ŞUÜR VƏ EŞŞƏKLƏŞDİRMƏ

Doktor Əli Şəriəti
 
İçində olduğumuz xüsusi vəziyyət son sözü başda deməyimizi, kitabı sondan oxumağa başlamağımızı tələb edir. Buna görə mövzu istər-istəməz sizin üçün darıxdırıcı ola bilər. Lakin hər ehtimala qarşı vaxt olmadığı üçün bir neçə mövzunu bir mövzuda birləşdirməyi qərara aldım. Bu da məsələləri daha qapalı vəziyyətə gətirir. Sonda deyəcəyim şeyləri başda deməyim mövzunun qapalılığını artırır. Amma başqa çarəm yoxdur. Sizə demək istədiyim ən təməl mövzu, elmi bir məsələ deyil, fikri bir məsələdir. Mənim dilə gətirmək istədiyim, ancaq açıqlama və izaha ehtiyac duymayan ən önəmli məsələ budur: Gəlin özümüzü elmi nöqtədən qanə etməklə fikri baxımdan doymayacağımızı bilək.
Davamı    
 

Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani

Talışın böyük ruhanilərindən olan Həzrət Ayətullah Şeyx Bəşir Ərkivani Lənkərani, Qafqaz məntəqəsinin əzəmətli alimlərindən, ali məqamlı ruhanilərindəndir.
Şeyx 1866-ci ildə Lənkəran zonasının Masallı rayonunun tabeçiliyində olan Ərkivan kəndində dünyaya göz açdı. Quran qiraəti, Gülüstan, Bustan kimi o zamanlar Qafqaz mədrəsələrində ənənəvi olaraq tədris olunan kitabları məntəqə ruhanilərindən öyrəndi. Sonra Ərdəbil və Zəncan elmi hövzəsinə yola düşdü. Bir sıra ali səthli dini dərsləri və həmçinin kəlam, hədis və təfsir elmini Ayətullah Hacı Mir Saleh Müctəhid və Ayətullah Ağa Seyid Mürtəza Xəlxalidən öyrəndi.
Sonra təhsilini təkmilləşdirmək üçün, Nəcəfi-əşrəf dini hövzəsinə səfər etdi. Ali elmi-mənəvi məqamlara sahib oldu.
Davamı    
 

Doktor Əli Şəriəti barədə xatirələr

Doktor Məhəmməd Mövləvi:
-Mən Məşhədliyəm və doktor Əli Şəriətini uşaqlıqdan tanıyıram. Mən Şahrıza, Əli (Şəriəti) isə Firdövs məktəbində oxuyurdu. Lakin "Həqiqətlərin Yayımı" mərkəzində bir yerdə idik. Fransada da birlikdə geniş yığıncaqlarımız olurdu. Bu məclislərdən birində cənab Jan Pol Sartr da var idi. Əlcəzair mübarizəsi üçün zirzəmidə təşkil olunmuş məclis idi. Həmin məclisdə Jan Pol Sartr məndən soruşdu: "Sən bu Əlini (Şəriəti) tanıyırsan?" Dedim: "Bəli". Dedi: "O şərqdən doğacaq bir ulduzdu!" O zamanlar biz nənki Əliyə əhəmiyyət vermirdik, hətta onunla aramızda fikir ayrılıqları da var idi. Biz əslində Əlinin belə bir şəxsiyyət olacağını güman belə etmirdik. Lakin Jan Pol Sartr bu sözü dedi!
***
Ayətullah Lahuti İrşad Hüseyniyyəsində dedi:
Davamı    
 

Заклинание-оберег Нараяны. Нарайана Кавача.

1-2. Царь сказал: Владыка, поведай мне о том чудесном заклинании, сблагодаря которому тысячеокий Индра разгромил вражеских воинов, - пеших и на боевых животных – и завладел богатствами трех миров. Что это за молитва, которая позволяет быть неуязвимым в бою?
3. Блаженный сын Вьясы отвечал: Когда Вишварупа согласился быть священником в стане богов, Индра попросил его изготовить для его войска надежные доспехи. И новый святитель сотворил из имени Нараяны защитный оберег.
4-6. Вишварупа сказал: Братья мои, в следующий раз, когда почувствуете опасность, окропите водой руки, стопы и чело. Затем, коснувшись осоки-куши, сядьте лицом на север и храните молчание, пока мысли ваши не прибудут в умиротворении. Затем произнесите в уме восьмисложное заклинание.
Davamı    
 

Həzrət Ayətullah Axund Ağaməli Lənkərani

Ayətullah Axund Ağaməli Lənkərani Qafqaz məntəqəsinin görkəmli alimlərindən olmuşdur. O, 1872 ildə Masallı rayonun tabeçiliyində olan Sığdaş kəndində anadan olmuşdur. Mədrəsə dərslərini və bir sıra müqəddimə dərslərini yerli ruhanilərdən öyrənmişdir.
Cavan yaşlarında Quma dini hövzəsinə getmişdir. Orda bir neçə il oxuduqdan sonra Nəcəfə yola düşmüşdür. Nəcəfdə onun ustadları Ayətullahül-üzma Seyid Məhəmməd Kazim Təbətəbai Yəzdi, Ayətullahül-üzma Axund Molla Məhəmməd Kazim Xorasani və Həzrət Ayətullahül-üzma Şəriət İsfəhani kimi böyük alimlər olmuşdur. Əqli elmlərdə də Ayətullah Ağa Seyid Hüseyn Badkubeidən dərs alaraq, ali elmi-mənəvi məqamlara çatmışdır.
Təhsilini başa çatdırdıqdan sonra doğma torpaqlarına qayıtmışdır.
Davamı    
 

Gələcək şiələrindir

"Şiə sözü ən qədim Misir yazılarında Şu kimi yazılırdı və ölümsüz ruh mənasını verirdi.
Davamı    
 

Huffington Post: Əgər həqiqi İslamı tanımaq istəyirsənsə, Ərbəin ziyarətinə get


Amerikanın “Huffington Post” qəzetində milyonluq Ərbəin ziyarəti haqqında məqalə dərc olunub.

