"JURNALİSTLƏRİN BİNASI" İŞİNDƏ ŞOK FAKTLAR

Ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan, qanunsuz maliyyə və ev alan media rəhbərləri və jurnalistlərin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib.
"Xeber.de"nin hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Respublika Baş Prokurorluğunda aparılan istintaqa "Jurnalistlərin binası”ndan ev alan şəxslər də şahid qismində cəlb ediliblər. İndiyə kimi istintaqa cəlb edilən şəxlərin sayı 31-dir. Onların arasında baş redaktorlar da var. 
Vüqar Səfərlinin işi ilə bağlı dindirilənlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov da olub. O Respublika Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində 4 saat dindirilib. Aldığımız məlumatda bildirilir ki, Ə.Amaşov istintaqa şahid qismində cəlb olunan 3 jurnalistlə üzləşdirilib. 
Həm birinci, həm də ikinci binadan ev alanlardan bəziləri bildiriblər ki, onlar 10-30 min manat arası rüşvət qarşılığında ev bölgüsü üçün tutulan siyahıya adlarını yazdırıblar. Bir nəfər isə, Qaraçuxur qəsəbəsində yerləşən 1 otaqlı evinin qarşılığında "Jurnalistlərin binası”ndan 3 otaqlı mənzil aldığını söyləyib. 
Bu iş üzrə aparılan istintaqa Prezident Administirasiyasının ictimai-siyasi şöbəsinin sabiq rəhbəri Əli Həsənovun da cəlb edilməsi gözlənilir. Məlumatda deyilir ki, o səhhəti ilə bağlı istintaqdan möhlət istəyib.
"Jurnalist binaları”ndan ev alanlarla bağlı aparılan istintaqa daha çox şəxsin cəlb edilməsi gözlənilir. Çünki V.Səfərlinin həbsindən sonra ona məxsus seyfdən götürülən və istintaqa yararlı sayılan sənədlərin ayrı-ayrı şəxslərə məxsus olması və onların mənzillərin paylanmasında işirakı ilə bağlı əsaslı şübhələr yaranıb.
Jurnaslitlərdən biri mənzil üçün müstəqil müraciət etdikdə, ona bildirilib ki, 25 min manat məbləği bir başqa həmkarı il birlikdə yığıb versin. O Mətbuat Şurasında təmsil olunan şəxs tərəfindən mənzili satandan sonra pulu öz aralarında bölüşə biləcəkləri ilə bağlı təlimat alıb.
Xatırladaq ki, Vüqar Səfərli KİVDF-yə dövlət büdcəsindən ayrılmış pulları mənimsəməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Ötən gün hakim Ramin Qaraqurbanlının sədrliyi ilə keçirilən prosesdə V. Səfərlinin şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. V. Səfərli bir müddət əvvəl barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edib. Binəqədi rayon Məhkəməsi onun müraciətini təmin etməyib.
шаблоны для dle 11.2
10-02-2021 03:29 Baxılıb: 250    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}