"Arzun gözündə qalacaq, Əli Həsənov" - Sabiq deputat

Tanınmış jurnalist, sabiq deputat Etibar Hüseynov Prezidentin keçmiş köməkçisi Əli Həsənovu sərt tənqid edib.
Jurnalist özünün Facebook səhifəsində keçmiş ideoloqun ölkədəki proseslərdən müəmmalı şəkildə kənarda qalmasına münasibət bildirib: “Saytlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmiş tanınmışların siyahısını dərc edir. Siyahıda cəmiyyətin demək olar ki, bütün spektri əhatə olunub. Burada yüksək vəzifəli şəxslərindən tutmuş, sabiq nazir və deputatlara, biznesmenlərdən tutmuş, jurnalist, idmançı, şou-biznes nümayəndələrinə kimi hamı var; tək Əli Həsənovdan başqa. O Əli Həsənov ki yazdığı (o cümlədən də trollarına yazdırdığı) palaz-palaz məqalələrdə az qala iki cümlədən bir özünü İlham Əliyevin ən sədaqətli silahdaşı, onun əsgəri adlandırırdı. Bəs indi hardasan, Əli Həsənov? Oğlun, xanımın haradadır? Bu ölkədə daha nələr baş verməlidir ki, sən də Prezidentin çağırışına qoşulasan? Bilirəm və adım qədər əminəm ki, bu gün vəziyyətin daha da ağırlaşmasında, kontroldan çıxmasında maraqlı olanlardan biri (bəlkə də birincisi) də sənsən. Amma bu arzun gözündə qalacaq, Əli Həsənov! İnşallah, bu virusa da qalib gəlib, ondan qurtulacağıq, hər halda səndən güclü və təhlükəli deyil ki?”.шаблоны для dle 11.2
18-06-2020 17:51 Baxılıb: 5250    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}