Davamı    
 

Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz

Bu gün Hüseynin və Əlinin məktəbindən, əzadarlığa gələn insanlardan qorxmaq lazım deyil. Vahhabilikdən, nurçuluqdan qorxmaq lazımdır- bu qurumlar bütün dünya kimi bizi də təhlükə altına almışdır. Mübarizə aparmaq istəyirsizsə, Hüseyn adına yığışıb sinə vuranlarla yox, gənclərimizi zəhərləyən vahhabilik düşüncəsi ilə, ondan da təhlükəli olan, amma zahirdə gözəl və mədəni görünən nurçuluq ilə mübarizə aparın. Biz də bu yolda sizə yardım etməyə hazırıq- bizim də bu yolda vəzifəmiz vardır, bizim də çiynimizə yük düşür! Amma siz silahları, gücünüzü bizə qarşı döndərmisiniz.
Davamı    
 

Ağamız barədə xoş xatirə

Tehran universitetinin riyaziyyat ustadlarından biri deyirdi:
Davamı    
 

Peyğəmbərin (s) Həzrət Əliyə (ə) vəsiyyətləri

İmam Sadiqdən (ə) nəql olunur ki, həzrət Peyğəmbər (s) Həzrət Əliyə (ə) vəsiyyət edərkən belə buyurmuşdur:

◘Ey Əli! Sənə etdiyim vəsiyyətləri heç vaxt unutma və onlara riayət et. Əgər bunları yadda saxlayıb riayət etsən, daim xeyir içində olarsan.
◘Ey Əli! Hər kəs qəzəblənib qəzəbini əməli surətdə nümayiş etdirmək qüdrətinə malik olsa, lakin bunu etməyib qəzəbini boğsa, Allah-təala Qiyamət günün onu elə bir amanda saxlayar ki, bunun ləzzətini hiss edər.
◘Ey Əli! Hər kəs ölən zaman gözəl və ədalətli vəsiyyət etməzsə, onun mürüvvət və comərdliyi naqis hesab edilər. 

Davamı    
 

Peyğəmbərin (s) nəhy etdikləri

Şeyx Səduq Peyğəmbərdən (s) rəvayət etmişdir ki, o həzrət (s) bir çox şeyləri nəhy etmişdir. Bu nəhylərin bə`ziləri məkruh, bə`ziləri  də mühərrəmatlardır. Biz onların müəyyən qismini burada qeyd edirik:

1.Cənabət halında yemək yemək.
2. Hamamda misvak etmək.
3. Ağızın, yaxud burunun suyunu məsciddə yerə atmaq.
4. Məscidləri yol üstü keçid vasitəsi kimi istifadə etmək. Həzrət (s) buyurub: ”Yolunuzu məscidlərdən salmayın. Əgər belə etsəniz, orada iki rükət namaz qılıb sonra oradan çıxın.”
5. Meyvə ağacının altına bövl etmək.
6. Sol əllə yemək yemək.
7. Yemək yeyərkən söykənmək.
8. Məqbərələri tə`mir etmək və orada namaz qılmaq.

Davamı    
 

İldırım Şükürzadə - LƏNKƏRAN ZİYARƏTGAHLARI

ABBASİ ƏLƏM. Seydəkəran kəndində, Miri Qubadovun evində yerləşir. Deyilənlərə görə, ocaq XX əsrin 20-ci illərində yaranmışdır. Abbas adlı şəxsin adı ilə bağlıdır. Bank işçisi olmuş Abbasın təftiş zamanı maliyyə sənədlərində kəsir aşkarlandığı üçün evində axtarış aparılır. Axtarış nəticəsində onun evinin banında sandıq içində ələm tapılır. Qeyd edək ki, ələm ərəb sözü olub “əlamət”, “nişanə”mənalarında işlənməklə, islamiyyətdə bayraq rolunu oynamışdır.

Davamı    
 

Əmirəl-mö`mininin yetmiş fəziləti

“Məkhul” rəvayət edir ki, bir gün həzrət Əmirəlmö`minin Əli (ə) belə buyurdu: “Peyğəmbərin (s) ən yaxın dostları bilirlər ki, öz aralarında mənim fəzilətlərimə çata biləcək bir kəs yoxdur və mənə yetmiş fəzilət məxsusdur ki, bu məsələdə heç kəs mənə şərik deyil.” Ərz etdim: “Ey Əmirəlmö`minin (ə), məni onlardan agah edin.” Buyurdu: “Həmin fəzilətlər bunlardır:

1. Bir göz qırpımı miqdarında da olsa heç vaxt Allaha şərik qoşmamış, Lat və Üzzaya (Büt adları - red.) sitayiş etməmişəm. 
2. Heç vaxt şərab içməmişəm.

Davamı    
 

İmam Səccadın (ə) hüquq risaləsi

◘Əbu Həmzə Somali deyir: “Bu risaləni həzrət Səccad (ə) öz səhabələrindən biri üçün yazmışdır”.
“Sənin üzərində olan haqların ən böyüyü Allahın haqqıdır. Onun sənin üzərində haqqı budur ki,  Ona ibadət edəsən, Ona heç bir şərik qoşmayasan. Əgər ixlas üzündən belə etsən, Allah həm dünya, həm də axirət işlərində sənə kifayət edər.
Nəfsinin (yə`ni, sənin özünün) sənin üzərində haqqı budur ki, ondan yalnız Allaha itaət yolunda istifadə edəsən.
Dilin haqqı budur ki, onu söyüş söyməkdən qoruyasan, gözəl danışığa adət etdirəsən, faydasız sözlər danışmayasan, onun vasitəsilə camaata ehsan edəsən və onlara qarşı şirindil olasan.
Qulağın haqqı budur ki, onu qeybət və sair mühərrəmat eşitməkdən qoruyasan.

Davamı    
 

Peyğəmbərin (s) Qədir-xum günündə söylədiyi xütbədən

Qədir-xum günü həzrət Peyğəmbərin (s) göstərişinə əsasən onun üçün hazırlanmış minbərə qalxıb xütbə oxudu. Xütbə əsnasında əlli dəfədən artıq camaata xitab edib vilayət, Həzrət Əlinin (ə) canişinliyi, xilafətə tə`yin olunması barədə onlara göstərişlər verdi və bu məsələlərdə çoxlu tə`kid edib bu məsələni onlara tamam-kamal çatdırdı. İndi biz o həzrətin (s) misilsiz və qiymətli sözlərindən bə`zilərini sizə təqdim edirik.

◘Ey camaat! Allah onu (Əlini (ə)) sizə rəhbər tə`yin edib. Ona itaət etmək hər kəsə vacibdir.

