20 milyon manatdan artıq dövlət vəsaitinin yeyintisi, cinayət yoluyla əldə olunan pulların leqallaşdırılmasında suçlanan Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçmiş icraçı direktoru Vüqar Səfərli istintaqa ifadəsində bir sıra yüksəkvəzifəli şəxslərin adlarını çəkib. Onların arasında Milli Elmlər Akademiyasının prezidenti, 25 ilə yaxın (1995-2019) Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz Mehdiyev də var. Səfərliyə ittiham verilən epizodlardan biri də Fondun yerləşdiyi ofis üçün əlverişsiz şərtlərlə icarə müqaviləsi bağlamasıdır. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu uzun illər prezidentin keçmiş köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənova məxsus binada yerləşib. Səfərli dindirmə zamanı bu məsələ ilə əlaqədar bildirib ki, 2009-cu ildə Fond yarananda bir müddət metronun "İçərişəhər" stansiyasının yaxınlığında fəaliyyət göstərib. Həmin yer sahəsi kiçik bir mənzil olub.
KİVDF-nin hazırda həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin və digər şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam edir. “Kriminalqafqaz” istintaq materiallarına istinadən V.Səfərlini həbsə aparan və Prezidentin sabiq köməkçisi Əli Həsənovun oğlu Şamxal Həsənli ilə birgə həyata keçirdiyi cinayət əməllərinə dair bəzi yeni məlumatlar əldə edib. İstintaq araşdırması zamanı məlum olub ki, Vüqar Səfərli Fondun rəhbəri olduğu müddətdə Prezidentin sabiq köməkçisi, KİVDF-nin kuratoru Əli Həsənovun oğlu Şamxal Həsənli ilə əlbir olaraq dövlət büdcəsindən külli miqdarda pul vəsaitini mənimsəyiblər. İttihama görə, Vüqar Səfərli KİVDF-nin ofisini daha ucuz qiymətə icarəyə götürə biləcəyi halda Əli Həsənovun oğlu Şamxal Həsənliyə əlavə qazanc vermək üçün ona məxsus binadan baha qiymətə icarəyə yer götürüb.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli növbəti dəfə hakim qarşısına çıxarılıb. musavat com xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutub. Qeyd edək ki, Vüqar Səfərli ilə birlikdə Bünyamin İsmayılov, Ədalət Vəliyev, Nadir Məmmədov, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Təhminə Yaqubova, Şahin İbrahimov və Namiq Hacıyev də hakim önünə çıxarılır. Təqsirləndirilən şəxslərdən yalnız Nadir Məmmədov və Vüqar Səfərli barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləndirilən şəxslərdən ev dustaqlığında olan Təmkin Xəlilov '"Altun" restoranının direktoru müavini, Şahin İbrahimov "Altun" restoranının inzibatçısı, Valeh Orucov "Xəmsə" restoranının icarədarı, Bəxtiyar Fətullayev "Xəmsə" restoranının icarədarı olub.
Azərbaycan jurnalistikasının mövcud durumunun ürəkaçan olmamasının bir o qədər də uzağa getməyən tarixi köklərinə ensək, bu vəziyyətin nədən qaynaqlandığını açıq şəkildə görmüş olarıq. Mətbuatda reklam bazarının ölməsi fonunda özünə yeni gəlir mənbəyi təşkil etmək istəyən media rəhbərləri fərqli yol tutaraq yüksək ranqlı məmurların “himayəsi” altına “girməyi” məqsədəuyğun hesab etdilər. Bununla da ölkədə “reket jurnalistikası” deyilən bir mediativ sima formlaşadı ki, bu sima sayəsində bəziləri əlində-ovcunda olanını itirdi, bəziləri isə durmadan yüksəldi. Belə yüksəliş göstərən media başqanlarından biri də Teleqraf Media Qrupun rəhbəri Aynur Camalqızıdır. Keçmişin “qatı müxalifətçi”si olan Camalqızı 2005-ci ildə bütün müxalif düşüncələrindən imtina edərək yeni siyasi baxış “ortaya qoyur”. Bundan sonra bütün qapılar onun üzünə taybatay açılmaqla qalmır, həm də onu Milli Məclisə də “itələyir”. Ancaq siyasi əqidəsinə bir dəfə xəyanət etmiş xanım rəhbər onu yüksəklərə qaldıran şəxsə də arxa çevirir.
