Şuşa Fatehi Malik Cəbiyev

Polad Həşimovun əsgəri olan, Şuşa uğrunda mübarizədə igidliklə döyüşən, bədəninə batan dəmiri kəlbətinlə çıxaran, yaralanmasına baxmayaraq döyüşə davam edən, çətin vəziyyətdə qalan yaralı yoldaşlarını ölümdən xilas edən, döyüşçü yoldaşının cəsədinin düşmən texnikasinin altında qalmaması üçün öz həyatından keçməyə hazır olan, yoldaşlarıyla birlikdə dörd gün ac-susuz qalan, Şuşaya ilk dəfə maşın sürən, Qoca, Dayı ləqəbli, Naxçıvan qartalı kimi tanınan Xüsusi Təyinatlı Şuşa Fatehi Malik Cəbiyev.
Cabiyev Malik Əjdər oğlu 1981-ci ilin yanvar ayının 19-unda Culfa rayonun Bənəniyar kəndində anadan olmuşdur.
1999-cu ilin iyul ayında həqiqi hərbi xidmətə getmişdir. 2001-ci ilin yanvar ayında həqiqi hərbi xidməti bitirmiş, 2002-ci ilin sentyabr ayının 15-ində silahlı qüvvələrin Təlim və Tədris mərkəzinin gizir hazırlıq kursuna qəbul olunmuşdur.
9 fevral 2018-ci il tarixdən N saylı hərbi hissəyə xüsusi təyinatlı bölüyün başçavuşu vəzifəsinə təyin olunmuşdur.
Malik Cəbiyevin Şuşa qalasını ələ keçirmək üçün çəkilən əziyyətləri misilsiz olub. Düşmən tanklarını, BMP-lərini məhv edib. Şuşa məscidinə dostları ilə birlikdə xalçaları öz əlləri ilə düzüb, oraya möhür aparıb namaz qılmaq arzusunu həyata keçirib.
Malik Cəbiyevə atılan güllə cibindəki telefonu deşib, şükür Allaha ki hərbiçimizə zərər dəyməyib. Cəbiyev deyir ki, Şuşanı cırmaqlayaraq, əllərimizlə almışıq. Allah Ali baş Komandanımızı və bütün hərbiçilərimizi qorusun.
Malik Şuşadan qayıdandan sonra Beyləqan şəhərinə gətirildi. 15 noyabrda onun görüşünə getdik. Söhbət zamanı onun İkinci Qarabağ müharibəsində keçdiyi şərəfli yolu bizə anlatmağını xahiş etdik. Qəhrəman oğlumuz Şuşanı yoldaşları ilə birlikdə necə xilas etdiklərini anlatmağa başladı:
"2020-ci ilin oktaybr ayının 17-də Culfa rayonundan Naxçıvanda Heyder Əliyev adına hava limanına gəldik. Günün ikinci yarısında Bakı beynəlxalq hava limanına çatdıq. Həmin gecə N saylı hərbi hissədə qaldıq. Oktyabrın 18-ində saat 08:00 radələrində Bakı-Saatlı -Beylaqan marşurutu ilə marş keçirildi. 15:00-da Füzuli rayonunun Dünyamalılar kəndinə çatib döyüş tapşırıqlarının yerinə yetirmək üçün hazırlıqlara başladıq.
19 oktyabr tarixində N saylı XTB tərkibinə verildim. Günün ikinci yarısında Hadrut yaşayış məntəqəsinə hərəkət etdik ve Qırmızıqaya kəndinin yaxınlığında yüksəkliklərdə yerləşdik. Axşam tərəfi kəndə girdik və düşməndən təmizlədik.
20 oktyabrda Tuğ kəndinə girdik və düşməndən təmizlədik.
Ayın 21-də Azak yaşayış məntəqəsini və adsız yüksəklikləri ələ keçirərək təminat-təxliyyə yollarını nəzarətə götürdük.
22-sində Köç yaşayış məntəqəsi istiqamətində hərəkət etdik və kəndi düşməndən təmizlədik.
Oktyabr ayının 23-də saat 06:00 radələrində Köç yaşayış məntəqəsindən yüksəkliyə hərəkət edib ələ keçirdik. Xocavənd-Qırmızıbazar istiqamətində təminat yollarını nəzarətə götürdük.
Oktyabrın 24-ündə Çanaqçı meşəsinə hərəkət etdik.
27-si Çanaqçı meşəsindən Şuşa istiqamətinə hərəkətə, başladıq Şuşa istiqamətində meşədə gecələdik.
29-u Daşaltı kəndinin üstündəki adsız yüksəkliyi ələ keçirdik ve orada tərtibləndik.
Oktyabrın 30-unda Topxana meşəsinə çatdıq.