Davamı    
 

Əmirəl-mö`mininin (ə) Kumeyl ibn Ziyada nəsihətlərindən

◘Ey Kumeyl! Hər gün Allahın adını çək və de ki, Allahın qüdrət və qüvvətindən başqa qüdrət və qüvvət yoxdur. Allaha təvəkkül et. Bizi də yad et və bizim adlarımızı çək, bizə salavat və salam göndər.
◘Ey Kumeyl! Allah Öz rəsulunu tərbiyələndirib ona ədəb qaydalarını öyrətdi. O, əziz isə məni tərbiyələndirib ədəbləndirdi. Mən də mö`minlərə tərbiyə verib ədəbləndirirəm və bu ədəb qaydalarını ali və nəcib insanlara irs olaraq verirəm.
◘Ey Kumeyl! Elə bir elm yoxdur ki, mən onu bilməmiş olum və agah olmadığım heç bir sirr yoxdur.

Davamı    
 

Ayətullah Meşkini, “Nəsihətlər” kitabından

◘İmam Cə’fər Sadiq (ə) buyurub: ”On dörd qüsul var: “Meyyit qüsulu, cənabət qüsulu, məssi-meyit qüsulu, cümə qüsulu, Qurban və Fitr bayramlarının qüsulu, Ərəfə gününün qüsulu, ehramdan ötrü alınan qüsul, Kə`bə evinə daxil olmaqdan ötrü alınan qüsul, Mədinəyə daxil olarkən alınan qüsul, hərəmə daxil olmaqdan ötrü alınan qüsul, ziyarətdən ötrü alınan qüsul, Mübarək Ramazan ayının on doqquz, iyirmi bir və iyirmi üçüncü gecələrində alınan qüsul. (Qeyd olunan ilk üç qüsul vacib, qalanları isə müstəhəb qüsullardandır. Bunlardan əlavə üç vacib qüsul da var ki, yalnız qadınlara məxsusdur.)

◘Əli ibn Əbutalib (ə) Peyğəmbərin (s) belə buyurduğunu nəql edir.

Davamı    
 

On üç tərkibli nəsihətlər

◘Həzrət Əli (ə) deyir ki, bir gün Peyğəmbərdən (s) soruşdum: “Məsx edilmiş (şəkli dəyişdirilmiş) heyvanlar hansılardır?” Buyurdu: “On üç heyvan; fil, ayı, donuz, meymun, ilanbalığı, kərtənkələ, yarasa, qara qurd, əqrəb, hörümçək, dovşan, süheyl və zöhrə (sonuncu iki heyvan dənizdə yaşayan su heyvanlarıdır.)” Soruşdum: 
“Bunların məsx olmasının səbəbi nədir: Buyurdu: Fil «ləvatla məşğul olan» bir kişi idi. Ayı «mərde mabuni» idi ki, kişiləri özünə çağırırdı. Donuz olanlar bir dəstə nəsrani idi ki, Allahdan onlara asimandan bir yemək göndərmələrini istədilər və bu istəkləri həyata keçdi, lakin, bu hadisə onların küfrlərini daha da artırdı.

Davamı    
 

On iki tərkibli nəsihətlər

◘Həzrət Peyğəmbər (s) buyurub: ”Hər kəs gündəlik vacib namazları camaatla qılmaqda süstlük etsə Allah onu on iki əzaba düçar edər. Bunlardan üçü dünyada, üçü ölüm zamanı, üçü qəbirdə, üçü də Qiyamət günü verilər. Dünyada olanlar bunlardır: qazancının bərəkəti çəkilər, xeyir siması üzündən alınar, iman əhli onun düşməni olar. Ölüm zamanı olan əzablar bunlardır: ac, susuz və şiddətli qorxu ilə can verər. Qəbirdə olanlar bunlardır: Nəkir və Münkər onun hesabını çətin çəkər, qəbri qaranlıq olar və onun üçün darlaşar. Qiyamətdə olanlar bunlardır: çətinliklə haqq-hesab verər, Allahın qəzəbi və atəşlə üz-üzə gələr.

◘Həzrət Əli (ə) vəsiyyətində buyurur: “Yaxşı olar ki, süfrə başında on iki şeyə riayət olunsun.

Davamı    
 

On bir tərkibli nəsihətlər

◘Peyğəmbərdən (s) bir hədis: “Bilin! Hər kəs Məhəmməd (s) və Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə şəhiddir. (Məqsəd budur ki, bu məhəbbət özünü əməldə və haqqa itaətdə də göstərsin), hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə bağışlanmış halda dünyadan gedər, hər kəs Ali-Məhəmmədi (ə) sevdiyi halda ölsə tövbəkar kimi dünyadan gedər, hər kəs Ali- Məhəmməd (ə) məhəbbəti ilə ölsə kamil imanlı mö`min kimi dünyadan gedər, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə ölsə ölüm mələyi, Nəkir-Münkər ona cənnət müjdəsi verər, hər kəs Ali-Məhəmməd məhəbbəti ilə dünyadan getsə Allah onun qəbrinə behiştdən bir qapı açar, hər kəs Ali-Məhəmməd (ə) məhəbbəti ilə dünyadan getsə qəbri rəhmət mələklərinin ziyarətgahına çevrilər.
Davamı    
 

On tərkibli nəsihətlər

Sədəqəni heç vaxt yaddan çıxarmayın. Çünki onun on xüsusiyyəti var. Bunların beşi dünyaya, beşi isə axirətə aiddir. Dünyaya aid olanlar bunlardır: malı və canı paklaşdırar, xəstələrə şəfa olar, qəlblərə şadlıq bəxş edər, var-dövləti çoxaldar və ruzini artırar. Axirətə aid olan xüsusiyyət isə bunlardır: Qiyamət günü baş üzərinə kölgə salar, haqq-hesabın asan çəkilməsinə səbəb olar, savabları artırar, Sirat körpüsündən asanlıqla keçməyə kömək edər və insanı ali dərəcələrə çatdırar.

◘Mənim ümmətim on əzaba düçar olar.

Davamı    
 

Doqquz tərkibli nəsihətlər

Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Doqquz şeyin doqquz afəti var: danışığın afəti yalan, elmin afəti unutmaq, helmin afəti ağılsızlıq, ibadətin afəti süstlük, xoş təbiətli olmağın afəti boşboğazlıq, şücaətin afəti zülm, səxavətin afəti minnət, gözəlliyin afəti lovğalıq, əsil-nəcabətin afəti iftixardır.