Terrorçu Fətullah Gülən şəbəkəsinin əsas fiqurlarından biri hesab olunan Tefvik Göksu illəer sonra yenidən Azərbaycanda “zühur” edib. 2011-ci ildə “Azərsu” ASC-yə dəvət edilərək, adıçəkilən qurumun irihəcmli layihələrinin icrasında əsas söz sahibi olan türkiyəli iş adamı Tefvik Göksu bu vəzifədə 3 il çalışıb. azfakt.com-un əldə etdiyi məlumata əsasən, “Azərsu”dakı fəaliyyəti dövründə milyonlarla vəsaitə sərəncam verən Göksu bu müddət ərzində mühüm fiqurlarından biri olduğu FETÖ terror şəbəkəsinin maliyyələşməsində və çete mənsublarının Azərbaycanın dövlət qurumlarında yerləşdirilməsində ciddi rol oynayıb. Qeyd olunur ki, Göksu “Azərsu”da işlədiyi dövrdə həyata keçirilən layihələrin iştirakçısı olan Türkiyə şirkətlərinə yönəlik təqribən 300 milyon dollar həcmində dələduzluğa yol verib.
"Deyirlər Əli Həsənov mətbuatı məhv elədi. Tamamilə doğrudur. Bunun əyani sübutu səhər tezdən qəzet köşklərini seyr etməkdir”. Bunu Milli Məclisin deputatı Etibar Əliyev yazılı mətbuat sahəsindəki vəziyyətdən danışarkən bildirib. Onun sözlərinə görə, qəzet və jurnal maarifçilik, ideologiya və təşviqat işlərinin əsas alətidir. "Qəzet həm də arxivdir. Sayt, filan arxiv ola bilməz. Bəs kitab mağazalarını kim yerlə-yeksan etdi? Əli Həsənov "AzərKitab" deyilən nəhəng və işlək bir quruma ət və kolbasa işinə baxan kirvəsini rəhbər qoydu. Onlar məqsədlərinə çatdılar. Ət və kolbasa əmtəəşünası bir neçə ildən sonra "AzərKitab"ın ləğvinə nail ola bildi. Bu qurumun 127 kitab mağazası kitab tarixindən silindi”. E.Əliyev bildirib ki, Əli Həsənovun siyasəti sayəsində "Kitab evi", "Kitab passajı", "Akademkitab" kafelərə və paltar mağazalarına çevrildi.
Deyirəm dağıl, ay gidi dünya. İndi Əli Həsənov oturub evdə baxır televiziyalara, qəzetlərə, elektron KİV-lərə, sonra da başlayır yerində qurcuxmağa. Və yəqin ki, arada əlini şappırtıynan dizinə vurub deyinir ki, “Gör nələr əlimdən çıxdı, nələri itirdim?” Bəli, Əli Həsənov çox şey itirdi. Birincisi, ağlını itirdi. İkincisi, ali dövlət rəhbərliyinin etibarını və minlərlə insanın inamını itirdi. Üçüncüsü isə təsəvvür edilə bilməyəcək qədər böyük maddi və inzibati rıçaqları itirdi. O dövlət içində nəhəng bir biznes imperiyası qurmuşdu. Onun statusuna o zaman istənilən yüksək çinli məmur qibtə edirdi. Eyni zamanda, bütün məmurlar bu və ya digər şəkildə Əli Həsənovla hesablaşırdı.
Ləğv edilmiş KİVDF-nin keçmiş icraçı direktoru Vüqar Səfərlinin həbs edilməsindən sonra onunla əlbir olan, qanunsuz maliyyə və ev alan media rəhbərləri və jurnalistlərin də məsuliyyətə cəlb edilməsi məsələsi gündəmə gəlib. "Xeber.de"nin hüquq mühafizə orqanlarındakı mənbələrdən əldə etdiyi məlumatda deyilir ki, Respublika Baş Prokurorluğunda aparılan istintaqa "Jurnalistlərin binası”ndan ev alan şəxslər də şahid qismində cəlb ediliblər. İndiyə kimi istintaqa cəlb edilən şəxlərin sayı 31-dir. Onların arasında baş redaktorlar da var. Vüqar Səfərlinin işi ilə bağlı dindirilənlər arasında Mətbuat Şurasının sədri Əflatun Amaşov da olub. O Respublika Baş Prokurorluğunda aparılan istintaq çərçivəsində 4 saat dindirilib. Aldığımız məlumatda bildirilir ki, Ə.Amaşov istintaqa şahid qismində cəlb olunan 3 jurnalistlə üzləşdirilib.
