarət əsasən sosialist düşərgəsi ölkələri üzərindən edilirdi.
Dini olan, vicdanı olan, haqqpərəst olan Fələstinin yanında olmalıdır, İsrailin yox!Mən və mənim kimilərinin Fələstinə dəstək verməyimizin, Qüdsə görə canımızdan keçməyə hazır olmağımızın səbəbi heç də Fələstinin Qarabağ savaşında bizim tərəfimizdə olması deyil. Biz dünyanın mənfəətpərəslərindən deyilik ki hər şeyi maraqla müqayisə edək. Düzdü, Ermənistana Qarabağ mövzusunda dəstək verən hər bir ölkə, hər bir fərd zalımdı, satqındı, vicdansızdı- bu öz yerində. İndi nə gözəl ki Fələstin prezdentinin mövqeyi bizimlə oldu. Nə gözəl, nə yaxşı! Amma dediyim kimi, səbəb bu deyil. Səbəb odur ki, mənim dinim var, mənim vicdanım var, mən haqqpərəstəm. Prezdentlərlə, ölkələrlə olsa onda mən gərək bugün Məkkəyə, Mədinəyə düşmən kəsiləm ki oranın prezidenti İsraili dəstəkləyir deyə! Yox, Məkkə də, Mədinə də müqəddəsdi.
ABŞ-ın iki hərbi təyyarəsi toqquşduHərbi təlimlər zamanı ABŞ-ın iki qırıcı təyyarəsi bir-biri ilə toqquşmuşdur İnsident təyyarələrin təlim uçuşları həyata keçirdiyi zaman baş verib. Məlumata görə, pilotlar vaxtında təyyarələrdən katapult edə biliblər. Yerdə xəsarət alanlar barədə isə heç bir informasiya yoxdur. Milli Qvardiya hadisənin hansı səbəblərdən baş verdiyini araşdırır. Bənzər hadisə 2016-cı ilin ilin mayında da qeydə alınmışdı. ABŞ-da iki hərbi təyyarənin toqquşması nəticəsində dörd ekipaj üzvü xəstəxanaya yerləşdirilmişdi. Hadisə Şimali Karolina ştatının sahillərində baş vermişdi. Məlumata əsasən, sahildən 40 km aralıda, Atlantik okeanı üzərində təlim uçuşu zamanı "McDonnell Douglas F/A-18" tipli iki döyüş təyyarəsi toqquşaraq suya düşmüşdü.
|