◘Peyğəmbər (s) Xeybərin fəthindən sonra üzünü müsəlmanlara tutub onları doqquz şeydən çəkindirdi: zina müqabilində muzd ödəmək.

Davamı    
 

Səkkiz tərkibli nəsihətlər

Peyğəmbərdən (s) hədislər
 
◘Səkkiz iş var ki, mənim ümmətimdən hər kəs onları yerinə yetirsə, peyğəmbərlər, siddiqlər, şəhidlər və salehlərlə birlikdə həşrdə olar: bir kəsin həcc səfərindən ötrü lazım olan xərclərini ödəmək, bir cavana qız vermək, fəryad çəkənin dadına yetişmək, yetim saxlamaq, yolunu azmışı hidayət etmək, aca yemək vermək, susuza su vermək və yayın isti günlərində oruc tutmaq.
 
◘Allahın bir kəsdən xoşu gəlsə, ona səkkiz xüsusiyyət ilham edər: naməhrəmdən göz yummaq, Allahdan qorxmaq, həya, salehlərin əxlaqı, səbr, əmanətdarlıq, doğruçulluq və səxavət.
 
◘İnsanların ən abidi odur ki, vacibatı yerinə yetirir.
Davamı    
 

Yeddi tərkibli nəsihətlər

Peyğəmbərdən (s) nəql olunan hədislər
 
◘Əbuzərə nəsihətində buyurur: “Həmişə səndən aşağıda olana bax, səndən yuxarı olana yox, yoxsulları sev və onlarla yoldaşlıq et, acı olsa da haqqı de, qohumların səndən uzaqlaşsalar da sən onlarla əlaqəni kəsmə, Allaha aid olan işlərdə heç kəsi danlamaqdan qorxma, “La hovlə və la quvvətə illa billahil əliyyil əzim” zikrini çox de, çünki, bu zikr behişt xəzinələrindəndir.
 
◘Həzrət Əliyə (ə) nəsihətlərində buyurur: “Ey Əli! Yeddi xüsusiyyət var ki, hər kəsdə olsa imanını kamil etmişdir və behiştin qapıları onun üzünə açıqdır”.
Davamı    
 

ŞİƏLİYİN KÖKÜNDƏKİ TALIŞ MÜƏLLİMLƏRİ

İbrahim Sel

 Şеyх Sәfi sülаlәsinin mеydаnа gәldiyi аndаn Şаh İsmаyılın hаkimiyyәtә gәldiyi günәdәk olan mәrhәlә İrаndа şiə dövlətçiliyinin yaranmasına təkan verən bir çox pərdəarxası məqamlarla nəzərə çarpır. Tаyfа quruluşu ilә idаrә оlunаn sülаlәlәrdәn fәrqli оlаrаq, bu dәfә kеçmiş tәcrübәlәrdәn fаydаlаnmаqlа sülаlәnin içindәn güclü bir dövlәt şaxələnir.

Davamı    
 

Altı tərkibli nəsihətlər

Peyğəmbərdən (s) nəql olunan hədislər

◘Ey müsəlmanlar, zinadan çəkinin! Zinanın altı cəzası var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyada olan cəzaları bunlardır; gözəlliyi aradan aparar, fəqirlik gətirər və ömrü qısaldar. Axirətdə olan əzabları isə bunlardır; Allahın qəzəbinə səbəb olar, hesabı çətinləşdirər və əbədi atəşə səbəb olar.

◘Sizə sədəqəni tövsiyə edirəm. Onun altı xüsusiyyəti var. Onun üçü dünyada, üçü isə axirətdədir. Dünyadakı xüsusiyyətləri bunlardır; ömrü uzadar, ruzini artırar və şəhərləri abad edər.

Davamı    
 

Aç gözlərin, gəldim exa - Şəhruz Həbibi

Davamı    
 

Beş tərkibli nəsihətlər

Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Beş şey əməl tərəzisini qat-qat ağırlaşdırar: “Subhənallah”, “Əlhəmdu lillah”, “La ilahə illəllah”, “Allahu Əkbər” və Allah xatirinə saleh övladın ölümünə səbr etmək.

◘İslamın əsası beş şeydən ibarətdir: “La ilahə illəllah”, namaz, zəkat, həcc və Ramazan ayının orucu.

◘Beş iş var ki, hər kəs onları yaxud, birini yerinə yetirsə cənnət əhlidir.

Davamı    
 

Әllаmә Mәhәmmәdbаqir Mәclisi

Әllаmә Mәhәmmәdbаqir Mәclisi (h.q. 1037-1110) Sәfәvi әsrinin nuru, әsrlәr kеçmәsinә bахmаyаrаq qәtiyyәn аzаlmаyаn pаrlаq simаlаrındаndаr. О çохlu hәm qәdim, hәm dә yеni düşmәnlәrinin оlmаsınа bахmаyаrаq yеnә dә çох işgüzаr, diqqәtli, iti zеhnli vә mәktәb sаhibi оlаn аlim kimi tаnınır. Tаm cürәtlә dеmәk оlаr ki, оnun vәfаtındаn üç yüz оn il kеçmәsinә bахmаyаrаq оnun şiә еlmindәki nüfuzu yеnә dә qаlmаqdаdır vә о, әbәdi bir şәхsiyyәtә çеvrilib. 
Аtаsı Mәhәmmәdtәqi Mәclisinin (h.q. 1070) әn kiçik övlаdı оlаn Mәhәmmәdbаqir аtаsının dәrs yığıncаqlаrındаn hаmıdаn çох bәhrәlәnib vә çох еhtimаl ki, İsfаhаndа digәr аlimlәrin dәrslәrindә dә iştirаk еdib.

Davamı    
 

Fars filosoflarının hikmətli sözləri

◘Dörd şey dörd şey almamış yoluna düşməz; səltənət ədalət olmazsa davamlı olmaz, dost olmadan düşməni məhv etmək olmaz, camaatın sevgisini qazanmaq təvazödən başqa bir şeylə müyəssər olmaz, hədəflərə çatmaq da səbirdən başqa bir şeylə mümkün olmaz.

◘Dörd iş görmək heç kəsə layiq deyil; xahişi qəbul etməyəndən xahiş, yaxşılıq bilməyənə yaxşılıq, mühüm işlərdə tələsmək və bir də günah.