Bakı şəhər Baş Polis İdarəsinin eks-mətbuat katibi, “Xalq qəzeti”nin keçmiş əməkdaşı, “Jurnalistlər binası”nın hazırkı sakini Qalib Arif Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sabiq icraçı direktoru Vüqar Səfərlinin ictimaiyyətə məlum olmayan bəzi əməlləri barədə danışıb. modern.az-ın məlumatına görə, Qalib Arif bildirib ki, Azərbaycan Mətbuatının 150 illik tarixində bu qədər savadsız, bu qədər kobud, bu qədər acgöz adam görünməyib... “Düşünürəm ki, banklardan çıxan 5 milyon manat bu adamın mətbuatdan oğurladıqlarının ancaq nağd hissəsidir. İndi görün, Bakıda, bütün Azərbaycanda nə qədər mənzilləri, biznes obyektləri var...”. Qalib Arif deyib ki, Vüqar Səfərli zamanında “Jurnalistlər binası”nın sakinlərinin başına oyun açıb.
Dövlət agentliyi üçün yeni binanın tikintisi niyə Əli Həsənova yaxın şirkətə həvalə olunub?
Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətindəki qanunsuzluqlar, o cümlədən büdcə vəsaitlərinin mənimsənilməsi, xüsusən Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün binaların tikintisindəki yeyintilərlə bağlı istintaq davam edir. Jurnalistlər binasını tikən şirkət – “Portos İnşaat” da audit yoxlamalarına cəlb olunub. Hüquq-mühafizə orqanlarındakı mənbənin verdiyi məlumata görə, jurnalistlər binasıyla bağlı yeyintilərin araşdırması zamanı “AzərTac” dövlət informasiya agentliyilə bağlı da oxşar problem aşkarlanıb. Məlum olub ki, jurnalistlərin binası kimi, “Azərtac” üçün binanın tikintisi də eyni şirkətə – “Portos-İnşaat” MMC-yə həvalə olunub.
KİV-ə Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyinin fəaliyyəti dövründə yol verilmiş qanunsuz əməllərin istintaq araşdırması davam edir. “Yeni Sabah” xəbər verir ki, Fondun sabiq icraçı direktoru Vüqar Səfərlidən qanunsuz yollarla mənimsədiyi külli miqdarda dövlət vəsaitinin geri qaytarılması tələb olunur. Məlumata görə, KİVDF-nin keçmiş rəhbərliyinin dövründə baş vermiş cinayət əməllərinin istintaqı zamanı yeni detallar aşkarlanıb. KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli istintaqa verdiyi ifadədə özünü məsuliyyətdən kənarda saxlamaq üçün aşkarlanan qanunsuz əməlləri Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ləğv edilmiş İctimai-siyasi şöbəsinin keçmiş müdiri Əli Həsənovun tapşırığı ilə həyata keçirdiyini bildirib.
Son günlərin hadisələri və mediada tirajlanmaqda olan tənqidi materiallar öz nişangahını sabiq PA rəhbəri, akademik Ramiz Mehdiyevə və onun ən sadiq silahdaşı, prezidentin sabiq köməkçisi Əli Həsənova tuşlamağa davam edir. Birinci "öyrədən" mövqeyində qalmaqla və AMEA-nın texniki potensialını öz fikirlərinin toz-dumanına qərq etməyə çalışsa da, digəri müalicə adı ilə Türkiyədə bir hastanəyə sığınaraq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin başlatdığı məlum cinayət işində təqsirli şəxs olduğunu pərdələməyə çalışır. Əli Həsənov təkcə qarnının ağrısından Türkiyəyə qaçmayıb, o həm də heç kimin ağlına gətirmədiyi bir siyasi gediş edib.
Ötən həftə Türkiyə mediası ABŞ Federal Təhqiqatlar Bürosunun Ohayo və İllinoys şatlarında “Gülən” cameəsinin lideri Fətullah Gülənə yaxın şəxslərlə bağlı eynizamanlı əməliyyat keçirməsi xəbərini yaydı. Xəbərlərdə bildirilirdi ki, əməliyyatlar zamanı 32 nəfər saxlanaraq federal məhkəmələr qarşısına çıxarılıb. FTB-nin rəsmi açıqlamalarına görə, saxlananlara qarşı vergidənyayınma, şübhəli valyuta əməliyyatlarında iştirak ittihamları irəli sürülüb və haqlarında həbs qərarı seçilib. İllərdir Pensilvaniyada Vaşinqtonun himayəsində yaşayan Fətullah Gülənə qarşı belə bir basqı çoxları üçün gözlənilməz olduğundan təbii, çoxsaylı suallar yarandı. Türkiyənin dəfələrlə tələb etməsinə baxmayaraq Fətullah Güləni Ankaraya təslim etməyən ABŞ nədən onun çevrəsinə qarşı belə genişmiqyaslı əməliyyat aparıb?