Noyabrın 1-ində Xocavənd-Şuşa istiqamətində sursat anbarı artilleriya vasitəsiylə vuruldu və partlayış baş verdi. Partlayış nəticəsində mərmilər ətrafa səpələndi deyə meşədə mövqeləndik.
Ayın 2-sində Laçın koridorunu nəzarətə götürdük və adsız yüksəkliklərdə yerləşən düşmən mövqelərini ələ keçirdik.
Ayın 3-ündə səhərə yaxın Xankəndiylə Şuşa istiqamətində hərəkətə başladıq.
Noyabrın 4-ündə günorta yüksəklikdə yerləşən komanda məntəqəsinin yaxınlığında yerləşdik və sonra hücum edərək Şuşa-Xankəndi yolunu nəzarətə götürdük. Bu əməliyyatda MAHHXHQ əsgər Yüzbaşıyev İsmayıl Fəzail oğlu şəhid oldu. Digər yoldaşlarıma bunu bildirmədim ki, onlar psixoloji cəhətdən zəifləməsinlər.
Bundan sonra ayın 5-ində gecə saat 03:00 radələrində Şuşa şəhərinə hücuma başladıq. Şuşa türməsinin yanında düşmən pusqusuna düşdük, çox sayda yaralılarımız və 1 nəfər kiçik gizir Samir Mehdiyev şəhid oldu. İrəli gedəndə Samirin qalxmadığını gördük. Allah ona rəhmət eləsin. O qədər pis olduq ki, o çox ac, susuz idi. Elə deyirdi ki, "çatsaydıq bir tikə çörək yesəydik, su içsəydik". Yazıq həqiqətən çox ac idi. Allah haqqı. Evin bir oğlu idi, o da şəhid oldu".
Bir anlıq susur… Yenidən sözə başlayır:
"Buna baxmayaraq pusqudan çıxdıq və Şuşa qalası istiqamətində hücumu davam etdirdik. Şuşa qalasının yanından ötüb keçdik, qorunmaq üçün Muzeyin zirzəmisində mövqeləndik.
Noyabrın 6-sında mən bir yarımqrupla pusquda olan şəhid va yaralıların ardınca getdim. Türmədən bir nəfərin bizə tərəf qışqırmağını gördüm. Düşmən bilib mövqeləndik. Bir azdan bizimkilərdən olduğunu bildim. Mən yanımdakılara qorxmayın deyib ayağa qalxdım. Yaxınlaşdım, DQ-dan Kərimov Sənan olduğunu gördüm. Gəldim məni qucaqladı ki, Cəbi, sən mənə bir dünya verdin.
Onun necə olduğunu soruşdum. O isə "məni boş ver" dedi və məni içəri saldı. Ora çox darısqal idi. İçəridə 6 nəfər daxili qoşunlar heyətlərindən olan ağır yaralılar var idi. Onları çölə çıxardanda düşmənin Xankəndi istiqamətindən Şuşa istiqamətinə tankları və heyəti qalxırdı. Artilleriya və tanklardan bizə atəş açırdılar. Mən bir 06 markalı avtomobil gördüm, işə saldım, yaralıları həmin maşınla ordan çıxararaq xilas etdim.
Yəqin ki, türmənin polislərinin maşını idi. Tanklar sağa-sola hara gəldi atırdılar, bunlara baxmayaraq Allah bizə qanad verdi elə bil. Heç vaxt keçmədiyim o Şuşa yollarında maşını sürürdüm. Şuşa hamamının qabağından keçəndə daha 2 nəfər yaralını gördüm. Maşında yer olmadığından onları maşının baqajina yerləşdirdik və xilas etdik.
Şəhid və yaralıları Şuşa məktəbinə yerləşdirdik. Yaralarını təmizlədik, bağladıq. Həmin təhlükədən onları çıxartdım.
Noyabrın 7-sində pusquda gözlədik və digər qruplarla Şuşadan düşməni təmizlədik. Noyabrın 8-ində Şuşanın azad olunması Cənab Prezidentimizə məruzə olundu və noyabrda 9-unda müqavilə imzalandı".
Bu müsahibəni aldıqdan bir neçə gün sonra Kəlbəcərə getdilər. Polad Həşimovun çəkdirdiyi yolları çox yaxşı tanıdığı üçün həm də, bir bələdçi kimi öndə gedirdi. Tez-tez vurğulayırdı "rəhmətlik generalımız Polad Həşimov bilirdi ki, bu yollar bizə lazım olacaq çəkdirirdi, Allah ona rəhmət eləsin".
General Polad Həşimovun döyüş yolunu layiqincə davam etdirir. Necə ki, generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdi, eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir Malik Cəbiyev. O deyir ki, mən yaşlıyam, təcrübəliyəm, dözə bilərəm, amma əsgərlərim ac qalmasın.

Mənbə: facebook, AgXeber
шаблоны для dle 11.2
15-03-2021 18:46 Baxılıb: 700    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}