◘Dörd kəsə qarşı nəzakətli olmaq lazımdır; zülümkar padşaha, xəstəyə, nadanlıq girdabına qərq olmuş məstə və xoşrəftar və xeyirxah dosta qarşı.

Davamı    
 

Аğа Hüsеyn Хаnsаri

İkinci Аbbаsın zаmаnının Şаh Sülеymаnа kimi оlmuş böyük аlimlәrindәn biri Аğа Hüsеyn Хаnsаridir (h.q. 1016-1098). О, Хаnsаrdа dünyаyа gәlib vә tәhsil аlmаq üçün İsfаhаnа gеdәrәk оrаdа ucаlmışdır. О, fәlsәfәdә Mirfәndоrskinin (h.q. 1050), hәdis еlmindә isә Mәhәmmәdtәqi Mәclisinin (h.q. 1070) şаgirdi оlub. Хаnsаri bir müddәt Şеyх Lütfullаh mәdrәsәsindә tәhsil аlıb vә tәlәbәlik illәrinin хаtirәsini bеlә аçıqlаyır: «Mәdrәsәdә оlаn vахtlаr qışı bir köhnә yоrğаn ilә kеçirdim vә оd qаlаmаq imkаnım yох idi. Yоrğаnı çiynimә аtıb оtаqdа bir аz yоl gеdirdim ki, bәlkә bir аz qızındım».
Аğа Hüsеyn iki sаhәdә fiqh vә fәlsәfә sаhәlәrindә çох mәşhur оlub vә Sәfәvilәrin sоn dövrlәrinin аlimlәrinin çохu оnun şаgirdi оlublаr. О, bir filоsоf vә fәqih kimi İsfаhаn fәlsәfә mәktәbinin dаvаmçılаrındаn оlub vә әsәrlәrinin çохu hаşiyә vә şәrhlәrdәn vә qısа bir fәlsәfi risаlәdәn ibаrәtdir.

Davamı    
 

Mühәqqiq Sәbzivаri

Mühәqqiq Sәbzivаri kimi mәşhur оlаn Mәhәmmәdbаqir ibn Mәhәmmәdmömin Sәbzivаri (h.q. 1017-1090), bir nеçәsi İsfаhаnа tәhsil аlmаğа gеtmiş Sәbzivаrlı аilәdәndir. Sәbzivаr әhalisinin şiәliyinin kökü üçüncü-dördüncü hicri әsrinә qаyıdır. Bildiymiz kimi Sәbzivаr sеyidlәrindәn оlаn Mirlövhi аilәsi dә İsfаhаnа hәmin mәqsәdlә hicrәt еtmiş şәхslәrin sırаsındаdır. 
Mühәqqiq Sәbzivаri hәdis vә fiqhdә Mоllа Hеydәrәli İsfаhаni vә Mоllа Mәhәmmәdtаğı Mәclisinin, fәlsәfәdә Mirfәndrskinin vә birinci Şаh Аbbаsın h.q. 1020-ci ildә İstаnbuldа sәfiri оlmuş Qаzı Muizziddin Hüsеynin şаgirdi оlub vә İsfаhаndа digәr ustаdlаrın hüzurundаn dа bәhrәlәnib. Nәsrаbаdi оnun bаrәsindә yаzır: «Tаm аzаdlıqlа (dünyаyа) bаğlılıq zәncirindәn хilаs оlаrаq qurtulmuş vә Sәbzivаrın quşlаrı оnun pәrhizkаrlıq vә tәqvаsının yаnındа çәnәlәrini bаğlаyıblаr. Gәncliyinin әvvәlindә tәhsil üçün mәlumаtlа çiyin-çiyinә İsfаhаnа gәlib vә nәzәri еlmlәrdә Mirzә Әbulqаsim Mirfәndrskinin vә Qаzı Muizzin şаgirdlәrindәn оlub.
Davamı    
 

Baqir Mənsuri - Lay-lay Əbəlfəzl

Davamı    
 

Naməlum şəxslər tərəfindən söylənilən nəsihətlər

◘Ərəblə əcəm dörd şey barəsində müttəfiqdirlər; ürək tab gətirmədiyi şeyi öz üzərinə alma, var-dövlətə görə məğrur olma, qadına arxayın olma və bir də bihudə iş görmə.

◘Alimlər dörd kitabdan dörd cümlə seçiblər; Tövratdan “Qənaətcil adam tox olar”, Zəburdan “Sükut edən salamat qalar”, İncildən “Çəkilib bir küncdə oturan nicat tapar”, Qur`andan “Allaha tərəf gedən hər bir kəs hidayət olub.”

◘Allah-təala həzrət Davuda (ə) vəhy edib buyurdu: “Ağıllı insan gücünü dörd hissəyə bölməlidir; bir hissəsini Allahla münacata, bir hissəsini öz haqq-hesabını çəkməyə...

Davamı    
 

Fеyz Kаşаni

Mövlа Fеyz Kаşаni (h.q. 1007-1091) Şаh Sülеymаnın hökmdаrlığının оn üç ilinin şаhidi оlub. Оndаn qаbаq isә ikinci Şаh Аbbаsın zаmаnındа pаytахtdа çох yüksәk еlmi vә ictimаi mövqеyә mаlik оlub vә аdәtәn birinci dәrәcәli аlim vә fәqihlәr bаrәsindә işlәdilәn «müctәhiduz-zаmаni» lәqәbi оnun bаrәsindә dә işlәdilib. О, hәm әsәrlәri, hәm ürfаni ruhiyyәsi vә әхlаqi sәciyyәlәri, hәm dә siyаsi dаvrаnışı bахımındаn çох mәşhur оlub vә оnun bаrәsindә bu bir nеçә istiqаmәtdә dаnışmаq lаzımdır.
Fеyz öz tәrcümеyi-hаlındа yаzır ki, tәhsil аlmаq mәqsәdi ilә bir müddәt Kаşаndа qаlıb, sоnrа isә İsfаhаnа, оrаdаn Şirаzа gеdib vә оrаdа Sеyid Mаcid Bәhrаninin dәrsindә iştirаk еdib.