Sosial şəbəkələrdə KİVDF-dəki qanunsuzluqlar və jurnalistlərə mənzillərin paylanılması ilə bağlı başlanan cinayət işinə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənovun təqsirləndirilən şəxs kimi cəlb edilməsi haqda məlumat yayılıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən “Qafqazinfo”nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirilib ki, vəzifəli şəxsləri tərəfindən yol verilən qanunsuz əməllərə görə cinayət işi başlanıb: “Hazırda həmin cinayət işi üzrə qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində intensiv və zəruri istintaq tədbirləri davam etdirilir”.
“FETÖ-nün nəfəs aldığı hər ölkə təhdit altındadır”. moderator.az xəbər verir ki, bu sözləri Türkiyənın Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan Türkiyədə 2016-cı ilin iyul ayının 15-də baş verən mənfur çevriliş cəhdindən bəhs edərkən deyib. O qeyd edib ki, Türkiyə Cümhuriyyətinin tarixinə qara ləkə olaraq düşən Fətullahçı Terror Təşkilatının (FETÖ) orduya məxsus silahları türk millətinə tuşlamasının üzərindən dörd il keçib: “Ölkəmizin bütün kapilyarlarına gizli şəkildə sızan FETÖ 15 iyul gecəsi 251 nəfəri şəhid etdi, minlərlə insanı yaraladı və əlil qalmasına səbəb oldu.
Ölkədə aparılan islahatların müsbət nəticə verməsi üçün bu tip adamların vəzifələrdən uzaqlaşdırılması mütləqdir. Çünki onlar səlahiyyət sahibi olduğu müddətdə öz əməlləri ilə ölkədə aparılan islahatlara kölgə salmaqla yanaşı, yeni kadrların fəaliyyətinə də əngəl olacaqlar. Necə ki, biz artıq bunun işartılarını görməkdəyik…Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sabiq müdiri, ölkə başçısının keçmiş köməkçisi Əli Həsənov ötən il noyabr ayının 29-da vəzifədən uzaqlaşdırılsa da, onun adı hələ də mətbuatdan düşmür. Əlbəttə, vəzifədə olduğu müddətdə barəsində deyilənlərdən və yazılanlardan fərqli olaraq haqqında müsbət fikirlər səslənsə, adı yaxşı işlərdə hallansa bəlkə də normal qarşılamaq olardı. Düşünmək olardı ki, adam keçmiş səhvlərindən nəticə çıxararaq haqq yoluna qayıdıb. Amma təəssüf ki, onun barəsində yayılan son informasiyalar Əli Həsənovun öz prinsiplərinə sadiq qaldığını və yenə də sıralarından yer aldığı “5-ci kolon”un “əsgəri” olaraq dövlət və millətə qarşı işlədiyini ortaya qoyur.
Türkiyədə dövlət çevrilişi cəhdi baş verənə, yüzlərlə mülki şəxsin qanı tökülənə qədər, çoxları bu təşkilatın təhlükəli olmasının şişirdildiyini hesab edirdi. Türkiyədə FETÖ bütün dövlət və ictimai institutlara öz köklərini elə dərindən atıb ki, indiyədək dövlət orqanlarının bu təşkilatın üzvlərindən təmizlənməsi davam edir və bu prosesin sonu görünmür. Azərbaycan FETÖ-sü türkiyəli “həmkarı”ndan daha təhlükəlidir. Orada FETÖ dövlət orqanlarına illərlə aşağıdan daxil olmuşdu və yenicə yüksək dövlət vəzifələrinə üz tuturdu. Türkiyə analoqundan fərqli olaraq, Azərbaycanda bu qeyri-formal, lakin çox sıx və sərt nəzarət olunan şəbəkə Prezident Administrasiyası, onun bəzi bölmələrində, bir çox nazirliklərdə, xüsusilə hüquq-mühafizə blokunun başında durub, parlamentdə böyük “fraksiya”ya malik olub, KİV-in böyük hissəsinə rəhbərlik edib.
“Mərdlikdən kim danışırsa danışsın, Əli Həsənov danışmasın. Çünki onun mərdliyin nə olduğundan ümumiyyətlə xəbəri yoxdur”.Bu sözləri Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Prezidentin sabiq köməkçisi Əli Həsənovun demokrat.az xəbər portalında son müsahibəsi zamanı səsləndirdiyi fikirlərə münasibət bildirərkən belə deyib.Onun sözlərinə görə, Əli Həsənov KİVDF-nin keçmiş rəhbərliyinə qarşı cinayət işinin açılmasından narahat olub və bu səbəbdən hisslərini cilovlaya bilmir: “Əli Həsənov deyir ki, şirkətlərimi təhvil vermişəm. Adama sual verərlər ki, şirkətləri kimə və nə üçün təhvil vermisən? Elnur Əliyev deyə bir adamın adını çəkir. Demək, oğurlamısan ki, indi də təhvil verirsən.
Azərbaycan Prezidentinin sabiq köməkçisi, Prezident Yanında Dövlət İdarəçilik Akademiyasının kafedra müdiri Əli Həsənov demokrat.az xəbər portalının baş redaktoru Vasif Həsənlinin suallarını cavablandırıb. Telefon söhbəti zamanı zamanı Əli Həsənov ailəsinin 208 min manat vergi borcunun olması barədə yayılan məlumatlara münasibət bildirib, biznesi və digər bu kimi məsələlərdən danışıb. Jurnalist Vasif Həsənli ilə Əli Həsənov arasında olan sual-cavabı olduğu kimi təqdim edirik. – Salam Əli müəllim, necəsiniz?– Sağ ol Vasif, sən necəsən? – Yəqin ki, istirahətdəsiniz?– Bəli, buyurun!
“Əli Həsənov kimi yaramazların gecə-gündüz yatmadan taladıqları var-dövlət sayəsində bu gün ölkəmizdə acınacaqlı durum yaşanır” Hüquq-müdafiəçisi Taleh Xasməmmədov özünün facebok səhifəsində Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənovun maliyyə maxinasiyalarından bir epizodu paylaşıb.Həmin statusu oxucuların diqqətinə çatdırırıq.“Əli Həsənov kimi yaramazların gecə-gündüz yatmadan taladıqları var-dövlət sayəsində bu gün ölkəmizdə acınacaqlı durum yaşanır. Təsəvvür edin ki, 14 oktyabr 2019-cu il tarixdə keçirilən “Bakı Beynəlxalq Media Konfransı”na gələn 200 nəfərdən çox Türkiyə və digər ölkə nümayəndələrinin hər birinin gündəlik otel xərcləri 340 manat olduğu halda, Əli Həsənov bu məbləği 2800 manat olaraq “otkat” edib. Baxın, bir günlük otel xərcləri üçün 560 000 manat! İndi görün bizim ölkənin taleyi kimlərin ümidinə qalıbmış”.
Sabiq millət vəkili, tanınmış jurnalist Etibar Hüseynov Prezidentin sabiq köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sədri olan Əli Həsənovla bağlı status paylaşıb. Etibar Hüseynov Əli Həsənovun Heydər Əliyev və İlham Əliyevin sadiq silahdaşı olması ilə bağlı deyilən fikirlərə etiraz edib.Sabiq millət vəkilinin statusunu olduğu kimi təqdim edirik.“Yazılacaq bir kitablıq söhbət var. Ancaq nə sizi, nə də özümü yormamaqdan yana həmişəki kimi qısa və konkret olacam. Deməli bir neçə ay da tab gətirsəydi Əli Həsənov öz 60 illiyini vəzifə başında, təmtəraqla qeyd edəcəkdi. Yəni möhtəşəm saraylarda dəbdəbəli ziyafətlər, tv və saytlarda trolların bəlağət dolu yazı və çıxışları və s. Amma qismət olmadı. İndi Əli Həsənovun yubiley yazılarını heç kəs tərəfindən qəbul edilməyəcəyini anlayan 2-3 trol verir. Bir çoxlarını isə özü hazırlayıb başqa imzalarla dərc elətdirir.
Tanınmış jurnalist, sabiq deputat Etibar Hüseynov Prezidentin keçmiş köməkçisi Əli Həsənovu sərt tənqid edib.Jurnalist özünün Facebook səhifəsində keçmiş ideoloqun ölkədəki proseslərdən müəmmalı şəkildə kənarda qalmasına münasibət bildirib: “Saytlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım etmiş tanınmışların siyahısını dərc edir. Siyahıda cəmiyyətin demək olar ki, bütün spektri əhatə olunub. Burada yüksək vəzifəli şəxslərindən tutmuş, sabiq nazir və deputatlara, biznesmenlərdən tutmuş, jurnalist, idmançı, şou-biznes nümayəndələrinə kimi hamı var; tək Əli Həsənovdan başqa. O Əli Həsənov ki yazdığı (o cümlədən də trollarına yazdırdığı) palaz-palaz məqalələrdə az qala iki cümlədən bir özünü İlham Əliyevin ən sədaqətli silahdaşı, onun əsgəri adlandırırdı. Bəs indi hardasan, Əli Həsənov? Oğlun, xanımın haradadır? Bu ölkədə daha nələr baş verməlidir ki, sən də Prezidentin çağırışına qoşulasan?