Davamı    
 

Şiələrin sair imamlardan (ə) nəql etdikləri hədislər

◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa dini kamil, günahları bağışlanmış və ölüm zamanı da Allah ondan razı olar. Biri odur ki, camaatla əhd-peyman bağladığı zaman Allaha xatir ona riayət etsin. İkincisi, dili həmişə doğru söz danışsın. Üçüncüsü, Allah yanında və camaat nəzərində pis hesab olunan işdən çəkinsin. Dördüncüsü, ailəsi və övladlarına qarşı xoş xasiyyət olsun.”

◘İmam Məhəmməd Baqir (ə) buyurub: “Hər kəsdə dörd xüsusiyyət olsa Allah behiştdə ona bir ev əta edər: Yetimə qarşı nəvaziş göstərmək, zəiflərə qarşı mərhəmətli olmaq, ata-ana ilə mehriban davranmaq və qul ilə dostcasına rəftar etmək.

◘İmam Məhəmməd Təqi (ə) buyurub: “İşlərini yerinə yetirməkdə dörd şey insana kömək edər: Sağlam bədən, sərvət, elm və tövfiq.”

◘Həzrət Baqir (ə) uşaqların divar altında qalmış xəzinələri barəsində buyurub:

Davamı    
 

Әbdürrәzzаq Lаhici

Tәхәllüsü Fәyyаz оlаn Әbdürrәzzаq Lаhici (h.q. 1072) оn birinci hicri әsrinin tаnınmış filоsоflаrındаndır ki, Nәsrаbаdinin yаzdığınа әsаsәn «оnun әsli Lаhicаndаndır, lаkin Qumdа çох оlduğu üçün Qummi kimi mәşhurdur». О Mоllа Sәdrаnın kürәkәni оlub vә fәlsәfәdәn әlаvә irfаni zövqә vә çох yüksәk sәviyyәdә şаirlik qаbiliyyәtinә mаlik оlub. Fәyyаz Mоllа Sәdrаyа çох mәhәbbәt bәslәyib vә şе’rlәr tоplusundа оnun Mоllа Sәdrаnın mәdhindә yаzdığı çохlu şе’rlәri dә vаr. Lаhiciyә Fәyyаz lәqәbini Mоllа Sәdrа vеrib. Mоllа Sәdrа digәr kürәkәni Mоllа Möhsin Fеyz Kаşаniyә Fеyz lәqәbi vеrib. Bu sәbәbdәn Fәyyаz bir şе’rindә bеlә dеyir: «Fеyz Kаşi rа bе Fәyyаz әr kоni еhsаn rәvаst/ Zаn kе u hәm әz kәmәrbәndаnе pеymаnе şоmаst». Yәni: Әgәr Fеyz Kаşаnini Fәyyаzа еhsаn еtsәn rәvаdır, çünki о dа sizin әhd-pеymаnа sаdiqlәrdәndir..

Davamı    
 

Şiələrin İmam Sadiqdən (ə) nəql etdikləri hədislər


◘Hər kəsə dörd tövfiq verilsə dörd şeydən məhrum olmaz: Hər kəsin dua etməyə halı olsa duanın müstəcab olmasından naümid olmaz. Hər kəs istiğfar etmək tövfiqi qazansa tövbədən bəhrələnər, hər kəs şükür etmək səadətinə qovuşsa ne`mətin çoxluğundan məhrum edilməz və hər kəs səbirli ruha malik olsa əcr və savabdan binəsib olmaz.

Davamı    
 

Mоllа Mәhәmmәdхәlil Qәzvini

Mоllа Mәhәmmәdхәlil Qәzvini (h.q. 1001-1089) ikinci Şаh Аbbаs dövrünün аlimlәrindәndir ki, Üsuli Kаfiyә yаzdığı böyük şәrhә görә mәşhurlаşıb. О cаvаnlığındа Хәlifә Sultаnlа bir yеrdә dәrs охuyub vә оnun nüfuzlu vахtlаrındа bir müddәt Rеy şәhәrindә Hәzrәt Әbdülәzimin ziyаrәtgаhının bаşçısı vә оrаdаkı mәdrәsinin müәllimi оlub. Оndаn sоnrа hәmin vәzifәdәn uzаqlаşdırılıb, bir müddәt Mәkkәdә mәskunlаşıb vә dаhа sоnrа Qәzvinә qаyıdıb.
Vәhid Qәzvinin «Аbbаsnаmә»dә yаzdığınа görә ikinci Şаh Аbbаs özünün Qәzvinә оlаn sәfәrindә «әsrin аlimlәrinin mәşhur vә möhtәrәmlәrindәn оlаn Хәlilullаh Qәzvinini digәr аlim vә tәlәbәlәrlә birlikdә» iftаr mәclisinә dә’vәt еtdi «vә hәmin mәclisdә buyurdu ki, Kulеyninin möhkәm dinin әsаsı vә İslаmın аbаdlıq аmili оlаn kitаbını sаkinlәrinin әksәriyyәti fаrs dilindә dаnışаn bu diyаrın әhаlisi üçün fаrs dilindә şәrh еtsinlәr, оndаn hаmı bәhrәlәnә bilsin».

Davamı    
 

Əhli-sünnənin Peyğəmbərdən (s) nəql etdiyi hədislər

◘Sözlərin ən yaxşısı dörddür: “Sübhanəllah”, “Əl-həmdu lillah”, “La ilahə illəllah”, “Allahu əkbər.”

◘Mənim və keçmiş peyğəmbərlərin dedikləri ən yaxşı söz “la ilahə illəllah” kəlməsidir. Hər bir bəndə bu sözü qəlbi təsdiq, tə`zim, şirinlik və ehtiramla yanaşı tələffüz etməlidir.

◘Allah dörd şeyi dörd şeydə qərar verib: Elmin bərəkətini ustada ehtiramda, imanın davamlılığını Allaha tə`zimdə, həyatın ləzzətini ata-anaya yaxşılıqda və cəhənnəmdən azad olmağı camaata əziyyət etməməkdə.

◘Allah dörd kəsi özünə düşmən bilir: And içən ticarətçini, təkəbbürlü fəqihi, zinakar qocanı və zülmkar rəhbəri.