Prokurorluq orqanları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə büdcə və digər maliyyə vəsaitlərinin səmərəli və təyinatı üzrə istifadə olunması sahəsində dövlət nəzarətinin səmərəliliyinin artırılması və bu sahədə korrupsiya hüquqpozmalarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi davam etdirilir.Baş prokuroluğun mətbuat xidmətindən verilən məlumata görə, həmin tədbirlərin davamı kimi, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) tərəfindən yol verilən qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb: “Araşdırma zamanı əsaslı şübhələr müəyyən edilib.
Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri, FƏTÖ lideri Fətullah Gülənin Azərbaycan üzrə nümayəndəsi Elnur Aslanov barəsində şok məlumatlar yayılıb.hurriyyet.org xəbər verir ki, Azərbaycanda “nurçular”ın lideri hesab olunan Elnur Aslanovun yenidən hakimiyyətdə yüksək vəzifəyə təyin oluncağı vurğulanır. Bu haqda Türkiyənin “Twitter” fenomenlerinden olan “Üst Akıl Oyunları” (Üst Ağıl Oyunları) Azərbaycandakı FƏTÖ təhlükəsi ilə bağlı yazısında qeyd edir. Müəllif etibarlı qaynaqlara istinadən vurğulayır ki, 2014-cü ilin 17-25 dekabr olaylarından sonra Azərbaycan prezidenti tərəfindən vəzifəsindən alınan Elnur Aslanov yenidən yüksək dövlət postuna gətiriləcək.Tvitlərdə FƏTÖ məktəbinin məzunu, sabiq deputat Ceyhun Osmanlının da artıq partiya sədri olaraq illərdir “qapandığı hücrədən” çıxdığı bildirilir.
Bir müddət öncə bir qrup jurnalist Prezident İlham Əliyevə müraciət ünvanladı. Müraciətdə qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərlinin sayəsində jurnalistlər üçün tikilmiş binalardakı mənzillərin çoxu jurnalistikaya aidiyyəti olmayan şəxslərə, texniki işçilərə, katibələrə, bir neçə evi olan jurnalistlərə verilib.Sözügedən müraciətə imza atan bir qrup jurnalist qısa müddət sonra Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Həmin jurnalistlərin konkret.az-a dediklərinə görə, Baş İdarədə hazırda Juranlistlər binasında 411 mənzil araşdırılır.Həmçinin, KİVDF-də aparılan audit yoxlamaları zamanı külli miqdarda vəsaitin mənimsənildiyi müəyyən olunub.
Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. Bu barədə criminal.az saytının yaydığı məlumatda bildirilir ki, müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir. İdarəyə çağırılan jurnalistlərin verdiyi məlumata görə, onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, Fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verilib. Məqalədə müraciət müəlliflərindən biri kimi adı keçən afn.az saytının baş redaktoru Həbibə Abdulla azpolitika.info-ya açıqlamasında yayılan məlumatın doğru olduğunu təsdiqləyib.
Prezidentin sabiq köməkçisi Əli Həsənovun vəzifədə olduğu zaman səlahiyyətlərindən sui-istifadə etməsi haqda silsilə yazılar dərc olunur. Bununla bağlı təqdim etdiyimiz məlumatlar Ə.Həsənovun oğlu Şamxal Həsənova dövlət büdcəsinin pullarını necə yedirtməsi ilə bağlıdır.Məlum olduğu kimi, ölkə rəhbərinin 2011 və 2013-cü illərdə teleseriallar çəkilisi məqsədi ilə Milli Televiziya və Radio Şurasına (MTRŞ) 11 milyon manat pul ayırdı. 2013-cü ildə ayrılan 6 milyon manat vəsait MTRŞ tərəfindən özəl telekanallar (ANS, SPACE, Lider, ATV və ARB) arasında bərabər şəkildə bölündü. Bununla bağlı Azərbaycan Respublikasının əməkdar jurnalisti, «Qızıl qələm» müakafatı laueatı, tarix elmləri doktoru, professor Qafar Cəbiyev bildirir ki, ATV-yə ayrılan pulların da xeyli hissəsi birbaşa Ə.Həsənovun tapşırığı ilə oğlu Şamxal Həsənova verildi.
Aşıq Gülayə Şınıxlıya (Gülayə İsrafil qızı Şınıxlı) jurnalistlərin binasından 2013-cü ildə ev verilib.Bir neçə jurnalist sosial hesablarında belə məlumat paylaşıb. Bildirilir ki, Gülayə Şınıxlı Aşıq Pəri Məclisinin, Aşıqlar Birliyinin və AYP-nin üzvüdür, “Qayğı və Himayə” adlı qeyri-hökumət təşkilatı var və QHT rəhbəri kimi qrant-müsabiqələrdə iştirak edib.Ancaq şairə-aşıq xanımın jurnalistika fəaliyyəti olmayıb. Buna baxmayaraq, KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli ona ev verib.Maraqlıdır ki, onun təqdimatının “Respublika” qəzetindən irəli sürüldüyü bildirilib. “Respublika” qəzetinin baş redaktoru tanınmış alim Teymur Əhmədovdur. Zəruri olaraq qeyd edək ki, T.Əhmədov Prezidentin köməkçisi, PA-nın İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov işdən çıxan kimi onunla bağlı sensasion faktlarla zəngin, sabiq məmura qarşı ciddi ittihamların əks olunduğu bir neçə ardıcıl məqalələrlə rəsmi dövlət qəzetində çıxış etmişdi.
Bir qrup media işçisi jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edib.Möhtərəm Cənab Prezident!Əvvəlcə dünyanın koronavirus pandemiyasına qarşı mübarizədə çətinlik çəkdiyi bir vaxtda müdrik və qətiyyətli siyasətinizlə, vaxtında həyata keçirtdiyiniz önləyici tədbirlərlə bu bəlanı uğurla neytrallaşdırdığınıza və xalqımızı, yaxınlarımızı, bizi xilas etdiyinizə görə Sizə və hörmətli Mehriban xanıma təşəkkür edirik. Siz həmişə hər bir vətəndaş kimi jurnalistlərin də problemlərini öz probleminiz kimi qəbul edib həll etməyə çalışır, daim jurnalistlərə xüsusi diqqət və qayğı ilə yanaşırsınız. Lakin xeyli vaxt hakimiyyətlə jurnalistlər arasında körpü rolunu oynamalı olan bəzi vəzifəli şəxslər Sizin mətbuat üçün yaratdığınız imkanlardan öz yaxın ətrafları üçün yararlanmağa çalışmışlar.
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda audit yoxlamalarına başlanılıb."BakuPost"un əldə etdiyi məlumata görə, yoxlamalar əsasən jurnalistlər üçün tikilən binalarla bağlı aparılır. Buna görə də audit yoxlamalarına binanı inşa edən "Portos İnşaat” da cəlb edilib.Məlumatda bildirilir ki, KİVDF-nin keçmiş rəhbərliyi lazımi sənədləri "qaydasına" salmaq məqsədilə jurnalistlər üçün tikilən binalarda çalışmış insanlardan, xüsusən inşaat mühəndislərindən yardım istəyiblər.Məlumatlı şəxslər audit yoxlamalarının ciddi yeyinti izinə düşdüyünü bildirirlər. Təxminlər doğrulsa, "Portos İnşaat", "Jurnalist Evi" MMC, eləcə də KİVDF-nin keçmiş direktoru Vuqar Səfərli barədə cinayət işinin açılması qaçılmaz olacaq.
Məlum olduğu kimi Hesablama Palatası Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) dövlət vəsaitinin xərclənməsi ilə bağlı audit keçirir. Auditin 2009-2020-ci illəri -KİVDF-nin yaradılmasından bu günədək olan dövrü- əhatə etməsi isə məsələnin ciddiliyini stimullaşdıran faktor sayıla bilər.Məlumatlı mənbənin yenixeber.org-a bildirdiyinə görə, Hesablama Palatası KİVDF-nin maliyyə fəaliyyətini iki istiqamətdə araşdır. Onlardan biri müxtəlif tədbirlər adı ilə büdcə pullarının xərcləməsini, digəri isə yaşayış binalarının tikintisinə, çap mediasına ayrılan xərcləri əhatə edir... Bibiheybət qəsəbəsində mətbuat işçiləri üçün yüksəkmərtəbəli yaşayış binasının tikintisi ilə bağlı xərclənən büdcə vəsaitinin ciddi araşdırılması ilə bağlı məlumatlar var. Bu əməliyyat layihə-smeta sənədlərindən başlamış abadlıq işlərinə qədər əhatə edir.
Çoxdandır ki, Azərbaycan mediasında KİVDF-nin fəaliyyətindəki çoxsaylı ciddi nöqsanlar və sui-istifadə halları barədə silsilə yazılar gedir. Nə qədər ki, Əli Həsənov və Vüqar Səfərli vəzifədə idilər, həmin tənqidi yazı müəlliflərini bütün mümkün vasitələrlə şantaj edirdilər. Əli Həsənovun özünün ifadəsincə desək «şüşəli evdə oturub onu-bunu daşa tuturdular». Amma məşhur atalar məsələsində deyildiyi kimi «haqq incələr, amma üzülməz». Bu halda da haqq üzülmədi.Cənab Prezident fəaliyyətlərindəki çox ciddi nöqsanlar və sui-istifadə halları ilə bağlı formalaşmış geniş ictimai rəyi əsas götürərək Ə.Həsənov və V.Səfərlini vəzifədən kənarlaşdırdı. Bu adamlar həqiqətən çox harınlanmışdılar. Nə özləri, nə də ətrafındakılar necə deyərlər artıq ayaqlarının altını belə görmürdülər. Ağlagəlməz dərəcədə özbaşınalıq etdilər.
“Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunda (KİVDF) yoxlamalar aparılmalıdır. Bununla bağlı məsələ Milli Məclisdə müzakirə ediləcək”.Bu sözləri modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib.Deputat hələ xeyli əvvəl bununla bağlı fikir bildirdiyini də xatırladıb: “Mən hələ vaxtında, Vüqar Səfərli icraçı direktor olanda fikrimi bildirmişdim ki, orada haqsızlıqlar var. Buna görə də onlara məxsus saytlarda əleyhimə yazılar gedirdi. Dövlətdən ayrılan vəsaitin paylanmasında, jurnalistlərin ev bölgüsündə, lap elə yazı müsabiqələrində haqsızlıqlara yol verilirdi. Orada yoxlamaların aparılmasına çox ciddi ehtiyac var. Keçən müddətdə ev alanlarla bağlı narazılıqlar yaranmışdı. Ev alanlar arasında heç jurnalist olmayanlar da var. Bu barədə mətbuata mütəmadi olaraq demişik. Çox yaxşı oldu ki, cənab Prezident Əli Həsənovu vəzifədən kənarlaşdırdı.
Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru Əhməd İsmayılov qurumun bütün əməkdaşlarını işdən çıxarıb. Bakupost.az xəbər verir ki, yeni direktorun bu radikal addımı ilkin araşdırmalardan dərhal sonra baş verib. İşdən çıxarılan şəxslərin kim olması, hansı prinsiplə işə götürlüməsinə nəzər yetirdikdə, Fondun indiyə qədər fəaliyyəti barədə tam təsəvvür yaranır. İşdən çıxarılan şəxsləri və onlar haqqında qısa məlumatları təqdim edirik: 1. Aygün Süleymanova – Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri Əli Həsənovun müavini Tahir Süleymanovun qızı; 2. Gülgün Zahidli – Əli Həsənovun digər müavini Ərəstun Mehdiyevin qardaşı qızı.
Eldar Sabiroğlu
Dövlət başçısının mətbuatı bərbad hala salan, Azərbaycan mediasına büdcədən ayrılan milyonlarla vəsaiti Vəzirovçu Əli Həsənovla əlbir olub talayan Vüqar Səfərlini və Azərbaycan teleradio sistemini şəxsi maraqları çərçivəsində idarə edən, korrupsionerlər cərgəsində xüsusi yeri olan və cəmiyyətin yekəxana birisi kimi tanıdığı məşhur Vəzirovçu Nuşirəvan Məhərrəmlini işdən azad etməsini təqdir edirəm. Onunla bağlı yadımda qalan bir faktı danışmaq istərdim. BDU-da dərs deyərkən imtahan zamanı qiyabiçi tələbədən soruşur, sən YAP-çısan, tələbə bəli, deyə cavab verir. Vəzirovçu tələbəyə qapını göstərərək gedə bilərsən, qiymətin 2-dir… Həmin qiyabiçi YAP-ın Mərkəzi Aparatında rəhbərlik etdiyim Analitik İnformasiya və Proqnozlaşdırma Mərkəzində çalışırdı. Artıq Heydər Əliyev də hakimiyyətdə idi.
Eldar Sabiroğlu
Öncə bundan başlayaq. Xəyanətin konkret tərifi varmı? Kimsə deyə bilərmi? Tarixi-Nadiri yarıya qədər vərəqləsəm də, mən belə tərifə rast gəlmədim. O qədər şeytani vəsfəsədir ki, hərə anladığı tərzdə ona müxtəlif mənalar verir. Lakin xəyanəti arxadan vurulan bıçaq zərbəsi ilə müqayisə edənlərlə bölüşürəm. Gözlənilmədən və üzbəüz dayanmadan vurulan bu yaranı adətən, yaxınlar, özünə dost bildiyin, inandığın adamlar kürəyə saplayır. Arxayın olursan və günün birində ürəkdən bağlı olduğun nakəsin zərbəsi səni birdəfəlik yerə sərməsə də, elə sarsıdıcı təsir edir ki, ömrün boyu unuda bilmirsən və ağrını hər an, hər dəqiqə canında hiss edirsən!!! Ağlıma gətirmədiyim halda dost saydığım birindən gördüyüm xəyanətin üzərindən 23 il keçib.
|