Davamı    
 

Şiələrin Əmirəl-mö`minindən (ə) nəql etdikləri hədislər

◘Dinin möhkəm qalması dörd kəsdən asılıdır: Öz elminə əməl edən dilli-dilavər alim, öz var-dövlətindən qohum-əqrəbasına paylayan dövlətli, öz axirətini dünyasına satmayan fəqir və elm öyrənməkdən ötrü təkəbbür etməyən cahil. Bəs elə isə alim öz elmini yaymasa, dövlətli xəsislik etsə, fəqir axirətini dünyasına satsa və cahil də elm öyrənməyə təkəbbür etsə dünya geri dönər (yə`ni, cahiliyyət dövrü yenidən başlayar). Həmin zaman məscidlərin çoxluğuna və orada olan qəlbləri bir-birindən uzaq olan insan kütlələrinə aldanmayın.
Soruşdular: “Ya Əli! Həmin dövrdə necə yaşayaq?” Buyurdu: “Zahirdə camaata qarışın, batində isə müxalif olun. Eyni zamanda Ali-Məhəmmədin (s) fərəcinin də intizarında olun.

◘Allah dörd şeyi dörd şeydə gizlədib: 1. Öz rizasını Ona edilən itaətlərdə.

Davamı    
 

Şiələrin Peyğəmbərdən (s) nəql etdikləri hədislər

◘Peyğəmbər (s) buyurub: “Qiyamət günü mən bütün insanların günahlarını etmiş olsalar da dörd kəsə şəfaət edəcəyəm: Mənim əhli-beytimə kömək edən kəsə, ya çarəsiz qaldıqları zaman onların istəklərini yerinə yetirən kəsə, yaxud dildə və ya qəlbdə onları sevən kəsə və yaxud da əl ilə onları müdafiə edən kəsə.” Bu hədisi Əli (ə) nəql edib.

◘Həzrət Əliyə (ə) vəsiyyətində buyurub: “Hər kim öz arvadına itaət etsə Allah onu üzü üstə atəşə atar.” Əmirəlmö`minin (ə) ərz etdi: “Hansı işlərdə?” Buyurdu: “Əxlaqi fəsadlara səbəb olacaq hamamlara getməkdə, toylara getməkdə, şe`r məclislərinə getməkdə və nazik paltarlar geyinməkdə.”

◘Yenə də həzrət Əliyə (ə) vəsiyyətində buyurur: “Allah dörd kəsin duasını geri qaytarmaz; adil imamın duasını, atanın övladı üçün etdiyi duanı, mö`minin mö`min qardaşından ötrü etdiyi gizli duanı və məzlumun duasını.

Davamı    
 

Mәhәmmәdtаğı Mәclisi

Səfəvi dövrünün görkәmli аlimlәrindәn biri Әllаmә Mәclisinin (h.q. 1110) аtаsı ахund Mоllа Mәhәmmәdtаğı Mәclisidir (h.q. 1003-1070). Оnlаrın әsillәri Әrdistаndаn оlub vә sоnrаdаn İsfаhаnа mühаcirәt еdiblәr. О Şеyх Bәhаinin görkәmli şаgirdlәrindәn оlub vә öz әsәrlәrindә ustаdını çох еhtirаmlа хаtırlаyır. Ахund kimi mәşhurlаşmış birinci Mәclisi dini еlmlәr vә zәmаnәsinin rәsmi еlmlәrindә güclü nüfuzа mаlik оlub. О öz әsәrlәrindә mаlik оlduğu mәхsus dini mеyllәrini göstәrib. Оnun әhli-bеyt әlеyhimissәlаmın hәdislәrinә хüsusi rәğbәti оlub vә о, әsәrlәrinin çохunu hәdislәrin şәrh vә tәfsirinә hәsr еdib. О yаzır ki, Әllаmәnin «Qәvаidul-еhkаm» kitаbını Mоllа Аbdullаh Şüştәrinin yаnındа охuyub.
Оnun әn mühüm işlәrindәn biri «Mәn lа yәhzuruhul fәqih» kitаbını tәrcümә vә şәrh еtmәsidir. О, hәdislәri bir-bir tәrcümә vә şәrh еdib, оnun аdını «Lәvаmiu sаhibqirаni» qоyub.
Davamı    
 

Mоllа Sәdrа

Sәdrәddin Mәhәmmәd ibn İbrаhim Qәvаmi Şirаzi Sәfәvi hаkimiyyәtinin оrtа dövrlәrinin mәşhur vә müstәqil mәktәb sаhibi оlmuş filоsоflаrındаndır ki, Mоllа Sәdrа vә Sәdrül-Mütәәllihin аdı ilә mәşhurdur. О h.q. 979-cu ildә dünyаyа göz аçıb vә h.q. 1050-ci ildә vәfаt еdib.
О, Şirаzın qеyri-ruhаni, аmmа çох tаnınmış аilәlәrindәn birindә dünyаyа göz аçıb. İbtidаi tәhsilini Şirаzdа bаşа vurduqdаn sоnrа Kаşаn şәhәrinә gеdib vә tәhsilini оrаdа dаvаm еtdirib. Mоllа Sәdrа vә Kаşаndа оnunlа tәlәbә yоldаşı оlаn Şаhmürtәzа -Fеyz Kаşаninin аtаsı- ustаdlаrının qızlаrı ilә аilә qururlаr. Mоllа Sәdrа dаhа sоnrа tәhsilini dаvаm еtdirmәk vә Şеyх Bәhаi vә Mirdаmаdın mәhzәrindәn bәhrәlәnmәk üçün İsfаhаnа gеdib vә bir nеçә il hәmin iki ustаdın еlmindәn fаydаlаnıb. Mоllа Sәdrа hаmıdаn çох özünü Mirdаmаdа bоrclu bilirmiş vә şеrlәrindәn birindә оnu mәdh еdir.

Davamı    
 

ZƏRDÜŞTİLİK

Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə etiqad bəsləmişlər. Tarixi məlumatlardan aydın olur ki, zərdüştilik eynilə məcus dini kimidir ki, Qurani-Kərimdə ilahi dinlərdən biri kimi onun da adı sair dinlərlə yanaşı qeyd olunmuşdur. Qur’ani-Kərimdə buyurulur: «Həqiqətən, Allah möminlər, yəhudilər, sabiilər, məsihilər və müşriklər arasında qiyamət günü hökm edəcəkdir. Həqiqətən Allah hər bir şeyə şahiddir».
Bu ayədən məlum olur ki, məcus dini ilk əvvəllər tövhid əsasında olmuşdur; çünki burada o, təkallahlı dinlərlə yanaşı gətirilmiş, müşriklər isə “və” bağlayıcısı vasitəsilə onlardan ayrılmışdır.
Məcus dininin tövhid əsasında olmasını nəzərə alaraq, onu da ilahi dinlərlə bir sırada araşdırırıq. 

Davamı    
 

Mir Dаmаd

Mәhәmmәdbаqir Dаmаd (h.q. 969-1041) Sеyyid Mәhәmmәd Hüsеyni Әstәrаbаdinin оğludur. Оnun аtаsı Mühәqqiq Kәrәkinin kürәkәni оlduğu üçün о Dаmаd lәqәbi ilә mәşhurlаşmışdı vә sоnrаlаr Mirdаmаd lәqәbi оnun оğlunа dа dеyildi. Оnun әsli qәdim şiә şәhәrlәrindәn оlаn Әstәrаbаddаndır vә оrаdа fәlsәfi, irfаni vә hürufi fikirlәr gеniş yаyılmışdı. Qеyd еtmәk lаzımdır ki, bu şәhәrin tаnınmış аlim vә simаlаrı Sәfәvi dövlәtinin güclәnmәsindә mühüm rоlа mаlik оlublаr.
Şübhәsiz, Әrәstun vә Fаrаbidәn sоnrа «üçüncü müәllim» аdı ilә yаd еdilәn Mirdаmаd Sәfәvi dövlәtinin әn görkәmli аlimlәrindәn оlub. Оnun Şаh Аbbаsın sаrаyı ilә dә әlаqәsi оlub vә хüsusilә еlmi cәhәtdәn оnun fikir vә düşüncәlәri rәsmi mәdrәsә еlmlәrinә yüksәk tәsir göstәrib. Еlә hәmin sәbәbdәndir ki, zirәk Şаh Аbbаs Şеyх Bәhаini vә оnu öz hәmsöhbәtlәrindәn еdib vә özü üçün tаriхdә bеlә bir iftiхаr qаzаnıb. Kiçik yаşlаrındаn müqәddәs Mәşhәddә fәzilәtli müәllimlәrin hüzurundа еlm kәsb еtmәk fеyzinә nаil оlub.
Davamı    
 

ŞİNTO AYİNİ

Şinto Yaponiyanın qədim ayinidir və hal-hazırda Yaponiya əhalisinin əksəriyyəti özünü bu dinin ardıcılı hesab edir. Şinto dininin keçmişi animizm, totemizm və ata-babalara gedib çıxır. Qədim yaponların inanclarına görə, ruhlar hər bir yerdə -istər ulduzlarda, bitkilərdə, istərsə də ağaclarda, həşaratlarda və heyvanlarda- mövcuddur. Onların fikrincə saysız-hesabsız məbudlar evlərin və onların sakinləri üzərindən uçurlar. Qədim yaponlar ölülərdən qorxurdular və onların ruhlarının həyatda rola malik olmalarına, dünya işlərinin müqəddəratının onların əlində olmasına inanmışlar. Buna görə də onlara sitayiş edərək öz ehtiyaclarını onlardan diləyir və hədiyyələr verməklə özlərini onların qəzəbindən amanda saxlamağa çalışırdılar. Ölülərin qəbirlərində qiymətli əşyaların qoyulmasının səbəbi də bu idi. Kişi ölülərin qəbirlərinə qılınc, qadınların qəbrinə isə güzgü qoyurdular. Böyük bir şəxsiyyət dünyadan gedəndə, onunla əlaqədar olanları da birlikdə torpağa basdırırdılar ki, axirət səfərində onun müdafiəçisi olsunlar.

Davamı    
 

Şеyх Bәhаi


Hüsеyn ibn Әbdüssәmәdin (h.q. 984) оğlu Bәhаәddin Mәhәmmәd Аmili (h.q. 953-1030) Sәfәvi dövrünün әn mәşhur vә görkәmli аlimlәrindәndir. Оnun bu mәşhurluğu hәm mühüm әsәrlәr yаzmаsı vә hәm dә çохlu şаgird yеtişdirmәsi sәbәbindәndir. Bundаn әlаvә, оnun Şаh Аbbаsа tәsiri dә çох оlub. Әslindә şаh ilә Şеyх bir növ bir-birlәrinә охşаyırlаr.

Davamı    
 

Hikmət sahiblərinin, zahidlərin və s. bu kimilərinin dediklərindən

◘Loğman öz oğluna buyurub: “Oğul!” İnsan üç hissədən ibarətdir; Allaha məxsus olan hissə, özünə məxsus olan hissə və qurda məxsus olan hissə. Allaha aid olan hissə Ona tərəf yüksələcək ruhdur. Öz payı elmdir ki, ondan ləzzət aparar. Qurdun payı isə bədəndir.”

◘Bir hikmət sahibi deyib: “Dostlar üç dəstədir. Bir dəstə qida kimidir ki, onlarsız keçinmək olmur. Onlar din qardaşlarıdır. Digər dəstə dərman kimidir ki, onlara bə`zi vaxtlarda ehtiyac duyulur. Üçüncü dəstə isə heç vaxt dərdə dəymir. Onlar tamahkarlardır.”

◘Bir zahid deyib: “İnsanlar üç dəstədirlər; tamam kişi, yarım kişi, nakişi.

Davamı    
 

AXUND MOLLA YUNUS QASIMZADƏ LƏNKƏRANİ

 Axund Molla Yunis Qasımzadə 1876-cı ildə Lənkəran qəzasının Gərmətük kəndində ruhani ailəsində dünyaya göz açmışdır. Atası orta təhsilli ruhani Qasım Fərəc oğlu Gərmətük kəndində özünün şəxsi torpaq sahəsində əkinçilik ilə məşğul olmuş, anası isə Lənkəranın tanınmış tacir ailəsindəndir. Təqribən 1884-cü illərdən Yunis əvvəlcə Gərmətük, sonra Lənkəran şəhərinin mədrəsələrində dini elmləri öyrənməyə başlayır. Yunis elə uşaq ikən şəriət elmləri ilə maraqlanmış, özünün səy və çalışqanlığının sayəsində müəllimlərinin rəğbətini qazanmışdır. Onun İslam elmlərinə möhkəm bağlılığı ata-anasının da heyrətinə səbəb olmuşdur.
 Yuxarıda qeyd etdiyimiz kimi Axund Yunis varlı ruhani ailəsində doğulduğuna görə, ata-anası onun təlim-tərbiyəsi ilə yaxşı məşğul olmuş, oxumağı üçün lazım olan bütün şəraitləri yaratmışlar.

Davamı